Diribaba türbəsi / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Diribaba türbəsi. Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə, həm də xatirə məscidi vəzifəsini görmüşdür. Birinci mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdə, fasadda iki çatma-tağla qeyd edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. İkinci mərtəbə bir, geniş mərkəzi günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi boydadır. Bu otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc tromplan daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir. Böyük otağın fasada açılan, eləcə də şərq və qərb tərəfə baxan, işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki kiçik açırım türbəni dağda çapılmış mağara ilə laqələndirir.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Bu binada memarın bir sıra yaradıcılıq xüsusiyyətlərilə tanış oluruq. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıqlı təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və s. göstərmək olar.
Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin inşaat tarixi hicri 805 (1402)-ci il yazılmışdır. Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsinə görə Şirvanşahlar sarayı kompleksinin eyni tipli dekorativ işlərindən heç də geri qalmır. Bu trompların birində oxunmuş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr ilə, xüsusilə Şirvanşahlar sarayı kompleksilə bağlayır

Diribaba türbəsi

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.