Ernesto Çe Gevara – Dünya xalqlarına müraciət

Post date:

Author:

Category:

Ernesto Çe Gevara – Dünya xalqlarına müraciət

(Üç qitə Konfransına göndərilmiş məktubu)

İki, üç….çoxlu Vyetnamlar yaratmaq – bizim şüarımız belədir.
İndi yanan kürələr zamanıdır və işıqdan başqa heç nə görünməməlidir.
Xose Marti

 

 

 

Son dünya müharibəsindən sonra iyirmi bir il keçib; indi nəticəsi Yaponiyanın darmadağın edilməsi olan
bu hadisəyə bütün dillərdə çox saylı nəşrlər həsr olunur. İki düşərgəyə bölünmüş dünyanın bir çox
regionları optimizm nümayiş etdirirlər.
Kəskin konfrontasiya, güc və qəfil dəyişikliklərin istifadəsi ilə münaqişələr vəziyyətində yeni dünya
müharibəsinin olmadığı iyirmi bir il hamıya çox uzun müddət kimi görünür. Amma hətta bu sülhün –
mübarizəmizdə dəstəkləmək üçün bizim müntəzəm olaraq danışdığımız sülh – təcrübədə hansı
nəticələrə gətirdiyini (yoxsulluq, deqradasiya, Dünya regionlarının artan istismarı), xüsusi təhlil etmədən
də onun real olub – olmadığını başa düşmək yaxşı olardı.
Bu qeydlərin məqsədi – Yaponiyanın kapitulyasiyası zamanı baş vermiş yerli müharibələrin təsviri deyil,
sülh adlandırılan dövrdə baş vermiş vətəndaş münaqişələrinin artan və uzun reyestrinin tərtib edilməsi
də deyil. Amma nümayiş etdirilən optimizmin tamamilə əsassızlığını başa düşmək üçün Koreya və
Vyetnamdakı müharibələri xatırlamaq kifayətdir.
Koreyada bir neçə ay davam edən amansız döyüşlərdən sonra ölkənin şimal hissəsi müasir müharibələr
salnamələrində rast gəlinə biləcək ən dəhşətli dağıntılara məruz qaldı: başdan – başa bombalanmış, o,
fabriklərsiz, məktəblərsiz, xəstəxanalarsız, onun on milyon əhalisinin sığına biləcəyi yaşayış izləri olmayan
vəziyyətə düşüb.
BMT bayrağı altında bu müdaxiləçi müharibədə onlarla ölkə iştirak edirdi ki, onlara ABŞ rəhbərlik edirdi,
hərbi əməliyyatlara çox sayda amerikan əsgərləri cəlb edilmişdi, qurban əsgərlər kimi isə mobilizasiya ilə
çağırılmış cənubi koreyalılardan istifadə edilirdi.
Digər tərəfdən, Koreya ordusu və xalqı, həmçinin Çin Xalq Respublikasından olan könüllülər SSRİ – dən
silah, hərbi sursatlar və hərbi məsləhətçilər şəklində yardım alırdılar. Amerikanlar müharibədə istilik –
nüvə silahından başqa bütün növ kütləvi qırğın silahlarını tətbiq edirdilər; məhdud miqyasda hətta
bakterioloji və kimyəvi silahlar da istifadə edilirdi. Vyetnamda partiotik qüvvələr praktiki olaraq fasiləsiz
olaraq üç imperialist derjavaya qarşı hərbi əməliyyatlar aparmalı oldu: əvvəlcə hərbi gücü Xirosima və
Naqasakinin bombalanmasından sonra zəifləyən Yaponiyaya qarşı, sonra öz çətin zamanlarında verdiyi
vədləri unutmuş və Yaponiya tərəfindən işğal edilmiş hindçin müstəmləkələrini zəbt edən Fransaya qarşı
və nəhayət, Birləşmiş Ştatlara qarşı.
Yerli toqquşmalar bütün qitələrdə mövcud idi, halbuki, Latın Amerikasında uzun müddət sadəcə hərbi
üsyanlar və azadlıq mübarizəsini başlatmaq cəhdləri baş verirdi – Kuba inqilabı bu regionun nə qədər
vacib olduğunu xatırladana və imperialist qüvvələrin qəzəbinə düçar olana qədər, hansına görə ki,
əvvəlcə Playa – Xironda, sonra isə Oktyabr böhranı zamanı Kuba sahillərini qorumağa məcbur oldu .
Son insident az qala gözlənilməz nəticələri olan müharibəni doğuracaqdı, çünki Kuba az qala birbaşa
şimali amerika – sovet silahlı münaqişəsinə səbəb olacaqdı.
Amma şübhəsiz ki, indiki zamanda əsas ziddiyyətlərin mərkəzi Hindçindir. Laos və Vyetnamı vətəndaş
müharibələri sarsıdır, amma bu müharibələrin xarakteri, amerikan imperializminin bütün gücünü istifadə
edərək hadisələrə qarışmasından sonra dəyişdi ki, bu, bütün regionu hər an partlaya biləcək böyük barıt
çəlləyinə çevirdi.
Konfrontasiya maksimal Vyetnamda kəskinliyinə çatdı. Biz bu müharibənin tarixini təsvir etmək
niyyətində deyilik. Sadəcə olaraq onun əsas məqamlarını göstərəcəyik.
1954 – cü ildə fransız ordusu Dyenbyenfu altında sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra Jeneva
razılaşmaları imzalanmışdı ki, ona əsasən, ölkə iki zonaya bölünmüşdü və 18 ay ərzində seçkilərin
keçirilməsi nəzərdə tutulurdu – və bu seçkilər Vyetnamı kimin idarə edəcəyini və ölkənin necə
birləşəcəyini müəyyən etməli idi. ABŞ bu razılaşmaları imzalamadı, onlar məqsədi fransız marionetkası –
imperator Bao Dayı – öz adamları ilə əvəz etmək olan manevrlərə başladılar. Bu insan Nqo Din Dyem
oldu ki, onun faciəvi sonu – imperializm onu limon kimi sıxdı – hamıya məlumdur .
