Dəlil // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

ARQUMENT [alm.=fr.=ing. Argument; lat. Argumentum;
osm. tr. delil; ər. مُدن ;tr. Kanıt] – gətirilən dəlilin əsası. Nəyinsə
tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin
əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya
qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstərmək,
tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox
ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydınlaşdırmaq
üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz
arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.

 

AKSİOM [alm. Axiom; ing. Axiome; yun. Axioma; osm. tr.
mütearife; ər. يرؼاسفح – qəbul edilmiş müddəa] – dəlilə, sübuta
ehtiyacı olmayan deməkdir. Aksiomlar elə nəzəri ifadələrdir ki,
onların doğruluğuna, düzgünlüyünə etibar etməmək mümkün
deyil. Fəlsəfədə də hər hansı bir müddəaya və tərifə ehtiyacı
olmayan, özlüyündən açıq-aydın olan və digər təsbitlərə dəlil
mahiyyəti daşıyan, müəyyən elmi nəzəriyyənin deduktiv
quruluşunda isbata ehtiyacı olmayan, lakin həmin nəzəriyyənin
digər müddəalarının isbatının əsası kimi qəbul olunan nəzəri
təklif.

DƏLİL [ər. ًٌٍد –[Hər hansı bir hökmün və yaxud hökmlər
sisteminin həqiqiliyini sübut etmək üçün gətirilən hökm və yaxud hökmlər sistemi; sübut, tutarlı dəlil gətirmək. Dəlil ərəb
mənşəlidir. Son iki samiti təkrar olunan d+l+l şəddəli fellər
qrupuna aiddir. İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə
deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan,
ona ―ictihadi dəlil deyilir.

 

İSTİDLAL (ər. إعرذالل – (dəlil çıxartmaq, elmi prinsiplərə
əsaslanaraq elmi nəticələrə gəlmək. Sözün kök kərflərini ―dəl‖ və
―ləm‖ hərfləri təşkil edir. Dəllə feli ərəb dilində son hərfi təkrar
olunan şəddəli fellər qrupuna aiddir. Dilimizdə geniş işlətdiyimiz
―dəlil və dəlalət‖ sözü də burdan əmələ gəlmişdir. İstidlal fəlsəfi
termin kimi islam mədəni bölgəsi fəlsəfəsinin dilində geniş rast
gəlinir.

 

HÜCCƏT – dəlil

SAXTALAŞDIRMA – Nəzəri müddəaların [hipotezlərin,
nəzəriyyələırin] təcrübə nəticəsində alınmış emprik dəlillərə
tutuşdurulması yolu ilə təkzib edilmələri vasitəsilə onların həqiqiliyinin
yoxlanılması üsullarından biri.

TUTARLI [alm. Konsequent; fr. Consèquent; ing. Consequent;
lat. Consequens; osm. tr. insicamlı] – məntiq qaydalarına
uyğun olan əqli əsas gətirmə. Əsaslı, yənin məsələnin bütün əsaslarını
əhatə edəcək qədər ehtivalı arqument. Misal üçün tutarlı
dəlil. Tutarsız [alm. Inkonsequent; fr. Inconsèquent; ing. Inconsequent;
osm. tr. insicamsız] –düşünmədə məntiqi əksiklik, davranışlarında
öz-özü ilə uyğunluq qurmaq. İki prinsip arasındakı əlaqədə
ikinci birincinin sonuncu kimi göstərilir, halbuki həqiqətdə
birincidən belə bir nəticə çıxarılmaz.

 

VACİB [واجة – [dəlil cəhətindən fərz qədər qəti olmayan,
lakin yerinə yetirilməsi yenə vacib olan ibadətlərdir. Qurban
kəsmək vacibdir, ancaq fərz deyil. Vacib sözü dində və fəlsəfədə
xeyli anlamlar ifadə edir. Misal üçün, fəlsəfədə varlığın mümkün
forması ilə birlikdə vacib formasından da sözhbət açılır, bununla
belə dində də şəri hökmlər vacib yaxud fərz və ya müxtəlif
ifadələrlə edilməsinin qətiliyi dərəcələrlə şərtləndirlir. Fəlsəfədə
vacib varlığa vacib əl-vücud deyilir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,742FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....