Cins anlayışının bioloji və sosial mahiyyəti

Post date:

Author:

Category:

Cins anlayışının bioloji və sosial mahiyyəti

Cinslə müəyyən edilmiş fərqlərin sərrast xarakteri, bəşər nəslinin iki böyük hissəyə – kişi və qadın
hissələrinə bölünməsini təsdiqləyir. Bu, adi bir həqiqəti, elmi məlumatlar baxımından başqa bir müstəvidə qavramağa başlayırıq. Qadın və kişilərdə ümumilik olsa da, fərqli, özü də çox vacib olan
psixoloji və fizioloji cəhətlər üstünlük təşkil edir. Psixoloqlar şəxsiyyətin, onun ağıl sahəsinin (koqnitiv
sferasının) inkişafında olan gender fərqlərini kifayət qədər yaxşı öyrənsələr də, bunların mənşəyini hələ
kifayət qədər anlamayıblar. Qadın və kişilərin temperamenti, üslubu, xasiyyətində olan fərqlər nədən
irəli gəlir? Kişi və qadınların təkamülçü – genetik proqramları ilə müəyyən edilən intellektual inkişafında
özünəməxsusluq varmı? Yoxsa insanın əqli inkişafı – onun sosiallaşması prosesinin bir yekunudurmu?
Ancaq qadına və yaxud ancaq kişiyə xas olan davranış qaydaları haqqındakı təsəvvürlər necə formalaşır?
Niyə əzəldən, kişilər, pul və hakimiyyəti əldə etmək imkanını yaradan aparıcı mövqeləri zəbt edir,
qadınlar isə yalnız ikinci dərəcəli, sosial mənada daha az fayda gətirə biləcək vəziyyətdədir? Bu – cavab
axtardığımız suallardan yalnız bir neçəsidir; onu (yəni cavabı) tapandan sonra biz, kütləvi informasiya
vasitələrinin təsiri altında insanlarda gender fərqləri haqqında təsəvvürlər yarandığını izləyə bilərik. Ona
görə də biz, birinci növbədə gender sterotiplərin formalaşmasının fizioloji və tarixi əsasları və şərtlərini
təhlil etmək istəyirik.
Tarixən «cins» və «gender» anlayışlarını fərqləndirmək cəhdi ilk dəfə olaraq 1968-ci ildə psixoloq
Robert Stoller tərəfindən göstərilib. Kalliforniya universitetində o, transseksualları tədqiq edərək, belə bir
qənaətə gəldi ki, transseksuallıq üzərində cərrahiyyə əməliyyatını aparıb onun gender uyğunluğuna
(identikliyini) nisbətən onun cinsini dəyişmək daha asandır.
Linda Nikolson «cins» və «gender» terminlərinin sosial konteksti haqqında vacib bir qənaətə gəldi:
onun fikrincə «cins» sözü, kişi və qadınlar arasındakı fərqlərin bioloji fakt baxımından qiymətləndirilən
zaman daha çox istifadə edilirdi: cins sözünün geniş bioloji məzmunu var idi. O zamanlar «gender»,
yalnız dildə kişi və qadın qrammatik formalarını göstərmək üçün istifadə olunurdu. Kişililik və
qadınlılığın arasındakı fərqlərin sosial mahiyyəti aşkar olunan kimi, «gender» sözünü (bioloji mənaları
kəsb etmədiyi üçün) istifadə etməyə başladılar.
Bir qədər sonra «cins» və «gender» anlayışlarının fərqləndirilməsi ideyasına antropoloqlar da tərəf
çıxdılar. Müxtəlif cəmiyyətləri öyrənən antropoloqlar, kişi və qadın rolları, mövqeləri, xasiyyət cizgiləri
və kişi və qadının bu və ya digər cəmiyyətlərdə rollarının əhəmiyyətli dərəcədə fərqlərin mövcudluğunu
aşkar etdilər. 1972-ci ildə Rozaldo və Lamferenin redaktəsilə, tez bir zamanda şöhrətlənmiş «Qadın,
mədəniyyət və cəmiyyət» kitabı nəşr edildi. Burada, Şerri Ortner tərəfindən yaradılmış «Qadınlılıqla
