“Cinayət və Cəza” – 150 illik siyasi şərh

Post date:

Author:

Category:

Cinayət və Cəza” 150 yaşında olmasına baxmayaraq Bu gününün siyasəti ilə dərindən əlaqəlidir.

Fyodor Dostoyevskinin “Cinayət və cəza” kitabının nəşr olunmasından 150 il keçir (red. 2016-cı ilə aid məqaləni oxuyursunuz). İnanılmaz nüfuza sahib bu əsər eyni zamanda çağdaş siyasi əhəmiyyətə malikdir. Sujet xətti Sankt-Peterburqda isti yaz günü gənc bir tələbə olan Rodion Raskolnikovun qadın sələmçini qətl etməsi ilə bağlıdır. O, bunu özünün “Napoleon kimi bəzi müstəsna şəxslər qanundan üstün ola bilər” fikrini qismən sübut etmək üçün həyata keçirir. Bundan başqa o, sələmçini sadəcə bir parazit saydığı üçün qətlini cəmiyyətə faydalı olacaq bir hadisə kimi görür. Qətl zamanı isə qurbanın  günahsız və müdafiəsiz bacısı içəri daxil olur. Raskolnikov isə heç bir şey düşünmədən onu da qətl edir.

Beləliklə, oxucu Raskolnikovun necə hissiyyatsızlaşdığını və onun ideyalarının (Hegel və Bentam oxumaqdan təsirləndiyi) necə gözlənilməz nəticələrə gəlib çıxa biləcəyini görür.

Raskolnikovun adının mənası “şəxsiyyət ikiləşməsi” və ya “şizofreniya” mənasını daşıyır. Onun parçalanmış şəxsiyyətindən Stivensonun “Cekil və Hayd”-ı ilhamlanır. İlk psixoloji romanlardan biri olan  “Cinayət və Cəza” həmçinin dərin siyasi məna daşıyır. 2016-cı ildə baş vermiş hadisələr kimi, bu əsər də iqtisadi liberalizmə qarşı sərt bir reaksiya dalğasını əks etdirir. Raskolnikov əsərdə həm liberal düşüncəni əks etdirən, həm də ona qarşı çıxan qarışıq bir hibrid kimi təsvir olunur.

Balzak və Dostoyevski

Fransada liberalizmlə bağlı ölkə miqyasında yayılmış bir narazılıq İyul Monarxiyası(1830-48) zamanı Luis Filipin hakimiyyəti dövründə yarandı. Luis Filip liberalizmi özünüvarlandırma qaydası olaraq görürdü. Liberalizm gəlmə (Anqlo-sakslardan) bir şey olduğuna görə, sosial problemlər üçün başlıca hədəfə çevrilmişdi. Balzakın romanlarında, xüsusilə də “Goriot ata” əsərində Paris İyul Monarxiyası altında korrupsiya, sosial yüksəliş və materializm içində təsvir olunur. Anti-liberal düşüncə sahibi Balzak Rusiyanın heyranı idi. 1847-ci ildə yazdığı “Kiyev məktubu” əsərində Rusiyanın mütləq gücünü tərifləyir və bu “despotizmi” Fransanın “özbaşınalığından” üstün görür.

Balzakın təsiri “Cinayət və Cəza”-nın anlayış və xarakterlərində görülə bilər. Lakin “Cinayət və Cəza”-da göndərilən anti-liberal mesaj daha güclüdür. Liberalizm “Cinayət və Cəza”-da əsərin ən  mənfi qəhrəmanı olan Lujin vasitəsilə təsvir olunur (Lujin – gölməçə deməkdir). Onunla əsərdə tanış olduğumuz zaman o, hazırda “iqtisadi böhran“ adlanan hadisə haqqında mübahisə etməkdədir. Lujin ailənin çətin vəziyyətdə olmasından istifadə edərək Raskolnikovun bacısı ilə evlənməyə cəhd göstərir. Raskolnikovun düşüncəsinə görə alçaldılma olan bu təklif, onu cinayətə sövq edən sonuncu səbəbdir. Daha sonra  Lujinin Raskolnikovun müqəddəs bir dost kimi gördüyü Sonyanı oğru kimi qələmə verərək ona böhtan atması romanın dramatik kuliminasiya nöqtəsini təşkil edir. Bu sanki, oxucunu Lujini və onun təmsil etdiyi hər şeyi mümkün ola biləcək ən pis şəkildə gördüyünə əmin etmək üçün  atılmış bir addımdır. Digər güclü, mənfi obraz olan Svirdiqaylova – de Şadenin əxlaqsızlığını təmsil edən üst təbəqədən olan bu yırtıcı və təcavüzkara Dostoyevski tərəfindən bəzi ortaq (həm mənfi, həm müsbət obrazın daşıya biləcəyi) xüsusiyyətlər verilir. Lujinə isə bunların heç biri verilməyib.

