David Reimer: Gender transformasiyası. Kimliyindən xəbərsiz yetişdirilən şəxsin həyat hekayəsi

Post date:

Author:

Category:

David Reimer:  Gender transformasiyası. Kimliyindən xəbərsiz yetişdirilən şəxsin həyat hekayəsi

 

22 avqust 1965-ci ildə Janet Reimerin həyatında onu dünyanın ən xoşbəxt qadınlarından edən bir hadisə baş verdi: əkiz övladları dünyaya gəldi. Brain və David (ilk adı Bruce) yeni dünyaya göz açdılar, lakin onların həyatı bir alimin teoriyası nəticəsində ömürlük dəyişməyə məruz qaldı. Oğlanların hər ikisi normal və sağlam doğulsa da, həkimlər bəzi uroloji problemlərin olduğunu bildirmişdilər. Bu problemin həlli üsulu isə sünnət idi.

Əkizlər 6 aylıq olduqlarında valideynləri onları sünnət əməliyyatı üçün hospitala aparır. Həkimlər sünnət üçün qeyri-ənənəvi üsulu təcrübədən keçirirlər. Nəticədə Bruce-un cinsiyyət orqanı zədələnir. Onun valideynləri Janet və Ronald Reimer professional çözüm yolları axtarsalar da, sonunda Bruce-un cinsiyyət orqanı olmadan yaşamağa alışması fikrini məcburiyyətlə qəbul edirlər.

 

I hissə:  Cinsiyyət üzvünün müalicəsi zamanı onun zədələnməsinə səbəb olan faciəli səhv

 

Kanadada dünyaya gələn əkizlər 6 aylıq ikən valideynləri tərəfindən sünnət əməliyyatı məqsədilə yerli xəstəxanaya aparılır. Əməliyyatı həyata keçirən həkim əməliyyat zamanı nasaz və istifadə müddəti bitmiş eletrik avadanlıqlarından istifadə edir. Sünnət əməliyyatı Bruce-un penisinin tamamilə yanması ilə nəticələnir. Bu vəziyyəti görən həkimlər xəsarətin təkrarlana biləcəyini nəzərə alaraq əkizlərdən digərinin (Brain) əməliyyatını dayandırırlar.
60-cı illərdə plastik əməliyyatlar çox geniş yayılmamışdı. Həkimlər bu əməliyyatların körpə uşaqlar üzərində aparılmasına ümumiyyətlə qarşı idilər.

 

Yaşanmış üzücü hadisə səbəbilə pərişan olan ailə övladlarının itirilmiş genitaliyasını bərpa etmək üçün bütün vasitələri sınaqdan keçirirdilər.

Hadisədən qısa müddət sonra ailə üçün bir ümid işığı göründü.

Ronald Reimer Tv izləyərkən John Money adlı məşhur seksopatoloqun qonaq olduğu bir proqrama rast gəlir. Proqram transseksuallar üzərində aparılan cinsiyyət dəyişimini işıqlandırırdı. Hətta nümunə üçün tamamilə və inandırıcı dərəcədə qadın görünüşlü bir transseksualı nümayiş etdirirdi.

 

 

Janet Reimer düşünürdü ki, bəlkə də bu vasitə ilə onlar problemlərinə həll yolu tapa bilərlər..

 

Ronald Reimer bu məlumatı həyat yoldaşına çatdırdığı zaman onun ağlına bir ideya gəlir. Janet düşünür ki, ən yaxşı çıxış yolu Bruce-un cinsiyyətini dəyişərək onu qadın etməkdir. Bu səbəblə Janet Reimer dərhal həkim John Money-ə məktub yazır. Həkim məktubu qəbul edir və ən qısa zamanda ailəni Baltimor, Maryland-a onunla görüşməyə dəvət edir. Yüksək intellekt sahibi həkim J.Money valideynlərə Bruce-la baş tutacaq görüş zamanı onu qız kimi geyindirməyi məsləhət görür.

Nəhayət 18 aylıq körpə Bruce xədim edilir və əməliyyatla ona vulva yerləşdirilir. Əməliyyat sonrası ailə hətta Bruce-a Brenda adını verirlər. Hətta özlərini daha yaxşı inandırmaq və bu vəziyyətə alışmaq üçün Bruce-la qız kimi rəftar edirlər.

 

Dr John Money Reimerlər üçün mələk hesab edilirdi, lakin..

 

 

Cinsiyyət transformasiyasında kişini qadına çevirmək daha asan və uğurlu alınırdı. John Hopkins Universitetinin psixoloqları iddia edirdi ki, qadın kimliyini hər hansı bir uşağa qız (qadın) kimi rəftar etməklə inkişaf etdirmək mümkündür.

Dr. Money yüksək intellektə sahib idi və interseks şəxsiyyətə malik insanlar üzrə ixtisaslaşmışdı. Reimerlər həyati qərarı gerçəkləşdirmək üçün Baltimore-a yollanırlar. Əməliyyat uğurla həyata keçir. Əməliyyatdan sonra isə onlar evə yeni bir qız uşaqları ilə dönürlər. Bundan sonra ailə övladlarını bir qız uşağı kimi böyütməyə başlayırlar, ona keçirdiyi əməliyyat və keçmişi ilə bağlı heç bir informasiya vermirlər.

