Dopamin (Xoşbəxtlik hormonu) nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Dopamin

Hipotalamusda sintez edilən bioloji aktiv maddələrin bir qrupu neyrotransmitter xassəyə malikdir. Bunlardan ən əhəmiyyətliləri noradrenalin, dopamin və serotonindir. Biogen amin mənşəli neyrotransmitterlər orqanizmin müxtəlif hüceyrələrində (xüsusən neyronlarda) sintez edilir. Bu neyrotransmitterlər psixi fəaliyyətin, davranışın və hipofizin funksional aktivliyinin tənzimində iştirak edir. Sinir sistemində neyrotransmitterlərin nisbətən çox sintez edildiyi nahiyələrdən biri hipotalamusdur.

Dopaminergik neyronlar hipotalamusun qövsşəkilli və paraventrikulyar nüvələrindən dördtəpəli cismin orta hündürlüyünə qədər olan sahəsində yerləşir. Bu neyronlar qrupu dopaminergik hipotalamo-hipofizar sistem adlanır. Beynin digər dopaminergik strukturlarına ekstrapiramid sistemə nəzarət edən qara maddə (substantia nigra) və ön beynin digər şöbələri aiddir. Parkinson xəstəliyinin inkişafı bu sistemin zədələnməsi ilə əlaqədardır. Üçüncü dofaminergik sistem hipotalamusun kənar şöbələrində yerləşir. İkinci və üçüncü dopaminergik sistemlər birinci sistemdən asılı deyil.

Dopamin hipotalamusdan portal damar sistemi vasitəsilə hipofızə sekresiya edilir və bilavasitə adenohipofizin fəaliyyətinə təsir göstərir. Bundan əlavə, dopamin hipofiz hormonlarının sekresiya sürətini hipotalamusun hipofizotrop amilləri vasitəsilə və ya eyni zamanda hər iki sahəyə (yəni həm hipofizə, həm də hipotalamusa) bilavasitə təsir göstərmək yolu ilə dəyişə bilər.

Noradrenergik neyronlar,əsasən IV mədəciyin dibində yerləşir və buradan noradrenergik sinir lifləri hipotalamusa, orta və ön beynə qalxır, həmçinin onurğa beyninə enir. Noradrenergik sinir lifləri hipotalamus nahiyəsində hipotalamo–hipofızar sistemin hüceyrələri ilə, neyrohipofızin neyronları ilə və orta qabarın sinir hüceyrələri ilə təmasda olur.

Serotoninergik neyronlar uzunsov beyində, beynin orta birləşməsinin nüvələrində və hipotalamusun orta qabarı nahiyəsində yerləşir.

Dopaminergik, noradrenergik və serotoninergik neyronlardan başqa, hipotalamusda nisbətən az miqdarda adrenergik və histaminergik neyronlar da vardır. Bundan əlavə, hipotalamusda böyük miqdarda asetilxolin və qamma-amin yağ turşusu aşkar edilib. Bunlar AKTH, STH, TTH, FSH və prolaktin sekresiyasının tənzimində iştirak edirlər. Hipotalamus nahiyəsində hormonlardan və neyrotransmitterlərdən əlavə, çoxlu miqdarda peptid strukturlu bioloji aktiv maddələr olur. Bunlara endorfınlər, enkefalinlər, angiotenzin, neyrotenzin, qastrin, xolesistokinin, vazoaktiv intestinal peptid və.s.aiddir. Müasir dövrdə bu peptidlərin bioloji rolunun tədqiqi davam etdirilir.

etdirilir.

Redakor: Nisə Quluzadə

Mənbə: İnsan biokimyasının əsasları-1 (F.İslamzadə, A.Əfəndiyev, F.İslamzadə)

Image result for dopamine

 

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...