Jeneva razılaşmalarının imzalanmasından sonrakı ilk aylar xalq düşərgəsində optimizmin hakim olduğu
aylar idi. Ölkənin cənubunda fransızlarla müharibə zamanı yaradılmış müqavimət bazaları ləğv edilirdi;
hamı əmin idi ki, razılaşmalar yerinə yetiriləcək. Amma tezliklə aydın oldu ki, ABŞ hamıya öz iradəsini
yeridəcəyindən əmin olmadığı müddətdə seçkilər olmayacaq – onlar isə bütün saxtakarlıq vasitələrindən
istifadə etsələr də, buna heç cür nail ola bilməzdilər.
O zamandan sonra Vyetnamın Cənubunda bərpa edilmiş mübarizə getdikcə amansızlaşırdı – və indiki
zamana qədər amerikan ekspedisiya korpusu orada yarım milyon insana çatıb, özü də öz döyüş
qabiliyyətini itirmiş marionetka ordunun sayı müntəzəm olaraq ixtisar edilir.
Şimali amerikalılar son iki il ərzində sistemli şəkildə Vyetnam Demokratik Respublikası ərazisini
bombalanmalara məruz qoyur, beləliklə Cənubda vuruşan qüvvələrin döyüş qabiliyyətini azaltmağa və
onları danışıqlara getməyə razı salmağa çalışırlar ki, bu danışıqlarda ABŞ güc mövqeyindən çıxış etməyə
niyyətlidir. Prinsipcə, ilk zamanlarda VDR bombalanması yalnız bəzən – Şimal provokasiyalarına qarşılıq
vermək bəhanəsi ilə yerinə yetirilirdi. Amma sonra metodlar dəyişdi, bombalanmaların intensivliyi artdı
– və indi onlar nəhəng davaya çevrilib ki, ABŞ HHQ bu əməliyyatları Vyetnamın şimal hissəsində hər
hansı sivilizasiya əlamətini məhv etmək üçün yerinə yetirir: bombalanmalar kədərli şəkildə məlum olan
eskalasiya siyasətinin bir hissəsinə çevrilib.
Yankilər, vyetnam PSD (partizan silahlı dəstələri) qüvvələrinin cəsarətli müqavimətinə, 1700 – dən çox
amerikan təyyarəsinin məhv edilməsinə və sosialist düşərgə tərəfindən hərbi sursatlarla yardımına
baxmayaraq, əhəmiyyətli dərəcədə öz planlarını həyata keçirməyə nail oldular.
Acı həqiqət belədir ki, Vyetnam, bütün dünya məzlumlarının ümid və gözləntilərinin simvoluna çevrilmiş
bu ölkə faciəvi şəkildə tənhadır. Vyetnam xalqı amerikan hərbi maşınının zərbələrinə tab gətirir – praktiki
olaraq aşkar şəkildə Cənubda, Şimalda özünü müdafiənin minimal imkanları ilə – və bu zaman təklikdə
mübarizə aparır.
Dünya mütərəqqi qüvvələrinin Vyetnam xalqı ilə həmrəyliyi – bu barədə acı kinayə ilə danışmaq lazım
gəlir – sirk arenalarında vuruşan qladiatorların roma plebsləri ilə tərəfindən gurultulu təqdirinə bənzəyir.
Aqressiya qurbanlarına uğur diləmək lazıım deyil, onların taleyini paylaşmaq, onlarla birlikdə ölümə və ya
qələbəyə getmək lazımdır.
Vyetnamın tənhalığı səbəblərini təhlil etdikdə, bizi kəskin ağrı bürüyür: insanlığın baş verənlərə
münasibəti necə də məntiqsiz görünür.
ABŞ imperializmi aqressiyanın yaradılmasında günahkardır, onun cinayətləri çox böyükdür və dünyaya
çox gözəl məlumdur. Onlar bizə də məlumdurlar, cənablar! Amma məsuliyyət həm də həlledici anda
tərəddüdə yol verən və Vyetnamı sosializmin toxunulmaz ərazisi elan etməyənlərdədir. Təbii ki, bu cür
taktika öz ardınca dünya miqyaslı müharibənin yaranması riskini gətirirdi, amma amerikan imperializmi
də bu risklə hesablaşmalı idi. Həmçinin iki ən iri sosialist düşərgə derjavaları arasında çoxdan bəri uzanan
“soyuq müharibəni” aparmaqda davam edənlər günahkardırlar, o müharibəni ki, orada hər iki tərəf bir –
birlərinə etinasızlıq edirlər və açıq şəkildə bir – birlərini söyürlər.
Biz sual veririk, birbaşa cavab tələb edirik: Vyetnam iki mübarizə aparan güclü derjavalar arasında
təhlükəli balanslaşmada tənhadırmı?
Amma bu xalq necə də böyükdür! Onlar necə də dayanıqlı və cəsarətlidirlər! Onların mübarizəsi bütün
dünya üçün nümunədir!
Az vaxt keçməyəcək ki, məlum olacaq, həqiqətən də prezident Conson sadə xalqın həyatını
yüngülləşdirəcək, müntəzəm olaraq öz partlama təhlükəsini göstərən sinfi ziddiyyətlərin kəskinliyini
azaltmaq üçün reformlar aparmağa hazırlaşırdımı. Amma artıq indi aydındır ki, təntənə ilə “böyük
cəmiyyət uğrunda mübarizə” adlandırılan bu reformlar Vyetnam bataqlığında batdılar.
Mövcud olan imperialist derjavalardan ən nəhəngi aşkar etdi ki, kasıb və geridə qalmış ölkəyə qarşı
müharibə onu gücdən salır, hərbi xərclər onun möcüzə iqtisadiyyatını dağıdır. Qətl inhisarlar üçün ən
sərfəli biznes olmaqdan çıxır. Bütün dünyanı təəccübləndirən vyetnamlı döyüşçülərin sahib olduğu hər
şey – müdafiə silahıdır (o da kifayət qədər deyil), həmçinin vətənə məhəbbət və müstəsna cəsarətdir.
