Ernesto Çe Gevara: ” karyerama həkim olaraq başlamışdım…”

Post date:

Author:

Category:

Ernesto Çe Gevara-“İnqilabi tibb haqqında”

19 Avqust 1960-cı ildə Kubalı Milislərə xitabən etdiyi çıxışı:
Kuba xalqının, hər gün öz azadlığını,bütün inqilabi qanunlarının inkişafını və tam müstəqillik yolunda əldə
etdiyi nailiyyətləri bayram etdiyi yüzlərlə ictimai funksiya arasında olan bu sadə bayram mənim üçün
xüsusi maraq kəsb edir.
Demək olar ki, hamı,illər əvvəl karyerama həkim olaraq başladığımı bilir. Və həkim olaraq başladığım
dövrdə,tibbi öyrənməyə başladığımda indi bir inqilabçı olaraq malik olduğum anlayışların əksəriyyəti
ideallarım arasında yox idilər.
Hamı kimi mən də uğur qazanmaq istəyirdim.Tibb üzrə məşhur tədqiqatçı alim olmağı arzulayırdım;
Bəşəriyyətə kömək edə biləcək, amma mənə şəxsi zəfərlər qazandıracaq şeylər kəşf etmək üçün
yorulmadan işləmək arzusunda idim. Mən də, bizim hamımız kimi, əhatə olunduğum mühitin övladı
idim.
Məzun olduqdan sonra xüsusi səbəblər və bəlkə də həmçinin xasiyyətimlə əlaqəli olaraq Amerikanı
qarış-qarış gəzməyə başladım və onunla bütünlüklə tanış oldum. Haiti və Santa Dominqo istisna olmaqla
digər bütün Latın Amerika ölkələrini müəyyən dərəcədə ziyarət etdim. Əvvəlcə bir tələbə, sonra da
həkim olaraq səyahət etdiyim şəraitlə əlaqədar yoxsulluq, aclıq və xəstəliklə; pulsuzluqdan uşağı
müalicə etdirə bilməməklə, daimi aclıq və kobud rəftarın doğurduğu kütləşmə səbəbindən atanın öz
oğlunun ölümünü bədbəxt hadisə hesab etməsi ilə yaxından tanış oldum. Belə hallara vətənimiz
Amerikanın əzilən sinifləri arasında tez-tez rast gəlinir. Və həmin vaxt mənim üçün məşhur olmaq və ya
tibb elminə mühim töhvələr vermək qədər vacib şeylər olduğunu başa düşdüm: O insanlara kömək
etmək istəyirdim.
Amma ki, mən həmişə hamımızın etdiyi kimi, yenə də əhatə olduğum mühitin övladı olmağa davam
edirdim və o insanlara şəxsi səylərimlə kömək etmək istədim. Xeyli səyahət etmişdim o vaxtlar
Qvatemalada idim, Arbensin Qvatemalasında və inqilabçı həkimin davranışına rəhbərlik etmək üçün
qeydlər aparmağa başladım. Revolyusioner həkim olmaq üçün nəyin lazım olduğunu araşdırmağa
başlamışdım.
Lakin təcavüz başladı, təcavüzün arxasında United Fruit Company, ABŞ Dövlət Departamenti, Foster
Dulles (əslində ikisi də eyni şeydir) və onların Castillo Armas adlı oyuncaqları dururdu. Təcavüz uğurlu
oldu, çünki xalq Kuba xalqının bugünki yetkinlik səviyyəsinə çatmamışdı. Günlərin bir günü
Qvatemaladan mühacirət yoluna çıxdım, ya da nəhayət uçuş yoluna, çünki ora mənim ölkəm deyildi.
İnqilabçı həkim olmaq üçün…
Sonra mühüm bir şey başa düşdüm: inqilabçı həkim olmaq üçün, ya da ümümiyyətlə bir inqilabçı olmaq
üçün əvvəlcə ortada bir inqilab olmalıdır. Təcrid olunmuş fərdi səylər idealların saflığına baxmayaraq
yararsızdırlar və əgər bir insan tək halda Amerikanın hər hansı bir küncündə inkişafın qarşısını alan
hökümətlərə və sosial vəziyyətə qarşı mübarizə aparırsa, bütün həyatını yüksək ideyalara qurban vermək
istəyinin heç bir mənası yoxdur. Revolyusiya yaratmaq üçün hal-hazırda Kubada mövcud olan şeyə malik
olmaq lazımdır – qolların və birliyin dəyərini başa düşmək üçün qollarından istifadə etməklə və döyüş
birliyi həyata keçirməklə öyrənən, bütün bir xalqın səfərbərliyi.
