DEPRESSİYA

Post date:

Author:

Category:

Depessiya nədir?
Depressiyanı gündəlik həyatımızdakı digər üzüldüyümüz və özümüzü pis hiss etdiyimiz hallardan ayıran xüsusiyyət, depressiyanın davamlı və kəskin olaraq hiss olunmasıdır.
Depressiyada olan şəxs halsızlıq, həyatdan zövq almamaq, yorğunluq kimi xüsusiyyətləri özündə cəmləşdirir. Depressiya özünə inam hissini azaldır və depressiyada olan şəxs özünü dəyərsiz hiss edir, gələcəyə ümidsiz baxır, işlərində uğursuz olacağını, xəstələnəcəyini düşünür. Depressiya insana həyatın və yaşamağın mənasız olduğunu düşündürür. Bəzi hallarda depressiya intiharla nəticələnir. Müalicə almayan xəstələrin 15%-i intihar edir.
Depressiyada olan insan çox vaxt önəmsiz yerə, keçmişdə baş vermiş hadisələri xatırlayıb özünə mənəvi əzab verir. İnsanların davranışlarında, danışıqlarında, hərəkətlərində ləngimə müşahidə olunur. Depressiya xəstələrdə fiziki olaraq yuxusuzluq, iştahsızlıq, qəbizlik, çəkinin azalması, cinsi istəyin azalması, qadınlarda aybaşı(mensturasiya) tsiklinin pozulması kimi hallar müşahidə olunur.


Depressiyanın növləri.
Atipik depressiya: Bu depressiya növündə xəstənin halı müsbət hadisələr qarşısında düzələ bilər. Xəstənin yuxusu və iştahası artar.
Yaşlılıq depressiyası: 65 yaşdan sonra ortaya çıxan depressiya növüdür. Yaşlı insanlarda sıx rast gəlinmir. Yaşlı insanlarda çox vaxt depresiya gözdən qaçır və illərlə müalicə olunmur. Yaşlılarda depresiya problemi daha çox fiziki problemlərlə qarışdırılır. Yaşlılıq depressiyası, kifayət qədər qidalanmamaq, az maye qəbulu nəticəsində ortaya çıxır.


Melanxolik depressiya: Depessiyanın ən ağır növlərindəndir. Xəstənin kədərli halı müsbət hadisələr qarşısında belə dəyişməz. Yuxusuzluq, iştahsızlıq, sürətlə arıqlamaq, düşüncə və hərəkətlərin yavaşlaması Melanxolik depressiyanın xüsusiyyətlərindəndir.
Psikotik depressiya: Bu depressiya növü ağırlaşanda, xəstənin fəaliyyətsizliyinə səbəb olur. Xəstənin qidalanmaq rejimi pozulur, hallüsinasiyalar görməyə başlayır. Şəxs ağır və çarəsi olmayan xəstəliyə tutulduğuna, ağır bir cinayət əməli törətdiyinə və günahkar olduğuna inanır.
Doğumdan sonrakı depressiya: Doğuşdan sonrakı depressiyalar 10-15% qadında müşahidə olunur və çox vaxt birinci və ya ikinci həftələrdə başlayır. Depresiya həftələr hətta aylar ərzində davam edə bilər. Xəstə hiss etdiyi çarəsizlik duyğusuna görə övladına qayğı göstərmir, daha ağır xəstələr isə özünə və uşağa xəsarət yetirə bilər.
Fəsil depressiyası: Qaranlıq və soyuq qış günlərində insanın əhvalı pisləşə bilir. Əsasən gənclərdə ortaya çıxan bu depressiya növü “Qış depressiyası” kimi də adlandırılır və ciddi xəstəliklərə səbəb ola bilər.
Depresiya diaqnozu necə qoyulur?
Depresiya diaqnozu bir həkim(psixiatr) tərəfindən qoyulmalıdır. Depressiyanı hepatit, böyrək çatışmazlığı, vitamin çatışmazlığı, Parkinson xəstəliyi kimi fiziki xəstəliklərdən qaynaqlanan problemlərlə və həmiçinin digər psixoloji xəstəliklərlə qarışdırmaq olmaz. Depressiya yuxarıda bəhs etdiyimiz xəstəliklərlə birlikdə də ortaya çıxa bilər. Psixiatr yuxarıdakı xəstəliklərin xəstədə olub olmadığını öyrənmək üçün xəstədən müxtəlif analizlər (qan, sidik və s.) istəyə bilər.


