Hamımız Marvel qrafik roman kainatındakı Tor (ing. Thor), Loki (ing. Loki), Odin (ing. Odin) personajları ilə tanışıq. Bəs onların Skandinaviya miflərindəki tanrılar olduğunu bilirdinizmi? Gəlin ümumi Skandinaviya mifləri haqda qısa da olsa, məlumat alaq.
Qədim Skandinaviya dini inancları ilk vaxtlar şimali alman xalqlarının inancları ilə oxşar idi. Lakin şimal xristianlığa...
1440-1510-cu illərdə yaşamış Renessans dövr sənətkarı Sandro Botiçellinin şah əsərlərindən biri olan "La primavera"dan bəhs edəcəyəm. Üzərində onlarca nəzəriyyə qurulmuş bu əsər renessans dövrünün qiymətli sənət nümunəsidir. Bu əsər İtalyan əsilzadə ailəsi olan Mediçilərdən Lorenzo di Pierfrançeskonun (Lorenzo di Pierfrancesco) toyu üçün sifariş edilmişdir.
1482-ci ilin yazı; İyun ayında sadəcə...
Ispan rəssam Qoyya ( Francisco Goya) xəstəliklərlə keçən son illərində 1819-cu ildə Madrid yaxınlarında Manzanares sahilində "Quinta del Sordo", yəni "Karın evi" adlı bir ev aldı. Iki mərtəbəli evin adı əvvəlki ev sahibinin kar olmasından irəli gəlirdi. Bu ad, həmçinin, 1792-ci ildə keçirdiyi xəstəliyə görə kar olan Qoyyaya da...
Tibb sahəsində mifologiya
Yunan və Latın mənbələrinə əsaslanan elmi terminologiyanın inkişafı qərbdə sənaye çevrilişinin və buna bağlı informasiya istehsalının artdığı dövrə təsadüf edir. Tibb sahəsində böyük inkişaflar baş verirdi, hər gün yeni diaqnoz və müalicə prinsipləri yaranırdı. Mikroskop və antibiotiklərin tapılması bir çevriliş xarakteri daşıyırdı. Bütün bu inkişaflar Amerika və...
Pan
Yunan mifologiyasında Pan (Pan) Hermesin (Hermes) Arkadiyalı bir pəridən (Penelope (Penelopeia), Sose (Sose) və ya Timbris (Thymbris)) doğma oğlu olub çobanların, sürülərin, ovçuluğun, dağlıq və tənha ərazilərin, pastoral musiqinin tanrısıdır. Beldən aşağısı keçi formasındadır, eyni zamanda, keçi kimi buynuzları və quyruğu vardır. Qulaqları dik və uzun, burnu isə kiçik...
Bəşəriyyətin ilhamı
Yunan mifologiyası kiməsə sadəcə nağıllar toplusu kimi görünsə də, dünya incəsənətinə və ümumilikdə bəşəriyyət tarixinə əvəzolunmaz, çox böyük təsir göstərmişdir. Əsrlər boyunca bir çox rəssam yunan əsatirlərindən ilhamlanıb bir çox şedevr yaratmışdır. Bundan başqa, miflərin antik yunan filosoflarının formalaşmasında rolu olmuş, yunan mifologiyasının təsirindən bir çox ədəbiyyat nümunələri...
"Artıq əlində mifologiyanın açarı var. Ruhun bütün qapılarını açmaqda azadsan".
Carl Gustav Jung
Kimilərinə görə mövcud olmuş, kimilərinə görə əfsanə, mif, nağıl olan mifik canlılar, nə olursa olsun, səhifələrdə, filmlərdə, ən önəmlisi xəyallarımızda hələ də yaşayır və yaşayacaqdır. Insan və kainatı tanımaq istəyib də mifologiya ilə maraqlanmamaq mümkün deyildir. Mifologiya və...
Yunan tanrıları arasında dənizin simvolu olan Poseydon (Poseidon) Zevsin (Zeus) qardaşıdır. Roma mifologiyasında adı Neptundur (Neptune).
Anası Reya (Rhea), atası Krondur (Krónos). Kron Zevsdən başqa bütün uşaqlarını udaraq yemiş, Poseydon da onlardan biri olmuşdur.
Reya oğlu Zevsi atasının əlindən qurtarmış, Zevs isə geri qayıdaraq atası ilə savaşmış və qardaşlarını Kronun içindən...
Pandoranın (Pandora) qutusu yunan mifologiyasının ən əhəmiyyətli əfsanələrindən biridir. Zevsin nifrət etdiyi insanları cəzalandırmaq üçün istifadə etdiyi Pandora adlı gözəl qadının "xoşbəxtlik qabı" olaraq bilinən gözqamaşdırıcı qutunu marağından açması ilə dünyaya pisliklərin yayılmasından bəhs edir.
Pandora yunan mifologiyasında çoxallahlı əfsanələrin başında gəlir. Yunan mifologiyasında hər şeyin bir tanrısı vardır və...
Arılar yay aylarında bizim bağlarımızda olduğu kimi dünya folklorunda da zəngindir və biz onları bəşəriyyət yaranandan bəri davamlı olaraq insan sənətkarlığında izləyə bilərik. Mifologiyada arı simvolu Qədim Şərq və Egey mədəniyyətinin yayıldığı ərazilərdən tapılmışdır. Onlar bu həşəratların müqəddəs olduğuna inanırdılar. Arılar dünyanın müxtəlif yerlərində, məsələn, İspaniyanın Paleolit, Hindistanın Mezolit qaya...