Diyez – Yarımton nədir? / Musiqi Terminləri

2
5
Klassik Musiqi

Diyez

(yunan. diesis – yüksəltmək)

– səsi yarımton yüksəltmək işarəsi; notun qarşısında və ya açarda göstərilir; notun adın dan sonra deyilir: do-diyez, fa diyez və s. Notların hərfi işarələnməsində is hecası ilə qeyd olunur: dis – re-diyez, gis – sol-diyez və s.

 

Dubl-diyez

– ikiqat diyez; səsin iki yarımton (bütov ton) həcmində artırılmasını göstərən işarə. Notun adından sonra deyilir (məs., fa dubl-diyez), not yazısında – x işarəsi ilə göstərilir.

 

Yarımton

– müxtəlif yüksəklikdə yerləşən iki səs arasındakı ən yaxın məsafə. Musiqidə ölçü vahidi kimi istifadə olunur. İntervalın həcmi yarımtonlarla (və ya tonlarla) ölçülür.

Bərabər (müntəzəm) temperasiyalı sistemdə oktava 12 yarımtondan ibarətdir. Yarımtonun iki növü var: Diatonik yarımton – ladın iki qonşu pilləsi arasında əmələ gəlir: məsələn, mi-fa; sol-lya bemol.
Xromatik yarımton – ladın hər hansı pilləsi ilə onun dəyişilmiş şəkli arasında əmələ gəlir: məsələn, do-do diyez, si-si bekar.

 

Mənbə: http://lugat.musigi-dunya.az/az/mt_az.pl?page=1&sym=1&razd=1

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here