Depressiya və İntihar.
İntihar önəmli bir problemdir. İnkişaf etmiş ölkələrdə edilən araşdırmaların nəticəsi intiharın 5-ci ən çox yayılmış ölüm səbəbi olduğunu göstərdi. İntihar davranışına təbii bir davranış, insanın ətrafda baş verənlərə verdiyi normal bir reaksiya kimi yanaşmaq olmaz. İntihar nəticəsində həyatını itirənlərin 70% hadisədən əvvəl depressiv vəziyyətdə olublar. Başqa cür yanaşsaq depressiyadan əziyyət çəkən insanların 15%-i intihar nəticəsində həyatını itirir. Depressiyanın müalicə olunması isə bu faizi əlbəttə ki, azaldır. İntihar düşüncəsində olan xəstənin bir psixiatr tərəfindən izlənməsi və ya xəstəxanaya yerləşdirilməsi onun həyatını xilas edə bilər.
Kimlər depressiyaya düşə bilər?
Edilən araşdırmalar onu göstərir ki, insanların 25%-i həyatı boyu ən az bir dəfə depressiya diaqnozu qoyula biləcək bir dövr yaşayıblar. Bu faiz qadınlarda kişilərə nisbətən iki qat daha çoxdur. Əlimizdəki məlumatları incələsək belə bir nəticəyə gəlirik ki, depressiya bir beyin xəstəliyidir. MRT kimi beyinin quruluşunu göstərən bir çox vasitəylə, depressiya dövründə beyindəki insanın duyğularını, qərar vermək və düşünmək qabiliyyətinin olduğu mərkəzlərin fəaliyyətlərində pozulmalar olduğu müşahidə olunur. Depressiyadan əziyyət çəkən şəxslər depressiyadan əvvəl psixi travmalar alsa da, depressiyaya bu travmaların təbii nəticəsi olaraq yanaşmaq doğru deyil. Ailəsində depressiya keçirmiş insanlar olan fərdin depressiyaya düşmək ehtimalı daha çoxdur. Belə nəticəyə gəlirik ki, genetik, ətraf mühit və bədən faktorları birləşərək depresiyanı əmələ gətirir.
Depressiyanın müalicə yolları.
Depressiyada, başda serotonin olmaqla beyindəki müxtəlif neyrotransmitter fəaliyyətlərinin pozulduğu müşahidə olunur. Müalicə zamanı əsas məqsəd bu maddələrin beyindəki fəaliyyətlərinin bərpa olunmasıdır. Depressiya müalicə olunmasa 6-18 ay müddətində davam edir. Son elmi araşdırmalar bu müddətin xəstələrin 30%-də iki ildən çox olduğunu göstərir. Depressiya doğru müalicə olunarsa 2-3 ay kimi qısa bir zamanda sağala bilər. Depresiyada olan xəstənin müalicəsində aşağıdakı ünsürləri diqqətə alaraq müalicə seçimi etmək çox vacibdir.
a) Depressiyanın ciddiliyi
b) Əvvəlki xəstəlik hekayəsi, ailə hekayəsi
c) İntihar düşüncələri
d) Xəstənin yaşı və cinsi
e) Xəstənin istifadə etdiyi dərmanlar və hazırda depresiya ilə yanaşı əziyyət çəkdiyi xəstəlik.
Depressiyanın dərmanla müalicəsi.
Depressiya müalicəsində ilk seçim antidepresant adlandırılan dərmanlardır. Bu dərmanlar təsirlərini beyindəki reseptorlara təsir etməklə göstərir. Antidepresant seçimini mütləq həkiminiz etməlidir.
Psixoterapiya.
Depressiyanın müalicəsinə həmişə psixoterapiya da daxil olmalıdır. Bu stressin insanın davranışlarını dəyişməsinə və şəxsi stresli kritik vəziyyətlərin düzəlməsinə kömək edir. Təsiri elmi qaydada təsdiqlənmiş bu müalicə üsulu 6-12 seans davam edir.
Depresiya müalicəsi alan insanlar üçün on iki önəmli qayda.
1) Sağalmaq üçün səbirli olun! Depressiya çox vaxt yavaş-yavaş inkişaf edir və müalicə olunduqdada yavaş-yavaş zəifləyib yoxa çıxır. Müalicə vaxt alır-Buna dəyər.
2) Dərmana ehtiyacınız olsa, bu dərmanları həkimin yazdığı reseptlə alın. Səbirli olun, təsirini çox vaxt gec göstərir.
3) Antidepresantlar asılılıq yaratmır və xasiyyətinizi dəyişdirməz.
4) Həkiminizə vəziyyətinizdə olan dəyişilmələri deməlisiniz və müalicə müddətində içinizdə olan şübhələri, sualları həkiminizlə bölüşməlisiniz.
5) Dərmanların yan təsirlərini həkiminizdən soruşun. Bunların çoxu zərərsizdir və sadəcə başlanğıc dövrlərdə rast gəlinir.
6) Özünüzü yaxşı hiss etsəniz belə dərman istifadəsini dayandırmayın. Bunun diqqətli şəkildə planlanması vacibdir.
7) Hər gününüzü planlayın. Maraqlı və zövq aldığınız fəaliyyətlərə vaxt ayırın.
8) Qarşınıza kiçik və həyata keçirə biləcəyiniz hədəflər qoyun.
9) Özünüzə gündəlik tutun və hər gün olan əhvalınızı bu gündəliyə yazın. Həkiminizdən bu iş üçün məsləhət ala bilərsiniz.
10) Oyandıqdan sonra dərhal yatağınızı tərk edin.
11) Fiziki olaraq aktiv olun, hərəkət etmək antidepresiv xüsusiyyət daşıyır və sinir hüceyrələrinin yenilənməsini dəstəkləyir.
12) Özünüzü daha yaxşı hiss etdikdən sonra, həkiminizlə birlikdə depresiyanın yenidən yaranmasının qarşısını almağa çalışın.

Mənbə: PD Dr. med. Dr. rer. nat. Martin E. Keck “Depression”
Prof. Dr. Kamal Arıqan “Depresyon Hakkında Herşey”

Redaktə etdi:Ziya Mehdiyev

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...