 

II hissə: Bruce-un Brenda-ya çevrilməsi

 

Ailə Bruce-un Brenda-ya çevrilməsində israrcı idilər. Onun incə bir xanıma çevrilməsi prosesi tam sürətlə davam etsə də, bu hal Reimerlər üçün heç də asan deyildi. Bruce Brenda olmağı inadla rədd edirdi. O qızlara aid oyuncaqlar, gəlinliklər, ətəklər, paltarlar və qızlarla bağlı hər şeydən imtina edirdi. Hətta anası Brendanın üz ifadələrini, davranışlarını və ətrafla rəftarını qızlara xas şəkildə dəyişməyə çalışsa da, o, atasına və atasının gördüyü işlərə meyl göstərirdi.

Brenda böyüməyə başladıqca özünü bir qadından daha çox kişi kimi görürdü. Onu ailədə anlayan yeganə şəxs əkizi Brain idi. Brain aralarındakı yeganə fərqi sadəcə Brendanın saçlarının ona nisbətən daha uzun olmasında görürdü.

Brenda böyüdükcə “təbiət və tərbiyə” eksperimenti öz effektini biruzə verir. İnsanın daxili hislərinə təbiəti olduğu qədər, ona verilən tərbiyə, yetişdirildiyi şərtlər də çox böyük təsir göstərir. Ətrafımızdakı insanların rəftarından asılı olaraq biz özümüzü qadın və ya kişi kimi hiss edə bilərik.
Brenda 5 yaşında olarkən Dr Money onun həyat hekayəsini ictimailəşdirmək qərarına gəlir. O, Brendaın həyatından bəhs edən bir kitab yazır və baş qəhrəmanı Joan/John adlandırır. Kitab satışa çıxdığı andan böyük səs-küyə səbəb olur.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi Reimerlər üçün heç də ürəyaçan deyildi. Brenda böyüdükcə kontroldan çıxır, oğlan kimi ağaca dırmanır, oğlanlarla vuruşur, döyüşür, ətrafındakı bütün həmyaşıdlarından uzaqlaşır və yalnız başına böyüyürdü. Heç bir dostu olmayan Brenda ilə hətta öz əkizi Brain belə vaxt keçirmək istəmir.

Brendanın qadın kimliyindən imtina etməsi orta məktəb dövrlərində daha da kəskin hal alır.

 

Brenda zamanla öz gerçək kimliyinin fərqinə varır və əsl xarakterini sərgiləməyə başlayırdı.
Məktəb illərində Brenda öz həmcinslərinin əksinə, daima oğlanlar üçün olan geyim otaqlarından və tualetlərdən istifadə edir, özünümüdafiə məqsədilə tez-tez həmyaşıdı qızlarla münaqişələrə girir və nəticədə əksər hallarda cəzalandırılırdı.

Brenda 9 yaşına çatdığı zaman J.Hopkins Universitetinin psixoloqları Reimerlər ailəsinə Brendanın tamamilə qadına çevrilməsi üçün transformasiyanı tamamlamaları ilə əlaqədar xəbərdarlıq etdi. Lakin Brenda bu qərarı rədd edir, ailəsini müaliəcəni davam etdirəcəkləri halda özünə qəsd edəcəyi ilə hədələyirdi.
Nəhayət ailə psixoloqların məsləhətindən sonra Brendaya gerçəyi bildirməyi qərara alır. Brenda öz keçmişi ilə bağlı həqiqətləri öyrənən kimi saçlarını kəsir, adını David olaraq dəyişir.
O, gerçək kimliyinə qovuşmaq üçün yenidən əməliyyata girir. Əməliyyatla süd vəzlərindən qurtulur və cinsiyyət orqanını yenidən dəyişərək öz həqiqi cinsiyyətinə qovuşur.

 

III hissə: Təbiət yoxsa tərbiyə?

 

Davidin rekonstruktiv əməliyyatı uğurla başa çatır. O kişi olaraq normal yeniyetməlik həyatına başlayır. Bir müddət sonra hətta onu yaraşıqlı hesab edən bir qadınla tanış olur. Nəhayət David güclü sevgi ilə bağlandığı xanım ilə ailə qurur.

Lakin Davidin xoşbəxtliyi çox çəkmir. 2004-cü ildə uşaqlıq travmasının səbəb olduğu depressiya və intahara meyllilik Davidin həyatını yenə alt-üst etməyə başlayır.

Depressiya getdikcə xroniki hal alır. Sözsüz ki, bu hal onun ailə vəziyyətinə də kəskin təsir edir. Depressiya səbəbilə David 1 ildən artıq iş fəaliyyətini dayandırır. Bütün bu problemlərdən sıxılan qadın David-ə bir müddət şəxsi münasibətlərinə ara vermək istədiyini bildirir. Həyat yoldaşının bu qərarı David-i daha da ağır vəziyyətə gətirib çıxarır.

4 may 2004-cü ildə David maşınını supermarketlərdən birinin həyətinə sürür və ordaca özünə atəş açaraq həyatına son verir.  Davidin ölümündən sonra Dr Money onun ölümü ilə bağlı bütün məsuliyyətdən boyun qaçırır və özünə qarşı yürüdülən heç bir iddianı qəbul etmir.

Davidin yaşamı “təbiət və tərbiyə” teoriyasında tərbiyə faktorunu özünü doğrulda bilmədiyinin bariz bir nümunəsi oldu.

Mənbə:  https://www.meddybear.net/david-reimer-boy-raised-girl-gender-experiment/

STAY CONNECTED

20,176FansLike
2,248FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...