E.Munkun “Haray” Rəsm Əsərində Demək İstədikləri

Post date:

Author:

Category:

  1.  E.Munkun “Haray” Rəsm Əsərində Demək İstədikləri
 
 
Leonardo da Vinci’nin “Mona Lisası” qədər məşhur olan “Scream” əsərini bir çoxunuz öncədən görmüşsünüzdür. Kimi üçün “qışqıran adam”, “qoxmuş insan” və ya “kimisə çağıran” mənalarını verə bilər ancaq rəsmin tam təsviri haqqında məlumatı olanlar çox azdır. 

E.Munkun “Haray” (“Scream”) rəsm əsəri Ekzistensializm cərəyanının bədii konsepsiyası haqqında tam təsəvvürü verir. Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə görə bu insan qışqırır? Rəssam rəsm əsərindən onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına baxmayaraq insanın əzabının böyük səbəbini tamaşaçı özü hiss etməlidir. Kainat bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir. Bizim qarşımızda “cinssiz insan” durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası və insana düşmənliyi qarşısındakı dəhşətli qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instinktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır.

Müəllif:Hikmət Hamdullayev

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...