İmperializm Vyetnamda ilişib qalıb, yaranmış vəziyyətdən çıxış yolu tapa bilmir və ümidsizcə üzünü
itirmədən bu ardıcıl təhlükəli vəziyyətdən çıxmağa kömək edəcək kimsəni axtarır. Amma Şimal
tərəfindən təklif edilən “dörd bənd” və Cənub tərəfindən təklif edilən “beş bənd” sanki közərmiş
gənələr kimi onu yandırır və qarşıdurma getdikcə dərinləşir.
Baş verənlər göstərir ki, yalnız qlobal konfrontasiya iki düşərgə arasında birbaşa hərbi toqquşma
səviyyəsinə çatmadığı üçün sülh adlanan bu kövrək vəziyyət bu gün şimali amerikalıların, digər tərəf
üçün bərpa edilməz və qəbuledilməz olan əməliyyatları nəticəsində dağıdılma təhlükəsinə məruz qalır.
Və biz, bu dünyanın məzlumları, biz hansı mövqeni tutmalıyıq? Üç qitə xalqları Vyetnamdakı hadisələri
izləyir və bu hadisələrdən dərs götürürlər. Əgər imperialistlər bütün bəşəriyyəti müharibə başlatmaq
təhlükəsi ilə hədələyirlərsə, bu çağırışa düzgün cavab müharibədən qorxmamaq olacaq. Xalqların ümumi
taktikası konfrontasiyanın müşahidə edildiyi hər yerdə imperialistlərə müntəzəm və həlledici hücumlar
olmalıdır.
Miskin, güclə davam gətirilən “sülh”ün pozulmadığı yerlərdə biz hansı vəzifələri həll etməliyik? Nəyin
bahasına olursa olsun, azad olmaq.
Bu gün dünyanın mənzərəsi çox rəngarəngliyi ilə fərqlənir. Azad edilmə kimi vəzifə hətta kapitalizmin
ziddiyyətlərini hiss edəcək qədər inkişaf etmiş, amma aşkar imperialist siyasət aparmaq və ya bu yola
çıxmaq üçün çox zəif olan köhnə Avropa ölkələri qarşısında da dayanır. Yaxın illərdə bu ölkələrdəki
ziddiyyətlər partlayıcı səviyyəyə qədər kəskinləşəcəklər, amma bu ölkələrin xalqları qarşısında qalxan
problemlər (nəticədə isə, bu problemlərin həlləri) bizim xalqların – iqtisadi cəhətdən geridə qalmış və
asılı xalqların problemlərindən fərqlənirlər.
Əsas imperialist istismarı ərazisi üç iqtisadi cəhətdən geridə qalmış qitədir – Asiya, Afrika və Latın
Amerikası. Bu qitələrdəki ölkələrdən hər birinin öz xüsusiyyətləri var, qitələrin özünəməxsusluqları ilə
fərqləndiyi kimi.
Latın Amerikası az ya da çox bircinslidir və demək olar ki, onun bütün ərazisində mütləq üstünlük şimali
amerikan inhisarçı kapitalına məxsusdur. Marionetka və ya (ən yaxşı halda) zəif və qorxaq yerli
hakimiyyətlər öz şimali amerikan sahiblərinin sözlərindən çıxmaq gücündə deyillər. ABŞ qitədə demək
olar ki, maksimal siyasi və iqtisadi hökmranlığa nail olmuşdur; artıq mövcud olandan əlavə, onlar çox az
şey əldə edə bilərlər – və buna görə də vəziyyətin istənilən cür dəyişməsi üsünlüklərin itirilməsi
təhlükəsini yaradır. Buna görə də ABŞ siyasəti artıq fəth edilənlərin saxlanmasına yönəlib. Bu gün qitədə
ABŞ əməliyyatlarının əsas xətti – istənilən növ azadlıq hərəkatlarının məhv edilməsi üçün qaba gücün
istifadəsidir. “Yeni bir Kubaya yol verməmək” şüarı, yankilərin Dominikan Respublikasına qarşı cinayəti
kimi [8], daha əvvəl isə – Panamada kütləvi qətl kimi, həmçinin açıq təhlükə kimi həyasız aqressiv
hərəkətləri üçün pərdə kimi çıxış edir: yankilər öz ordularını cari nizamın sarsıdıldığı və şimali amerikan
maraqların təhlükə altına alındığı istənilən yerdə tətbiq etməyə hazırdırlar. Bu siyasət mahiyyətcə tam
cəzalandırılmama şəraitində aparılır: özünü tamamilə diskreditasiya etmiş ADT  yankilər tərəfindən
rahat örtük kimi istifadə edilir; BMT – nin acizliyi tragikomik cizgilər alıb; bütün Latın Amerikası ölkələri
öz xalqları ilə mübarizəyə hazırdırlar. De – fakto cinayət və satqınlıqlar internasionalı yaradılıb.
Eyni zamanda yerli latın amerikalı burjuaziya tam şəkildə imperializmə müqavimət göstərmək bacarığını
itirib (əgər onun ümumiyyətlə belə bacarığı var idisə) və onun itaətkar əlaltısına çevrilib. Seçim yoxdur:
qitədə inqilab ya sosialist inqilabı olacaq, ya da bu, inqilab yox, karikatura olacaq.
Asiya qitəsində isə vəziyyət fərqlidir. Bir – birini vəz edən avropalı müstəmləkəçilərə qarşı azadlıq
mübarizəsi nəticəsində qitədə az və ya çox dərəcədə mütərəqqi rejimlər yaranmışdır ki, onlar gələcəkdə
müxtəlif istiqamətlərdə hərəkət edirdilər: bəziləri yalnız milli azadlıq vəzifəsi ilə məhdudlaşmış ilkin
məqsədlərin dərinləşdirilməsi istiqamətində getdilər, digərləri isə proimperialist mövqelərinə qayıtdılar.
Asiyada, iqtisadiyyat nöqteyi – nəzərindən, Birləşmiş Ştatlar az şeylə risk edirdilər, amma bir şey əldə edə
bildilər. Onlar vəziyyətin dəyişməsində maraqlı idilər, onlar köhnə müstəmləkə derjavalarını aradan
qaldırmaq və özü üçün yeni iqtisadi regionlara daxil olmaq üçün mübarizə aparırlar – ya birbaşa, ya da
yapon kapitalının köməyi ilə.
