Cövhər – Substansiya // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

CÖVHƏR [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis,
hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. شٛ٘ ج – [yunan
dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən
əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa
şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir.
Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun
gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta
olması faktı əsla dəyişməz. Dəyişkən hallar və xüsusiyyətlərlə
müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə
deyil, öz-özülə var olan (fəlsəfi terminologiyaya aiddir). Cövhər
kəlməsi ərəb mənşəlidir. Bu söz daha müasir variantda Qərb
fəlsəfəsinə istinadla ―substansiya termini ilə ifadə olunur. Şeyin
mahiyyəti, onun əsası demək olan cövhər bütün xarakter və
xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona əlavə olunan forma,
tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər,
sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir
mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsulla
ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir.

CAN insanı var edən. Əski türkcədən gəlmədir. Ərəb dilli
fəlsəfədə bu sözün qarşılığı olaraq hayy yaxud da ruh sözləri
işlənir. Bəzən psixika termininin sinonimi kimi işlədilən termin.
Fəlsəfə tarixində bu anlayışla insanın idealizmdə xüsusi qeyrimaddi
substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə
olunmuşdur. Can insanı varlı tutan, diri saxlayandır

ƏRƏZ [cəm آسآص ;ing. Accident] – fəlsəfi terminologiyaya
aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan
her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini
təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi.
Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən
istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun
mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil
var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin
təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta
şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə
ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə
bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil.
Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən
ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün
lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti
fərqlənən ərəzdir.

SUBYEKT [alm. Subjekt; fr. Sujet; ing. Sunject; lat.
Subjectum; yun. Hypokeimenon; osm. tr. fail, mevzu; ər. جىهش– [
Subyekt termini Aristotelə görə sonra da Orta əsrlərdə cövhər
mənasında işlədilirdi. Bugünkü mənasında isə XVII əsrdən sonra
işlədilir. Fəlsəfi kateqoriya. Subyekt anlayışı ilk əvvəl [məs.,
Aristoteldə] xassələrin, vəziyyətlərin, hərəkətlərin daşıyıcısını
bildirmişdir və bu mənada substansiya anlayışı ilə eyniyyət təşkil
etmişdir.

SUBYEKTİV – [alm. Subjektiv; fr. Subjektif; ing. Subjective;
lat. Subjectivus; osm. tr. enfusi] – subyektlə bağlı olan, subyektdə
əsaslandırıla bilən, subyektlə müəyyənləşmiş olan, subyektə bağlı
olan. Antonimi obyektivdir.

SUBSTANSİYA [alm. Substanz; fr.=ing. Substance; lat.
Substancia; yun. Hypostasis, hypokeimenon – aşağıda olan; osm.
tr. cevher; tr. Töz; ər. ش ٌجىه ;lat. substantia – mahiyyət] – bax:
cövhər; özünün bütün formalarının, insan və onun şüuru da daxil
olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində götürülmüş
obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nəzəri
inikasının əsaslı kateqoriyası [Mücərrəd və konkret].

SUBSTANSİALİZM [alm. Tözçülük; fr. Substantialisme; ing.
Substantializm; osm. tr. cevheriye; ər. حَجىهش – [bir ya da çox
substansiyanın varlığını qəbul edən təlimlər. Ruhun bir substansiyası
olduğunu qəbul edən təlim.

 

SUBSTRAT [lat. sub – altında və stratum – tikinti, tikili,
qurğu] – müxtəlif predmetlərin və ayrıca, təkcə predmetin, şeyin
müxtəlif xassələrinin və onların məcmusunun vəhdətinin,
eyniyyətinin əsası

 

TRANSANDANS [fr. Trancendence; tr. Aşkın ər. يراػم– [
fövqəl olma: Görünüş və hadisələrin arxasında və üstündə davamlı
olan cövhərlərin varlığına inanan görüş

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.