kişililiyin nisbəti təbii ilə mədəninin nisbətinə bənzəyirmi?» sərlövhəli məqalə böyük mübahisələrə səbəb
oldu. Burada qeyd edilirdi ki, qadının cəmiyyətdə sosial statusu müəyyən edildikdə, onun reproduktiv
(analıq) funksiyası nəzərə alınmır. Bunu ona görə etmirlər ki, femininlik və qadınlar təbii başlanğıc,
maskulinlik və kişilər isə mədəni başlanğıcla eyniləşdirilir. Növbəti diskussiyalarda bəzi antropoloqlar
gender mütənasibsizliyin universal xarakteri haqqında ideyaları irəli sürür, digərləri isə Engelsin məlum
tezisi təkrarlayaraq, belə bir fikri irəli sürürlər ki, kollektiv iqtisadiyyata əsaslanan cəmiyyətlərdə
üstünlüyü təşkil edən cinslərin nisbi bərabərliyi, sonradan müstəmləkə sistemi, əmtəə-pul münasibətlərin
inkişafı nəticəsində dəyişikliklərə məruz qaldı. Gender sahəsində qeyri – bərabərliyin mənşəyi haqqında
mübahisələr səngiməsə də, antropoloji məlumatların yeni səpgidə yozulması prosesinə artıq təkan
verilmişdir.
Cins və gender anlayışlarının daha aydın şəkildə fərqləndirilməsini biz, Qeyl Rubinin «Qadınlar
mübadiləsi» əsərində müşahidə edirik. Psixoanaliz və struktur antropologiyasını (xüsusilə Levi – Strossun
qohumluq sistemləri nəzəriyyəsini) bir araya gətirən müəllif, qadınların maddi və mənəvi vəzifələrinin,
kişilər arasında gedən mübadilə predmeti olduğunu qeyd edir. Ekzoqamiya hadisəsini (red. Öz tayfasından, öz qohum-əqrəbasından, öz ictimai qrupundan evlənməyi qadağan edən adət.) hərtərəfli tədqiq
edən müəllif belə bir qənaətə gəlir ki, nadərşahlıq üzərində qurulan cəmiyyətlərdə qadınların mübadilə
edilməsi gender sisteminin ən başlıca xüsusiyyətidir. Patriarxal qaydalara dayaq olan gender sistemində
məhz tayfalar arasında aparılan qadınların dəyişilməsi, ailədə kişi hökmranlığı və gender uyğunluğu
strukturlarını təkrar istehsal edir. Nəticədə – qadın ev təsərrüfatı sahəsinə sıxışdırılıb çıxarılır, vəzifələri
isə «təbii» olunması haqqında elan edilir. Rubin «seks – gender sistemi» anlayışını istifadə etməyə təklif
etdi: « …. Sex / gender sistemi – cəmiyyət tərəfindən bioloji seksuallığın insan fəallığı sahəsinə
uyğunlaşdırılmasını təmin edən razılaşmalar (qurğular) toplusudur. Məhz bu sahədə dəyişdirilmiş
(transformasiyaya uğramış) seksual tələbatları ödənilə bilər». Rubinin fikrincə gender sistemi iki cinsinin
hər birisini müxtəlif, qeyri – bərabər, hətta qarşılıqlı şəkildə bir-birini tamamlayan kimi quraşdırır;
əslində bu sistem – hökmranlıq və qeyri – bərabərlik sistemidir; onun məqsədi – atanın əlində maddi və
mənəvi kapitalın cəmləşdirilməsidir.
Psixoloq Roda Unqer «Cins və gender anlayışlarının fərqləndirilməsi haqqında» adlı məqaləsində
cins (sex) anlayışını, yalnız bioloji mexanizmilərinin (cinsi xromosomlar, yaxud cinsi orqanların) ifadə
edilməsində istifadəsini zəruri hesab edir. Gender sözünü isə, maskulinlik və femininliyin sosial, mədəni
və psixoloji cəhətlərinin göstərilməsində istifadə oluna bilər. Başqa sözlə desək, Unqer cinsi bioloji
hadisə, genderi isə – sosial – mədəni quraşdırma olduğunu hesab edirdi. Eyni zamanda, müəllif belə
düşünürdü ki, gender və onun tərkib hissələri – gender stereotipləri, normaları, rolları, identikliyi
