«Cins» və «gender» anlayışları

Post date:

Author:

Category:

«Cins» və «gender» anlayışları

XX əsrin 60-70-ci illərində qərbdə başlanan qadın hərəkatının qüdrətli dalğası yeni, indi «gender»
adlanan tədqiqatlara təkan verdi. Müasir tədqiqatları (əsasən feminizmlə bağlı), xüsusi olaraq aparmayan
hər bir kəs üçün, sosiomədəni cins kimi izah edilən «gender» anlayışının tərifi bir qədər qaranlıq
olaraq qalır. Müasir cəmiyyətin mərkəzi və fundamental anlayışlarından biri olan «gender» anlayışının
tədqiqi, Azərbaycanda qadın hərəkatının bir çox iştirakçıları üçün nə dərəcədə aktual olması tam
aydındır.
Azərbaycan dilində «gender» sözünün analoqu yoxdur, o, ingilis dilindən olduğu kimi götürülüb.
Bu mənada, bu sözün mənşəyi və mahiyyətinin öyrənilməsi bizim üçün faydalı olar.
V.Müllerin ingiliscə – rusca lüğətində «gender» sözünün iki mənası verilir. Birincisi qrammatikada
cinsi bildirən, ikincisi isə zarafat üçün istifadə edilən bir söz kimi. S.Ocegovun izahlı lüğətində «Cins»
kateqoriyası həm qrammatik sözlər qruplarını (kişi, qadın, orta cins), həm də fəaliyyət istiqaməti və nəyi
isə fərqləndirmək üçün, bir də nəsillər silsiləsini (heyvanların təsnifatında isə bir neçə növün birləşməsi)
bildirmək üçün istifadə edilir.
T.de Loretti müxtəlif ölkələrdə nəşr edilmiş, müxtəlif dillərə aid lüğətlərdə «gender» sözünün
mənalarını izləmişdir. Məsələn, ingilis dili irsini Amerika lüğətində (Amerijan Hieritage Dijtionary of
English Landuage) «gender» sözü, birinci növbədə təsnifatı bildirən söz kimi qeydə alınıb. Bu lüğətdə
«gender» sözünün daha bir mənası «cinsin təsnifatı, «cins» kimi verilir. Roman dilləri qrupunda
qrammatik mənaları bir o qədər vurğulanmır. İspan dilində «gendero», italyan sozü «gendere» və fransız
«genre» insanın cinsi (növü) ilə bağlı heç bir məna bildirmir. Bunun əvəzinə digər söz «sex» (cins) istifadə
edilir. Yəqin ki, ona görə «genre» sözü, fransız dilindən götürülüb, bədii və ədəbi əsərlərin canrlarını
bildirmək üçün istifadə edilir. Maraqlıdır ki, nə qadın, nə kişi cinsini bildirmək üçün qrammatik
formaları olmayan ingilis dilində «gender» sözü cinsi bildirən bir kateqoriya şəklində istifadə edilməyə
başlandı.
Həmin lüğətdə «gender» anlayışının daha bir mənası var: sinfə, qrupa, anlayışa aidiyyatı bildirən
mənalarının təsviri. Başqa sözlə, «gender» bir obyekt (və ya məxluq) və digər, sinif (qrup) kimi qələmə
alınmış obyekt arasında münasibətləri (yəni mənsubiyyəti) bildirən anlayışdır.
Beləliklə, «gender», sinfin daxilində, o cümlədən, digər, artıq formalaşmış siniflərə nisbətdə,
obyektin mövqeyini bildirən, bu mövqeyə onu məhkum edən bir ifadədir. Gender – bioloji cins yox,
sosial münasibət, özünəməxsus sosial münasibətlər baxımından hər bir şəxsin təsviridir.
Sözün geniş mənasında «gender» sözü mürəkkəb quruluşa malikdir. Başqa sözlə, bu konseptual
(nəzəri) və təcrübəyə əsaslanmış, fərdi, ictimai, kross-mədəni və sırf mədəni, fiziki və mənəvi, həm də
siyasi mövhumdur. Yəni o – bizi ancaq insan, yox, qadın və kişi yaradan dünyanın həyatımızda
inikasıdır. Bir dünyanın ki, burada hər hansı bir fərqlənmə və parçalanma ağalıq – tabelik münasibətləri
baxımından ciddi şəkildə gözlənilir.
Məhz gender yanaşmaları müəyyən mənada özümüzü kim olduğunu (qadın və kişi, qız və ya
oğlan) göstərir, «cins – gender» sisteminin strategiyasını özündə əks etdirir. Anadan olandan qadın
cinsinin nümayəndələri dərhal, artıq formalaşmış münasibətlər sisteminə düşür: burada qadınlara passiv,
kişilərə isə fəal rol ayrılır. Bu zaman fəal («kişililik») tərəfin əhəmiyyəti passiv («qadınlılıq») rolunun
(münasibətlərdə ağalıq – tabelik iyerarxiyasına uyğun) əhəmiyyətindən üstün sayılır.
Məsələn, uşaq bağçalarda, qız və oğlanların öyrədicisi oyunların təşkili, tədrisi metodları həmişə
fərqlidir. Oyunlar otağında qızlar və oğlanlar üçün müxtəlif yerlər ayrılıb. Qızlar üçün ev şəraiti təsvir
edilir (daxili, «passiv» aləm), burada onlar gələcəkdə «qadın» olmağı öyrənir (masaya yeməkləri düzmək,
uşağı bələmək və s.). Oğlan tərəfində şəhər (xarici, «fəal» aləm) təsvir olunub: burada maşın növləri, yol
hərəkatı qaydaları, peşə növləri öyrənilir.
Dərsdə qızları anlayışlarla tanış edir, lakin onları izah etmir, vərdiş və bacarıqları aşılamırlarsa,
oğlanlara, qayğı ilə kiməsə yanaşmağı başa salmırlar. Oğlanlara dərketmə mahiyyətli, bilikləri artıran,
qızlara isə – mətbəx xörəklərini bişirmək qaydaları haqqında kitabları bağışlayırlar. Xörəkləri bişirmək
kitabı «Uşaq kulinariyası» adlansa da, onu yalnız qız uşaqlarına bağışlayırlar: axı bu kitab sırf onlar üçün
nəzərdə tutulub.

