Düşüncə nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

DÜŞÜNCƏ [ru. Рассудок; alm. Gedanke; fr. pensȇe; ing.
Thought; osm. tr. fikir; ər. فكش – [Düşünmə qabiliyətinin özü,
yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prinsiplərə
də deyilir. Əski türkcədir. Dilimizdə ərəbcədən qarşılığı
olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüĢünmə forması
[alm. Denkform; fr. Libertè dè pensèe; osm. tr. tefekkür
hürriyyeti; ər. ىشُّآرف خٌدش – [Düşünmənin xarici təzyiq və hər hansı
bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müstəqil
və sadəcə özündən məsul olması. Düşünürəm demək ki,
varam [Lat. Cogito ergo sum] – Maddənin özünüdərkində öz
şüuruna varıb öz varlığını vasitəsiz formada qavramasını dilə gətirən əsas prinsip. Əslində bu prinsip varlığın deyil, ―mən‖in
təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb
olmuşdur.

 

EKLEKTİZM [alm. Eklekticismus; fr. Eclectisime; ing.
Eclecticism; osm. tr. iktitafiye; eclestisme] – Qurulmuş olan
nizamlardan fərqli düşüncələri seçib almaq və öz təlimində birləşdirmə
metodu və bu metodla işləyən filosofların təlimi. Seçməcilik,
uzlaşdırmacılık-İntihabiyye: müxtəlif və hətta bir-birinin
ziddi olan fəlsəfi sistemlərdən iqtibaslar edərək yeni sistem
qurmaqdır

ENTUZİAZM [alm. Enthusiasmus; fr. Enthusiasme; ing.
Enthusiasm; yun. En-thos – Daxilində Tanrı ilə olma ; osm. tr.
Vecit; tr. Coşku; ər. وجذ .[1. Hər hansı bir düşüncə ilə, yüksək bir
hisslə dolub daşma, qəlbini fərhləndirmə, ruhun aşıb – daşması,
mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən ―insanin
Tanrı ilə dolub daşmasına‖ da deyilir. Dilimizdə daha çox
ərəbcədən keçmə vəcd sözündən istifadə olunur. Misal üçün
kiminsə haqqında ―Filan şəxs vəcdə gəldi‖ deyimi işlək ifadədir

İNTUİSİYA [alm. Anschauung; fr.=ing. Untuition; lat.
Intuitio-intuius. In tueri – daxilini görmə; osm. tr. tehaddüs, hads;
ər. ز ٌحذ – [nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa
vasitəsiz kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslindəhisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün intuisiyaya əsaslanmaq
lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa
düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə
anlamaq, dərk etmək qabiliyyəti kimi də xarakterizə etmək olar.
İntuitiv [alm. Intuitiv; fr. Intuitif; ing. intuitive] isə hər şeyi bir
anda ələ keçirməyə, qavramağa istiqamətlənən düşüncə tərzidir.
İntuitivizm – imperializm dövrünün burjua fəlsəfəsində geniş
yayılmış idealist cərəyan.
İNTUİSYONİZM – [alm. Intuitionismus; fr. Intuitionisme;
ing. Intuitionism, intuitionalism; osm. tr. tehaddüsiye; ər. حُّذحذث ,[
intuitizmə əql, mənalı düşüncə qarşısında üstünlük verən, intuisiyanı
biliyin, xüsusilə də fəlsəfi biliyin əsası olaraq görən təlim.
Müşahidəçilik, həds məsləyi. Bir münasəbətin birdən və birbaşa
kəşfedilməsi mənasına gələn intuisiya, elmin vasitəsilə olan zəka
və ağıldan əlavə olaraq bilmə qabiliyyti olan sezgi və obyektlərə,
həqiqətin özünə və mütləq surətdə vara biləcəyini irəli sürür.
Kəlmənin kökü intuisiyadan qaynaqlanır. İntuisionizm həm də
riyaziyyatın fəlsəfi əsasını təşkil edən cərəyanlardan biridir.

ƏVHAM [َؤٚ٘أ – [vəhmlər, şübhələr, zənn etmələr. Vəhm
[ُ٘ٚ] sözünün cəmidir. Səhv və yersiz düşüncə, yanlış fikir. Misal
üçün: Boş əvhama dalıb, real heç nə demədi. Bir mövzuyla
əlaqədar pis ehtimalları ağla gətirib kədərlənmək, şübhələr, yanlış
fikir, vəsvəsəyə düşmək. Olmayacaq bir şeyin olacağını sanma,
qorxu duymaq

FƏHM – [فهى [ağıl, düşüncə, təfəkkür. Fəhm etmək –
düşünmək, təfəkkürə dalmaq mənasını verir. Sözün kökü fəhimə
[فهى- [dir. Dilimizdə anlam mənasında çox işlətdiyimiz ―məfhum‖
(وٌيفهى (sözü də bu kökdən törəmişdir. Ərəbcədə hərfi mənada
―başa düşülən‖ deməkdir.

SİENTİZM = sayəntizm [alm. Scientismus; fr. Scientisme;
osm. tr. ilimcilik; ər. حًُػه lat. scientia və ing. Science – bilik, elm]
– elmlə bağlı olan dünyagörüşü yaxud da elmi düşüncənin
təktərəfli dəyərləndirilməsinə deyilir. Mədəniyyət sistemində,
cəmiyyətin ideya həyatında elmin rolunun mütləqləşdirilməsindən
ibarət konsepsiya.

XƏVATİR [ing. memory; خىاذش – [xatirələr. Təki [خاذشج .[Qəlbə
gələn düşüncələr. Ərəbcədən keçmə kəlimədir

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,734FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....