Dramatik rənglər, romantik rəssam – Uilyam Törner

Post date:

Author:

Category:

C. M. U. Törner, tam adı ilə Cozef Mellord Uilyam Törner (23 aprel 1775-ci ildə, London, İngiltərədə doğulub, 19 dekabr 1851-ci il, Londonda vəfat edib) ingilis romantik rəssam peyzajistdir.

Törner bərbərin oğlu olmuşdur. 10 yaşında ikən onu əmisi ilə təhsilini aldığı Brentford, Middlseksdə yaşamağa göndərmişdilər. 1787-ci il tarixli bir neçə rəsm atasının onun  əsərlərini müştərilərinə satması ənənəsinin yaranması üçün yetərincə professional idi. Törner 1789-cu ildə Kraliyyət Akademiyası məktəbinə daxil oldu və tezliklə öz akvarellərini yaratmağa başladı. 1792-ci ilin yayını o, çertyoj albomunu doldurduğu və sonra akvarellərini yaratdığı predmetlərin axtarışında ölkəni gəzməklə keçirdi. Onun ilkin işləri öz xarakterinə görə və texnikada ənənəviliyinə görə topoqrafik (məkanın dəqiq təsviri) sayılırdı – dövrün ən yaxşı ingilis rəssamlarının işlərini imitasiya edirdi. 1794-cü ildə Törner işlərini Copper PlatePocket Magazine jurnallarına təklif edərək qravüra ilə işləməyə başladı. O, həmçinin təzəlikcə vəfat edən peyzajist Con Robert Kozensin (ing. John Robert Cozens) bitirilməmiş illərini tamamlamaq və surətlərini çıxartmaq üçün işə götürülmüşdü. Kozenin və Uels rəssam Riçard Uilsonun (ing. Richard Wilson) təsiri Törnerə karyerasının sonuna qədər əsərlərində izlədiyi perspektivlərini genişlətməyə və ona peyzaja daha poetik və obrazlı yanaşmanı görməyə imkan yaratdı.

1796-cı ildən Törner yağlı boya və akvarel rəsmlərini kraliyyət akademiyasında nümayiş etdirməyə başladı. Onlardan ilki “Dənizdəki balıqçılar” (1796) ay işığında səhnə idi və dövrünün kritikləri tərəfindən bir dahinin işi kimi qiymətləndirilmişdi. 1799-cu ildə tam da icazə verilən yaşda (24) Törner kraliyyət akademiyasında köməkçi kimi işə qəbul olundu,  1802-ci ildə isə keçmiş ustaların, əsasən XVII əsr rəssamları Nikola Pussenin (ing. Nicolas Poussin), Klod Lorrainin (ing. Claude Lorrain), Albert Kyupun (ing. Aelbert Cuyp)  və Villem van de Veldenin (ing. Willeim van de Velde) tərzlərini davam etdiyi böyük rəsmlər seriyası sayəsində akademik oldu. 1807-ci ildə isə o perspektiv professoru seçildi.

Törnerin şəxsi həyatı gizli, insansız və bir az eksantrik idi. 1798-ci ildə o, Sara Denbi ilə eşq həyatına başladı: bu eşq həyatı 10 il davam edəcək və böyük ehtimal, ondan iki övlad olacaqdı. 1800-cü ildə Törnerin anası ümidsiz şəkildə xəstələndi və psixiatrik xəstəxanaya qoyuldu. Onun atası Törnerlə yaşamağa gəldi və bütün həyatı boyu studiya işçisi və oğlunun ümumi aqenti kimi işlədi. Törner 64-cü küçədə studiya tutdu, burada o, öz işlərini bir çox sezon boyu nümayiş etdirmişdir. O, bu dövrdə artıq sifarişlər içində boğulmuşdu və onun karyerasının müvəffəqiyyət qazanacağı dəqiq idi.

