Everett Şin – Amerikanın “Degası”, yaxud T. Drayzerin “Dahi”sinin gizli prototipi

Post date:

Author:

Category:

Amerikan Aschan sənət məktəbinin nümayəndəsi rəssam Everett Şin (Everett Schinn) kimdir?

Əsərlərində Nyu-Yorkun çaxnaşmalı şəhər həyatını, ustası olduğu teatr səhnələrini əks etdirən rəssam Everet Şin 1876-cı ildə Nyu Cörsidə 8 uşaqlı ailənin son beşiyi kimi dünyaya göz açmışdır.

Everet Şin

Atasının ən sevdiyi yazıçı olan Edward Everet Hale-ın şərəfinə isə Everet adlandırıldı.

İstedadlı bir uşaq olan Şin 15 yaşında öz buxar mühərrikini ərsəyə gətirdi. Elə bu yaşda Filedalfiya Yaz Bağı (the Summer Garden Collage) Kollecinə qəbul olur. Və burada mexanika rəssamlığını, texniki rəsmlər (alətlər, texniki maşın təsvirləri, çertyojlar) çəkməyi öyrənir. Sonra isə Filedalfiya İncəsənət Akademiyasında təhsilini davam etdirir. Rəssamın həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.

17 yaşında burada illüstrator kimi işə başlayan zaman bu sahə öz zirvəsində idi. Onun canlı, sanki hərəkətdəymiş kimi şəkillər çəkmək və şəklin lazımi detallarına diqqət cəlb edə bilmək qabiliyyəti Şinə bu sahədə uğur qazandırdı.  Robert Henry, John Sloan, Joseph Launla və digər gələcək “Səkkizinci grup”un (the Eight) üzvləri ilə burada tanış oldu.

Onlar birliktə Kömür Klubu (CHARcoal club) adlı qeyri-rəsmi alternativ sənət məktəbini yaradırlar.

Onlar çılpaq (nude art) şəkillər çəkir, bir-birinin əsərlərini müzakirə və tənqid edirdilər. Kömür klubundakılar cəmiyyətin həm tərbiyəsiz, həm də intellektual təbəqəsi hesab olununan insanlar idi. Elə bu klub Ashcan Sənət Məktəbinin (Aschan School) yaranması üçün təməl daşı rolunu oynadı. Klubun üzvlərindən Henry digərlərinin Zola, Emerson, İbsen, Whitman kimi yazıçıları öyrənməyə cəlb edir, rəssamlıqda yeni stillər yaratmağa həvəsləndirirdi. O, gənc sənətkarlara modern şəhərlərdən ilham almağa çağırırdı. Onun fikrincə, müasir rəssamları hamının öyrəşdiyi üslublardan, qəliblərdən uzaq qaçmalı, daha azad (free style) stildə yaratmalı idi. Bu fikir Şinin də sənətə baxış bucağını təşkil edirdi.

Lakin ümumilikdə, qrup üzvlərinin fikrincə, Everet Şin Aschan Məktəbin üslubuna ən az yaxın olan sənətkar idi. Çünki məktəb realist üslublu rəsmləri ilə tanınırdı. Şini isə şəhərin kasıb hissələrindən çox, bahalı, elit həyat cəlb edirdi.

Əsərlərində elit həyatın təsvirinə daha çox yer vermək rəsmlərin realistliyini azaldırdı.

O, Filedalfiya Pressdə uğur qazansa da, 1897-ci ildə buranı tərk edib Nyu Yorka gedir və Anslee’s Magazində işə başlayır. İlk arvadıyla tanışlığı da elə bura ilə bağlıdır. Bundan başqa da o, amerikanın çoxlu məşhur jurnallarında işləmişdir (Harper’s , Vanity fair, Cief, Cook, Judge) . Burada işlədiyi illərdə artıq əsərlərini sərgilərdə də nümayiş  etdirməyə başlayır.

Nümayiş olunan əsərlər cəmiyyətdə təzadlı fikirlərə səbəb oldu.

1899-cu ildə Florens Skovel (Florence “Flosssie” Scovel) ilə evlənir. O da Nyu Cörsidən olan rəssam idi. Lakin 1912-ci ildə boşanırlar. 1913-cü ildə Corinne Boldvin ilə evlənir və 2 uşaq sahibi olur. Bu evliliyində başqa 2 evliliyi də olan rəssamın qarışıq ailə həyatı çoxlu söz-söhbətə səbəb olmuşdur. Elə bu səbəblərdən Everet Şini Teodor Drayzerin “DAHİ” romanın baş obrazının prototipi hesab edirlər. İstedadlı rəssam olan baş obrazın ailə həyatında, qadınlarla münasibətində Şinin həyatıyla paralellər mövcuddur.

1897-ci ilin sonlarında New York World’dəki Joseph Pulitzerdən illüstrator kimi yüksək maaşla iş təklifi alır. ( Bu vaxt Teodor Drayzer də burada işləyirdi.)

Manhattanın sıxlığını, şəhər həyatını çox sevən sənətkar burda işlədiyi dövrü “Fire on mott street and fight” kimi əsərlərində əks etdirir. Şin, xüsusilə. dramatik, aksionlu səhnələri təsvir etməyə böyük marağı vardı (qəzalar, yanan binalar, dava-dalaş).