Siyasi kimliyin müəyyən olunması

Dostoyevskinin liberalizmlə olan düşmənçiliyi irrasional sayıla bilər, lakin o sürətli iqtisadi dəyişiklik nəticəsində əmələ gələn sosial və psixoloji problemləri uğurlu şəkildə təsvir etməyə müvəffəq olmuşdur. Dostoyevskinin kasıbları öz statuslarından məhrum olmaqla vəziyyəti çətinləşən orta sinif təbəqə üzvləridir. Bu, Sovet İttifaqının süqutu və dağılması illərində əksər insanların taleyini, həmçinin  1980-dən bəri iqtisadi qloballaşma səbəbindən öz dolanışıq və sosial mövqelərini itirmiş ingilis brexitçilərini və Orta Qərbdəki Trump seçicilərini xatırladır. Dostoyevski həmçinin iqtisadi dəyişiklikdən yaranan dislokasiyanın siyasi kimliyin müəyyənləşdirilməsinə necə səbəb olacağını da göstərir. Raskolnikov sonda rahiblər tərəfindən deyil, Sonyanın uzaqgörmüşlüyü vasitəsilə xilas olur. Ögey anası tərəfindən fahişəliyə məcbur edilən  Sonyanın mənəvi gücü bütün əzab və əziyyətlərini üstələyir və xalqdakı kökləşməni, torpağa bağlılığı simvolizə edir.(rus. – pochvennost)

Dostoyevski üçün din özünüdərk etmədə ilk növbədə dayanır. “Cinayət və Cəza” Raskolnikov kimi liberal modernləşmə nəticəsində yadlaşmış və ya çaşbaş qalmışların mistik milliyyətçiliyə və ya kollektivizmə necə sığınacağını göstərməkdədir. Bu, 1990-cı illər ərzində Rusiyada həyata keçirilmiş islahatlar zamanı baş verən və 2016-cı ildə Qərb demokratiyalarında yaşanan iğtişaşları izah edə bilir.

Rus psixologiyası

“Cinayət və Cəza” eyni zamanda Rusiyanın geosiyasətdə iştirakçı kimi psixologiyasına aydınlıq gətirə bilər. Hal hazırda Raskolnikov kimi Rusiyanın da beynəlxalq münasibətlərdəki həqiqi motivləri barədə fərziyyələr çoxdur. Hər ikisi üçün ən çox istifadə oluna biləcək ifadə yaralı bir qürura sahib olmalarıdır.Raskolnokiovun psixoloji  vəziyyətinə ailəsinin sosial mövqeyini itirərək həyat şərtlərinin zəifləməsi təsir göstərir. O, özlərini Lujin və Svirdiqaylova qarşı aciz vəziyyətdə görür. Bu bir çoxlarına Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Rusiyanın dəhşətli vəziyyətini və milli təhqir olunmuşluq hissini xatırladır. Raskolnikovun bu alçaldılmaya qarşı reaksiyası  Napoleon kimi müstəsna bir şəxsiyyət olduğunu sübut etmək üçün “cızılmış xəttdən önə keçməkdir”. Rus dilində cinayət mənasını verən “prestupleniye” “keçmək, adlamaq” mənasını verir. Məcburi şəkildə Krımın öz torpaqlarına qatılması Rusiya üçün “cinayət” idi və şübhəsiz ki, bu Rusiyanın “xətti keçdiyi“ an sayılırdı. Bu hərəkəti ilə Rusiya sanki özünəməxsus bir “Amerikan müstəsnalığını” təsdiq etmək istəyirdi.

Dostoyevskinin fikirləri şübhəsiz təsdiqini tapacaqdı. Onun məsihanə milliyyətçiliyi Freydin dediyi kimi “bu böyük şəxsiyyətin ən zəif nöqtəsi, dardüşüncəlilərin az əmək sərf edərək gələ biləcəkləri bir mövqe idi. Lakin onun  “Cinayət və Cəza”-da təsvir etdiyi fərdlərlə cəmiyyət və müasirlik arasındakı gərginlik siyasi xəttlər cızdı və indiyə qədər aktuallığını itirməmiş oldu.

Mənbə: Crime and Punishment is 150 – and its politics are more relevant than ever

Redaktə etdi: Nisə Qulizadə

Tərcümə etdi: Hüseyn Nəsrullah Yaşar

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.