İndi biz hal-hazırda önümüzdə duran problemin nüvəsinə gəlib çatmışıq. Nəhayət, bugün bir insan,hər
şeydən əvvəl inqilabçı həkim, yəni öz peşəsinin texniki biliyini inqilab və xalqa xidmət etmək üçün
istifadə edən biri olmaq hüququna və hətta vəzifəsinə malikdir. Lakin indi köhnə suallar yenidən üzə
çıxır: Bir insan sosial rifah işini əslində necə həyata keçirə bilər? Fərdi səylə sosial tələbatları necə
birləşdirə bilər?
Hamımız bir-bir öz həyatlarımıza yenidən baxmalıyıq, həkim olaraq, ya da digər səhiyyə sahəsində
fəaliyyət göstərərək inqilabdan əvvəl nələr etdik və nə fikirləşdik. Bunu dərin tənqidi istəklə eləməli və
nəhayət belə bir nəticəyə gəlməliyik ki, keçmişdə düşündüyümüz və hiss etdiyimiz hər bir şey arxivdə
saxlanılmalıdır və yeni insan tipi yaradılmalıdır. Əgər hər birimiz bu yeni insan tipinin yaradılması üçün
maksimum səylə çalışsaq onu yaratmaq və yeni Kuba nümunəsinə çevirmək xalq üçün xeyli asan olacaq.
Yeni insan yaratmaq…
Bu an burda olan Havana sakinlərinə bu fikri bəyan etməyə şadam ki, Kubada, burda paytaxtda kifayət
qədər qiymətləndirə bilmədiyimiz, amma ölkənin hər bir yanında tapılan yeni insan tipi yaradılır. Sizdən
iyulun 26-sı Sierra Maestra-ya gedənlər iki tamamilə naməlum şey görməli idilər. Birincisi, əllərində balta
və toxalar olan ordu, ən çox fəxr etdikləri şey Orientdəki vətənpərvər festivallarda, yoldaşları silahlarla
yürüş etdikləri vaxt, toxa və baltalarını qaldıraraq yürüş etmək olan ordu. Lakin siz bundan da mühim bir
şey görməli idiniz. Əksəriyyəti 13-14 yaşlarında olmalarına baxmayaraq bədən quruluşları 8-9 yaşlılardakı
kimi olan uşaqları görməli idiniz. Onlar Sierra Maestranın ən həqiqi uşaqlarıdır, aclıq və səfalətin ən
həqiqi övladları. Onlar kifayət qədər qidalanmamanın törəmələridirlər.
4-5 televiziya kanalı və yüzlərlə radio stansiyası, müasir elmi inkişafı olan kiçik Kubada bu uşaqlar ilk dəfə
gecə məktəbə çatdıqda və elektrik lampalarını gördükdə ucadan ulduzların həmin gecə çox alçaqda
olduğunu dedilər. Bəzilərini görmüş olduğunuz o uşaqlar kollektiv məktəblərdə kitab oxumaqdan
tutmuş ticarətə qədər müxtəlif bacarıqlar və hətta inqilabçı olmağın mürəkkəb elmini öyrənirlər.
Onlar Kubada doğulmaqda olan yeni insanlardır. Onlar təcrid olunmuş ərazilərdə, Sierra Maestranın
müxtəlif yerlərində və həmçinin kooperativlərdə və iş mərkəzlərində doğulmaqdadırlar. Bütün bunlar
bugün haqqında danışdığımız mövzu, yəni həkimlərin və digər səhiyyə işçilərinin inqilabi hərəkata
inteqrasiyası ilə yaxından əlaqəlidir. Cavanların təhsil və qidalanma məsələsi,ordunun öyrədilməsi
məsələsi,keçmiş torpaq sahiblərinə aid olan ərazilərin bu torpaqlarda işləyən, lakin onlardan heç bir xeyir
əldə etməyən insanlara paylanması Kubada həyata keçirilən sosial təbabətin uğurlarındandır.