Amma həm də siyasi şərtlər (ilk növbədə Hindçin yarımadasında) vardır ki, onlar müəyyənedici şəkildə
Asiyada siyasi vəziyyətin xarakteristikasına təsir edirlər və üstün dərəcədə ABŞ imperializminin qlobal
hərbi strategiyasını formalaşdırırlar. Bu imperializm Cənubi Koreyaya, Yaponiyaya, Tayvana, Cənubi
Vyetnama və Tailanda arxalanaraq Çini əhatəyə almaq istəyir.
Bu ikili vəzifə – Birləşmiş Ştatların əsas strateji marağı (Çin Xalq Respublikasının hərbi mühasirəsi) və
amerikan kapitalının, hələ hakim mövqeləri tutmadığı iri asiya bazarlarına daxil olmaq səyləri – Vyetnam
ərazisindən kənarda sabitlik görüntüsünə baxmayaraq, Asiyanı müasir dünyada ən partlayış təhlükəsi
olan yerlərdən birinə çevirir.
Yaxın Şərq coğrafi olaraq Asiya qitəsinə yaxın yerləşsə də, elə ifadəli xüsusiliyə malikdir ki, münaqişə elə
kəskin şəkil alıb ki, bu gün imperialistlərin dəstəklədiyi İsrail və bu regionun mütərəqqi qüvvələri
arasındakı “soyuq müharibənin” necə qurtaracağını bilmək mümkün deyil. Bütün dünyanı partlayışla
hədələyən daha bir vulkan.
Afrika isə, demək olar ki, yeni müstəmləkəçi müdaxilə üçün toxunulmamış meydandır. Biz burada
müstəmləkəçi derjavaları öz əvvəlki mütləq haqlarından imtina etməyə məcbur etmiş dəyişikliklər
müşahidə edirik. Amma bu dəyişikliklərin yavaş və qeyri – zorakı yolla baş verdiyi hallarda
müstəmləkəçilik dəyişməz olaraq yeni müstəmləkəçiliyə çevrilirdi. İqtisadi hökmranlıq nöqteyi –
nəzərindən, biri digərindən heç nə ilə fərqlənmir. Birləşmiş Ştatların bu qitədə müstəmləkəsi yox idi və
indi ABŞ keçmişdə onun bu günkü müttəfiqlərinin qoruq əraziləri sayılan məkanlara daxil olmağa çalışır.
Şübhə etmək olmaz ki, amerikan imperializminin strateji planlarında Afrikaya gələcək üçün rezerv
saxlanmış ərazi rolunu ayrılıb: şimali amerikan kapitalının əhəmiyyətli dərəcədə sərmayələri yalnız
Cənubi Afrika İttifaqında müşahidə edilir, ABŞ kapitalının Konqoya, Nigeriya və digər imperialist
derjavalarla sərt rəqabət mübarizəsinin (hələ ki, dinc) olduğu bəzi digər ölkələrə daxil olması hələ indi
başlayır.
Bu regionda yankilər hələ çox əhəmiyyətli maraqlara malik deyillər ki, onları, amerikan inhisarlarının iri
mənfəətlər əldə etməyi düşündükləri və ya faydalı qazıntıların zəngin yataqlarının tapıldığı Dünyanın
istənilən nöqtəsində uydurulmuş aqressiya “hüququ” ilə pərdələyərək qorumalı olsunlar.
Yuxarıda bütün deyilənlər xalqların azadlıq mübarizələrinin qısa və ordamüddətli perspektivləri
məsələsinin qoyuluşunu aktual edir.
Əgər biz Afrikadakı vəziyyəti təhlil etməyə başlasaq, görərik ki, fəal mübarizə bu gün portuqal
müstəmləkələrində – Qvineyada, Mozambikdə və Anqolada gedir, özü də Qvineyada hadisələr
ilhamlandırıcı şəkildə, digər iki ölkədə isə – dəyişkən uğurla gedir. Konqoda da mübarizə – Lumumbanın
ardıcılları və Çombenin sabiq ortaqları arasında davam edir, özü də göründüyü kimi, tərəzinin gözü
sonuncuların tərəfinə, özləri haqqında, ölkənin “sakitləşdirilməsinə”ya nail olduqlarını deyənlərin
tərəfinə əyilir (halbuki gizli şəkildə partizan müharibəsi hələ də davam edir).
Rodeziyada vəziyyət tamamilə başqa cür görünür: britaniya imperializmi bütün imkanlarından istifadə
etmişdir ki, bu ölkədə hakimiyyəti ağdərili azlığa versin, hansı ki, indiki zamanda da hakimiyyəti əlində
saxlayır. Böyük Britaniyanın nöqteyi – nəzərindən, münaqişə tamamilə qeyri – legitim xarakter daşıyır,
həm də özünəməxsus çevikliyi – daha doğrusu, hər şeyi öz adı ilə çağıraq, riyakarlığı – olan bu derjava
formal şəkildə Yan Smit  hakimiyyətinin hərəkətlərinə qarşı hiddət nümayiş etdirir. İngiltərənin bu
cür riyakar mövqeyi elə Britaniya İttifaqı ölkələrində dəstək tapır ki, onlar həmişə London siyasətinin
təsiri altındadırlar, amma Qara Afrika ölkələrinin əhəmiyyətli hissəsi – onların britaniya imperializminin
vassalları olub – olmamasından asılı olmayaraq, bu mövqeni inkar edir.
Rodeziyada vəziyyət, indi qaradərili çoxluğu mobilizasiya edən xalq patriotik qüvvələri silahlı mübarizəyə
hazırlığa başlayarsa, qonşu dövlətlər isə onlara kömək göstərərlərsə, partlaya bilər. Hələlik isə
Rodeziyanın bütün problemlərini BMT, Britaniya İttifaqı və ya ABT  kimi aciz təşkilatlar çərçivəsində
həll etmək cəhdi göstərilir.