(uyğunluğu) – ifrat dərəcəsinə çatdırılmış kişililikdən, həmin dərəcəyə çatdırılmış qadınlılığa qədər
dəyişə bilər. Üstəlik, genderi düşünərkən, şəxsin cinsindən tamam təcrid olunması lazımdır. Məsələn,
kişi özünü heç kişi adına yaraşmayan şəkildə apara bilər, lakin o, öz «kişililiyi» itirmir.
Gender nəzəriyyəsinin inkişafında gözə çarpacaq dərəcədə xidməti olan Andriyenna Riç tərəfindən
tərtib edilmiş «Analıq bir təcrübə və institut» kitabıdır. Əvvəlki mövzularda biz, bu əsərə artıq müraciət
etmişik; onun daha bir fikrinə diqqətimizi cəlb etmək istərdim: gender, bütün qadınları bərabərləşdirən
bütöv, yenilməz bir anlayış deyil. Gender mövqeyini gücləndirə biləcək daha bir neçə, hakimiyyət
mövqeləri bildirən sosial hadisələr – irq sinif, yaş kateqoriyaları var. Bunlarla yanaşı, seksuallıq və irqi
problemlər mexanizmləri təhlil edərkən Riç belə bir qənaətə gəlir ki, gender – özünəməxsusluğa malik bir
sistemdir; ağalıq və tabelik münasibətlərində fərqləri məhz bu sistem (digərləri ilə yanaşı) müəyyən edir.
Beləliklə, gender anlayışı burada əvvəlki binar (ikili) versiyalarda (kişi / qadın genderi) fərqli olaraq,
hakimiyyət strukturlarının mürəkkəb şəbəkəsinin hissəsinə çevrilir.
Cins və gender anlayışların fərqləndirilməsi, sosial proseslərin yeni müstəvisində nəzəri təhlilinin
başlanğıcına səbəb oldu.
80-cı illərin sonunda tədqiqatçılar tədricən nadərşahlığın tənqidindən, özünəməxsus qadın
təcrübəsinin öyrənilməsindən gender sisteminin təhlilinə keçdilər. Qadın tədqiqatçıları tədricən gender
tədqiqatlarına çevrilir: burada ön plana belə bir yanaşma çıxır: insan cəmiyyətinin bütün fəaliyyət
sahələrində yaranan münasibətlər gender xarakterlidir. Tədricən tədqiqat proqramlarında, «qadın amilin
əlavə edilməsinə» diqqət yetirilməsi, kişi hökmranlığının əsaslandırılması əvəzinə, bütün sosial
proseslərdə genderin mövcudluğu, yaranması və təkrarı halları təhlil edilməyə başlanır.
Cins – insanı səciyyələndirən ən vacib amillərdən biridir. Cins adlandırılan mövhumun genetik
əsası artıq mayalanma mərhələsində yaranır. Bu zaman xromosomların iyirmi üç cütündən biri (yəni
cinsi xromosomların) ya X – xromosomu (onda XX kombinasiyası qadının yaranmasına işarə
vurur), ya da XY xromosomu (onda kişiyə xas olan keyfiyyətlər əmələ gəlir) əmələ gəlir, yəni insan cinsi,
cəmisi bir xromosom tərəfindən müəyyən edilir.
Ümumiyyətlə, insanın yaradılması haqqında İncildə gətirilən əfsanə həqiqətdən çox uzaqdır.
Xatırladaq ki, Müqəddəs yazılarda bunun haqqında belə deyilir: «Allah dedi: «Bizim surətdə bizə bənzər
insan yaradaq». Allah beləliklə onu Öz surətində, Allahın surətində yaratdı; onları erkək və dişi kimi
yaratdı. Arvad sükutda, bütün itaətkarlıqla, öyrənsin. Öyrənməyi də ərinin üzərində hökmranlıq etməyi
də, icazə vermirəm; susmaqda olmaq lazımdır. Çünki əvvəl Adəm yaradılıb, sonra isə Həvva». Yəni
təsdiqlənir ki, kişi qadından əvvəl yaradılıb. Alimlər isə göstərirlər ki, insan cismi və zəkasının başlıca
matrisası – qadınınkidir. Hamımız həyatımızı qız olaraq başlayırıq. 22 cüt xromosom (autosom) qadın
