DNT-nin kəşfi: Cüt spiralı açmaq

Post date:

Author:

Category:

Müəllif: Dr. Frensis Kollins (ing. Francis Collins), ABŞ Milli Səhiyyə İnstitutunun və İnsan genomu layihəsinin sabiq rəhbəri

Fridrix Mişerin (ing. Friedrich Miescher) qana ehtiyacı var idi. Niyyəti xəstəliklərin təbiətini araşdıran bir həkim olmaq idi və bunun üçün infeksiya ilə mübarizə aparan çox miqdarda ağ qan hüceyrələrinə ehtiyacı var idi. Amma bunun üçün hara gedə bilərdi ki? Əlbəttə, bir müharibə bölgəsinə. 1868-ci ildə Almaniyanın Tubingen qalasında dəzgahını qurub ətrafdakı Prusiya ilə müharibə aparan yaralı əsgərlədən qanla islanmış bandajlar topladı. Ağ qan hüceyrələrinin divarlarını yıxmaq və hüceyrə nüvəsini ayırmaq üçün bölgədəki donuzların mədəsindən pepsin fermenti əldə etdi. Lakin hər nüvənin içində baş qarışdıran bir şey tapdı: Fosfor kimyəvi elementi. Bu kəşfdən əvvəl alimlər nüvənin zülal olduğuna inanırdılar. Amma zülallarda fosfor ola bilməzdi. Lakin burada, hər hüceyrənin tam mərkəzində var idi. Mişer işlərini heyvanları da qataraq genişlətdiyində incələdiyi hər hüceyrədə fosfora rast gəldi. Həkim fərqində olmadan “nuklein” adını verdiyi elm üçün yeni bir şeyi ortaya çıxartmışdı.

Aradan altmış il keçdi, amma heç kəs Mişerin əhəmiyyətsiz “nuklein”iylə maraqlanmadı. 1928-ci ildə sətəlcəmin səbəbini araşdıran mikrobioloq Fred Qriffit (ing. Fred Griffith) nüvənin əhəmiyyətinin fərqinə vardı. İki fərqli bakteriya növüylə işləyən Qriffit onları siçana inyeksiya etdikdən sonra bir növün siçanı öldürərkən digərinin siçanı öldürmədiyini təyin etdi. Qriffit həmçinin ölümcül və zərərsiz bakteriya növlərini bir birinə qatanda zərərsiz növün əksər halda sonda siçanı öldürdüyünü gördü. Təəssüf ki, bu sirri heç vaxt tamamilə aça bilmədi. II Dünya müharibəsi zamanı Qriffit bir hücumda həyatını itirdi.

Nobel haqsızlığı

Atlantik okeanın digər tərəfində Nyu Yorkda sətəlcəm üzərində işləyən başqa bir mikrobioloq Qriffitinikiylə eyni nəticələri əldə etdi. Osvald Eyveri (ing. Oswald Avery) Qriffitin ortaya çıxardığı dəyişimə tam olaraq nəyin səbəb olduğunu tapmaq üçün bakteriyaları parçaladı. Sonunda nukleini və ya bizim bugün dezoksiribonuklein turşusu (DNT) dediyimiz maddəni tapdı. Eyveri hər bir bakteriyanın DNT-sini çəkib çıxaranda siçan ölmürdü. Eyverinin möhtəşəm kəşfi çox zaman elm tarixində göz ardı edilir. Əldə etdiyi nəticələri 1944-cü ildə yayınlayarkən müdiri belə bir kəşfin əhəmiyyətini qavramayıb özünün layiq olduğunu düşündüyü mükafatı Eyverinin heç vaxt almaması üçün Nobel mükafatı Fkomitəsinə baş vurdu. Lakin Eyveri Nobel komitəsinin haqqını yediyi tək şəxs deyildi.

1950-ci illərdə bioloqlar hüceyrələrin işləyişinə nəzarət edən və uzun zamandır axtarılan genlərə daşıyan materialın DNT olduğunu bilərək qane oldular. Digər tərəfdən sadə görünən bir molekul hələ də anlaşılmayan bir bacarığı necə sərgiləyə bilirdi? Bunu anlamaq DNT quruluşunun detallı bilgisini, dolayısı ilə də “rentgen şüaları kristaloqrafiyası” kimi ezoterik texnikaların istifadə edilməsini gərəkdirirdi. “King’s College London” universitetində aralarında Rozalid Frenklinin (ing. Rosalid Franklin) də olduğu bir mütəxəssis komandası araşdırmağa başladı.

