Epigenetika nədir?

Post date:

Author:

Category:

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da atamızdan alırıq. Genomumuz elə qurulub ki, əgər milyonlarla olan bu hərflərdən birinin yeri duzgün olmasa , çox ciddi  xətəliklə doğula bilərik. Buna görə də genlərimizin düzülüşü çox vacibdir. Gen sırasını öyrənən sahə genetikanin sadəcə bir hissəsini əhatə edir. Buna görə də genom layihəsi də bu işin kiçik bir hissəsini araşdırır. Anlamaq üçün bir neçə misala baxaq.

Məsələn laboratoriya siçanları, onların laboratoriyada tamamilə eyni şəraitdə, eyni genetik koda malik olmasını təmin edə bilərsiniz  və sonda bu siçanlar bir-birindən fərqli olur.  Biri digərindən daha ağıllı , ya da  daha aktiv və passiv ola bilər. Başqa bir misal, milçəklərin surfələri ilə yetişkin milçəklər onların arasında heç bir genetik fərq yoxdur. Genomları təmamilə eynidir.

Dahası da var timsahlar- misal üçün iki insani götürək, bir kişi bir qadın. Biz bu insanların genetik koduna baxanda hansının kişi hansının qadın olduğunu bilirik.  Sadəcə Y xromosomu varmı yoxmu ona baxarıq,Lakin timsahlarda  bu çox qəribədir. Bir dişi bir erkək timsahın genetik koduna baxsanız hansı cinsdən olduğunu deyə bilmərsiniz. Timsahların cinsiyyəti  yumurtalarını qoyduğu yerin temperaturuna görə müəyyən olunur.

Tamamilə eyni koda malik canlı lakin fərqli iki nəticə görünüşü, xarakteri, həttda cinsiyyəti fərqli. Yenə bir misal çəkək dənizdə yaşayan  Bonellia  Viridis adlanan soxulcanda  cinsiyyəti mühit təyin edir. Onlarda dişi fərdlər iri, erkək fərdlər isə  kiçik olur və dişi fərdin  uşaqlığında paraztlik edir. Cinsiyyətinə görə indeferrent olan bu soxulcanın sürfələri dişi fərdin xortumuna ilişib qalanda sürfələrdən erkək fərdlər əmələ gəlir. Əgər  sürfələr sərbəst  həyat sürərlərsə  onlar dişi fərdlərə çevrilirlər. Əgər xortumun  üstündə ilişib qalmış sürfəni bir müddətdən sonra  izolə edib ayrıca yetişdirsək, onda sürfədən intereseks fərd alınacaq.

Bəs burdakı məsələ nədir?

Bu qəribə nəticələri araşdıran bir elm sahəsi vardır.  Epi-genetika… yəni  genetikanın ötəsi.  Genetika sahəsindəki son tapıntılara görə, genlərimizdə bir açar var. Bildiyimiz lampa açarı kimi  açıla və bağlana bilər. Və hər vəziyyətdə özünü çox fərqli şəkildə ifadə edən bir sistemdir.Məsələn, xərçəng və ya diabet kimi xəstəliklər DNT açarları dediyimiz bəzi hissələr   bağlandıqda meydana gəlir. Bu açarlar açılırsa. Möcüzə baş verir xəstəlik  yoxa çıxır.

Bədənimizdə 70 trilyona yaxın hüceyrə mövcuddur və hər birinin də DNT-si var yəni saniyədə bir dənə sayacaq şəkildə saymaq istəsək 1.5 milyon il  vaxtımız gedər və bu hüceyrələrin hamısının (immunitetimizdə olanlar istisna olmaqla)  genetik qruluşu eynidir. Hər birinin DNT kodu eynidir. Bəs necə olur ki, böyrək hüceyrəsi ilə beyin hüceyrələri  fərqli olur? Eyni kod lakin fərqli nəticə. DNT dedikdə  nəyə bənzədiyini hər kəs az çox bilir.   

Insan genomu kodlaşdıran 20.000 -ə yaxın gen ,  bütün DNT-nin 1-2 faizini təşkil edir.Qalan 98,8 faizi kodlanmayan  DNT olaraq bilinir.  Genomu incələyən bioloqlar, kodlanmayan DNT-nin sadəcə kiçik bir hissəsinin hər hansı  bir işə yaradığına dair şərti dəlillər göstərmişdilər, ancaq bu böyük səhv idi. Gen dedikdə bədənimizin fərqli bölümlərini, orqalarını necə formalaşacığına dair kodlar  başa düşülür. Ancaq  enerjimizi artıran genlər də mövcuddur, ya da musiqi duyumumuzu artıran genlər, xəstəlikləri önləyən bütün genlər  hamısı kodlarımda gizlədilmişdir. Bu nöqtədə deyə bilərik ki, DNT kodu şablon deyil, ssenari kimidir.

Buna görə eyni ssenari ilə fərqli dövrlərdə çəkilən filmlərə nəzər salın. Ssenari tam eynidır, amma oyunçular fərqlidir.Və  bunların hamısını aktivləşdirən və ya söndürən sistemi DNT açarları adlandırırıq. Timsahların yumurtalarınını istiliyi  cinsiyyətini necə təyin edirsə , xüsusilə inkişaf mərhələsində yaşadığımız şeylər genetik kodlarımızı və DNT açarlarımızı söndürə və ya yandıra bilir.

Misal üçün kraliça arılar. Digər arılardan heç bir genetik fərq yoxdur.  Nəyin Onları  kraliça etdiyini bilirsinizmi?- Qidalanma. Yalnız daha çox və daha uzun arı südü içdikdə kraliça olurlar. Və digər arılarla müqayisədə 20 dəfə uzun yaşayırlar.

Bəs indi haradayıq?

Böyük bir qaranlıqda olduğumuzu söyləsək yanılmarıq.

Hər gün bu DNT kodlarının necə ifadə olunduğuna dair yeni bir şeylər öyrənirik, amma daha çox yolumuz var. Epigenetika inanılmaz təsir göstərə biləcək heyrətamiz bir sahədir. Daha əvvəl bəhs etdiyimiz və gələcəkdə insanlara dizayn yolunu aça biləcək CRISPR kimi sahələri bəsləyən ən vacib sahələrdən biridir. Bəs burada nə haqqında danışmadıq?- Etika.

Bu işin qaldırdığı bir çox etik sualımız var. Deyək ki, bu DNT açarını tapdıq və hansı genin nə olduğunu müəyyənləşdirdik. Həqiqətən bu açarlarla oynamalıyıqmı?                                      

Sərhədi hara çəkək?

Mənbə:

https://ghr.nlm.nih.gov/primer/howgeneswork/epigenome

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1392256/
https://bebarbilim.net/insanlik-kaderiyle-mi-oynuyor-epigenetik-nedir/

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.