Cennerin kəşfi: “Nəsillər boyunca peyvənd ən böyük müalicə sıçrayışı olmuşdur”

Post date:

Author:

Category:

Bir kənd həkimi bəşəriyyəti ölümcül xəstəlikdən necə qurtardı?

“Düşünmə, et!” Cərrah Con Hantrın (John Hunter) şüarı bu idi və bu şüarı dərs verdiyi stajyor həkimlərə də aşılayırdı. Digər tərəfdən, onun ən bacarıqlı şagirdi Edvard Cenner (Edward Jenner) şüarı ürəkdən mənimsəmişdi və zamanla insan sağlamlığının çöhrəsini kökdən dəyişdirəcək bir kəşfi etdi.

Əsrlərdir dünya qorxunc bir xəstəliyin pəncəsindəydi: Çiçək xəstəliyi. Xəstələrdə görünən qızartılar bir müddət sonra mayeylə dolu kiçik qabarcıqlara çevrilirdi. Lakin xəstəliyin təsirləri heç də kiçik deyildi. Ona səkkizinci əsrin sonunda Avropada hardasa yarım milyon insan hər il bu xəstəlikdən ölürdü, içində beş hökmdar varıydı və korluqların üçdə biri çiçək xəstəliyi ilə bağlıydı.

On yeddinci əsrdə avropalılar əsrlərdir Asiyada tətbiq edilən peyvənd müalicəsini mənimsədilər. Çiçək xəstəsinin dərisi kəsilərək açılır və yara xəstəliyin daha az təhlükəli formasına sahib bir xəstənin yara qabığından əldə edilən maddəylə ovulurdu. Bu tətbiqat primitiv çiçək xəstəliyində və sonrakı immunitetdə bəzən işə yarayır, amma çox zaman bir epidemiyanı tətikləyən təkmilləşmiş çiçək xəstəliyinə çevrilirdi. Milyonlarla insan bu xəstəlikdən ölməyə davam edirdi.

Cenner Londondan köçüb 1773-cü ildə Berkeley kəndində işə başlayanda çiçək xəstəliyinin müalicəsini tapmaqda qərarlıydı.

Nə qədər çox xəstəylə qarşılaşdısa, ağlındakı model o qədər təkmilləşirdi. Müalicə üçün ona gələn süd satan qızların çoxu çiçək xəstəliyinə məruz qalmırdı. Sonrakı çalışmaları qızların hamısının nisbətən zərərsiz bir növü olan mal-qara çiçək xəstəliyinə (cowpox) məruz qalmış olduqlarını ortaya çıxardı. Əgər mal-qara çiçək xəstəliyi bir şəxsdən digərinə ötürülərsə, zərərsiz növün ölümcül növün yayılmasını əngəlləyə biləcəyini düşündü.

Mentorunun (mind teacher) verdiyi öyüdə uyan Cenner düşüncəsini həyata keçirməyə qərar verdi. Xəstələrindən biri süd satan bir qız olan Sarah Nelmes idi. Sarah süd sağarkən mal-qara çiçək xəstəliyinə yaxalanmışdı. 1796-cı ilin 14 mayında Cenner süd satan qızın cildindəki qabarıqlıqlardan mayeni toplayıb bağbanın oğlu Ceyms Flippsə inyeksiya etdi. Bir neçə ay sonra iyulun birində oğlana bu dəfə çiçək xəstəliyi inyeksiya etdi.
Bunu etmək riskliydi, amma oğlan yaşadı və dünyada peyvənd vurulan ilk şəxs oldu. Peyvəndin ingiliscə qarşılığı olan vaccination (vaksinasiya) latınca mal-qara mənasını verən “vacca” sözündən yaranmışdır. Alınan risk çox böyük idi, amma Cenner xeyir-zərər hesabı etdikdən sonra potensial qazancın böyük olduğunu anladı.

“Edvard Cenner insanları çiçək xəstəliyi peyvəndiylə müalicə etməyə başladığında təki bir sağlıq tədbiriylə dünya əhalisinin yarısını qıran bir ölüm səbəbini ortadan qaldırdı”, deyir Branson.

1798-ci ildə Cenner peyvəndin faydaları haqqında bir kitabça yayınladı. Lakin rəhbərləri peyvəndin təkmilləşmiş, faydalı bir addım olduğuna inandırmağı təxminən 40 ilini aldı. 1840’cı ildə siyasətçilər həkimin yerli təcrübələrinin əhəmiyyətini anladılar və iki il sonra digər adekvat tədbirlər qadağan edilərək peyvənd icbari hala gətirildi.

Cenner peyvəndinin tam olaraq necə işlədiyini heç bilmirdi, amma kəşfinin necə müthiş olduğunu anlayırdı: “Ömrünüzdə gerçək bir fərq yaratmaq bir imtiyazdır.”

1980-ci ildə Dünya Səhiyyə Təşkilatı çiçək xəstəliyinin tamamilə yox edildiyini elan etdi. Xəstəliyin nümunələri sadəcə ABŞ və Rusiyada təhlükəsiz laboratoriyalarda saxlanılır. Günümüzə qədər dünya səviyyəsində milyardlarla insan peyvənd sayəsində hər cür xəstəlikdən qurtuldu, qurtulmağa da davam edir.

Bransonun də dediyi kimi “Nəsillər boyunca peyvənd ən böyük müalicə sıçrayışı olmuşdur.”

Sir Richard Branson, Virgin qrup rəhbəri.

Jheni Osman “Tarixi dəyişdirən 100 fikir”

Tərcümə etdi: Həsənli Fəridbəy

Redaktə etdi: Ziya Mehdiyev

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.