Estetik – Duyğu // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

DRAMATİZM [yun. Drama] – estetik kateqoriya; Yunan
dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini
və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir

 

DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment;
osm. tr. his; ər. ظ ح .[Ani və istəklə bərabər duyğu hissi, həzz və
ağrını hiss edə bilmə kimi ortaya çıxaran üçüncü əsas orqana
verilən addır. Digər bir deyimlə duyğular maddi və mənəvi ola
bilir. Misal üçün vəziyyətə görə ortaya çıxan duyğular, xoşbəxtlik,
yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusilədə
estetik, ruhi – fikri [çaşma, heyranlıq] və əxlaqi – ictimai
duyğular [tapşırıq duyğusu, hörmət və s.].

ESTETİKA [alm. Ǟsthetik; fr. Esthètique; ing. Aesthetics;
yun. Aisthetikè [episteme] – həssaslıq haqqında təlim] – insan
tərəfindən aləmin estetik mənimsənilməsi qanunauyğunluqları,
gözəllik qanunları əsasında yaradıcılığın mahiyyəti və forması
haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin
ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qədər
fəlsəfi fikirlərin mövzusu olmuşdur.

İMPRESSİONİZM [alm. Impressionismus; fr. Impressionisme;
ing. Impressionism] – fəlsəfədə ancaq duyğu müşahidələri
və hissləri həqiqi olaraq qəbul edən əlsəfi təlim

 

HİSS [alm. Sinn; fr. Sens; ing. Sense; lat. Sensus; osm. tr.
hasse; Emosiya; ər. ذظٌأ – [Xəbərdarlığı almaq qabiliyyəti. Əsas
hiss orqanları olan görmək, eşitmək, dadmaq, qoxu bilmək və
toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın ətraf gerçəkliyə [adamlara, onların davranışına, hər hansı hadisəyə] və özünə münasibətini hiss etməsi, yanaşması.

HİSSİ [alm. Sensitiv, empfindlich; fr. Sensitif; ing. Sensitive;
osm. tr. hıssi; ər. ًدغ .[Duyğularla verilməyən, qavrama
vasitəsilə deyil, düşünmə ilə qavranılan yaxud hisslərin bununla
əlaqədar təcrübə dünyasının xaricində olan. Hissi müĢtərək
[alm. Gemeinsinn; fr. Sens commun; ing. Common sense; lat.
Sensus communis; yun. Koine aisthesis; osm. tr. hıss-i müşterek;
tr. Ortakduyu; ər. شزشن ِظ د – [Aristotel və sxolastik fəlsəfədə
müxtəlif hiss orqanlarının qabiliyyətlərini birləşdirən, başqa bir
deyimlə desək, eyni şeydən hisslərin hər biri ilə alınan növ
hissləri formalaşdıraraq həmin şeyi tək və eyni şey kimi
qavranılan şey. Hissiyyatsizliq [alm.=fr. Apathie; ing. Apathy;
yun. Apatheia; osm. tr. fıkdan-i hassasiyet]. 1. Ümumi mənada
unutqanlıq ; az və yavaş dərəcədə təzyiq göstərən və bunun
nəticəsində duyğulandıran hisslərə əhəmiyyət verməyən insan
xarakteri. 2. Stoa məktəbində məlumat sahibinin özünü tərbiyələndirmə
ideyası kimi hisslərdən arınması və ağıla tərs gələn
hisslər qarşısında müstəqil olma və beləcə sarsılmazlıq prinsipinə
qovuşmaq halı.

KATARSİS [yun. Katharsis – təmizlənmə, saflaşma] – qədim
yunan estetikasında anlayış

SANSÜALİZM [sensualisme] – Duyumculuk: Sahib olduğumuz
bütün məluatların əslində bir duyğunun nəticəsi olduğunu,
ağıl qanunlarının və fikirlərinin duyğularla əldə edildiyini irəli
sürən görüş

SENTİMENTAL [alm. Sentimental; epmfindsam; fr. = ing.
Sentimental; ər. ًُّ ذغٌأ ;tr. Duygusal] – duyğuların və hisslərin ağır
gəlməsi, həddindən artıq bir formada insana təsir etməsi halı.

SENTİMENTALİZM [santi + mental + ism alm.
Emöfindsamket; sentimentalität; fr. Sentimentalitè, sensibilitè;
ing. Sensibility, feeling; tr. duygusallık].

SENSUALİZM [alm. Sensualismus; ing. Sensualism; osm. tr.
ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər.
حُّحغ – [Bütün məlumatların sadəcə hisslərdən qaynaqlandığını,
duyğu qavramalarına əsaslandığını irəli sürən təlim. Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim.
Sensualizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk
iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2.
Bütün ruhi hadisələri duyğulara geri qaytaran anlayış. 3. Əxlaq
fəlsəfəsi baxımından həyatın anlam və mühtəvasını hiss orqanlarında
tapan təlimlər. Hissiyyatın ilk dönəmdə nümayəndələri,
Kirene məktəbi və epikürçülərdir. Yeni dönəmdə isə xüsusilə
Lokk və Kondillkdır.

SƏNƏT fəlsəfəsi [alm. Kunstphilosophie; fr. Philosophie
del`art; ing. Philosophy of art; osm. tr. felsefe-i sanat] – sənəti,
sənət incilərini və mənasını fəlsəfi yöndən problem kimi qarşısına
qoyan fəlsəfi təlim. Estetikadan fərqi odur ki, sənət fəlsəfəsi daha
geniş miqyaslıdır.

SİMPATİYA [alm. = fr. Sympathie; ing. Sympathy; yun.
Sympateia; osm. tr. tecazüp; tr. Duygudaşlık; ər. رجؤصة .[1. Birgə
hiss etmə, nəyisə birgə yaşama, kiminsə hisslərini paylaşmaq; 2.
Kiminsə kiməsə özündə birbaşa, vasitəsiz olaraq bir təmayül hiss
etməsi, ona qarşı yüksək etimad hiss etməsi.

UTİLİTARİZM [lat. utilitas – fayda] – davranışın faydalılığını
onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,742FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....