Bu yanaşma – konseptual xarakter daşıyır; feminizm mövqeyindən çıxış edən alim – sosioloqlar
buna «cins-gender sistemi» adını verdilər. Ənənəvi (qeyri-feminist) mədəni yanaşmalar kişilik və
qadınlılığı, həm əkslik, həm də bir-birini tam istisna kateqoriyalar kimi qiymətləndirirlər. Bu anlayışlar
vasitəsilə hər bir insan məxluquna dəqiq müəyyən edilmiş yer ayrılır. Belə mədəni konsepsiyalar
genderin simvollar, yəni işarələr sistemini (hər bir mədəniyyətin daxilindəki mənalar sistemini) təşkil
edir. Məhz bu sistem vasitəsilə hər hansı bir cinsin nümayəndəsi, öz sosial yönümlər və asılılıq
münasibətlərin strukturuna uyğun, cəmiyyətin mədəni məzmununu qəbul edir.
Hər bir mədəniyyətin məzmununda özünəməxsusluq var; buna baxmayaraq gender sistemi ilə
siyasi və iqtisadi amillər arasında sıx bağlılıq var. Bu mənada insanın öz cinsinə uyğun, gender
münasibətlərinə mədəni şəkildə müdaxilə etməsi, müxtəlif mədəniyyətlərə uyğun gender sistemlərdəki
mütənasibsizlik, sosial bərabərsizliklə müşaiyyət olunur.
T.de Lorettinin dili ilə desək, cins-gender sistemi (gender sistemi) eyni zamanda həm sosial-mədəni
hadisə, həm də xüsusi semiotik (işarələr sistemləri haqqında elm) alətdir. Gender sistemi – elə bir
təsəvvürlər toplusudur ki, bunların vasitəsilə cəmiyyətdə yaşayan fərdə müəyyən mənalar aid edilir
(identifikasiya (bənzətmə), prestij (nüfuz), status (mövqe), bütün bunlar ağalıq – tabelik münasibətlər
iyerarxiyasında fərdin yerini müəyyən edir). Gender təsəvvürləri müxtəlif mənaları bildirən sosial
mövqelərdirsə, kimsə özünü kişi, ya da ki qadın kimi təsvir edirsə, deməli, həmin mənalar yığımını öz
üzərinə qəbul edir.
Demək olar ki, Genderin məzmununa insanın həm özü, həm də başqaları haqqında məlumat
daxildir. Bu təsəvvürlərin yaranması yolları necədir? Feminist qadınlar burada müxtəlif həm cəmiyyət,
həm də şəxsiyyətlə bağlı amilləri qeyd edirlər.
Gündəlik həyatda biz, mədəni normaları mənimsəyərək, öz obrazımızı formalaşdırır, «əsl» qadın
və «əsl» kişi rolunu öyrənməyə çalışırıq. Duyğu və hərəkətlərimiz cəmiyyət tərəfindən alqışlana və
yaxud töhmətləndirilə bilər. Məsələn, ərdə olmayan, ərdə olub sonsuz olan, boşanmış əliuşaqlı qalan
qadınlar pislənir, ziyanlı sayılır. «Əsl kişi» üçün tamamilə boş bir şey olan yəni sırf qadın işi sayılan ev
təsərrüfatı ilə məşğul olması ayıbdır. (Bir çox qadınların fikrincə, bu, kişilər seksual cazibədarlıqdan
məhrum edir). O, cəmiyyətdə daha əhəmiyyətli, müvafiq olaraq, kişi işi sayılan işlərlə məşğul olmalıdır.
Öz simasını, yəni imicini kişi, qadınlara, onların (qadın) ev işlərində yalnız hərdən bir kömək etməklə
qoruyub saxlaya bilər.
