Dünyanın sonu necə olacaq? – 8 alternativ fikir

Post date:

Author:

Category:

 

Atmosferimiz, Günəşə olan yaxınlığımız və digər çox sayda təsadüf, canlıların yaşaması və inkişaf etməsi üçün şərait yaradır. Lakin bütün bu yaşantının sonu olacaq və bir gün Yer, üzərində yaşayan heç bir canlıya belə qonaqpərvər yanaşmayacaq.

Araşdırmaçılar Yerin bir çox şəkildə məhv ola biləcəyini düşünür:

Yer, maqnetosfer adı verilən, maqnit qalxan ilə çevrilidir. Bu maqnit sahəsi, Yerin fırlanması nəticəsində yaranır. Fırlanma zamanı, maye dəmir və nikeldən ibarət olan qalın təbəqə, planetin ətrafında dönür və bu səbəbdən elektrik dinamosu meydana gəlir. Maqnetosferin Günəşdən yayılan enerjili hissəciklərlə toqquşması nəticəsində, hər kəsə məlum olan qütb işıqları və maqnit qasırğaları baş verir.

Əgər Yerin nüvəsi soyuyarsa, bizi Günəş fırtınalarından qoruyan maqnetosfer sahəsini itirmiş olarıq və bu fırtınalar atmosferi yavaş-yavaş məhv edərdi.

Eynilə bu proses, bir zamanlar su ilə zəngin olan və kifayət qədər qalın atmosferi olan Marsda milyarlarda il əvvəl baş verib. Bu gün bildiyimiz qədərilə, bu qasırğalar, Marsda təxminən havasız və yaşantı olmayan səth yaranmasına yol açmışdı.

 

2. Günəş sönməyə və genişlənməyə başalaya bilər

Günəş və bizim ona nəzərən mövqeyimiz varoluşumuzun ən önəmli hissələrindən biridir. Lakin Günəş ulduzdur və bütün ulduzlar gec-tez sönməyə məhkumdur. Hazırda Günəş ömrünün yarısındadır və hidrogeni davamlı şəkildə heliuma çevirir. Ancaq hazırki hal sonsuza qədər davam etməyəcək. Milyardlarla il sonra, bu kiçin ulduzda hidrogen azalacaq və reaksiya zamanı helium istifadə olunacaq. Bu reaksiya daha çox enerji tələb etdiyi üçün, Yeri Günəşə doğru cəzb etməyə başlayacaq.

Günəşin genişlənməsi isə, Yeri orbitindən kənara itələyəcək və planet hər hansı ulduza bağlı olmadan donacaq.

3. Yer onu məhv edə biləcək bir orbitə daxil ola bilər

Planetlər formalaşma zamanı öz ulduz sistemlərindən qovula bilərlər. Son zamanlarda edilən araşdırmalara görə, Süd Yolu qalaktikasında olan başıboş planetlərin sayı, ulduzların sayından 100.000 dəfə çox ola bilər.

Bu başıboş planetlərdən hər hansı biri Günəş sisteminə girərək Yerin sabitliyini poza bilər və onun sistemdən kənarlaşmasına səbəb ola bilər.

Bu əsnada isə, şiddətli soyuq və istilik arasında dəyişən fəsillər yarana bilər.

 

4. Başıboş planetlərdən biri Yerlə toqquşa bilər

Günəş sistemimizə daxil olan bir planet, sadəcə yaxın məsafədən keçmək və yaxud Yerin orbitini pozmaq yerinə onunla birbaşa toqquşa bilər.

Bu gözlənilməz hadisə 4.5 milyard il əvvəl, cırttan bir planetin Günəş sistemimizdə yer alan daha böyük bir planetlə toqquşması nəticəsində baş vermişdi və Yer və onun peyki Ay yaranmışdı.

 

5) Ssenari müəlliflərinin sevimli hekayəsi olan asteroidlərin gətirdiyi ölüm

Kosmosdan gələn nəhəng asteroidlərin Yeri bombardıman etməsi (bu böyüklükdə olan asteroidlər dinozavrların sonunu gətirmişdi) ən çox bilinən alternativ fikirlər arasındadır.

Yer 100 milyonlarla il ərzində asteroid bombardımanına məruz qalıb. Bu toqquşmaların şiddəti nəticəsində uzun illər okeanlar qaynamağa davam edib.

O əsnada Yerdəki yaşantı tamamilə tək hüceyrələri idi və sadəcə istiliyə ən davamlı mikroplar sağ qala bilmişdilər. Əgər bənzər hal yaşanarsa, hava temperaturu həftələrlə 480°C – dən yüksək ola bilər.

6. Yer, başıboş gəzən bir Qara dəliyin çox yaxınından keçə bilər

Qara dəliklərin hadisə üfüqündən işıq belə qaça bilmir. Aparılan araşdırmalara görə, qara dəliklərin kosmosda başıboş gəzdikləri düşünülür.

Bunlardan birinin Günəş sistemindən keçməsi, ola biləcək hadisədir. Ayın kütləsindən daha böyük olan bir Qara dəlik, bərpa edə bilməyəcəyimiz fəsadlar törədə bilər.

Əgər işıq belə yayına bilmirsə, Yerin bundan qaçmağı imkansızdır. Yerin uzağından belə Qara dəlik keçərsə, bu zəlzələlərə yola aça bilər və bizi Günəşə tərəf itələyə bilər.

 

7. Atmosferimiz “Qamma partlayışı” nəticəsində məhv ola bilər

Qamma şüaları partlayışları kainatdakı təbii hadisələrdən biridir. Bu şüa partlayışları, nəhəng ulduzların ölməsi nəticəsində meydana gəlir. Kiçik və qısa bir partlayış, Günəşimizin ömrü boyunca yaratdığı enerjidən daha çoxunu yaya bilər.

Bu enerjinin ozon təbəqəsini yox etmə, Yeri təhlükəli ultrabənövşəyi şüa ilə istila etmə və qlobal soyuqlaşmanı tətikləmə potensialı var.

 

8) Kainat, nəhayət “Big Rip” nəticəsində parçala ayrıla bilər

“Big Rip” fikri nədir?

Qaranlıq enerji kainatı sürətli şəkildə genişlənməyə davam edir. Lakin, burada qaranlıq enerjinin bəzi xüsusiyyətləri nəzərdən qaçırılır: Qaranlıq enerjinin sıxlığı genişlənən kainatda azalmağın əksinə azalmır.

Bunu belə canlandırmaq olar; hava şarının içində A miqdar qaz var və siz bu şarın həcmini artırırsınız. Həcm artmağa davam etsə və şarın içindəki qaz miqdarı eyni qədər qalarsa, sıxlıq azalır. Lakin, qaranlıq enerji üçün bu Fizika qanunu keçərli deyil.

Qaranlıq enerjinin sıxlığı kainat genişləndikcə azalmır. Çünki kainat genişləndikdə, qaranlıq enerjinin miqdarı artır və beləcə qaranlıq enerjinin sıxlığı sabit qalır. Bu, planetlərin, ulduzların partlayış nəticəsində yox olmasına, qalaktikaların dağılmasına, hətta atom nüvələrinin belə parçalanaraq yox olmasına yol açacaq.

Tərcüməçi: Turqut Ağayev

Mənbələr: businessinsider.com

APOD

 

 

STAY CONNECTED

19,095FansLike
2,042FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...