Rentgen şüaları kristaloqrafiyasında hədəf birləşmənin kristallarına rentgen şüaları atəşlənir. Hədəf kristalın nizamlı atom quruluşu bir foto filminin üzərində hədəf materiala xas bir “difraksiya” modeli buraxır. Bu texnikadan istifadə edən Frenklin DNT-nin üç ölçülü quruluşunu hazırladı, rentgen şüaları difraksiya modellərini 100-dən çox fotofilmə keçirdi. Onlardan biri “foto 51” adlanır.

Foto 51
Foto 51

Foto 51-də Frenklin görüntünün ortasındakı “x”i açıq-aydın görə bilirdi. Bu “x” rentgen şüalarının spiral quruluşunun içindən keçdiyini və DNT quruluşunun iki spiraldan, yəni cüt spiraldan təşkil olduğunu göstərirdi. Frenklin DNT-nin gerçək quruluşunu tapmağa çox yaxınlaşmışdı, amma fikrində olanı sübut etmək istəyirdi, bu səbəbdən daha çox nəticə əldə edərəm düşüncəsiylə əldə etdiyi nəticələri yayınlamağı ertələdi.

Cüt spiral

Yeni Zelandiyalı Moris Uilkins (ing. Maurice Wilkins) Frenklinin rəhbəriydi. Frenklin əldə etdiyi nəticələri dərc etməkdə tərəddüd etdiyindən Uilkins səbrsizləndi və onun bilgisi olmadan əldə etdiyi görüntüləri “Cambridge” Universitetindəki iki alimə, Ceyms Uotson və Frensis Krikə (ing. James Watson, Francis Crick) göstərdi. Cütlük DNT-nin spiral quruluşa sahib olduğunu təxmin edirdi, amma yalnız Frenklinin görüntülərinə baxdıqdan sonra DNT komponentlərinin birbirilərinə necə uyğun olduqlarını gördülər.

Uotson və Krikin Rozalid Frenklinin rentgen şüalarının difraksiya məlumatlarını istifadə edərək DNT-nin cüt spiral quruluşunu kəşf etmələri bioloji bilginin quruluşunu izah etdi və irsiyyətin kimyəvi təməlini açıqladı. Əhvalata görə 28 fevral 1953-cü ildə Krik Kembriçdəki pivəxanalardan birində demişdi:”Həyatın sirrini tapdıq”. Doğruydu, ancaq bir yerə qədər. Eyveri və iş yoldaşları DNT-ni hüceyrələrin içindəki genetik material deyə təsvir edərkən Krik və Uotson bu molekul içindəki bir birinə bağlanmış iki spiral boyunca düzülmüş DNT-nin qurucu daşı zəncirləri olaraq genlərin molekul içindəki nizamını göstərdilər.

Bütün canlıların bir-biriləri ilə bağlı olduğu görüşünə həmin an böyük dəstək verildi. Artıq həyatın molekulyar təməlini aydınlatmaq və tibbin yekun dəyişkənliyini təmin etmək üçün imkan var idi. Elmdə belə böyük bir təsir yaratmış başqa bir an bilmirəm.

Artıq dozalı radiasiya

1953-cü ildə Uotson və Krik “Nature” jurnalının 25 aprel buraxılışında işlərini yayınladılar. Frenklinin işi də bu nəşrdə yayınlandı. Lakin 1962-ci ildə DNT-nin quruluşu haqqında araşdırmalarına görə Nobel mükafatı qazanan Frenklin yox, Uotson, Krik və Uilkins oldu. Gənc sayılacaq bir yaşda öldü (red. 37 yaş) və Nobel mükafatları öldükdən sonra verilmirdi. Onu böyük ehtimalla araşdırmaları öldürmüşdü. Saatlarla məruz qaldığı rentgen şüalarından zərər görmüş olmalıydı ki, 1958-ci ildə yumurtalıq xərçəngi həyatına son vermişdi. Uotson 1968-ci ildə yazdığı “The Double Helix” (red. cüt spiral) adlı kitabında DNT-nin quruluşunun kəşfində Frenklinin oynadığı böyük rolu təsvir etdi.

Tərcüməçi: Fəridbəy Həsənli

Mənbə: Rezonans Toplusu

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...