“The Fight” – “Dava” əsəri Şinin realist üslubda çəkdiyi rəsmlərə  gözəl nümunədir.

Rəsmin sağ hissəsində barın çıxışındakı davanı izləyən bir qrup kişi təsvir olunub. Adamların bir hissəsi ağ, digərləri qara tonlarda təsvir olunub. Belə tonlar istifadə etmək o dövr üçün ənənəvi deyildi. Bu rənglər əsəri biraz da anlaşılmaz etmişdir. əsəri fərqləndirən başqa bir cəhət istifadə etdiyi arxaplandır. Şin, əsasən, elegant arxaplanlara üstünlük versə də, bu rəsmdə amerikanın sadə, kasıb arxa küçələrini təsvirini verir.

Əsərdəki obrazların da adi işçi sinfinə mənsub olduğu hiss olunur. “The Fight” rəsmi “New York Docks”, “The Laundress”, “The Night Life: Accident” və bu kimi əsərlərlə birlikdə Aschan Məktəbinin klassik nümunələrindən hesab olunur.

 

The laundress

“The night life:accident”

“New york Docks“

1900-cü ildə Şinin Arvadıyla birgə çıxdığı Avropa Səyahəti onun rəssamlıq üslübuna xeyli təsir edir. O, impressionist üslubda da əsərlər yaratmağa başlayır.

Bu səyahətlə bağlı özünün qeydləri olmasa da, onun Fransada Dumier, Degas, Lautree, İngiltərədə Walter Sickertin əsərləri ilə tanış olduğu güman olunur. Bu sənətkarların üslubu ilə tanışlığın izləri onun növbəti əsərlərində özünü göstərir.

Xüsusilə, Degas ona daha çox təsir edir. Avropadan qayıtdığı dövrdən sonra onun teatr temalı əsərləri çoxalır. Bu məzmunlu əsərlərə Degas da tez-tez müraciət edirdi. “Trapeze”, “Winter Garden”, “New York”, “Curtain” kimi əsərləri Degasdan təsirlənərək yaradılmışdır.

„Winter garden“

 “Trapeze”

Bu şəkillərdə səhnə arxasından hazırlaşan aktyorlardan balerinalara, sehirbazlara ,tamaşaçılara kimi yer verilmişdir.

Teatra olan sevgisi yalnız rəssamlıqda özünü göstərmir. Onun rəssamlıq studiyasında 55 oturacaqlıq kiçik teatrı var idi ki, burada pyeslər yazır, kostyumlar, səhnə dekorları dizayn edirdi. Bütün bu işlər olduqca xırda gəlir gətirsə də, “Most Sinned against than Usual” adlı pyesi 7 müxtəlif dildə tamaşaya qoyulur.

Everet Şinin Teatr sahəsində çoxlu dostları (dramaturq Clyde Fitch, aktrisa Julia Marlowe) da var idi. Bu insanların köməyi ilə Şin Manhattanın elit, varlı təbəqəsindən olur. Bundan sonra o, varlıların evinə divar rəsmləri çəkməklə də məşğul olur. Müştərilər, əsasən, 16-cı Lüdovik dönəmindəki “Rococo Revivalism” üslubunda rəsmlər sifariş edirdi. Divar rəsmləri sahəsinə verdiyi ən böyük töhfə Belasco Teatrının divarlarını boyaması idi. Bura indi Broadway teatrı kimi məhşurdur.

1908-ci ildə Everet Şin Maqbet Galeriyasında Möhtəşəm bir sərgi keçirir. Sərgidəki rəsmlər Milli dizayn akademiyasının ənənəvi üslubdakı rəsmlərinə protesto kimi idi. Sərgi bir neçə şəhəri gəzir, mətbuatda səs-sorağa səbəb olur. Bu da ölkədə Aschan məktəbinin milli nüfuzunu artırır.

“London hippodromu” (1902) onun ən məşhur əsərlərindəndir.

Yağlı boya ilə çəkilən rəsmin mövzusu yenə də Rəssamın imzası hesab olunan teatr səhnələridir. Bu hippodrom Londonda 1900-cü ildə açılmışdır. Yəqin ki, rəssam avropa səyahəti vaxtı buranı ziyarət etmişdir. Əsərdə yenə də Degasın  ruhu duyulur.

Bütün həyatı boyu Şinin əsərlərinin az qismi nümayiş olunsa da, 1920-ci ildə artıq onun yaxşı kariyerası var idi. Lakin böyük böhran illərində maddi çətinliklərlə qarşılaşır. Bu illər ərzində onun çox az əsəri satılır.
1937-1953-cü illər arası çoxlu dəyərli mükafatlara layiq görülən və vacib sərgilərin iştitakçısı olan Everet Şin 1953-cü ildə ağ ciyər xərçəngindən vəfat edir.

Ümumilikdə, sənət tarixində anti-modernist rəssam kimi iz qoymuşdur. Everet Şin Pikasso (Picasso) və Matisse kimi rəssamların üslubuni ciddi hesab etməmişdir.

Mənbələr:

1. Art Now and Then – Everett Shinn

 

2. At the Theater with Everett Shinn

3. İllustration History – Everett Shinn

4. The Hippodrome, London 

5.  Wikipedia 

Redaktə etdi: Pəri Abbaslı

 

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.