Edit Piaf – Parisin balaca sərçəsi

Post date:

Author:

Category:

“Balaca sərçə” adı ilə tanınan fransız musiqiçi Edit Piaf (ing. Edith Piaf) vətəninin ən məşhur ifaçılarından biri olmuşdur. 

Edit Piaf 1915-ci il 19 dekabr Paris yaxınlığındakı Belvildə anadan olmuşdur və 30-cu illərin sonunda fransız ehtirasının və əzminin simvoluna çevrilmişdir. Piafın bir çox balladası, özünün yazdığı “La vie en rose” onun imzalı mahnıları kimi yadda qalıb. İfaçının repertuarındakı digər favorit musiqilər “Milord”, “Padam, Padam”, “Mon Dieu”, sehrli “Mon Manege a Moi” və onun himni sayılan “Non, Je Ne Regrette Rien” olmuşdur. Asılılıqlarla və sağlamlıq problemləri ilə dolu olan Piaf 1963-cü il 47 yaşında Fransada vəfat etmişdir. Onu milli nailiyyət kimi qəbul ediblər.

Dumanlı erkən həyatı

Edit Piaf, Edit Covanna Qassion adı ilə Belvildə 19 dekabr 1915-ci ildə anadan olmuşdur. Onun keçmişinin böyük hissəsi sirlər ilə əhatələnmişdir və ola bilər ki, o həyatda ikən bir az bəzədilmişdir. Belə düşünülür ki, o, I Dünya Müharibəsi dövründə belçikalı əsgərləri alman əsirliyindən qaçmasına kömək etdiyi üçün edam edilən ingilis tibb bacısı Edit Kavel (ing. Edith Cavell) şərəfinə adlandırılmışdır. Onun anası Anetta Covanna Mayard Mərakeş berberləri əsilli, “Marsa xətti” adı ilə çıxış edən  müğənni olmuşdur.  Piafın atası Lui-Alfons Qassion yüksək bacarıqlı küçə akrobatı olmuşdur.

Anetta Piafdan imtina etmiş və onu ana tərəfdən nənəsinin yanına qoymuşdur, o burada aclıqdan əziyyət çəkmişdir. Atası və ya digər bir qohumu tərəfindən oradan aparılaraq əziyyətdən xilas olan Piaf fahişəxana sahibi olan atası tərəfdən nənəsinin yanında yaşamağa başlayır. Piaf bir müddət şiddətli şəkildə görmə pozuntularından əziyyət çəkir, amma eyni zamanda gənc yaşlarında səsi ilə məşhurlaşır. 7 yaşında Belçikaya gedəcək olan sirk karnavalında işləyən atasına qoşulur, nəticədə isə bütün Fransada keçirilən küçə çıxışlarında iştirak edir.

Piaf sonradan tez-tez temperamentli, təhqiredici usta olan atasından ayrılır və Parisdə küçə ifaçısı kimi işləməyə başlayır. 17 yaşında onun Lui Dyupon adlı oğlandan Marsella adlı qızı olur, lakin qız 2 yaşında miningitdən ölür.

Məşhurluq qazanması

1935-ci ildə Piaf uğurlu Le Gerny klubunun sahibi Lui Leplee tərəfindən kəşf edilir. Onun enerjik xarakteri, balaca boyu onunla bütün həyatı boyu birgə gedən adı La Môme Piaf (“Balaca Sərçə”) adının səbəbkarı olmuşdur. Piaf fransız şair və tarixçi Jak Burjatdan (ing. Jacques Bourgeat) ədəbiyyat təlimi almışdır, eyni vaxtda Leplee Moris Şevalye (ing. Maurice Chevalier) kimi insanların da daxil olduğu onun böyük reklam kompaniyası ilə məşğul olurdu. O, həmin ildə iki albom çıxaracaq qədər populyar idi.

Həmin ilin yazında, Leplee hakimiyyətin onun bir cinayətdə iştirakçı olduğunu istintaq etdiyi bir vaxtda öldürülür. Piaf və onun yeni komandası karyerası üzərində bütün məsulliyəti öz üzərinə götürür. O, sonradan həm də sevgilisi olan Raymond Asso (ing. Raymond Asso) ilə işləməyə başlayır və həmişəlik özünün “Edit Piaf” səhnə adını qəbul edir. Şansonun məşqlərinin ənənəsini davam etdirərərk Piaf onun küçədəki həyatını əks etdirən, ehtiraslı şəkildə daxili gücünü vurğulayan romantik mahnılar sifariş edirdi. Bu dövrdə bəstəkar Marqarita Monnot (ing. Marguerite Monnot) ilə sıx bir şəkildə işləyirdi.

