Dem Key Deyvis – Genetik rekombinasiya

Post date:

Author:

Category:

İnsan genomunu xəritələndirməyə yol açan kəşf : Genetik Rekombinasiya

Müəllif: Dem Key Deyvis (ing. Dame Kay Davies), anatomiya professoru, “Oxford” universitetinin fiziologiya, anatomiya və genetika departamentinin rəhbəri

Bioloq Morqan (ing. Thomas Hunt Morgan) “Columbia” Universitetindəki məşhur “uçuş otağı”nda Drozofil (ing. Drosophila melanogaster) adlı sirkə milçəkləri yetişdirirdi. 1911-ci ildə irsiyyətin xromosom nəzəriyyəsi üzərində çalışarkən maraqlı bir fenomenin fərqinə vardı. Göz rəngi və cinsiyyət kimi “ilişikli” xüsusiyyətlər hər zaman eyni sirkə milçəyində özünü bəlli edirdi. Bu da onların genlərinin meyoz bölünmə ilə yaranmış (eyni olmayan) qız hüceyrələrə “yapışaraq” ötürülməsini təmin edir (red. nəsildən-nəsilə ilişikli ötürülmə).

Genetik rekombinasiya (red. fərqli xromosomlarda mövcud olan genlərin alelləri yer dəyişir, iki sapın liflərinin yerdəyişməsinə bənzətmək olar ) ilk genetik xəritələrin hazırlanmasını təmin etdi. Əlamətlərin irsiliyini açıqladı və genlərin xəritələnməsinin önünü açdı. Həmçinin insanlardakı xəstəliklərin xromosomlardakı yerini təyin etmək mümkün hala gəldi.

Digər xüsusiyyətlərdən hər hansı bir önəmli bilgi əldə olunmadı. Bu anormal vəziyyət üzərində bir müddət düşünən Morqan xoromosomların çarpazlaşdığını və çarpazlaşmanın gerçəkləşdiyi yerdə bilgi və dolayısı ilə əlamətlərin ötürüldüyünü anladı.

Bu rekombinasiyanın meyozdakı profaza mərhələsində (red. Xromosomların bir-birinə gen ötürdüyü mərhələ) gerçəkləşdiyini artıq bilirik. Həmçinin Morqan genlər arasında məsafənin onların gen ötürərkən “ilişikliliyində” də rol oynadığını kəşf etdi. Boyuna bir neçə dəfə dolanmış boyunbağıdakı muncuqlar kimi bir arada olan iki genin birlikdə köçürülmə ehtimalı xromosomun iki əks ucunda olan iki geninkinə müqayisədə daha böyük idi.

Bu düşüncəni ağlında tutan Alfred Henri (ing. Alfred Henry Sturtevant) “Columbia” Universitetində hələ tələbə ikən Morqanla birlikdə işlədi və genlərin xəritələndirilə bilinəcəyini anladı. Beləliklə genetiklər hər növ heyvan və nəhayətində insan genomunun xəritəsini çıxarmağa başladılar.

Mövzunu daha aydın başa düşmək üçün aşağıdakı videonu izləməyi məsləhət görürük

Tərcüməçi: Fəridbəy Həsənli

Mənbə: Rezonans Toplusu

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....