Ekologiya və ekoloji fondlar

Post date:

Author:

Category:

Ekologiya (yun. oikos-məskən, vətən, loqos-anlayış, təlim) – orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm. “Ekos” məfhumunu ilk dəfə ekologiya sözü kimi 1858-ci ildə Q.D.Toro işlətmiş və klassik darvinizm nümayəndəsi Ernest Hekkel tərəfindən 1866-cı ildə elmi dövriyyəyə buraxılmışdır. Uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmiş və çox mübahisəli inkişaf yolu keçmişdir. Öncə bitkilərin, canlı orqanizmlərin ətraf mühit problemlərini tədqiqat predmeti seçən ekologiya, karbohidrogen erasının XX əsrdə geniş vüsət alması və bu əsasda insanın təbiətə təsirinin artması fonunda ekosistemin və biosferin bütün qatlarını əhatə edən müasir bir elmə çevrilmişdir.

Ötən əsrin 70–ci illərində Avroatlantik məkanda sənaye yenidənqurması epoxası ərəfəsində ekologiya predmet spektrini genişləndirərək daha dolğun bəşəri və sosial mahiyyət kəsb etmişdir.

Ekologiya bir sıra istiqamətlər üzrə təsnifatlandırılır;

  • mühitə görə suyun, torpağın və havanın ekologiyası.
  • sistematikaya görə mikroorqanizmin, göbələyin, bitkilərin və heyvanın ekologiyası.
  • canlının yaşama yerinə görə çayın, gölün , yeraltı suların, dənizin, sahilin, tundranın , arktikanın, meşənin, səhranın, dağın, adanın, kəndin və şəhərin ekologiyası.

Bundan başqa, ekologiya qlobal, hidrosfer, litosfer, atmosfer, biosfer, kosmos və sosioloji təsnifatlandırmaya da məruz qalır.

Ekoloji fondlar – təbiətin qorunması məsələlərinin həlli, itkilərin bərpa edilməsi, vurulan ziyanın kompensasiya edilməsi və s. təxirəsalınmaz işlər üçün yaradılmış qeyri-büdcə fondlarıdır. Dövlət, ölkə, respublika və yerli fondlar ekoloji fondun vahid qeyri-büdcə sistemini təşkil edir. Fondlar – ətraf təbii mühitə atılan və tökülən zərərli maddələrə, tullantıların və çirklənmənin digər növlərinin yerləşdirilməsinə görə müəssisə, idarə, təşkilatlardan, həmçinin xarici hüquqi və fiziki şəxslərdən ödəniş formasında daxil olan vəsaitlər hesabına yaradılır. Buraya həm də təbiətin qorunması haqqında iddialar (tələblər) üzrə məbləğlər daxildir: cərimələr, qaçaqmalçılardan müsadirə edilən təchizat və məhsulların satışından əldə olunan vəsaitlər; əmanətlərə, bank depozitlərinə, fondun öz vəsaitlərindən müəssisənin iş fəaliyyətində istifadəsinə görə faizlər, daxil olan xarici valyutalar və s. Ekoloji fondda olan vəsaitlər xüsusi bank hesablarına köçürülür və yerli, ölkə və dövlət ekoloji fondları arasında müəyyən faiz nisbətində paylanır. Ekoloji fonddan vəsaitlər – sağlamlaşdırma və ətraf mühitin qorunması üzrə tədbir və proqramların həyata keçirilməsinə, təbii ehtiyatların təkrar istehsalına, elmi axtarışlara , ekoloji təmiz texnologiyanın tətbiqinə, təmizləyici qurğuların tikintisinə, zərərin ödənilməsi üçün kompensasiyaların ödənişlərinə və s.xərclənir.

Mənbə:

Böyük İqtisadi Ensiklopediya, II cild səh.16-23 (Bakı, 2012)

 

Müəllif: Tofiq Cəfərov

Redaktə etdi: Pəri Abbaslı

 

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.