Dialektikanın qanunları / Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

Qanun və qanunauyğunluq

Qanun-əşyalar, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdədir ki, bu da onların daxili tərəfindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyektiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın insanı dərk etməsi pillələrindən biridir. Qanun və qanunauyğunluq terminləri eyni cür münasibətləri ifadə edir, buna görəbə onlar çox vaxt eyni mənada işlənir. Lakin fərq də var. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir .Qanunauyğunluq termin isə, hər şeydən əvvəl, hadisələri müəyyən düzgünlüyü ardıcıllığın göstərmək üçün işlədilir. Qanunlar müxtəlif tiplərə bölünür. Bunlar təbiət qanunlar, cəmiyyət qanunları, elmi qanunları və.s. –dır.
Qanunu görmək və ya ona əllə toxunmaq olmaz, o bilavasitə hissələrlə qavranılmır.Qanunun kəşf edilməsi – insan təfəkkürünün avstraklaşdırma fəaliyyətinin uzun proses nəticəsidir.

Fəlsəfə qanunları. Əksiklərin vəhdəti və mübarizəsi

İnkişafda başlıca cəhət onun mənbələri, hərəkətverici qüvvələri məsələsidir. Bu suala əksliklərin vəhdəti qanunu cavab verir .Əksikliklər əşyanın məhs elə daxili tərəfləri, meyilləri, qüvvələridr ki, bunlar bir-birini rədd edir.Bu tərəflərin qırılmaz qarşılıqlı əlaqə münasibəti əksikliklərin vəhdətini təşkil edir. Bütün əşyalardan və hadisələrdə ziddiyətli tərəflər vardır.Adi maqniti ğötürsək görərik ki, onun başlıca fərqləndirici əlaməti şimal və cənub qütbləri kimi bir – birini rədd edən lakin bir – biriylə qırılmaz sürətdə bağlı olan tərəflərin mövcud olmasıdır. Biz maqnitin şimal qütbünü, cənub qütbündən ayırmağa çalışsaqda bunu edə bilmərik.Maqnit yarıya, dörd ,səkkiz və.i.a bölündükdə yenə həmin iki qütbə malik olacaqdır. Atomun mərkəzində də müsbət yüklü nüvə vardır, bu nüvəni mənfi yüklü bir və ya bir neçə elektron əhatə edir. Kimyavi proses atomların assosiasiyası ilə birləşməsi dissosiyasının ayrılması ziddiyətli vəhdətdir. Canlı orqanizmlərdə də əksiklər vardır.Orqanizmlərdə irsiyyət və dəyişkənlik kimi ziddiyətli xassələr vardır. İrsiyyət orqanizmin irsən əldə etdiyi xassələri saxlamaq meylidir. İnsanın psixi fəaliyyətində beynin böyük yarımkürələrinin qabağında oynama və ləmanəngimə, təmərküzləşməsi kimi bir-birinə əks proseslər vardır. Gerçəkliyin ən müxtəlif əşyaları və hadisələrin inkişafı göstərir ki, bir-birinə əks tərəflər vahid əşyada dinc yanaşı mövcud ola bilməz.Əksikliklərin vəhdəti mübarizə üçün zəruri şərtdir, çünki mübarizə ancaq o yerdə olur ki, bir-birinə əks tərəflər vahid əşyada və ya hadisədə mövcud olsun. Cavan orqanizmdə assimilyasiya dissimiuliasiyadan üstün olur, buda onun böyümə inkişafı üçün şərtdir. Diss-ya ass-dan üstün olduqda isə, orqanizm qocalır. Lakin cavan və ya qoca orqanizmdə bu proses qarşılıqlı təsir göstərir. Həyat da məhz bu ziddiyətdən ibarətdir. Beləliklə əksliklər sadəcə yanaşı mövcud olmaq deyil, bir-biri ilə daimi ziddiyət, mübarizə halında olur.Əksliklərin mübarizəsi gerçəkliyin inkişafının daxili məzmunu, mənbəyini təşkil edir.

Ziddiyətlərin müxtəlifliyi

Dünyada çoxlu ən müxtəlif ziddiyətləri vardır. Daxili ziddiyət müəyyən əşyanın onu əhatə edən mühitlə , bu mühitdəki əşyalarla ziddiyətli münasibətlərdir. Maddi gerçəklik əşyalarına və hadisələrinə həm daxili, həm xarici zidd-lər xasdır. Daxili z-lər ona görə inkişafın mənbəyidir ki, məhz bunlar əşyanın özünün təbiətini müəyyən edir. Məsələn,müsbət yüklü nüvə ilə mənfi yüklü elektronların qarşılıqlı təsiri “mübarizəsi “olmadan atom mövcud ola bilməzdi.Ass-ya və diss-ya olmadan orqanizm mövcud ola bilməzdi. Xarici ziddiyətlərin rolu müxtəlifdir. Bunlar çox zaman inkişaf üçün zəruri şərt olur. Məsələn, cəmiyyətlə insanın maddi nemətlər əldə etdiyi təbiət arasındakı ziddiyət belədir.
Antaqonist ziddiyətlər – hər şeydən əvvəl mənafeləri bir-birinə barışmaz olan siniflər arasındakı ziddiyətlərdir. Bu ziddin ən mühüm əlaməti ondan ibarətdir ki, bunlar hansı ictimai quruluş üçün tipikdirsə, həmin ictimai quruluş çərçivəsində bunları həll etmək mümkün deyildi.

Qeyri antoqonik ziddiyətlər– öz əsas başlıca mənafeləri bir-birinə uyğun gələn siniflərin və ictimai qrupların zidd-dir. Məsələn:fəhlələr kəndlilərin mənafeyi bazarda toqquşur. Həqiqətdə bunlar bir-birilə çuğlaşır.
Bir-birinə keçir ,inkişafda müxtəlif rol oynayır. Buna görə də zidd-dən hər birinə konkret surətdə, onun metdana çıxdığı şəraiti və oynadığı rolu nəzərə almaqla yanaşmaq lazımdır.

Plan:

  1. Əksiliklərin vəhdəti qanunu .
  2. Qanun anlayışı.
  3. Ziddiyətlərin müxtəlifliyi qanunu.
  4. Qanunauyğunluq .

Ədəbiyyat:

  • Alekseev B. Filosofiya.M1997. xx .fəsil.
  • Şükürov A.Fəlsəfə.Bakı. 1999.
  • Fəlsəfədə .Dərslik. Bakı. 1997. xııı-xıv .fəs.
  • Vvedenie v Filosofiyu.M1998.
  • Bayramov.Q “İnsan və zaman”.Bakı.1996.

Fəlsəfi biliklərin əsasları (Partiya təhsili sisitemi üçün)-V.Q.Afanasyev,1967

Yusif Rəhimov – “Fəlsəfənin əsasları” (mühazirə kursu)

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.