Dekorativ – tətbiqi incəsənəti

Post date:

Author:

Category:

Miniatür. Xəttatlıq

Dekorativ-tətbiqi incəsənəti praktik təyin edilən bədii məhsulun emalıdır. İslam incəsənətində kitab miniatürü geniş yayılmışdır. Miniatür latın sözündən yaranıb (əlyazma kitablar üçün boyanın bir növüdür). Xüsusi bədii texnika ilə xüsusiləşmiş miniatür-forma ilə kiçik bədii əsərdir. Miniatür əlyazmalar kitab kimi papirusda, perqamentdə və kağızda əks olunurdu, rəssamlar miniatürü fırça və ya qələm (kalam) ilə quaş, akvarel və başqa boyalarla rəngləyirdi, təsviri fonlar və müəyyən detallar qızıl və gümüş ilə yazılırdı. Kitab miniatürü hələ Qədim Yunanıstanda mövcud idi. Orta əsrlərdə Bizans Avropasında miniatür süjetlərində müqəddəs insanların həyatı səhnələrində əks olunurdu. Rusiyada miniatür dini kitablarda və ikonalarda geniş yayılırdı.

Miniatür sənətinin zirvəsi və daha çox yayılması Ərəb xilafəti ölkələrində; İranda, Əfqanıstanda, Orta Asiyada, Türkiyədə, Hindistanda, Azərbaycanda və xüsusən İraqda olmuşdur. Kitab miniatürü dini, bədii, elmi ədəbiyyatlarından istifadə olunurdu (Əl-Xariri “Məkamlar” – rəssam Yəhya ibn Mahmud “Xəmsə” – rəssam Cüneyd Sultani). Şəkillərlə bəzədilən ən qədim əlyazmalarından biri “Hərəkətsiz ulduzların təsviri” kitabıdır (XI-əsr, İran). Miniatürçülərin ən görkəmli əsərləri XIV əsrə və sonrakı illərə aiddir. Burada rəssamların tibbi, coğrafi, tarixi və orta əsrlərin görkəmli şairlərinin – Firdovsi, Nəvai, Nizaminin əsərlərinə şəkil çəkilirdi. Rəssamlar predmetləri və fiqurları düz səthdə yerləşdirirdilər: aşağıdan yuxarıya – uzaqlaşana qədər və beləliklə, onlar məkanı belə göstərirdilər.

Şərq miniatürünün əsas ifadə vasitəsi işıq və konturdur.

Kompozisiya şəkildə nazik xəttə və təmiz rəngli ləkəyə əsaslanırdı. Miniatürün dekorativliyi – onun ornamenti və xəttatlığın birliyindədir. XV əsrdə Heratda-Teymurilərin sarayında kitabxana fəaliyyət göstərirdi. Burada məşhur miniatürist Kəmal Bəhzad işləyirdi. Kitab miniatürün gözəl nümunələri Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaranırdı. Təbriz məktəbinin nümayəndələrinə Soltan Mühəmməd (Mir Musavir, Mir Səid Əli), Bəhzad, İsfaqani aiddir.

Mir Səid Əli – “Məcnun çadır qarşısında

XV əsrdə Bakı rəssamı Əbdül Baqi Bakuvi (İstanbul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Təbriz məktəbi – Şərqi Türküstan – Çin-Uyğur rəssamları vasitəsilə (Təbrizdə – Monqol elxaniləri ilə gətirilən) və Ərəb-Mesopotom rəngkarlığı–Bağdad məktəbi vasitəsilə formalaşır. Emalatxanada gözəl xəttatlar, rəssamlar və kitab incəsənətinin ustaları toplanırdı.

Orta Şərq müsəlman mədəniyyətində xəttatlıq intellektuallığın ,şəxsiyyətin, mənəvi kamilliyin göstəricisi idi.

Ərəb xəttatlığının əsasında Qurani-Kərimin oxunması və yazılması vacib idi. İslamı qəbul edən xalqların çoxu ərəb əlifbasını öz dillərində mənimsəmişdilər. Ərəb yazıları daha çox dekorativ incəsənətində, bədii yaradıcılıqda və memarlıqda istifadə olunurdu. Beləliklə, ərəb xəttatlığı təkcə Qurani-Kərimin yazısında istifadə olunmurdu, o bədii məqsədlərdə-çinidə (farforda), metal əşyalarda, xalçalarda və parçalarda, pullarda və memarlıqda (məscidlərdə və məzarlarda) tətbiq olunurdu. Ərəb şriftinin bir neçə növü var; kufi, süls, reyxani, müxakkak, tauki, rukai, tuğra (möhür), divani, taliq (İran), nəstalıq (Azərbaycan, Mir Əli)–onların hər biri öz istiqamətində istifadə olunurdu. Azərbaycan xəttatlığının inkişafı Mübarək şah Zərrinqələmin (XVI əsr) adı ilə bağlıdır. Bu vaxtlar məşhur xəttatlar Abdulla Seyrafi Təbrizi, Benqdir çalışırdılar. Onlar təkcə xəttatlıqla yox, hətta binaların işlərində – bəzəkdə də fəaliyyət göstərirdilər.

nəstəliq xətti
Süls, nəsxi, reyxani: M.Zərrinqələm

KERAMİKA VƏ ŞÜŞƏDƏN HAZIRLANAN MƏMULATLAR. AĞAC VƏ DAŞ ÜZƏRİNDƏ OYMA. DİVAR RƏSMLƏRİ.