Heç nəyə baxmayaraq, Afrikanın ictimai – siyasi inkişafı bizə kontinental inqilabi vəziyyətin yaxınlaşması
nəticəsinə gəlməyə imkan vermir. Portuqal müstəmləkəçilərinə qarşı azadlıq müharibəsi şübhəsiz qələbə
ilə başa çatacaq, amma Portuqaliya özü dünya imperialist iyerarxiyasında heç bir yer tutmur. İnqilab
nöqteyi – nəzərindən, məhz elə toqquşmalar vacibdir ki, onlar bütün imperializm sistemini zərbə altında
qoyurlar, halbuki, bunun dərk edlməsi, əlbəttə ki, bizi, üç portuqal müstəmləkəsinin azadlğı uğrunda
mübarizəni və orada baş verən inqilabların dərinləşməsini dayandırmağa məcbur etməyəcək.
Yalnız Cənubi Afrika və Rodeziyanın qaradərili əhalisi əsl inqilabi mübarizəyə başladığı zaman Afrikada
yeni dövr başlanacaq. Ya da qitənin hər hansı bir ölkəsində məzlum kütlələrin hakim oliqarxiyaya qarşı
mübarizəsinin başlanması bu dövrə start verə bilər.
Hələ ki, qitədə – bir – birinin ardınca – yalnız hərbi çevrilişlər baş verir ki, onların gedişində bir qrup
zabitlər digərini və ya hökuməti yerli kastaların və onları riyakarcasına manipulyasiya edən imperialist
derjavaların maraqlarına cavab verməyən mülki rəhbərləri devirirlər. Xalq hərəkatı, demək olar ki,
yoxdur. Konqoda Lumumbanın xatirəsi ilə ilhamlanmış belə hərəkat qısa zaman üçün yarandı, amma son
aylarda o da öz qüvvəsini itirdi.
Asiyada isə, gördüyümüz kimi, vəziyyət partlayıcıdır – və yalnız mübarizənin açıq qarşıdurmaya çatdığı
Vyetnam və Laosda yox. Gəlin, amerikanların istənilən anda aqressiya başlada biləcəyi Kambocanı,
Tailandı və Malayziyanı və əlbəttə ki, son sözün hələ deyilmədiyi, amma artıq hakmiyyəti mürtəceçilərin
ələ keçirdiyi və Kommunist partiyasının məhv edildiyi İndoneziyanı unutmayaq . Və, təbii ki, hələ
Yaxın Şərq də var.
Latın Amerikasında silahlı mübarizə bu gün Qvatemalada, Kolumbiyada, Venesuelada və Boliviyada
gedir; bu mübarizənin ilk cücərtiləri Braziliyada da ortaya çıxıb. Digər müqavimət ocaqları da alışır və
sönür. Praktiki olaraq qitənin bütün ölkələrində belə mübarizə üçün şərait yetişmişdir ki, onun qələbəsi
nəticəsində ən azından sosialist istiqamətli hökumətlər yaranmalıdır.
Qitədə demək olar ki, eyni dildə danışılır, yalnız Braziliya istisna təşkil edir, ama braziliyalılarla da
ispandillilər dillərinin qohumluğu əsasında asanlıqla danışa bilərlər. Latın Amerikası ölkələrində sinfi
vəziyyət o dərəcədə eynidir ki, siniflərin digər ölkələrdəki eyni siniflərlə özünü müəyyənetmə dərəcəsi
elə yüksəkdir ki, biz “latın amerikan internasionalı”ndan danışa bilərik. Onları dil, ənənələr, ümumi
sahiblər birləşdirir. İstismarın dərəcəsi və forması, həmçinin onların – həm istismarçılar, həm də istismar
edilənlər üçün – nəticələri Latın Amerikası ölkələrinin böyük hissəsi üçün praktiki olaraq eynitiplidir.
Qitədə sürətlə qiyam üçün şərait yetişir.
Bizim sual verməyə haqqımız var: bu qiyamın meyvələri nə olacaq? Nə tipli olacaq? Biz artıq çoxdandır
iddia edirik ki, qitənin müxtəlif ölkələrinin xarakteristikalarının həddən artıq yaxınlığı səbəbindən, Latın
Amerikasında mübarizə tez və ya gec qaçılmaz olaraq kontinental şəkil alacaq. Latın Amerikası
bəşəriyyətin azad edilməsi uğrunda böyük döyüşlərin meydanına çevriləcək.
Kontinental miqyasda döyüş nöqteyi – nəzərindən, indi mübarizənin fəal şəkildə aparıldığı ölkələrdəki
mübarizə – xüsusi epizodlardan başqa bir şey deyil, amma bu mübarizə artıq öz şəhidlərini vermişdir ki,
onların adı bəşəriyyətin tam azad edilməsi uğrunda mübarizənin ilkin mərhələsində öz həyatlarını
qurban vermiş qəhrəmanlar kimi Latın Amerikası tarixi kitablarına daxil ediləcək. Tarixdə Qvatemala,
Kolumbiya, Venesuela və Peruda inqilabi hərəkatlarda əhəmiyyətli rol oynamış komandante Tursios
Limanın, rahib Kamillo Torresin komandante Fabrisio Oxedanın komandante Lobatonun
və komandante Luis de la Puento Usedanın adları qalacaq.
Amma xalqın fəal qüvvələrinin mobilizasiyası gedişində yeni liderlər meydana çıxır: Sesar Montes və
Yon Sosa Qvatemalada mübarizəni inkişaf etdirmişlər, Fabio Vaskes və Marulanda –
Kolumbiyada, Duqlas Bravo və Ameriko Martin – Venesuelada, ölkənin qərbində və El
Baçilyerada, burada onlardan hər biri cəbhələrə başçılıq edirlər.
