Dəyər? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

AKSİOLOGİYA – [yun. Axia – dəyər və logos – təlim, söz] –
dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədəniyyətşünaslığın
və fəlsəfənin ortaq termini kimi götürülməlidir,
çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək
bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun
cəmiyyətdəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı,
zəruri, yaxud zərərli və qeyri-zəruri olan dəyərlər sistemi
öyrənilib, üzə çıxarılmaqdadır.

 

DEONTOLOGİYA [yun. deon – borc logos – təlim, söz] –
etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq
edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm
sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar

DƏYƏR [alm. Wert; fr.valeur; ing. Value, worth; osm. tr.
kıymet; tr. Değer; ər. ًٍث – [İnsanın, istəyən, varlığına ehtiyacı
olan, qiymət verən bir varlıq olaraq, obyekt ilə əlaqəsində ortaya
çıxaran bir şey. Dəyər əxlaqı isə mövzusu dəyərlər olan əxlaq
fəlsəfəsi, yaxud əxlaq fəlsəfəsinin bir fəsli olaraq ənənəvi dəyərlər
sistemidir. Dəyər fəlsəfəsi [alm. wertphilosophie] dəyərləri
fəlsəfənin əsas mövzusu olaraq görən fəlsəfə anlayışı yaxud
fəlsəfənin dəyərlərini araşdıran sahəsinə də deyilir.

 

EKVİVALENT [alm. Äquivalent; fr. Èquivalent; ing.
Equivalent; lat. Aequivalens – eyni dəyərli, dəyərcə eyni olan;osm. tr. müadil; ər. يؼادل – [ bir başqa dəyəri əvəz edə biləcək dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.

 

İLLUZİYA [lat. illusio – aldatma,yanılma] – gerçəkliyin
təhrif olunmuş qavranılması. İllüziya göz aldadıcı, olanı həqiqət
kimi göstərməkdir. Gerçək bir obyektin duyğular üzərindəki
hadisəni səhv dəyərləndirilməsidir.”İllüziya” latın sözüdür,
mənası ―yanlış təsəvvür‖ deməkdir. İllüziya ilə məşğul olana
illüzionist deyiirlər. Dilimizdə bu temrin sehrbazlıq kimi da
işlədilir.İllüzionist beynəlxalq termindir və dünyanın bütün
ölkələrində bu cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən
məlumatımız olsa belə heçnə dəyişmir, çünki gözlər yenə aldanır

 

İRTÜK – dəyər, qiymət

 

KƏMİYYƏT [Qantite] – Nicelik: Ölçülüb sayıla bilən
böyüklük.
KEYFİYYƏT [Kalite] – Nitelik: Bir şeyin quruluşunu
göstərən, bir obyekti özünün var olduğu kimi edən xüsusiyyət.
Keyfiyyət – nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa
obyektə dəyər verdirən, xarici görünüş , rəng və dad kimi ona aid
obyektiv xüsusiyyətlərin hamısına birgə verilən addır. Burada
ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq
dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə
keyfiyyət fəlsəfi kateqoriya kimi şeyin onun mahiyyətindən
olmayan lakin sonradan ona əlavə olunan forma və xüsusiyyətlərin
məcmusuna deyilir. Keyfiyyətə Orta əsrlər Şərq fəlsəfəsində
daha çox ərəz deyidilər. Misal üçün, bir stul taxtadandır,
onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görünüşü,
sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir.

 

NORMA [alm. Norm; fr.=ing. Norme; lat. Norma; osm. tr.
kaide, numune] – 1. Günahlandırma və dəyərləndirmənin özünə
görə həyata keçirildiyi meyar. Tabe edilməsi vacib olan qayda,
qanun. Fəlsəfədə əxlaq, estetik və məntiq normaları da mövcuddur.
Buna görə də bu fəlsəfə sahələri normaları qoyan yəni normativlər
adlanır.

 

ŞƏRƏF [alm. Würde, menschenwürde; fr. Dignitè, humaine;
ing. Dignity; dignitas; osm. tr. haysiyet; tr. Onur; ər. ششف– [
insanın duyan, düşünən və azad bir varlıq olaraq özündə daşıdığı
dəyər, insaniyyətinin dəyəri. Kant belə düşünürdü ki, şərəfli bir varlıq olması səbəbilə insan heç bir zaman vasitə kimi istifadə
edilməməlidir. Əxlaqi-şüur anlayışı və etik kateqoriya; məzmununa
görə ləyaqət anlayışına oxşardır. Fərdin özünün-özünə və
cəmiyyətin fərdə münasibətinin təzahür forması olan şərəf [eləcə
də ləyaqət] insanın davranışının və başqalarının ona münasibətini
münasib şəkildə tənzimləyir.

XOŞBƏXTLİK [alm. Glück; fr. Bonheur; ing. Hapiness; osm.
tr. Saadet; عؼادج – [ümumiyyətlə insanların özlərinə ən yüksək
missiya olaraq ortaya qoyduqları dəyər. Şüuru dolduran
doyğunluq halı. Yaxud xoşbəxtlik hissi. Xoşbəxtlik məfhumunu
insanın hissləri arasında zikr edən filosoflara görə, bu məfhum
demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.

YAXŞI [alm. Gut; fr. Bien; ing. Good; lat. Bonus; yun.
Agathos; osm. tr. hayır; ər. شٍ خ – [geniş mənada işə yarayan,
özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli
olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində
Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...