Törner ilham axtarışında səyahət etməyə davam edirdi. O, 1792-ci, 1795 və 1798-ci illərdə Uelsə, 1797-ci ildə dəniz kənarını 1794-cü ildə Midlend, 1801-ci ildə Şotlandiyaya və 1802-ci ildə ilk dəfə Avropaya səyahət etdi. Kalaisdən keçməsi sərt olmuşdu və onun “Kalais Pier” əsərində o, həmin təcrübəsini parlaq bir şəkildə göstərmişdi. Törner İsveçrə-Fransa turu vaxtı 400-dən çox rəsm çəkdi və illər boyu orada aldığı təəssüratlar ilə rəsmlər çəkməyə davam etdi. O, həmçinin Luvr muzeyində köhnə ustaları da araşdırmışdır.

Törnerin peyzajlarındakı 17-ci əsr Holland ənənələrindən kəskin şəkildə götürdüyü dəniz predmetləri onun hər peyzaj stilinə hakim olma cəhdlərindən biri idi və buna asanlıqla nail ola bilirdi. Onun stilinə təsir etmiş rəssamlar ilə apardığı rəqabət onun vəsiyyətində də əks olunmuşdu: o, özünün “Kartaqın Dido binası” və ya “Kartaq imperiyasının dirçəlişi” (1815) və “Günəşin buharın arxasından qalxması: balığın tutulması, təmizlənməsi və satışı” (1807) əsərlərinin Milli qalereyada yalnız bir şərtlə nümayiş etdirilməsinə icazə vermişdi: onlar iki sevimli Klod əsərlərinin yanında asılmalı idi. Lakin Taymsın 1805-ci ildəki yağlı boya etüdlərində və 1805-ci ilin “Gəmi qəzası” rəsmində landşaftın işlənilməsində belə düşünülür ki, Törner peyzaj cəhətdən işığın vurğulanmasında, atmosferdə və romantik, dramatik predmetlərdə özünün orijinal yanaşmasını yaratmışdı.

1807-ci ildə Törner özünün “Liber Studiorum” adı ilə tanınan və qismən Klodun “Liber Veritatis” studiya işlərindən ilhamlanan (1635-ci ildə başlayıb 1682-ci ildə baş verən ölümünə qədər davam etmişdir) böyük 100 plastinkadan seriya yaratmaq təşəbbüsünə başladı. Tönerin məqsədi daha çox müxtəliflikdə və diapazonda landşafları sənədləşdirmək idi, onların bəzilərinin predmeti öz rəsmlərindən və akvarellərindən götürmüşdü. O, bir neçə qravuraçılardan iştifadə etmişdi; lakin o, işin hər etapını idarə edirdi, bəzi plastinkaları özü oyurdu və saysız hazırlıq rəsmləri hazırlayırdı.

Seriya hər birində 5 plastinka olan və landşaft kompozisiyasının hər bir stilini, tarixi, memari, dağ rəsmlərini, pastoral və dəniz rəsmlərini özündə ehtiva edən, hissələr şəklində buraxılmışdı. İlk hissə 1807-ci ilin iyununda ortaya qoyuldu, sonuncusu isə 1819-cu ildə Törnerin aydındır ki, proyektə marağını itirdiyi və 71 plastinkanın dərc edildikdən sonra ondan imtina etdiyi vaxtda çıxış etdi.

1800-cü illərin ikinci onilliyində Törnerin rəsmləri keyfiyyətcə daha açıq rəngli olmağa başladı. Hətta “Pilşard mövsümündə Müqəddəs Maves” (1812) kimi həqiqi rəsmlərdə belə topoqrafiyanın ağır faktları mirvari rəng filmləri arasında itib-batıb, “Şaxtalı səhər” (1813) kimi digər topoqrafiyaları isə tamamilə işıq effektlərinə əsaslanmışdı. “Qar fırtınası: Hannibal Alp dağlarını keçir” (1812) kimi rəsmlərdə Törner tarixi hadisələrə dram qatmaq üçün təbiətin gücündən istifadə edirdi. Törnerə qala və bağ evi sahiblərindən çoxlu sifariş alırdı, amma eyni vaxtda özünün dəniz tematikalı rəsmlərinə də vaxt tapırdı. Onun şedevri kimi Kyupa ithafən rəsm etdiyi “Dort və ya Dortrext: Rotterdam Bekalmeddən Dort Paket gəmisi” sayılır.

