Dünya niyə fırlanır?

Post date:

Author:

Category:

Əslində, sadəcə Dünya deyil, digər planetlər də, peykləri də, Günəş də, Günəş sistemi də, qalaktikalar da fırlanır. Bütün bu fırlanmaların nə zaman, nə üçün və necə başladığı isə bilinmir. 

Ancaq yarandığı vaxt nəhəng bir bulud olan Dünya sıxılarkən (qatılaşarkən) dönməyə başladı. Elm adamları buna “bucaqlı momentumun qorunması”nın səbəb olduğunu deyirlər. Bunu anlamaq bizim üçün çətindir. Amma bu örnək, bəlkə, işimizi asanlaşdıra bilər: Sinkə su tökəndə suyun dairəvi formada axdığını görürük. Suyu boşaldanda da tıxacı çəkdiyimiz zaman su dönə-dönə boşalır. Bu şəkildə dönməyə başlayan Dünyamız kosmosda onu dayandıra biləcək heç bir qüvvə olmadığı üçün fırlanmağa davam etdi və hələ də edir. Masanın üzərində fırlatdığımız bir basketbol topu bir müddət sonra dayanır. Niyə dayanır? Çünki kosmosdan fərqli olaraq Dünyadakı bütün boşluqlar hava ilə örtülüdür. Hava topun dönməsini dayandıracaq bir sürtünmə qüvvəsi yaradır. Sürtünmə qüvvəsi isə enerji itkisinə səbəb olur. Bunu, əgər şanslısınızsa, topun döndüyü yerdəki isinmədən anlaya bilərsiniz. Ya da top sürətlə fırlandısa, sürtünmənin səbəb olduğu hava axınının səsini eşidə bilərsiniz. Kosmosda dönməni yavaşladan ya da dayandıran bir təsir olmadığı üçün enerji itkisi də olmur. Bəs Dünyanı yavaşlada biləcək bir qüvvə olsaydı?

Fırlanmaya görə yaranan enerji okeanların qaynamasına, yer üzündəki qayaların əriməsinə ya da vulkanların partlamasına səbəb ola bilərdi. Tamamilə dayananda isə Dünyanın Günəşə tərəf olan hissəsində həmişə gündüz, digər tərəfində isə həmişə gecə olardı. Bu cür hadisələrin sadəcə elmi-fantastik filmlərdə olduğunu ümid edək. Amma Dünyanın fırlanma sürətinin yavaşladığı da bir həqiqətdir. Ay, Günəş və Günəş sistemindəki digər göy cisimlərinin qravitasiya qüvvəsinə görə Dünyada təzadlar yaşanır. Təzadlardan yaranan sürtünmə qüvvəsi Dünyanın yavaşlamasına səbəb olur. Bu yavaşlama əsrdə 2 millisaniyə olaraq hesablanmışdır. Geoloqlar 340 milyon il əvvəl bir ilin 397 gün, bir günün isə 22 saat olduğunu ortaya çıxarmışlar. Əgər bir gün gələcəyə, milyonlarla il sonrasına səyahət edə bilsək, bir günün 48 saat olduğunu görə bilərik.

İlk dəfə 1687-ci ildə Nyutonun (Isaac Newton) “Hərəkətlərin qanunları” adlı kitabında bildirdiyi kimi əgər bir şey hərəkət edirsə və ona heç bir xarici qüvvə təsir etmirsə, hərəkətinə sonsuza qədər davam edə bilər. Dünyanın ilk fırlanma hərəkətini necə qazandığı tam olaraq bilinməsə də, ona təsir edə biləcək önəmli ölçüdə bir xarici qüvvə olmadığından fırlanmağa hələ xeyli müddət davam edəcəyi dəqiqdir.

 

Mənbələr:

 

http://uzay.org/dunya-neden-doner/

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...