Partizan müharibəsinin yeni cücərtiləri bu və digər ölkələrdə üzə çıxırlar, Boliviyada olduğu kimi; bu
cücərtilər bu gün inqilabçını izləyən bütün çətinliklərə baxmayaraq, möhkəmlənəcəklər. Bir çoxları öz
səhvlərinin qurbanları kimi məhv olacaqlar, digərləri qarşıdakı amansız döyüşlərdə həlak olacaqlar,
amma inqilabi müharibə ocağında yeni döyüşçülər və liderlər doğulacaqlar. Xalq özü – müharibə
sınaqlarından keçmiş insanları seçərək, öz sərkərdələrini və rəhbərlərini hazırlayacaq. Əlbəttə, bu zaman
repressiyaların gerçəkləşdirilməsi üçün yankilər tərəfindən istifadə olunan marionetkaların da sayı
artacaq. Bu gün yankilərin, silahlı mübarizənin getdiyi bütün ölkələrdə öz hərbi məsləhətçiləri var – və
məsələn, Peruda bu məsləhətçilər tərəfindən və ya onların birbaşa iştirakı ilə təlimləndirilən ordu kifayət
qədər uğurlu şəkildə inqilabi mübarizənin boğulması üzrə əməliyyat həyata keçirdi. Amma əgər silahlı
mübarizə ocaqları fövri deyil, mövcud hərbi və siyasi şəraitin əsaslı surətdə nəzərə alınması ilə yaradılsa,
bu ocaqlar praktiki olaraq məhvedilməz olacaqlar, bu isə yankiləri hərbir əməliyyatlar ərazisinə yeni və
yeni muzdluları göndərməyə məcbur edəcək. Həmin Peruda hələ dünyaya məlum olmasalar da, yeni
döyüşçülər dayanıqlılıq və möhkəmlik nümayiş etdirərək, partizan mübarizəsinin yenidən təşkili üzrə
işlər aparırlar. Növbəti fikir qaçılmazdır: hökumət orduları üçün kiçik silahlı qrupları əzməyə kifayət edən
cari köhnə silahları ən yeni silahlarla əvəz etməli olacaqlar; amerikan məsləhətçilərinin sayını artırmaq
lazım gələcək ki, son nəticədə Birləşmiş Ştatlar artıq nizami qoşunlar göndərməli olacaq – və artan sayda;
əks halda onlar ölkələrdə hakmiyyət sabitliyini təmin etməyə müvəffəq olmayacaqlar, hansı ölkələrdə ki,
milli ordular partizanlarda müharibə gedişatında dağılırlar. Bu – Vyetnam yoludur; məhz bu yolla digər
ölkələr də getməlidir. Latın Amerikası da bu yolla gedəcək – bir fərqlə ki, Latın Amerikasında silahlı
hərəkatı müəyyən mənada Koordinasiya Xuntaları yaratmalı olacaqlar ki, onların məqsədi – imperializmə
repressiyaları gerçəkləşdirməyə mane olmaq və qoyulmuş məqsədlərə çatmaqda bir – birlərinə kömək
etmək olacaq.
Azadlıq uğrunda sonuncu siyasi mübarizələrdə unudulmuş Latın Amerikası qarşısında, Üç Qitə
Konfransının onun xalqlarının avanqardının sözlərini, Kuba inqilabının sözlərini gətirdiyi qitə qarşısında
çox əhəmiyyətli vəzifə durur: planetdə ikinci və ya üçüncü, ya da eyni zamanda ikinci və üçüncü
Vyetnamı yaratmaq.
Son nəticədə, biz xatırlamalıyıq ki, kapitalizmin son mərhələsi olan imperializm – dünya sistemidir və
onun üzərində qələbə çalmaq üçün dünya miqyaslı konfrontasiya zəruridir. Bizim mübarizənin strateji
məqsədi – imperializmin məhvidir. Bizim, geridə qalmış xalqların və istismar olunan ölkələrin iştirakı
qaçılmaz olaraq imperializmin təchizat bazalarının dağıdılmasına, bizim istismar edilən ölkələr üzərində
nəzarətin aradan qaldırılmasına çevrilməlidir: bu gün imperializmin öz kapitalını, ucuz xammalını və ucuz
mütəxəssislərini əldə etdiyi ölkələrə, ucuz işçi qüvvəsinin olduğu və yeni kapitalların yönəldiyi ölkələrə –
bizim total asılılığımızın qorunmasına kömək edəcək silah və digər vasitələr, hakimiyyət alətlərinin
göndərildiyi kimi. Bizim qarşımızda dayanan strateji vəzifənin əsas elementi – xalqların həqiqi azad
olunmasıdır ki, çox hallarda bu yalnız silahlı mübarizə yolu ilə mümkündür, Latın Amerikasında isə bu
mübarizə qaçılmaz olaraq sosialist inqilabına çevriləcək.
Və əgər biz imperializmin məhv edilməsini özümüzə məqsəd qoymuşuqsa, biz dəqiq olaraq bilməliyik ki,
imperializmin rəhbər qüvvəsi Amerika Birləşmiş Ştatlarıdır.
Bu ümumi məqsədin gerçəkləşdirilməsi üçün bir taktiki məsələni də həll etmək lazım gələcək: biz rəqibi
onun adət etdiyi şəraitdən çıxarmalı, onu elə yerdə döyüşməyə vadar etməliyik ki, onun adət etdiyi
həyat tərzi real gerçəkliklə toqquşma zamanı dağılır. Və rəqibi lazım olduğundan az qiymətləndirmək
olmaz: amerikan əsgəri yüksək döyüş keyfiyyətlərinə malikdir, onun texniki və atəş dayağı elədir ki, kimi
istəsən qorxuda bilər. Uğurlu müharibə üçün ona yalnız ideoloji motivasiya çatışmır – yəni onun ən
qızğın rəqiblərinin – vyetnamlı partizanların tam şəkildə malik olduğu keyfiyyət. Biz amerikan ordusuna
yalnız o halda qalib gələcəyik ki, onların əhvalını poza biləcəyik. Bunun üçün biz ard – arda amerikan
əsgərlərinə döyüşdə məğlubiyyət gətirməli və müntəzəm olaraq onları məhrumiyyətlər və təhlükələr
atmosferində saxlamalıyıq.
Qələbəyə nail olmaq üçün qısaca təsvir edilmiş bu plan xalqlar tərəfindən böyük qurbanlar tələb edir –
və bu qurbanları artıq bu gün, dərhal gətirməli olacaqlar; amma mümkündür ki, bu qurbanlar, xalqların,
başqalarının onların yerinə atəşdən şabalıdları daşıyacağına ümid edərək, mübarizədən yayınmağa qərar
verdiyi halda gətirəcəkləri qurbanlardan daha az olacaq.