Dido və Eney, Çeys səhərində Kartaqı tərkedərkən” ilə Törner karfagen süjetləri seriyasına başladı. Onun akademiyadakı 1850-ci ildəki son sərgisinə eyni süjetdən 4 rəsm daxil idi. Ceym Tompsonun “Mövsümlərindən”  (ing. James Tompson), Lord Bayronun işlərindən (ing. Lord Byron), Con Miltondan ( ing. Jonh Milton) , Uilyam Şekspirdən (ing. William Sakespeare) və Aleksandr Poupdan (ing. Alexander Pope) və ya özünün “Ümidin yanlış anlaşılması” poetik kompozisiyasından (heç vaxt bitirə bilməyib) uzun poetik sitatlar əlavə etməklə Törner ilk növbədə yaradıcılığının ədəbi-tarixi şərhlərinə baxdığını nümayiş etdirirdi.

1815-ci ildə sülhün gəlməsi ilə Törnerin xaricə getmək imkanı oldu. 1817-ci ildə Vaterlo və Reyn sahələrinə getdikdən sonra 1819-cu ilin yayında ilk dəfə olaraq İtaliyaya səyahət etdi. O, 3 ayını Romada keçirdi, həmçinin Neapolu, Florensiyanı və Venesiyanı da ziyarət etdi və qışın ortasında evə qayıtdı. Səyahəti zamanı o, 1500-ə yaxın rəsm hazırladı və bundan sonrakı bir neçə il ərzində orada gördüklərindən ilhamlandığı rəsmlər çəkməyə davam etdi. Artıq onun stilində inkişaf müşahidə edilirdi, bu xüsusilə rənglərə aid idi, rənglər daha təmiz və prizmatik alınırdı. Onun “Bay körfəzi, Apollon və Sibil ilə” ilə digər əvvəlki rəsmlərini qarşılaşdıranda şəffaf akvareli xatırladan daha rəngarəng işləməni alırıq. Kölgələr işıqlar kimi parlaqdır və o, tünd və açıq rənglərin yerinə soyuq və isti rəngləri qoyaraq kontrast yaradır.

1920-ci illərdə Törner İngiltərənin və Şotlandıyanin fərqli yerlərinə səyahət edərək turuna davam edir. 1827-ci ildə o, Kousda möhtəşəm reqat eskizləri çəkmişdi, 1828-ci ildə o, yenə İtaliyaya getdi. 1828-ci ildə və 829-cu ildə xüsusilə atası öldükdə sonra Törner tez-tez Pitvort, Sasseksdə qraf Eqremontu ziyarət edirdi və qrafın evinin, onun bağının gözəl eskizlərini çəkmişdir.

Ömrünün daha sonrakı illərində Törner heç olmadığı qədər varlı, məşhur və gizli idi. Akademiyadakı perspektiv professoru kimi bir neçə ili fəaliyyətsiz keçirəndən sonra o, 1838-ci ildə təqaüdə çıxdı. 1846-cı ildə o, Çepsi çayının sahilində ev sahibi idi, burada dul Sofiya Kerolayn Bit ilə yaşayırdı və ona öz soyadını təklif etmişdi. Törner səyahət etməyə davam edirdi. Son 15 ildə o, İtaliyaya, İsveçrəyə, Almaniyaya və Fransaya səyahət etdi. Müşahidəçilər onun xaricdə rəsmlər çəkdiyini, bitməyən enerjisini, “Törner mirasında” olan 19000-ə çatan rəsmləri qeyd etmişdilər.