Xəstəliklə mübarizənin əsası sağlam bədən yaratmaq olmalıdır; lakin bu, həkimin zəif orqanizm üzərində
işləməsi ilə yox, tam bir cəmiyyətin bütün sosial kollektiv üzərində işləməsi ilə yaradılmalıdır.
Beləliklə, nə vaxtsa tibb xəstəliklərin qarşısını almağa xidmət edən və ictimaiyyəti tibbi vəzifələrini yerinə
yetirmək mövzusunda istiqamətləndirən bir elmə çevrilməyə məcbur olacaq. Təbabət, yalnız cərrahiyə
əməliyyatı ya da buna oxşar digər funksiyalar icra etmək kimi, yaratmaqda olduğumuz yeni cəmiyyətin
insanlarının imkanlarından kənar olan təcili təxirəsalınmaz hallara müdaxilə etməlidir.
Səhiyyə Nazirliyinin işi…
Bugün Səhiyyə Nazirliyi və digər oxşar təşkilatlara həvalə olunan iş, ictimai sağlamlıq xidməti ilə
mümkün qədər çox insanı təmin etmək, profilaktik təbabət proqramları təsis etmək və ictimaiyyəti
sağlam həyat mövzusunda yönləndirməkdir.
Lakin bütün inqilabi məsələlərdə olduğu kimi bu təşkilati məsələdə də əsas ehtiyac duyulan şey
individuumdur. İnqilab, bəzilərinin iddia etdiyi kimi, kollektiv iradə və kollektiv təşəbbüsü
standartlaşdırmır. Əksinə, insanın fərdi istedadını azad edir və bu istedadı istiqamətləndirir. İndi bizim
vəzifəmiz bütün tibbi mütəxəssislərin yaradıcılıq qabiliyyətlərini sosial təbabətin vəzifələrinə
yönəltməkdir.
Biz bir eranın sonundayıq və bu yalnız Kubada belə deyil. Bunun əksinə olaraq nəyə ümid edilirsə və nə
deyilirsə də, əhəmiyyətsizdir, içində böyüdüyümüz və altında əziyyət çəkdiyimiz, bildiyimiz kapitalizm
forması bütün dünyada məğlub edilməkdədir. İnhisarlar devrilir, kollektiv biliklər hər gün yeni və mühim
zəfərlərə imza atır. Uzun illər əvvəl Afrika və Asiya kimi digər fəth edilmiş qitələrdə başlayan azadlıq
hərəkatının qabaqcılları olmaq qüruru və vəzifəsi Amerikada bizə düşür. Belə sosial dəyişikliklər xalqın
mentalitetində də eyni dərəcədə dəyişiklik tələb edir.
Sosial mühitdə tək olan insanın fərdi fəaliyyət forması olan individualizm Kubada yox olmalıdır.
Gələcəkdə individualizm bütün fərdlər tərəfindən kollektivin mütləq xeyri üçün səmərəli istifadə
olunmalıdır. Bu ideyanın bugün başa düşülməsi, yəni ki, sizin hamınızın dediyim şeyləri qavramanız və
indiki dövr, keçmiş və gələcəyin necə olması haqqında biraz düşünməyiniz kifayət deyil. Düşünmə tərzini
dəyişmək üçün dərin daxili dəyişikliklərə uğramaq və dərin xarici dəyişikliklərin şahidi olmaq vacibdir,
xüsusilə də cəmiyyət qarşısında vəzifələrimizi və öhdəliklərimizi yerinə yetirərkən.
O xarici dəyişikliklər Kubada hər gün baş verir. İnqilabı tanımağın və xalq arasında çoxdandır yatan
toplanmış enerjidən agah olmağın yollarından biri bütün Kubanı gəzmək və hal-hazırda yaradılan
kooperativləri və iş mərkəzlərini görməkdir. Tibbi məsələlərin dərinliyinə getməyin bir yolu da yalnız
Kubanı ziyarət etmək və kooperativləri və iş mərkəzlərini tikən insanları tanımaq deyil, onların
xəstəliklərini, çəkdikləri əziyyətləri, illərdir davam edən xroniki yoxsulluqlarını, repressiya və tabeçilik
altında keçən əsrlərin mirasını aşkar etməkdir. Həkim, tibb işçisi öz yeni işinin dərinliyinə getməlidir, bu
isə kütlə içindəki, kollektiv içindəki insandır.
