Ervin Şrödingerin pişiyi bundan sonra ölməyəcək / News

0
6

3 iyun  2019 tarixində Nature jurnalında dərc edilən bir araşdırmaya görə, Şrödingerin pişiyi bundan sonra ölməyəcək. Kvant bilgiləri analiz edən süni atomlar kvant sıçraması ilə öncədən bir xəbərdarlıq edə biləcək.

Şrödinger pişiyi nədir?

 

Şrödinger pişiyi paradoksunu 1935-ci ildə fizik, Nobel mükafatı laureatı və kvant mexanikasının banisi Ervin Şrödinger (alm. Erwin Rudolf Josef Alexander Schrödinger) hazırladı.

Alman alimi bir araşdırma etdi və ortaya pişik paradoksunu atdı. Paradoksa görə əgər hər hansı bir pişiyi götürüb, içərisini müşahidə edə bilmədiyimiz və içində “ölüm maşını” quraşdırılmış metal korpuslu qutuya yerləşdirsək, bir saat sonra pişik eyni anda həm ölü, həm də diri vəziyyətdə olacaq.

Qutunun içində bunlar baş verir:  Qutunun içində bir sayğac var (Geiger–Mueller counter) və bu sayğacın içində mikroskopik miqdarda radioaktiv maddə yerləşir, bir saata yalnız bir atoma parçalanır  və eyni şəkildə parçalanmaya da bilər. Əgər atom parçalansa, çəkic işə keçəcək və içində turşu olan qab qırılacaq, bu zaman pişik öləcək, əksi baş versə, ölməyəcək.

Pişik necə xilas ediləcək ?

Xilas dediyimiz məsələ kvant sıçrama ilə olacaq və bu araşdırmaya qədər kvant sıçrama müşahidə ediləndə təsadüfi və davamlı olmayan bir məchul hesab edilirdi.

“Yale” Universitetinin laboratoriyasında araşdırmaçı-alim Dr. Zlatko Minevin tövsiyəsi ilə aparıldı. Minev kvant sıçramaları araşdırdı və çox qəribə bir qənaətə gəldi. Kvant sıçramaları düşündükləri kimi ani saçalanan və təsadüfi deyildi.

Bu fikri 1 əsr əvvəl danimarkalı fizik Nils Bor teorikləşdirməsinə baxmayaraq, 1980-ci illərə qədər elm dünyası bunu atomlarda müşahidə edə bilməmişdi.

Bir elektron, molekul və ya kvant bilgi emal edən kubit (kuantum bit və ya süni atom) kimi mikroskopik nəsnələr üçün kvant sıçraması diskrit enerjinin vəziyyətinin ani olaraq dəyişməsidir. Bu kvant kompüterlərin inkişafında, hesablama xətalarının düzəldilməsində mühim rol oynayır. Yoxsa alimlərin dərdi pişiyi öldürməmək deyil.

Zlatko Minev:

“Bu sıçramalar kubitləri təhlil edəndə ortaya çıxır, amma kvant sıçramalarını öncədən təxmin etməyin mümkün olmadığı bilinirdi. Buna baxmayaraq bu sıçramanın baş tutacağı an xəbərdarlıq siqnalı almağın mümkünlüyünü yoxlamaq istədik”

Kəşfin önəmi

Bu kəşf kvant informasiyanı emal etmə və kontrol etmə yolunda atılan önəmli addımdır. Belə ki, araşdırmaçıların sözlərinə görə kvant kompüterlərdə informasiyanın təhlükəsiz emalı problemi olduğu üçün bu kompüterlərin inkişafı ləngiyir, ortaya çıxan problemləri həll etmək çətin olurdu.

Yalenin araşdırma komandası 3 enerji səviyyəsinə sahib bir atomu təkrarlaya bilən super konduktiv (keçirici) zərrəciyi mütləq sıfıra qədər soyudulmuş metal qutunun içinə yerləşdirmiş və qurulu elektrik dövriyyəsindən ayrılan mikrodalğa işıq (microwave light) dəstələrinin biri kvant sıçrama üçün enerji oldu, digəri isə müşahidəyə zəmin yaratdı. Beləcə atom həyəcanlananda və ya enerji itirəndə kvant sıçramalarını təsbit etmək mümkün oldu.

Son nəticə Borun “enerji səviyyələri arasındakı keçidlərin ani olmadığını, mərhələli sürüşmələrin olduğu” düşüncəsini təsdiqlədi. Ən önəmlisi isə kvant sıçramanın öncədən müəyyənləşdirilməsinin mümkünlüyünü göstərdi. Buna görə də bu çalışmanı inqilabi adlandırmaq olar.

 

 

Əsas Mənbə: Nature

Əlavə oxu: Guardian

Tərcümə: Ziya Mehti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here