COVID-19 / SARS-CoV2-Coronavirus nədir?

Post date:

Author:

Category:

Ümumi məlumat

Viruslar genetik məlumatı (+/- kapsul) olan, lakin başqa bir canlı orqanizmdən xaricdə çoxala bilməyən patogenlərdir.Virus bakteriya deyil, müalicəsində antibiotiklərdən istifadə olunmur. Əksər hallarda orqanizm özü infeksiyanı immun sistemi vasitəsilə aradan götürməyə malikdir (qanımızda olan hüceyrələr neytrallaşdırıcı hissəciklər hazırlayır); etioloji müalicəyə ehtiyac olmur, simptomatik (hərarət, ağrılar və s.) müalicə olunur.

Coronavirus coronaviridae ailəsinə aid tənəffüs yolları virusudur. İndiki SARS-CoV2 virusu 2003-cü ildə epidemiyaya səbəb olan SARS-CoV-un mutasiya etmiş və beləliklə fərqli xüsusiyyətlər qazanmış növüdür.Hal-hazırda olan məlumatlara görə virus tənəffüs yolları vasitəsilə (damcı, ağız sekresiyaları, yaxın təmas) vasitəsilə yayılır.Virusun inkubasiya müddəti təqribən 5-6 gündür (ekstrem 2-12 gün): bu müddət ərzində virusa yoluxmuş şəxs tam sağlam görünə bilər. Xəstəliyə yoluxmuş şəxs simptomlar üzə çıxmazdan bir neçə gün əvvəldən başlayaraq virusu ötürə bilər, 14 günlük karantin belə yoluxma hallarını maksimum dərəcədə azaltmaq üçündür.

Xəstəliyin əsas simptomları adi tənəffüs yolları xəstəliyi kimi başlayır (hərarət, ağrılar, halsızlıq, +/- öskürək), zəif şəxslərdə kəskin pnevmaniyaya, tənəffüs çatışmazlığına səbəb ola bilir. Xəstəliyin mortality rate-i (ölüm riski) hal-hazırda 2-5% arasında ehtimal olunur. Epidemiyanın Ümumdünya Səhiyyə Təşkilatını narahat etməsinin əsas səbəbi zəif (vulnerable) şəxslər arasında ölüm riskinin kəskin yüksək olmasıdır.

Belə izah edim, immun sistemi normal fəaliyyət göstərən sağlam şəxslərdə virus yüngül simptomlara səbəb olur, amma həmin şəxslər bir növ “vektor” vəzifəsi daşıyaraq virusu immun sistemi zəif olan insanlara (qocalar, xroniki xəstəliyi olanlar, körpə uşaqlar, hamilə qadınlar, immun çatışmazlığından əziyyət çəkən insanlar) ötürürlər.Xəstə ilə təmasda olan hərkəs virusa yoluxmur, virusa yoluxan hərkəsdə xəstəlik özünü göstərmir, xəstəlik özünü göstərən hərkəs vəfat etmir!

Necə qorunmalı? Nə etməli?

Əvvəla bəzi mifləri aradan qaldırım: cərrahi maskaların heç bir qoruyucu təsiri yoxdur, maska xəstə tərəfindən taxılmalıdır. Respirator tipli maskaların taxan fərdi qoruyucu funksiyası olsa da, virusun bu maskaların filterindən daha kiçik olduğu güman olunur.Əllərinizi tez-tez yuyun (əlləri necə və nə qədər müddətdə yumaq olduqca vacibdir, 1 dəqiqə ərzində tibbi qaydada yumaq lazımdır).

Ən kiçik xəstəlik əlamətlərində (hərarət, öskürək, halsızlıq) immun sistemi zəif şəxslərlə təmasdan maksimum dərəcədə çəkinin, mümkündürsə işə/dərsə getməyin, ictimai transportdan istifadə etməyin; insanlarla ünsiyyət zamanı maskadan istifadə edin, burnunuzu birdəfəlik istifadə üçün nəzərdə tutulmuş cib dəsmalları ilə silin və istifadədən sonra əlinizi yuyun.İmmun sistemini möhkəmləndirmək üçün vitamin qəbul edə bilərsiniz, ən yaxşısı isə gündə ən az 5 meyvə -tərəvəz yeməkdir.Qətiyyən özbaşına antibiotiklərdən istifadə etməyin!

Qohum, qonşu, baldızınızın xalası qızının qaynı məsləhət görsə belə qətiyyən həkim resepti olmadan antibiotikdən istifadə etməyin.Ən əsası biologiya, mikrobiologiya, virologiya, tibb sahəsində çalışan insanların məsləhətlərinə qulaq asın, mənbə olaraq Ümumdünya Səhiyyə Təşkilatına, Paster İnstituna və elmi məqalələrə istinad edin. Watsapda yayılan, Facebookda like yığmaq məqsədi daşıyan, öz siyasi mənafeyi üçün sağlamlığı siyasətə qarışdıran, “xəbər” saytlarının baxış sayı toplamaq üçün tələsik yazdığı postlara əhəmiyyət verməyin.

Epidemiya zamanı soyuqqanlılıqla vəziyyəti nəzarət altına almaq lazımdır, panikaya yol vermək olmaz.Nə üçün panikaya düşməməli? İtaliya misalında göstərsəm, Lombardiya və Venetonun bütövlükdə karantinə alınması cəmiyyətdə böyük sosial psixoza səbəb oldu, hidro-alkolik dezinfeksiyaedici gel sotku tükəndi, marketlərdə qıtlığa, sonu görünməyən kassa sıralarına səbəb oldu (paradoksal olaraq virusun daha çox yayılması üçün şərait yarandı). Panika vəziyyətin yaxşılaşdırılması üçün heç bir köməklik etmir, əksinə ölkədə onsuz da acınacaqlı olan səhiyyə sisteminə əlavə yük yaradır (lazım olmayan təcili yardım zəngləri, apteklərdə stok bitməsi və s.) və vəziyyəti daha da gərginləşdirir. COVID-19 insan irqinin gördüyü ilk epidemiya deyil və son epidemiya da olmayacaq. Gərgin anlarda cəmiyyətə köməyiniz dəyməsini istəyirsinizsə, Whatsappda yayılan zəncirvari mesajlara baş qoşmadan, ətrafınızdakılara sakit və başa düşəcəkləri bir dildə vacib punktlar və necə reaksiya verməli olduqları haqda məlumat verin.

Əlavə oxu üçün:

Institut Pasteur
Lancet
WHO

Müəllif:Zaur Vəlizadə

Redaktə etdi:Nisə Qulizadə

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...