kodlarından ibarətdir; yalnız 23-cü cütdə – cinsi xromosomda Y – xromosom, yəni kişilərə aid genetik
kod yerləşə bilər.
«Cinsin təkamül nəzəriyyəsi» məqaləsində cinsin təkamülü təşkilolunmanın müxtəlif mərhələ və
səviyyələrində təhlil olunur. Burada biz bir sıra mexanizmləri aşkar edirik: onlar qadın cinsinin
mühafizəkar (yaradıcı bərpaedici) axını kimi cinsinin isə – analoji (operativ) axını ilə əlaqələndirir.
Deyiləni cinslərin dispersiyası (səpələnmə) və cinsi dimorfizmin  filogenetik
qaydaları adlandırmaq olar: əgər hər hansı bir əlamətə görə populyasiyada (heyvanlar növü və ya qrupu)
cinsi dimorfizm mövcuddursa, onda bu əlamətlər qadın şəklindən kişi şəklinə doğru irəliləyir (təkamül
yolunu keçir), əgər əlamətin dispersiyaları bərabərdirsə – onda paralel olaraq gedir və əlamətin
dispersiyası kişi cinsinə meyillidirsə – bu divergent mərhələsi (fazası) adlanır; əgər bu həm də o faktı
təsdiqləyir ki, qız körpələrində anadangəlmə sümüklərdə və daxili orqanlarda olan patologiyalar yaranır
ki, onlar daha erkən təkamül mərhələsinə işarə vurur, məsələn, qızlara üç böyrəyin, oğlanlarda isə – bir
böyrəyin olması və s.
Ontogenezdə mütənasibsizlik həm də qadın cinsində əlamətlərin inkişafının müəyyən yaş
mərhələlərində gecikdirilməsidir: ontogenezin əvvəlində dimorf əlamətinin qadın forması, onun axırında
isə kişi forması üstünlüyü təşkil edir.
Bu – cinsi dimorfizmin ontogenetik qaydasıdır: əgər hər hansı bir əlamətə görə qrupda cinsi
dimorfizm varsa, ontogenez prosesində o, qadın formasından kişi formasına doğru hərəkət edir. Başqa
sözlə, yaş artdıqca, ana tərəfinin əlamətləri zəyifləyir, atanınkı isə – artır. Hormonlar dölün beyninə
müdaxilə etdikcə, burada kişi və yaxud qadın beyninə xas olan əvvəlcə struktur, sonra həm də
funksional dəyişikliklər baş verir. Bu proses döl vəziyyətindən başlayaraq, yeniyetmə dövrünə qədər
uzanır. Kişi (testosteron) və qadın (estron, estriol, estrariol) cinsi hormonlar inkişaf etməkdə olan
orqanizmdə ana bətnində ikən artıq əmələ gəlməyə başlayır; bu da insanın xarakteri və qabiliyyətlərinin
formalaşmasına çox ciddi təsir göstərir. «Bəzi hormonlar, xüsusi olaraq testosteron adlanan kişi cinsi
hormonu, beyin sahələrinə təsir etməyə başlayır, nəticədə yeniyetmə dövründə hormonal təzyiq artır: bu,
özünü bir sıra formalarda, məsələn, fiziki, təcavüzkarlıq meyillərinin artmasında, yeni fəaliyyət
sahələrinin axtarılmasında, bir də beynin sağ və ya sol yarımkürəciklərinin nisbi üstünlüyünün
yaranmasında özünü ifadə edir.
Bu və digər bioloji əlamətlər cinslər arasında, artıq ana bətnindən keçən «yarış» zamanı özünü
bildirir. Qızlarda daha çox inkişaf edir, anadan olandan sonra onlarda, oğlanlara nisbətən sümüklərin
formalaşması prosesi bir-iki həftə qabağa düşür. Buna baxmayaraq, oğlanlar anadan olanda, qızlardan
çəkidə ağır, boydan da uzun olur. Kişi cinsindən körpələri bir qədər zəif olur. Mayalanmada 100 qadın
embrionun payına 120-150 kişi embrionu düşsə də, qəfil uşaqsalma halları daha çox oğlanlarla bağlı olur;
anadan olan 100 qıza 105 oğlan düşür. Oğlan uşağı anadan olan zaman daha çox zədə alır, səbəblərindən