Qədim zamanlardan insan onu əhatə edən əşyalı dünyanın gözəlliyinə meyl edirdi. Bu məqsəd ilə sadə parçalar üzərinə tikili naxışlar və keramikaya ornament və təsvirlər çəkilirdi. Əvvəllər keramikanı basılan və cızılan üslublarla, sonralar başqa rəngli gil ilə üstünə qoyulan texnika ilə işləyirdilər. Müəyyən müddətdən sonra bu məqsədlə rəngli minalardan istifadə olunurdu və binaların çoxu bu minalı kaşılarla bəzədilirdi. Divar üzərində rəsmlər çəkilirdi. Metal əşyaları fiqur qəliblərinə əridib tökərək düzəldirdilər və üstünü çəkmə naxışlarla bəzəyirdilər. Bu əşya onu təkcə xeyrinə görə yox, həm də gözəlliyinə və mahir ustalıqla işlənmələrinə görə qiymətləndirilirdi.

Dekorativ-tətbiqi incəsənətin inkişafına hər bir xalqın məişəti, yaşayışın təbii və iqlim şəraiti təsir edirdi. Bu gün dekorativ-tətbiqi əşyalar industrial üsul ilə emal edilərək, müəyyən formada öz milli xüsusiyyətlərini saxlamışlar.

Azərbaycanın dekorativ-tətbiqi incəsənəti həndəsi, nəbati, buta ornamentlərilə zəngindir.

Farfor (çini) əşyalarında, hətta heyvan və insan təsvirlərini görmək olar. Fayans (saxsı), keramik qabların rəngləri – qırmızı, sarı, qara və boz rənglərdədir.

Azərbaycanda, həmçinin ağac və daş üzərində oyma geniş istifadə olunur, burada Qurani-Kərimin surələri və nəbati naxışları mühüm yer tutur.

Yunan vazaları isə qara və qırmızı fiqurlu rəngli təsvirdədir. Çinin ağ farforunda (çinidə) göy rənglərdən istifadə olunmuş, sonralar rənglər getdikcə çoxalmışdır. Bunu daha çox Yapon dekorativ-tətbiqi incəsənətində görmək olar, onlar hətta qırmızı rənglərdən də istifadə edirdilər. Utilitar olaraq, dekorativ-tətbiqi incəsənəti özündə mənəvi-mədəniyyətin elementlərini və milli ənənələrini toplamışdır. Əşya mühitinin vacib bədii-məzmunlu elementləri – çini və xrustal qablar, mebel, güllər üçün vazalar, dekorativ divar rəsmləri, pərdə və örtüklər üçün parçalardır. Onlarda gözəllik və xeyir bərabərdir və bir-birini tamamlayır. Qədim zamanlardan insanlar özlərini boyunbağı, sırğa, bilərzik, üzük ilə bəzəyirdilər. Bir az sonra isə geyim və sonralar yaşayışı bəzəklər ilə əhatə edirdilər. Məsələn, xalça təkcə yeri isitmək üçün deyil, o, hətta gözəllik üçün divara vurulurdu və ya yerüstü vaz–o, həm güllər üçün, həm də giriş zallarında gözəllik üçün istifadə olunurdu. Bu incəsənət XVIII-XIX əsrdə yaranıb və dekorativ adlanırdı (dekor – bəzək deməkdir).

Dekorativ əşyalar təkcə rəssamın zövqünü və fantaziyasını göstərmir, o, həmçinin insanların mənəvi və maddi maraqlarını əks etdirir və ona görə bu incəsənətdə müəyyən tarixi dövrdə üslub vəhdətliyi əks olunurdu (roman, qotika, məqrib üslubu).

Gözəlliyə yönələn, xüsusən, ictimai binalar, saraylar, klublar, teatrlar, restoranlar öz formalarında ciddi siyasi və sosial fikirlər ifadə edirdilər. Onun gözəlliyi dərin mənalıdır, xüsusən, teatrı bəzəyən əşyalardan pərdələrdən, mövzulu qobelanlardan söhbət aparılırdı. Dekorativ obrazlıq onu monumental və dəzgah formaları ilə yaxınlaşdırır.

XALÇAÇILIQ.