Jan Kokto (ing. Jean Coctau) kimi biri tərəfindən də sayılan Pİaf II Dünya müharibəsi zamanı ən məşhur mügənnilərdən biri idi. Onun nasist hərbçiləri üçün olan konsertləri ziddiyyət təşkil edirdi, lakin sonradan belə düşünülürdü ki, o fransız müqavimətində idi və yəhudilərə nasistlərin təqibindən qaçmağa kömək edirdi.

Müharibədən sonra onun məşhurluğu sürətli şəkildə yayıldı. O, Avropaya, Cənubi Amerkaya və Birləşmiş Ştatlara qastrol səyahətlərinə çıxırdı. Lakin Amerika publikası onu sərt hərəkətləri və tünd geyiminə görə ilk vaxtlar qəbul edə bilmirdi. Piaf parlaq resenziyalar qazandı və nəticədə 50-ci illər əzrində Ed Salivanın şousuna (ing. The Ed Sullivan show) bir neçə çıxış edəcək qədər yetərincə publika qazana bildi.

Şəxsi həyatı

Edit Piafın şəxsi həyatı dramatik xarakterli olmuşdur. 1951-ci ildə o, 3 ciddi avtomobil qəzasına düşmüşdür, bu da morfin və alkoqol asılılığına səbəb olmuşdur.

Əvvəlki həyatının əzablarının üstündən keçən Piaf içlərində bir çox fransız məşhurunun da olduğu öz kolleqaları ilə səs-küylu romanları olmuşdur. İki dəfə evli olmuşdur. Onun 1952-ci ildə  müğənni Jak Pills (ing. Jaques Pills) ilə olan ilk evliliyi 1957-ci ilə qədər davam etmişdir. Onun 20 il cunioru kimi işləmiş və homoseksual olan yunan saç stilisti Teo Serapo ilə 1962-ci ildə olan ikinci evliliyi ölümünə, yəni sonrakı ilə qədər davam etmişdir.

Piafın məktublarından aydın olmuşdur ki, yunan aktor Dmitris Hornun ona böyük təsiri olmuşdur, lakin 1947-ci ildə tanış olduğu evli bokser Marsel Serdan (ing. Marcel Cerdan) onun ən böyük eşqi olmuşdur. Onların birlikdə keçən həyatı uzun olmamışdır. 1949-cu ildə Marsel təyyarə qəzasında ölmüşdür. Piaf sonrakı ildə “L’Hymne à L’Amour” mahnısın onun şərəfinə çıxartmışdır.

   

Ölümü

Piaf ömrünün son illərində belə professionallıq cəhətdən aktiv olmuşdur, 1955-1962-ci illər ərzində tez-tez Parisdə səhnə çıxışları olmuşdur. 1960-cı ildə təqaüdə çıxmağı fikirləşsə də, Çarlz Dümon (ing. Charles Dumon )  və Mişel Vokarenin (ing. Michel Vaucarie) onun sonuncu himni olacaq “Non, Je Ne Regrette Rien” mahnısı üçün anlaşma etdi.

1963-cü il aprelində Piaf özünün son musiqisi yazdı. Uzun müddətdir davam edən qara ciyər çatışmamazlığından fransız Riveriyasındakı villasında 10 oktyabr 1963-cü ildə vəfat etdi. Onun 47 yaşı var idi. Parisin arxiyepiskopu Piafın xristian adət ənənələrinə uymayan həyatına görə messadan imtana etdi, lakin onun dəfn mərasimi minlərlə 0ona sadiq olan insanın gəlməsi ilə irimiqyaslı bir mərasimə çevrildi. Piaf Parisdəki Per-Laşez məzarlığında, qızı Marselin yanında dəfn edilib.

 

“Milord”  – Ed Sullivan Show, canlı performans

“Non, Je Ne Regrette Rien”, canlı performans

“Padam, Padam”, canlı performans

“L’Hymne à L’Amour”

“La Foule”, canlı performans

 Mənbə: Édith Piaf Biography

Redaktor: Leyla Əlizadə

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Səmra Əlizadəhttp://rezonanss.com
I would rather be a rebel, than a slave.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...