Dünyada nə baş verməsindən asılı olmayaraq həkim həmişə öz xəstəsinə çox yaxındır və onun qəlbinə
dərinliyinə qədər bələddir. Çünki o ağrı-acıya müdaxilə edən və onu yüngülləşdirəndir, cəmiyyət üçün
çox qiymətli əmək sərf edir.
Bir neçə ay əvvəl, burada Havanada yeni məzun olmuş bir qrup həkim ölkənin kəndlərinə getmək
istəmirdi və getməyə razı olmaq üçün kompensasiya tələb edirdi. Keçmişdə baş verənlər nöqteyinəzərindən bu dünyada baş verən ən məntiqli şeydir, ən azından mənə belə gəlir, çünki mən bunu çox
yaxşı başa düşürəm. Bu vəziyyət mənə keçmişdə necə olduğumu və necə düşündüyümü xatırladır.
Mənim hekayəm üsyançı qladiatorun yenidən başlayan hekayəsidir, daha yaxşı gələcəyə və şəraitə
zəmanət vermək və insanların ona ehtiyacı olduğunu göstərmək istəyən tənha döyüşçünün hekayəsidir.
Bəs ailələri tərəfindən illər boyu təhsil haqları ödənilə bilən o oğlanların yerinə daha az bəxtləri gətirən,
məktəbi yenicə bitirən və öz peşələrinin icrasına başlayanlar olsaydı nə baş verəcəkdi? Universitet
koridorlarında, fərz edək ki, 200-300 kəndli meydana çıxsaydı nə baş verəcəkdi?
O baş verəcək ki, bu kəndlilər öz qardaşlarına kömək etmək üçün dərhal və həvəslə işləyəcəklər. İllər
boyu aldıqları təhsilin əbəs yerə olmadığını nümayiş etdirmək üçün ən mürəkkəb və məsuliyyətli işlərdə
işləməyi xahiş edəcəklər. 6 ya da 7 ilə yeni tələbələr, fəhlə və kəndlilərin uşaqları istənilən peşə
sahəsində məzun olduqda nə baş verəcəksə o da olardı.
Lakin biz gələcəyə fatalizm gözüylə baxmamalı və insanları fəhlə və kəndli sinfinin uşağı ya da
kontrevolyusionerin uşağı deyə ayırmamalıyıq, çünki bu bəsit olur, çünki bu düz deyil, çünki ləyaqətli
insan yetişdirmək üçün inqilab içində yaşamaqdan yaxşısı yoxdur. Heç birimizin, Qranmaya çatıb Sierra
Maestrada məskunlaşan, fəhlə və kəndlilərlə birlikdə yaşayaraq onlara hörmət etməyi öyrənən ilk
qrupdan heç kimin nəslində fəhlə ya da kəndli yoxdur. Təbii ki, aramızda işləmək məcburiyyətində
olanlar, uşaqlıqda müəyyən ehtiyac görənlər var idi, amma aclıq, həqiqi aclıq barədə səriştəmiz yox idi.
Lakin Sierra Maestradakı 2 uzun il ərzində bunu öyrənməyə başladıq.Və sonra bir çox şey aydınlaşmağa
başladı.
Sıradan bir insanın həyatı nə qədər dəyərlidir?
Varlı bir kəndlinin ya da torpaq sahibinin mülkünə toxunulduğu zaman sərt cəza verən biz, bir gün
Sierraya 10000 baş mal-qara gətirdik və kəndlilərə qısaca belə dedik – “Yeyin”. Kəndlilər uzun illərdən
sonra, bəziləri isə həyatlarında ilk dəfə olaraq mal əti yedilər.
O 10000 baş mal-qara üçün toxunulmaz mülkiyyət hüququna duyduğumuz hörməti silahlı mübarizənin
gedişatında itirdik və bunu çox gözəl başa düşdük ki, sadə bir insanın həyatı dünyadakı ən varlı insanın
mülkiyyətindən milyon dəfə daha dəyərlidir. Biz də, nə fəhlə, nə də kəndli sinfindən olmayanlar da bunu
öyrəndik. Yaxşı, biz, imtiyazlı şəxslər, dörd küləyə Kubadakı qalan insanların bunu öyrənə
bilməyəcəklərini deyəcəyik? Bəli, öyrənə bilərlər, üstəlik bugün inqilab onların öyrənməsini tələb edir,
bir insanın qonşusuna kömək etmək qürurunun yaxşı maaşdan daha önəmli olduğunu başa düşməyi
tələb edir, xalqın minnətdarlığı bir insanın yığa biləcəyi qızıllardan daha həlledici və davamlıdır. Və hər
bir həkim öz fəaliyyəti çərçivəsində o qiymətli xəzinəni, xalqının minnətdarlığını toplamağı bacarmalı və
toplamalıdır.