biri – bədənin böyük ölçüdə olmasıdır.
Anadan olan uşaqlara cinsi hormonlar onun cinsi mənsubiyyətinə uyğun, yəni oğlan və ya qız
olaraq, normal fiziki və psixi inkişaf yolunu keçmək üçün kifayət edir. Yəni anadan olandan insan, heç də
cinsi mənada neytral bir məxluq kimi yaşamır. Onun orqanizmində əmələ gələn hormonlar, digər
amillərlə yanaşı, davranışda, maraq və meyllərin istiqamətləndirilməsində cinsi fərqlərin müəyyən
edilməsində kifayət edir. Genetik amillərin cinsi özünümüəyyənləşdirmə (özünübənzətmə) prosesində
təsiri ömür boyu davam edir. xüsusi olaraq cinslər arasındakı fərqlər özünü daha çox cinsi yenilik
mərhələsinə yaxın bir dövrdə biruzə veirir: bu zaman orqanizm, daha çox qonatopron hormonları ifraz
edir, bu da cinsin təkamül – bioloji əlamətlərinin formalaşması prosesini tənzimləyir. Bu müddətdə
oğlanlarda testosteron səviyyəsi 18, qızlarda isə estradiolun səviyyəsi – yalnız 8 dəfə artır. İstehsal edilən
hormonlar nəinki cinsin fiziki əlamətlərinə, həm də onun beyninə öz təsiri göstərir.
Beləliklə, biz görürük ki, kişi və qadın baş beyinləri arasında mühüm fərqlər var, çünki baş beyin
bir çox hallarda məhz cinsi hormonların hesabına formalaşır. İnsanların bəzi qabiliyyətləri, qədim insan
icmalarında yaşayıb qalmaq, ölməmək üçün əhəmiyyətli olan anadangəlmə keyfiyyətlərin üzərində
qurulur. Alimlər, qabiliyyətlərin amillər strukturunu təhlil edərək, kişilərdə, qadınlara nisbətən, bu hal
daha zəngin və müstəqil olduğunu müəyyən edirlər. Məhz buna görə kişilər, qadınlardan fərqli olaraq,
eyni zamanda yalnız bir işinin öhdəsindən gələ bilir (qadınlar bu vaxt bir neçə işi görə bilər).
Bunun səbəbi ondadır ki, qadınlarda, sağ və sol yarımkürəcikləri birləşdirən əsəb lifləri toplusu
(qabarlı cisim) kişilərdəkindən daha qalındır. Los-Ancelesdə yerləşən Kaliforniya universitetinin
nevroloqu Rocer Horski müəyyən edib ki, yarımkürəciklərin arasında birləşmələrin yaranması bir başa
orqanizmdə qadın hormonu – estrogenin – mövcud olması ilə bağlıdır. Həm də kişilərdə baş beyin
yarımkürəcikləri dəqiq ixtisaslaşmaya cavab verir: sağ tərəf – məkanda istiqamətini tapmaq riyazi
məsələləri həll etmək və s., sol tərəf isə – nitq fəaliyyətinə cavabdehlik daşıyır. Bu cür bölgü müəyyən
sərbəstlik yaradır, bir tərəfdən, müəyyən bir vəzifəni yerinə yetirməyə imkan, digər tərəfdən, ciddi
təhlükə yarada bilər.
Funksional assimmetriya görmə qabilliyətinə də təsir göstərir. Görmə qabiliyyəti, yalnız əlavə,
ipsidatoral tellər, sol gözü – sol yarımkürəciklə, sağ gözü isə – sağ yarımkürəciklə birləşdiriləndən sonra
stereoskopik (yəni əhatəli) oldu. Deməli, ipsilateral əlaqələr təkamül baxımından kontralaterallardan
cavandır, kişilərdə bir qədər çox olmadır və onların göz sinirində ipsilateral lifləri qadınınkidən çox
olmalıdır.
Deməli, əhatəliliklə bağlı təxəyyül, məkanı təsviretmə ilə bağlı qabiliyyətlər stereoskopiya (əhatəli,
perspektivli görünüş) ilə bağlı olduğu üçün, kişilərdə daha çox inkişaf etmiş olur. Həqiqətən, psixoloqlar
yaxşı bilir ki, həndəsi məsələlərin həllində, coğrafi xəritələrin təhlilində, ətraf şəraitdə
