Ədəbiyyat

Ispan şair və dramaturq Federiko Qarsiya Lorka

Ispan şair və dramaturq Federiko Qarsiya Lorka ( Federico García Lorca)  5 iyun 1898-ci ildə Qranadada yerləşən Fuente Vaqueros şəhərində anadan olmuşdur. Kənd həyatı və ailə mühitinin rəngliliyi Lorkanın gələcəkdəki sənət həyatına təsir etmişdir. Viktor Hüqo (Victor Hugo) heyranı bir baba, şeir kitabı dərc edilmiş əmi, bandurria (ispan çalğı...

Tarixdə iz qoyan, amma tanımadığımız 13 qadın #2

1. Huda Şaaravi (1879-1947)   XX əsrin əvvəllərində Misirdə qadınların hüquqları uğrunda mübarizə aparmış, ilk feminist qadın jurnalı olan «L'Égyptienne» nəşr etdirmiş, Misir Qadınları Birliyini yaratmış və onun ilk rəhbəri olmuşdur. 13 yaşında özündən 30 yaş böyük əmisi oğlu ilə evləndirilmişdir. Niqab taxmadığı üçün əri onu boşamış, amma o mübarizəsindən əl...

Voyniç manuskripti. Deşifrə olunmamış əlyazma.

Voyniç əlyazması və ya Voyniç manuskripti ( ing. -Voynich Manuscript) 15-ci əsrdə naməlum müəllif tərəfindən naməlum dildə və naməlum əlifbanın tətbiqi ilə yazılmış  illüstrasiyalı kitabdır.   Bəs niyə Voyniç əlyazması? Kitab onu 1912-ci ildə əldə etmiş antikvar Uilfrid Voyniçin adını daşıyır. Uilfrid Voyniç isə məşhur irland və ingilis yazıçısı Etel Lilian Voyniçin həyat yoldaşıdır....

Mən sənin yerinə də ağlayacağam – Adonis (Ali Ahmad Said Asbar)

Bir çox insanların fikrincə, Mahmud Dərviş (Mahmoud Darwish) dünyasını dəyişdikdən sonra taxtı Adonis (Ali Ahmad Said Asbar) almış olur. Ərəblərin yaşayan ən böyük şairi məncə heç zaman Mahmud Dərvişin kölgəsində qalmamışdı. İki aydını müqayisə etmək o qədər də düzgün deyil, amma Adonis mənim düşüncəmə görə, ərəb poeziyasının bir zirvəsidir....

“Niyə yazıram?” – Corc Oruelli yazmağa vadar edən 4 bəşəri hiss

"Heç bir kitab siyasi baxımdan tamamilə tərəfsiz deyildir. 'Sənətin siyasətlə işi olmamalıdır' düşüncəsi belə siyasi bir yanaşmadır." Ədəbiyyatın əfsanəsi Erik Artur Bler (Eric Arthur Blair) yaxud da, daha çox bilinən adıyla Corc Oruell (George Orwell) "Heyvanıstan" və "1984" kimi kult klassiklərinin yazarı olaraq xatırlanır. Lakin o, eyni zamanda, usta bir...

ALBERT CAMUS – TİPASAYLA NİKAH

Albert Kamyu - Tipasayla Nikah : "Yazda Tipasada allahlar dolaşır. Onlar günəşin va yovşan ətrinin, gümüşü zirehə buxovlanmış dənizin, gömgöy səmanın, çəmən çiçəklərinin içində itib-batan xarabalıqların, istidən xumarlanan sal daşların diliylə danışır. Digər saatlarda ətrafda hər şey gözqamaşdıran günəşdən qara rəngə boyanır. Gözlər kirpiklərdə titrəyən işıq damcıları və çalarlardan savayı,...

ALBERT CAMUS – HƏ İLƏ YOX ARASINDA

Əgər, həqiqətən də, itirilmiş cənnət mövcuddursa, bu gün içimi dolduran o sezilməyən, zərif, qeyri–insani hissə hansı ad vermək lazım olduğunu bilirəm. Sərgərdan evinə qayıdır. Mən – mənsə xatirələrə dalıram. İstehza, tərslik – hamısı susur və budur, mən yenidən evdəyəm. Xoşbəxtlikdən danışmayacağam. Hər şey daha sadə və asandır. Çünki dalğınlığın...

Bərbər köməkçisi ilə söhbət – Wilhelm Reich (1935)

“Seksual inqilab” əsərinin müəllifi kimi, bəlkə də, daha çox məşhur olan Wilhelm Reich 1930-cu illərdə Marksist iqtisadiyyatın əsas konsepsiyalarını mürəkkəb iqtisadi terminlər və arqumentlər işlətmədən izah edilməsinin mümkünlüyü haqqında nəzəriyyə təkmilləşdirdi. Bu mövzuda cəhdlərindən bir nümunə kimi Danimarkada sürgündə olarkən “Zeitschrift für politische Psychologie und Sexualökonomie” (“Siyasi psixologiya və...

Tomas Bernhard – “Kəmağıl Viktor” – Postmodern hekayə

TOMAS BERNHARD –  (1931, 9 fevral Hollandiya – 1989, 12 fevral, Avstriya) İkinci Dünya Müharibəsindən sonrakı alman ədəbiyyatının ən vacib yazıçılarından biri sayılmaqdadır. Əsərlərində vətəni Avstriyaya qarşı böyük qəzəb var. Əyalətin geridəqalmış mühafizəkarlığını, əqli inkişafa zərbə vuran eqoizmi yazıçının ən çox işlədiyi mövzulardır. Romançı kimi Tomas Bernhardın ən vacib özəlliyi...

Milan Kundera – İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi

1956-cı ilin  noyabrında, iş otağı artilleriya atəşi ilə yerlə-yeksan edilməmişdən bir az əvvəl, Macarıstan Xəbər Agentliyinin direktoru rusların Budapeştə soxulması barədə bütün dünyaya ünvanlanmış ümidsizlik dolu müraciət göndərdi. Mətn bu sözlərlə bitirdi: ”Biz Macarıstan və Avropa uğrunda ölürük”. Bu sözlər hansı mənaya gəlirdi? Şübhəsiz ki, bu rus tanklarının Macarıstana və bu yolla...