Törner 1851-ci ildə Çelsidə vəfat etdi və Müqəddəs Pavl katedralında dəfn edildi. O, sərvətinin böyük bir hissəsini – 140000 funt sterlinqi “çürüyən rəssamlar” üçün xeyriyyə fondunun yaradılmasına vermişdir və özünün bitmiş rəsmlərini Milli qalereyaya vəsiyyət etdi, bir şərtlə ki, onlar üçün ayrıca qalereya hazırlanacaqdı. Onun uzaq qohumları ilə olan uzun məhkəmə prosesindən sonra sərvətinin böyük hissəsi onlara çatdı, bitirilməmiş və bitirilmiş rəsmləri isə “Törnerin mirası” adıyla milli əmlaka çevrildi. Yalnız 1908-ci ildə Cozef Dyuven tərəfindən Törneri bir neçə rəsmləri Teyt qaleryasında nümayişə qoyuldu. 1928-ci ildə Taymsın daşması və Teyt qaleriyasını su basdığı üçün təhlükəsizlik məqsədilə rəsmlər Britaniya muzeyinə aparıldı, lakin onlar 1987-ci ildə Klor galereyasının açılışında Teyt qalereyasına yenidən qaytarıldı. Bir neç yağlı boya rəsmləri hələ də Milli qalereyada qalmşdır.

C. M. U. Törnerin yaradıcığına aid nümünələrə aşağıda baxa bilərsiniz:

“Müqəddəs Con kilsəsi”, 1988-ci il, karandaş və mürəkkəb, şəxsi kolleksiyada saxlanılır, (the-athenaeum.org)

“Bristol, Müqəddəs Vinsent qayasındakı isti quyular”, 1891, sulu boya, Bristol İncəsnət galereya muzeində saxlanılır, (the-athenaeum.org)

“Dənizdəki balıqçılar”, 1796, yağlı boya, Teyt qalereyasında saxlanılır, (the-athenaeum.org)

“Misirin beşinci taunu”, 1800-cü il, yağlı boya, İndianapolis incəsənət muzeyində saxlanılır, (the-athenaeum.org)

“Kalais Pier” , 1803-cü il, yağlı boya, Milli qalereya, Londonda saxlanılır, (the-athenaeum.org)

“Şaxtalı səhər”, 1813-cü il, yağlı boya, Tate qalareyasında saxlanılır, (the-athenaeum.org)

“Dido və Eney”, 1814-cü il, yağlı boya”, Teyt qalereyasında saxlanılır, (the-athenaeum.org)

“Dort, Rotterdam Bekalmeddən Dort Paket gəmisi”, 1817-1818, yağlı boya, Britaniya incəsnətinin Yeil mərkəzində saxlanır, (the-athenaeum.org)

“Roma, Kolizeyin qərbdən görünüşü”, 1819-cu il, sulu boya, TTeyt qalereyasında saxlanılır, (the-athenaeum.org)

“Bay körfəzi, Apollo və Sibil”, 1823-cü il, yağlı boya, Teyt qalereyasında saxlanılır,(the-athenaeum.org)

“Riçmont dağı”, 1825-ci il, basma və kağız üzərində quaş, Ledi Lever İncəsənət qalereyasında saxlanılır, (the-athenaeum.org)

“Rocerin İtaliyası, ay işığında Villa Madama”, 1826-1827-ci illər, suluboya, Teyt qalereyasında saxlanılır, (the-athenaeum.org)

“Lox Koruysk, Skay”, 1831-ci il, ağ kağız üzərinə sulu boya, Şotlandiya milli qaıereyasında saxlanılır, (the-athenaeum.org)

“Proserpinanın qaçırılması”, 1839-cu il, yağlı boya, Milli İncəsənət qalereyasında saxlanılır, (the-athenaeum.org)

Mətn üçün mənbə: https://www.britannica.com/biography/J-M-W-Turner

Rəsmlər üçün mənbə: http://the-athenaeum.org/people/detail.php?ID=1315

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Səmra Əlizadəhttp://rezonanss.com
I would rather be a rebel, than a slave.

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...