Sonra bütün köhnə anlayışlarımızı silməli və xalqa daha da yaxın olmağa və məlumatlanmağa
başlamalıyıq. Onlara əvvəlki kimi yanaşmamalıyıq. Hamınız “Yox, xalqı sevirəm. Fəhlələrlə və kəndlilərlə
söhbət etməyi xoşlayıram və bazar günləri ora-bura onları görməyə gedirəm,filan” deyəcəksiniz. Bunu
hamı elədi, lakin biz bunu xeyriyyəçilik üçün etdik və indi həyata keçirməli olduğumuz şey həmrəylikdir.
Gedib insanlara “Budur gəlmişik. Sizə öz varlığımızın xeyrini vermək, öz bildiklərimizi sizə də öyrətməyə,
sizə səhvlərinizi, mədəniyyətsizliyinizi, cahilliyinizi göstərməyə gəldik”. Bunun əvəzinə araşdırıcı bir zəka
və sadə ruhla böyük müdriklik qaynağı olan xalqdan öyrənməliyik.
Sonra, dəfələrlə, bizim bir hissəmiz olacaq və qeyri-iradi olaraq düşüncəmizin bir hissəsinə çevriləcək
qədər öyrəşdiyimiz anlayışlarda səhvlərə yol verdiyimizi başa düşəcəyik. Biz tez-tez yalnız sosial və
fəlsəfi sahədəki ümümi anlayışlarımızı yox, həm də bəzən tibbi anlayışlarımızı da dəyişməyə ehtiyac
duyuruq.
Xəstəliklərin həmişə böyük şəhər xəstəxanalarında olduğu kimi müalicə olunmağına ehtiyac olmadığını
başa düşəcəyik. Bir həkimin kənd təsərrüfatı və potensial baxımdan dünyanın ən zəngin ölkələrindən biri
olan Kubanın olduqca yoxsul və məhdud olan qida strukturunu zənginləşdirmək və qidaya olan yeni
tələbatı ödəyə bilmək üçün həmçinin bir fermer olmalı və yeni qidalar yetişdirmək məcburiyyətində
olduğunu anlayacayıq. Sonra bu hallarda biraz pedaqoji, vaxtaşırı da çox pedaqoji olmalı olduğumuzu
başa düşəcəyik. Həmçinin siyasətçi olmalı olacayıq və o vaxt ilk olaraq eləməli olduğumuz şey gedib
xalqa öz müdrikliyimizi təklif etmək olmamalıdır. Biz əslində, xalqla biryerdə öyrənəcəyimizi, o böyük və
gözəl ortaq təcrübəmizi, yəni yeni bir Kubanın inşasını birlikdə bacaracağımızı göstərmək üçün
getməliyik.
Çürümüş bir sistemin söküntüləri üzərində…
Bir çox addımlar artıq atılıb. 1959-cu ilin 1 yanvarı ilə bugün arasında şərti mənalarda ölçülə bilməyəcək
məsafə var. Xalqın çox hissəsi çoxdan başa düşdü ki, burda devrilən yalnız bir diktator deyil, sistemdir.
İndi də xalqın öyrənməli olduğu hissə gəldi, çürümüş bir sistemin dağıntıları üzərində xalqa mütləq
xoşbəxtlik gətirəcək yeni bir sistemin inşası.