Aydındır ki, azadlıq uğrunda mübarizə yoluna ən sonda çıxmış ölkə silahlı mübarizədən yayınma şansına
malikdir, onun xalqı isə imperializmlə uzun və amansız müharibənin səbəb olacağı əzablardan qurtulmuş
olacaq. Amma belə bir ehtimal da vardır ki, döyüşün ümumdünya xarakteri səbəbindən bu ölkə nə silahlı
mübarizədən, nə də onun nəticələrindən qurtulmağa müvəffəq olmayacaq, xalqın əzabları isə, digər
ölkələrdə olduğu qədər ya da ondan da çox olacaq. Biz gələcəyi əvvəlcədən deyə bilmərik, amma yenə
də opportunizmə qapılmaq və qızğın şəkildə azadlığı arzulayan, amma eyni zamanda da onun uğrunda
vuruşmaq istəməyən və yoxsulun sədəqə gözlədiyi kimi, onu gözləyən xalqın bayraqdarları kimi çıxış edə
bilmərik.
Lazımsız qurbanlardan qaçmaq səyi tamamilə ədalətlidir. Buna görə də bizim asılı Latın Amerikası üçün
sülh yolu ilə azadlığa nail olmaq imkanının nə qədər real olmasını başa düşmək vacibdir. Biz düşünürük
ki, bu sualın cavabı artıq bəllidir: biz mübarizənin başlanması üçün yer və zaman seçimində səhv edə
bilərik, amma artıq mübarizə aparmadan azadlığa nail olmaq imkanına dair illüziyalar qurmaq olmaz.
Bizim belə illüziyalar qurmağa haqqımız yoxdur. Bu mübarizə daşların gözyaşardıcı qaza qarşı olduğu
küçə döyüşləri və ümumi dinc tətillər və iki – üç günə rəhbər oliqarxiyanın repressiv strukturunu
dağıtmağa qadir qəzəblənmiş xalqın kortəbii çıxışları olmayacaq; xeyr, mübarizə uzunmüddətli, amansız
olacaq, onun ön xətləri partizanların sığınacaqlarından, ailə üzvlərinin repressiyanın asan qurbanına
çevriləcəyi döyüşçülərin evlərindən, tamamilə məhv ediləcək kəndli qəsəbələrindən, düşmən bombaları
tərəfindən dağıdılmış şəhər və kəndlərdən keçəcək.
Bizi belə mübarizəyə vadar edirlər – bizim bu mübarizəyə başlamağa qərar verməkdən başqa yolumuz
yoxdur.
Bu mübarizənin başlanğıcı asan olmayacaq, əksinə, çox çətin olacaq. Oliqarxiya öz müdafiəsi üçün
repressiv maşının bütün imkanlarını, qəddarlığını və öz demaqoqiyasını mobilizasiya edəcək. İlkin
zamanlarda bizim vəzifəmiz sağ qalmaq olacaq, amma sonra mübarizə aparan partizan dəstəsi və onlar
tərəfindən aparılan silahlı təbliğat kimi amillər işləməyə başlayacaq. Bu təbliğatı Vyetnamdakı kimi qəbul
etmək lazımdır: bu, atəşlər və düşmənlə mübarizə vasitəsilə, nəticəsi qələbə olan və ya olmayan, amma
müntəzəm olaraq aparılan təbliğatdır.
İstismar olunan kütlələrin maarifləndirilməsində əsas məqam onlarda gerillaların məğlubedilməzliği
əminliyinin aşılanmasıdır. Beləcə milli ruh doğulur, daha mürəkkəb məsələlərin həlli üçün, daha amansız
repressiyalara qarşı güc yaranır.
Nifrət – mübarizənin vacib amilidir: düşmənlərə qarşı barışmaz nifrət insana xüsusi güc verir, onu
effektiv, qızğın, dəqiq hərəkət edən seçilmiş məhv etmə maşınına çevirir. Bizim əsgərlərimiz belə
olmalıdır; nifrət etməyə qadir olmayan xalq heç vaxt qəddar düşmən üzərində qələbə çalmayacaq.
Müharibəni düşmənin olduğu hər yerdə aparmaq lazımdır: həm onun yaşadığı, həm də onun istirahət
etdiyi yerdə; müharibəni total etmək lazımdır. Düşmənə nə kazarmada, nə də ondan kənarda bir dəqiqə
də boş vaxt vermək lazım deyil; ola biləcəyi hər yerdə ona hücum etmək lazımdır; düşmən hər yerdə
özünü təqib olunan heyvan kimi hiss etməlidir. Yalnız bu cür biz onların ruh yüksəkliyinin aşağı
düşməsinə nail ola bilərik.
Bəli, düşmən əvvəlkindən daha çox qəddarlıq edəcək – amma məhz bu onun ruh yüksəkliyinin
düşməsinin xarici əlaməti olacaq.
Və o zaman həqiqi proletar internasionalizmi özünü göstərməli olacaq, döyüş bayrağı bütün bəşəriyyətin
azad edilməsinin müqəddəs amalı olan beynəlmiləl proletar ordular yaradılmalı olacaq ki, bu zaman
Vyetnam, Venesuela, Qvatemala, Laos, Qvineya, Kolumbiya, Boliviya, Braziliyanın – yalnız o ölkələr
sadalanıb ki, bu gün orada silahlı mübarizə gedir – azad edilməsi uğrunda ölüm latın amerikalı, asiyalı,
afrikalı hə hatta avropalı üçün şanlı və əziz olacaq.
Doğulduğun ölkə üçün deyil, qərib ölkənin azad edilməsi üçün tökülən hər damla qan – dəyərsiz
təcrübədir; sağ qalanlar onu mənimsəyəcəklər və onu öz ölkələrinin azad edilməsi üçün istifadə
edəcəklər. Beləliklə, istənilən xalqın azad edilməsi öz xalqının azadlığı uğrunda döyüşdə uğurlu döyüş
kimi nəzərdən keçiriləcək.
Fikir ayrılıqlarımızı unutmağın və gücümüzü ümumi mübarizəyə verməli olduğumuz vaxt gəlib çatmışdır.