Xalça toxumaq sənətinin kökü çox qədimdir. Azərbaycanda istər təsərrüfat şəraiti, istərsə də təbii şərait xalçaçılığın inkişafı üçün əlverişli olmuşdur; yun parça istehsalından ötrü tükənməz bir mənbə olan qoyunçuluğun geniş yayılması, gözəl və təbii boyaların olması Azərbaycanda zərif xalçaçılıq sənətinin inkişafı üçün lazımi imkan yaratmışdır. Xalça toxumaq sənəti parça toxumaqdan sonra meydana çıxmışdır. Əvvəlcə qaba, yun parça, sonralar əlvan naxışlı parça meydana çıxmış, daha sonralar saya və onun ardınca da əlvan naxışlı palaz toxunmuşdur. Xovlu xalça isə nisbətən sonrakı dövrə aiddir. Sasanilər dövründə (V-VI əsrlərdə) bədii məmulat növləri ilə yanaşı böyük bir məharətlə zərif parçalar və xalçalar hazırlanırdı. Ərəb xilafəti dövründə Azərbaycanın toxuma və basma parçaları ilə bərabər xalçaların, xüsusən Təbriz xalçaları çox şöhrət tapmışdı (Soltan Məhəmməd). Azərbaycan xalçalarının yüksək keyfiyyətindən danışan Nizami Gəncəvi Bərdə şəhərinin padşahı Nüşabənin dəbdəbəli sarayını bu sözlərlə təsvir etmişdir:

Onun böyük şah sarayı vardır,

Orda qiymətli xəli döşənmişdir.

Təbriz xalçası – XVI əsr

Azərbaycan xalçalarının təsvirinə tədqiqatçılarımız müxtəlif yanaşıblar.

Bəzi tədqiqatçılarımız Azərbaycan xalçalarını coğrafi əlamətə görə təsvir edərək onları əsasən 2 tipə, bəziləri isə 6 tipə ayıraraq, toxunduğu bölgənin adı ilə adlandırırlar. Bəzi Avropa tədqiqatçıları isə Azərbaycan xalçalarını İrana və ya Turkiyəyə aid olduğunu qeyd edirdilər ya da uzaq başı Qafqaz xalqları deyə ümumi adla adlandırırlar. Azərbaycan xalçaları əsasən 4 qrupa bölünür (Lətif Kərimovun təsnifatı – 3 cildli “Azərbaycan xalçaları”) – 1)QUBA–ŞİRVAN

2)GƏNCƏ-QAZAX

3)QARABAĞ

4)TƏBRİZ xalçaları

Hər tipə müəyyən xalçalar daxil olur ki, bunlar da toxunulan yerə görə ayrılır. Məsələn, Quba-Şirvan tipli xalçalara 7 xalça tipi daxildir; Şamaxı, Quba, Dəvəçi, Qocakənd, Bakı, Xızı və Qusar xalça qrupu. Bunlardan yalnız Bakı qrupunda müəyyən üslubla toxunuş ”Xələputa”, “Suraxanı”, ”Xilərşən”, ”Görədil”, ”Fatmayı” xalçaları vardır. Azərbaycan xalçaları rənginə, kompoziyasına görə bir-birilə sıx əlaqədədirlər. Mövcud Azərbaycan xalçaları məişətdə işlədilməsinə görə müxtəlifdir. Məsələn, a)həcmdə balaca olan namazlıq xalça-yerə salmaq üçün,  b)xüsusi divar xalçaları, c)qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəstə xalçalar; bunlar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur.

Ortada sərilmiş iri xalça (xalı), evin yuxarı başında (kəlləyi) və otağın ortasındakı iri xalçaların yanlarına salınan (kənarı) xalçadır. Azərbaycan xalçalarının kompozisiyası bir qayda olaraq bir-birindən asılı olan 2 elementdən ibarətdir: göl (xalçanın ortası) və haşiyə (xalçanın kənar bəzəkləri). Xalça naxışlarının səciyyəvi xüsusiyyətlərindən biri də onda təsvir olunan mühit əşyalarının verilməsidir. Bu cəhətdən bitki, heyvanat, həşərat və quşların stilizə edilmiş təsvirləri, həmçinin ulduz, paxlava, üçbucaq, dördbucaq, beşbucaq, altıbucaq, səkkizbucaq və sair həndəsi formaların təsviri Azərbaycan xalçalarının əsas naxışlarını təşkil edir. Azərbaycan xalçalarında “buta”, “cüppə”, “çaygülü”, “sarmaşıq”, “çiçək”, “qönçə” və başqa bitki növləri daha çox işlənir.Azərbaycan xalça ustaların xəzinəsi spektrin bütün rənglərini əhatə edir.

Mənbə:

Samirə Mir-Bağırzadə – “İncəsənət tarixi” (Dərslik), Bakı – 2012.

Redaktor: Çinarə Soltanova

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.