Yadımdadır ki, keçən ilin ilk aylarında bir vaxt yoldaş Quillen Argentinadan qayıtdı. Bəlkə də kitablarının
tərcümə olunduğu dillər bugünkindən bir ya da 2 say daha az idi, amma o yenə də bugünki kimi böyük
şair idi və hər gün dünyanın müxtəlif dillərində danışan yeni oxucular qazanırdı. Lakin o bugün necədirsə,
o vaxtlar da elə idi. Amma Quillenə öz şeirlərini, xalq poeziyasını burda oxumaq çətin idi, çünki o vaxt
hələ ilk dövr idi, xurafat dövrü. Və bütün bu illər boyu heç kim düşünmürdü ki, şair Quillen qeyri-adi
poetik istedadını fədakarcasına xalqına xidmət etməyə və inandığı işə həsr etmişdi. Xalq onu Kubanın
fəxri olaraq yox, qadağan olunmuş bir siyasi partiyanın təmsilçisi olaraq gördü.
İndi bunların hamısı unudulub. Əgər ortaq bir düşmənimiz və ortaq hədəfimiz varsa, ölkəmizin müəyyən
daxili strukturlarında olan fərqli nəzər nöqtələrinin fikir ayrılığına səbəb olmayacağını öyrəndik. Ortaq
düşmənimizin olub olmadığı, ortaq bir hədəf üçün mübarizə aparıb aparmadığımız mövzusunda razılığa
gəlməliyik.
İndiki vaxta ortaq bir düşmənimiz olduğuna əmin olmalıyıq. Heç kim inhisarçılığa qarşı bir fikir bəyan
etməkdən, ya da “bizim və bütün Amerikanın ortaq düşməni inhisarçı ABŞ hökümətidir” deyərək açıq
danışmaqdan əvvəl çiyinlərinin üstündən gizlincə qulaq asan, bəlkə səfirlikdən olan və məlumat ötürən
kəşfiyyatçı agentin olub olmadığına baxmır. Əgər indi hamı düşməninin kim olduğunu bilirsə və o
düşmənə qarşı savaşan istənilən şəxsin bizimlə tərəfdaş olduğu aydınlaşırsa ikinci hissəyə keçirik. Kuba
üçün hədəflərimiz nələrdir? Nə istəyirik? Xalqın xoşbəxtliyini istəyirik, ya yox? Kubanın tam iqtisadi
müstəqilliyi üçün mübarizə aparırıq, ya yox?
Hər hansı bir hərbi bloka daxil olmadan, hər hansı daxili və xarici qərarla əlaqədar görüləcək tədbirdə
hansısa böyük dövlətin səfirliyi ilə məsləhətləşmək məcburiyyətində olmadan, azad millətlər arasında
azad bir millət olmaq üçün mübarizə aparacayıq, ya yox? Əgər sərvəti həddindən çox olanlardan onu heç
bir şeyi olmayanlara vermək üçün yenidən bölüşdürməyi planlaşdırırıqsa, əgər yaradıcı işi
xoşbəxtliyimizin gündəlik, dinamik mənbəyi halına gətirmək istəyiriksə, deməli artıq çatmaq üçün
məqsədlərimiz var. Və bu cür məqsədləri olan istənilən şəxs bizim dostumuzdur. Əgər onun başqa
prinsipləri də vardırsa, əgər hər-hansı təşkilata aiddirsə, də bunlar ikinci dərəcəli məsələlərdir.
Böyük təhlükə, böyük gərginlik və böyük yaradılış anlarında əsas olan böyük düşmənlər və böyük
hədəflərdir. Əgər artıq hamımız razılaşdıqsa, əgər hər birimiz hara getdiyimizi biliriksə və qoy bu kimi
məyus edirsə etsin, artıq işimizə başlaya bilərik.
İnqilabçı həkim olmaq…
Sizə bir inqilabçı olmaq üçün bir inqilaba sahib olmalı olduğumuzu izah edirdim. Biz artıq ona sahibik.
Sonra biryerdə işləyəcəyiniz xalqı tanımalısınız. Hələki kifayət qədər tanış olmadığımızı düşünürəm, belə
ki, bu yolda biraz da irəliləməliyik. Məndən xalqı tanımağın kooperativlərdə onlarla biryerdə yaşamaq və
işləməkdən başqa hansı yolları var deyə soruşacaqsız. Hamı bunu edə bilməz və səhiyyə işçisinin
iştirakının vacib olduğu bir çox yer var. İnqilabi milis qüvvələri Kuba xalqının həmrəyliyinin ən böyük
təzahürlərindən biridir deyəcəm. Milis qüvvələri indi həkimə yeni bir vəzifə verir və onu qısa müddət
əvvələ qədər keçərli olan şeyə, Kuba üçün kədərli və az qala ölümcül olan həqiqətə, yəni ki, iri miqyaslı
hərbi hücüma məruz qalacağımız dövrə hazırlayır.