Azadlıq döyüşçüləri arasında bu gün ciddi ziddiyyətlər vardır, bu ümumiyyətlə məlumdur və sirr deyil
[26]. Bu ziddiyyətlər elə bir xarakter və kəskinlik almışlar ki, hər bir dialoq və ya, əgər indi mümkündürsə,
yüksək barışıqlıq həddən artıq dərəcədə mürəkkəbdir. Amma düşmən hər yerdə bizə zərbə vurur – və bu
zərbələr bizi indi yox, sabah birləşdirməlidir. Və bunun zəruriliyini digərlərindən əvvəl dərk edən və bu
zəruri ittifaqa hazırlaşmağa başlayan insan xalqların minnətdarlığına layiq olacaq.
Əgər qarşılıqlı mübarizə aparan nəzər nöqtələrinin əsaslandırıldığı aqressivlik və barışmazlıq dərəcəsini
nəzərə alsaq, biz, məzlumlar, fikir ayrılıqlarının bu şəkildə ifadə edilməsi ilə razılaşa bilmərik – hətta biz
müəyyən hallarda tərəflərdən birinin məsələnin qoyuluşu ilə razılaşsaq da və ya tərəflərdən birinin
tezisləri bizə digərinin tezislərindən daha yaxın gəlirsə. Ümumi düşmənə qarşı kəskin mübarizə şəraitində
indiki fikir ayrılıqlarının açıq şəkildə ifadə edildiyi şəkil bizim hamımızı zəiflədir; amma bu fikir
ayrılıqlarının səviyyəsini nəzərə alaraq, onların onların korrekt tənzimlənməsi ümidləri illüzordur. Tarix
ya bu fikir ayrılıqlarını aradan qaldıracaq, ya da onlara həqiqi aydınlıq gətirəcək.
Bizim döyüşən dünyamızda qoyulmuş məqsədlərə çatmaq taktikası və metodlarına dair istənilən fikir
ayrılıqları, özgə fikirlərin ümid edə biləcəyi bütün hörmətlə təhlilə məruz qalmalıdırlar. Amma əsas
strateji məqsədə – imperializmlə mübarizə nəticəsində onun tamamilə məhv edilməsində – aid
məqamda biz əyilməzlik nümayiş etdirməliyik.
Qələbəyə çatmaq planımızı ümumiləşdirək: imperializmi onun əsasının – imperialist dövlət Amerika
Birləşmiş Ştatlarının məhv edilməsi vasitəsilə məhv etmək lazımdır. Bunun taktiki yolu bizim xalqların ard
– arda və ya bütöv qruplarla, eyni zamanda düşmənin onun üçün sərfəli olmayan, onu əsas təchizat
bazalarından – asılı ölkələrdən məhrum etmək üçün ərazisindən kənarda mübarizəyə məcbur edilməsi
ilə azad edilməsidir.
Bu, uzunmüddətli müharibəni nəzərdə tutur. Bunu bizə öz müstəsna qəhrəmanlıq nümunəsi ilə, gündəlik
faciəvi mübarizə və son qələbəyə çatmaq üçün ölüm dərsləri ilə Vyetnam göstərir.
Orada imperializm əsgərləri – bayağı şimali amerikan həyat tərzinə vərdiş edərək özləri üçün sərfəli
olmayan vəziyyətdə qaldılar. Onlar indi düşmən ölkədə mövcud olmalıdırlar; onlar, hər addımlarının –
düşmən torpağında addım olduğunu hiss edərək qeyri – əminlik hiss edirlər; ölüm, öz istehkamlarını tərk
edənləri gözləyir, hər yerdə və müntəzəm olaraq onlar düşmən əhali ilə qarşılaşırlar. Bu, Birləşmiş
Ştatların daxilində cavaba səbəb olmuşdur: imperializm gücünü zəiflədən yeni amil – şimali amerika
ərazisində sinfi mübarizə yaranmışdır.
Əgər dünyada iki, üç, çoxlu Vyetnamlar yaransaydı, gələcək necə də yaxın və parlaq olardı – qoy ölüm
kvotaları və hədsiz faciələri ilə, amma gündəlik qəhrəmanlığı, imperializmə fasiləsiz zərbələri ilə: onu öz
qüvvələrini parçalamağa vadar edən və bütün dünya xalqlarının nifrətindən gizlənməyə mane olan
zərbələrlə!
Əgər biz zərbələrimizin daha güclü və dəqiq olması üçün, döyüşən xalqalara istənilən yardımın çox təsirli
olması üçün birləşə bilsəydik – gələcək necə görkəmli, necə yaxın olardı!
Əgər dünya xəritəsindəki kiçicik nöqtələrdə öz borcunu yerinə yetirən və mübarizəsinə verə biləcəyi hər
şeyi – həyatlarını verən, özünü qurban gətirən bizlər – yaxın zamanda bizim qanımızla suvarılmış və buna
görə də bizim olan torpaqda can verəcəyiksə, bilin: biz öz hərəkətlərimizin miqyasını dərk edirik və
özümüzü böyük proletariat ordusunun yalnız kiçik bir hissəsi kimi görürük – və bu zaman Kuba
inqilabının və onun liderinin verdikləri, onların planetin bu hissəsində tutduqları vəziyyətdən doğan əsas
dərsini mənimsədiyimiz üçün qürur duyuruq: “Ortada bəşəriyyətin taleyi dayanırsa, bir insanı və bir xalqı
təhdid edən təhlükə nə deməkdir ki?”
Bizim hərəkətlərimiz – döyüş antiimperialist kliçi və dünya xalqlarının bəşər nəslinin əsas düşməninə –
Amerika Birləşmiş Ştatlarına qarşı birləşməsinə çağırışdır. Ölüm bizi harada tutsa da –əgər bizim döyüş
kliçimiz həssas ruha çatacaq və yeni əllər silaha sarılacaqsa və pulemyotlar və yeni döyüş kliçləri və
qələbə səsləri altında yeni döyüşçülər bizə qəbirüstü mahnılar oxumağa hazır olacaqlarsa – biz onu
salamlayırıq.

Tərcüməçi: Unknown

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...