Əsas səhifə Ensiklopediya

Ensiklopediya

Harmoniya nədir? / Musiqi terminləri

(yunan. harmonia – ahəngdarlıq, uyğunluq, mütənasiblik) – 1.Eyni zamanda səslənən tonların qanunauyğun ahəngdarlığı; 2.Musiqi kompozisiyasında akkordların düzgün qurulması üsullarından bəhs edən elm; 3.Ayrı-ayrı akkordları və ya ahəngləri, səsbirləşməsini xarakterizə etmək üçün istifadə olunan məfhum...

Adajio nədir? / Musiqi terminləri

Adajio nədir? (ital. adagio – yavaş–yavaş, ağır, sakit) – 1.Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi. 2.Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes. Baletdə ağır templi lirik rəqs. Əfrasiyab Bədəlbəyli."Qız qalası".Gülyanaq ilə...

Konformizm nədir?

Konformizm (latınca conformis "uyğun" , "oxşar") - sosial-siayasi və psixoloji anlayış olub kütləvi şüurun hakim fikir, standart və stereotiplərini qeyri-tənqidi qəbul etməni və onlara kor-koranə riayət edilməsini ifadə edir. Konformizm totalitar və avtoritar rejimlərin, kütləvi cəmiyyətin sosial-psixoloji əsası kimi çıxış edir. Bu rejimləri tədqiq edən H.Arendt, Ç.Mills...

Plüralist demokratiya nədir?

Plüralist demokratiya konsepsiyaları - ümumi zəminini hakimiyyətin həyata keçirilməsində çoxlu təşkilatlar və muxtar qruplar iştirak etdiyi zaman dövlətin demokratik hesab edilməsi haqqında müddəa təşkil edir. Siyasi plüralizm ideyalarının yaranması kapitalist cəmiyyətinin sosial strukturunun mürəkkəbləşməsi, inkişaf etmiş sənaye ölkələrində çoxpartiyalı sistemin formalaşması ilə bağlı idi.

Marksizm nədir?

Marksizm - I Marksizmin beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas müddəaları; II Marksizmdə tarix anlayışı; III Marksizm imperializm və millətçilik haqqında I. Marksizm realizm və liberalizm ilə bərabər BMN-nin klassik paradiqmalarındandır. Marksizmin BMN realizmin və liberalizmin BMN-dən aşağıdakı müddəalara görə fərqlənir: Beynəlxalq münasibətlərin aktorlarına (iştirakçılarına,subyektlərinə)...

Günvurma nədir? / Ensiklopedik bilgi

Başın və bütün bədənin qızmar günəş şüası təsirindən isinməsinə günvurma deyilir. Günəşin infraqırmızı, yaşıl, bənövşəyi və ultrabənövşəyi şüalarının təsirindən kəllə qutusu ilə baş-beyin arasında hərarət 41°- ə qədər qalxa bilər. Uşaqlar və qocalar günvurmaya daha həssas olurlar. İlk dəfə günəş şüasının təsirinə məruz qalan dəri səthində tezliklə...

Kollaps nədir? / Ensiklopedik Bilgi

Ağır xəstəlik və davam edən intoksikasiya, zədələnmə, qanitirmə fonunda meydana çıxan kəskin damar çatmazlığına, ürək fəaliyyətinin zəifləməsinə və arterial qan təzyiqinin düşməsinə kollaps deyilir. Kəskin infeksion xəstəliklər difteriya, səpkili və qarın yatalaqlan, sətəlcəm, çuma və s. və yayılmış irinli peritonit, plevrit, mediastinit nəticəsində...

Aseptika nədir? / Ensiklopedik Bilgi

Müasir aseptikanın əsas mahiyyəti-yara ilə təmasda olan bütün əşyaların mikrobsuzlaşdırılmasından ibarətdir. Təsəvvür edin ki, boğulmamış qasıq yırtığı olan xəstə cərrahi əməliyyat üçün klinikaya daxil olur. Xəstənin bədənində heç bir kəskin infeksiya ocağı yoxdur. Cərrahi əməliyyat aparılır toxumaların tamlığı cərrah tərəfındən məqsədəuyğun pozulur, sonra isə bərpa olunur.

Antiseptika nədir? / Ensiklopedik Bilgi

Müasir cərrahlıqda antiseptika kimyanın, fizikanın, farmakologiyanın və immunologiyanın nailiyyətləri əsasında yaranmış yeni bir istiqamətdir. Antiseptikanın 5 növü məlumdur: mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq. Bundan başqa antiseptika səthi, dərin, yerli və ümumi növlərə də bölünür. Antiseptikanın ayrı-ayrı nadir hallarda tətbiq edildiyindən təsnifatı da şərtidir.

Quduzluq virusu / Ensiklopedik Bilgi

Mərkəzi sinir sisteminin viruslarla törədilən infeksion xəstəliyidir. Quduzluq virusları insan bədəninə, xəstə heyvanların insanı dişləməsi, yaralaması zamanı ağzının seliyi, sidiyin yara səthinə düşməsi, insan dərisini cırmaqlanması yolu ilə daxil olur. Yara nahiyəsindən viruslar limfa və qan damarları ilə mərkəzi sinir sisteminə keçir və quduzluq törədir.