Bu mövzuda sizi xəbərdar etməliyəm ki,həkim birinqilabçı və hərbiçi olmasına baxmayaraq həmişə həkim
olaraq qalmalıdır. Bizim Sierrada etdiyimiz səhvi siz təkrarlamamalısınız. Bəlkə də o heç səhv də deyildi,
lakin o dövrdəki bütün həkim yoldaşlar bunu bilirlər. Yaralı bir insanın ya da bir xəstənin yanında qalmaq
bizə namussuzluq kimi göründü və bir tüfəng qapıb edə biləcəklərimizi döyüş meydanında nümayiş
etdirmək yolları axtardıq.
İndi şərait başqadır və ölkəni qorumaq üçün qurulan yeni ordular fərqli taktikalar seçməlidirlər. Yeni
ordunun planı daxilində həkimin çox böyük bir əhəmiyyəti olacaq. O, mövcud olan ən gözəl və bir
döyüşün ən mühim vəzifələrindən olan həkimliyə davam etməlidir. Yalnız həkimlər deyil, tibb bacıları,
laborantlar və özünü bu çox insani işə həsr edən bütün hamı çox əhəmiyyətlidir.
Baxmayaraq ki, gizli təhlükəni bilirik və atmosferdə hələ də mövcud olan bu təcavüzü dəf etmək üçün
özümüzü hazırlayırıq, bu haqda artıq düşünməməliyik. Əgər diqqət mərkəzimizi döyüş hazırlığına
yönəltsək, özümüzü yaradıcı işə həsr etməyimiz mümkün olmayacaq. Hərbi fəaliyyət üçün görülən bütün
işlər və qoyulan maddi investisiyalar boşuna sərf olunmuş əmək və puldur. Amma təəssüf ki, bunu
etməliyik, çünki özlərini buna hazırlayan başqa insanlar var. Bir əsgər olaraq şərəfim üzərinə bütün
səmimiyyətimlə deyirəm ki, o da düzdür ki, xərcləmələr arasında məni ən çox məyus edən Milli Bankın
kassasından əlavə bir neçə silah almaq üçün pulların götürülməsini görməkdir.
Bununla belə milis qüvvələrinin sülh dövründə daha bir funksiyası da var, milis qüvvələri əhalinin sıx
olduğu mərkəzlərdə xalqı birləşdirmək üçün bir vasitə olmalıdır. Həkimlərdə olduğu kimi milis
qüvvələrində də müstəsna həmrəylik həyata keçirilməlidir. Təhlükə vaxtı onlar dərhal yoxsul Kuba
xalqının problemlərini həll etməyə getməlidirlər. Amma milis qüvvələri eyni zamanda uniforma ilə
Kubanın bütün sosial siniflərindən olan insanlarla qaynayıb qarışaraq və bərabərləşərək yaşamaq imkanı
da təqdim edir.
Biz səhiyyə işçiləri…
İcazə verin bir müddət əvvəl unutduğum addan bir daha istifadə edim, əgər biz səhiyyə işçiləri
müvəffəqiyyətliyiksə, əgər həmrəyliyin bu yeni silahından istifadə ediriksə, əgər hədəfləri biliriksə,
düşməni tanıyırıqsa və hara gedəcəyimizi biliriksə, artıq bizim üçün yalnız bu yolun hər gün gediləcək
hissəsini bilmək qalır. Və bu hissəni bizə heç kim göstərə bilməz, bu hissə hər bir insanın şəxsi
səyahətidir. Bu, şəxsin fərdi təcrübəsindən əldə edəcəkləri və xalqın əminamanlığına həsr olunmuş işini
həyata keçirərkən özündən verəcəkləridir.
Artıq gələcəyə doğru addımlamaq üçün hər şeyə sahibiksə, gəlin Martinin tövsiyəsini xatırlayaq.
Baxmayaraq ki, bu an mən buna məhəl qoymuram, kimsə bunu daim nümünə götürməlidir “İzah
etməyin ən yaxşı yolu etməkdir”. Gəlin onda Kubanın gələcəyinə doğru addımlayaq.

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...