Dənizlər niyə duzludur? // Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Dənizlər duzludur və bunu hər kəs bilir. Bəs səbəbini bilmək istədiniz?

Okeanların niyə duzlu olduğunu, kimyəvi quruluşunun necə yarandığını yaxın bir zamana qədər bilmirdik, doğrusu. Uşaqlarımız “okeanlar niyə duzludur?” – deyə soruşanda, “başqa sual ver”, deyirdik.
İlk dönəmlərdə bu duz məsələsində günahkarın dənizlərə tez-tez bir şeylər daşıyan çaylar olduğunu düşünmüşdük. Ancaq okeanların kimyəvi tərkibi ilə onlara tökülən çayların kimyəvi tərkibi eyni deyildi. Sualın cavabını 1979-cu ildə öyrənəcəkdik. Şərqi Sakit okean yüksəkliyi boyunca gedərkən qarşımıza qara duman püskürən bir sualtı baca çıxdı. Buna hidrotermal baca adını verdik. Qara bir duman püskürürmüş kimi görünsə də, reallıq bir az daha fərqlidir. Burada okeana buraxılan şey əslində mineralların mikro kristallarıdır.

Qara duman püskürən bacaları tapdıqdan sonra okeanlardakı bütün suyun hər 6-8 milyon ildə bir Dünyanın içinə girib çıxdığını və həm də çaylardan aldığı kimyəvi maddələrin bir qismini bərabərində apararaq bunları yeni kimyəvi maddələrlə dəyişdirdiyini kəşf etdik.

Bu vəziyyət Dünyanın ətrafında bir basketbol topunun tikişləri kimi dolanan orta-okean silsiləsi boyunca yaranır. Buralarda on minlərlə vulkan ocağı vardır. Su bunların içindən keçir və okeanların kimyəvi tərkibi bu şəkildə yaranır. Vulkan ocaqlarından keçən okean suları sahib olduqları duzu birbaşa Dünyanın qəlbindən alır.

 

Mənbə:

http://m.nationalgeographic.com.tr/makale/kesfet/denizler-neden-tuzlu/2528

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm