Cırttan planet yoxsa peyk?: Qayıqçı Xaron və tanrı Pluton

Post date:

Author:

Category:

1978-ci ildə Ceyms Kristi və Robert Harinqton tərəfindən kəşf olunan Xaron, Plutonun ən böyük təbii peyki və cırttan planetdir. Plutondan çoxda kiçik olmayan bu peyk, cırttan planetlə ikili planet sistemi yaradır. Diametri 1.208 km- dir ki, bu, Plutonun diametrinin yarısından biraz çoxdur. Plutonla birlikdə ikili planet sistemini yaratmaqlarının səbəbi, Xaronun orbitinin başqa bir ağırlıq mərkəzində yer almamasıdır. Plutonla birlikdə eyni ağırlıq mərkəzində dönən Xaron, cırttan planet kimi qeyd olunmazdan əvvəl, Plutonun peyki olaraq hesab edilirdi.

Xaron adını qədim Yunan və Roma mifologiyasındakı önəmli personaj olan Kharondan alıb. İnanışa görə, Kharon ölüləri qayıqla digər dünyaya aparırdı. Əgər ruhlar Kharona pul verə bilməsə, digər dünyaya gedə bilmirdilər. Bu səbəbdən, ölən insanların ağzına və yaxud gözlərinə sikkə qoyulurdu. Kharonun adı, Yunan mifilogiyasında Hades ilə birlikdə qeyd olunarkən, Roma mifologiyasında Pluton ilə qeyd olunur.

Plutonun digər peykləri Niks və Hidranın 2005-ci ildə, Kerberosun 2011-ci ildə, Stiksin isə, 2012-ci ildə kəşfindən sonra, Xaron, Pluto I olaraq dəyişdirilib.

Turqut Ağayev

mənbə:

britannica.com 

astronomy.com

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.