Gender rollarının formalaşması texnologiyaları müvafiq şəkildə telejurnalistika və kino sənətində
özünü biruzə verir. Keçən əsrin 50-ci illərinin sovet kino sənətini bu günkü ilə müqayisə etsək, qadın
obrazının təsviri və qiymətləndirilməsində müəyyən bir fərqin olmasını təsdiq etmiş olarıq. Qadınların
sosial fəallığının artırılması siyasəti, kino ekranlarında müstəqil, öz həyatını qurmağa, cəmiyyətdə də fəal
mövqe tutmağı bacaran qadınlar obrazları yaradılırdı. Bugünkü ekran qəhrəmanları hündür boylu, gözəl
bir oyuncağa bənzəyən (müsbət obraz), bir də əxlaqsız (mənfi obraz) qadınlardır.
Çoxsaylı reklam çəkilişlərdə kişilər müdir (boss), mütəxəssis, qadın isə – onun tabeliyində olaraq,
ona qulluq edən kimi təsvir edilir. Televiziya ekranlarından bizə ağıllı, çox iddialı kişilər baxır cuşa
gəlmiş qadınlar isə sevinə-sevinə kolbasanı, paltaryuyan tozları çirkli köynəkləri iyləyir, məftunluqla
«əsl kişilərdən» aldığı müxtəlif, məişət texnikasından tutmuş, zinnət əşyalarına qədər olan hədiyyələrə
tamaşa edir. Bu, jurnalistika vasitəsilə genderin qurulması texnologiyasının daha aşkar ifadə
olunmasıdır.
Son zamanlar genderi bütöv bir anlayışlar kompleksi kimi qiymətləndirirlər. İndiyə qədər Gender
anlayışının tam və birmənalı olmaması faktı, qüsur kimi qiymətləndirilməmişdir. Çətinlik ondan irəli
gəlir ki, fəaliyyət və düşüncənin qarşılıqlı əlaqəsi burada qırılmaz vəhdət təşkil edir. Gender (bir irq və
bir sinif olaraq) – bir strategiya – nəzəriyyədir. O, inikas edir, formalaşdırır, təklif edir və fəaliyyətə sövq
edir. E.Minnihin fikrincə, yalnız gender anlayışının bütün məna və mahiyyətlərini açıqlayandan sonra,
genderin sosial bərabərlik aspektində əhəmiyyətini göstərmək olar.

ƏDƏBİYYAT:

http://education.gender-az.org

Введение в гендерные исследования. Учебное пособие // Под ред. И.В.Костиковой. – М., 2000
Грошев И.В. Гендерные образы рекламы // Вопросы психологии, 2000, №6
Кули-заде З. Гендер в Азербайдъане. – Б., 2003
Попова Л.В. Гендерные аспекты самореализации личности. Учебное пособие по спецкурсу. – М., 1996
Либин А.В. Дифференциальная психология. – М., 1999
Книги Ветхого Завета. Первая книга Моисеева. Бытие. – М. 1982, Гл.1,27; Гл. 2,6
Колесов Д.В. Биология и психология пола. – М., 2001
Rhoda U. Toward a re-definition of sex and gender. – «American Psychologist», 1979
Ortner Sh.B. Is Female to Male as Nature is to Culture. Ibid. 1992, 1992
Rubin G. The Traffic in Women: Notes on the «Political Economy» of Sex. – In: Towards an Anthropology of
Women. Reiter R. (eds.) New York and London: Monthly Review Press, 1975

Lauretis T.de. Technologies of Gender/ – Bloomington, 1987

 

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.