istiqamətləndirilməsi işində kişilər qadınlardan üstündür.
Qadın beyni, kişi beynindən fərqlt olaraq, belə bir ixtisaslaşmaya malik deyil; yarımkürəciklər bir
növ bir-birinin işini təkrarlayır. Nəticədə qadınlar, hər hansı bir məsələnin həllində müxtəlif cəhətdən
yanaşır, burada həm məntiqi idrakın, həm də intuisiyanın (ürəyədamma) imkanlarından istifadə edir.
Məhz bu xüsusiyyət qadınları daha bəsirətli (gözüaçıq) edir; onlar, insanların iç üzünü duyur, hər hansı
bir işarənin, ifadənin əsl mahiyyətini dərk edir. Qadınların daha bir üstünlüyü ondadır ki, qadın eyni
zamanda bir neçə iş görə bilir. Ən əsası isə odur ki, qadınların beynində ixtisaslaşma getmədiyinə görə,
bədbəxt hadisənin baş verməsi onlara bir o qədər təsir etmir. İş orasındadır ki, xəstəlik və yaxud bədbəxt
hadisəsi nəticəsində kişilər adətən öz düşünmək qabiliyyətinin bəzi funksiyalarını itirir (onun baş
beynində yarımkürəciklərin dəqiq ixtisaslaşması var), qadınlar isə – yox; onlar salamat olan
yarımkürəcikdən istifadə etməyə başlayır.
Qadın beyninin belə simmetriyası ona reaksiyanın daha yüksək normasını təmin edir, yəni onu,
ontogenez prosesində, kişi cinsinə nisbətən, çevikliyi, yumşaqlığı (adatlivliyini) təmin edir. Bu, həm də
psixoloji əlamətlərə aiddir.
Kişi və qadın cinslərin diskomfort (rahatlığı olmayan) zonalarında (sahələrində), müxtəlif
istiqamətlərdə gedir: qadın cinsi, öz uyğunlaşma qabiliyyətinin geniş imkanları hesabına bu zonalardan
uzaqlaşa bilir. Kişi cinsində, reaksiyanın əhatə dairəsi (norması) aşağı olduğu üçün, belə imkan yoxdur;
qeyri-münasib şəraitdə çıxış yolunu yalnız fərasət, ayıqlıq, ixtira qabiliyyəti hesabına tapa bilər. Başqa
sözlə, qadınlar stiuasiyaya uyğunlaşır, kişilər isə bu diskomfort vəziyyətindən, yeni qərar taparaq, çıxa
bilir. Məhz buna görə kişilər yeni, axtarışı tələb edən qeyri-adi (özü də çox vaxt ümumi şəkildə)
məsələlərin həllini öz üzərinə götürür; qadınlar isə – dəfələrlə götürdüyü işi kamillik zirvəsinə çatdırırlar.
İstənilən işdə yenilikçilik – kişi işidir. Bütün peşələri, idman növlərini, hətta toxumağını (baxmayaraq ki,
indi toxumaq işi ancaq qadınların əlindən gəlir) belə kişilər ixtira ediblər. (İtaliya XIII əsr).

ƏDƏBİYYAT:

http://education.gender-az.org

Minnich E.K. Trancforming Knowledge. Philadelphia, 1990

Ortner Sh.B. Is Female to Male as Nature is to Culture, Ibid. 1992

Rubin G. The Traffic in Women: Notes on the «Political Economy» of Sex. – In: Towards an Anthropology of Women. Reiter

R. (eds.) New York and London: Monthly Review Press, 1975. См. также перевод этой статьи на русский язык в:
Антропология гендерной теории/Под. ред. Е. Гаповой и А. Усмановой. – Минск, 200

Rhoda U. Toward a re-definition of sex and gender. – «American Psychologist», 1979, N 34
Либин А.В. Дифференциальная психология. – М., 1999 8 Книги Ветхого Завета. Первая книга Моисеева. Бытие. – М., 1982, Гл. 1,27; Гл. 2,6 9 Колесов Д.В. Биология и психология пола. – М., 2001

Либин А.В. Дифференциальная психология. – М., 1999

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...