Eynşteynin din və elm haqqında bilinməyən düşüncələri

Post date:

Author:

Category:

İnsan irqinin etdiyi və düşündüyü hər şey dərindən əskikliyini duyduğu ehtiyaclarının təmini və ağrılarının aradan qaldırılması ilə bağlıdır. Ruhi hərəkətlənmələri və bunların inkişafını anlamaq istəsək, bunu daim ağlımızda tutmalıyıq. Hiss etmək və çox istəmək bütün insan səyi və yaradılışı arxasındakı itələyici gücdür, hər nə qədər çox istəmək anlayışı özünü bizlərə daha göstərişli təqdim etsə də. İnsanları dini düşüncə və inanclara yönləndirən duyğular və düşüncələr ən geniş izahı ilə nələrdir? Azca düşünsək, dini düşüncə və təcrübənin ortaya çıxışını nəyin yönləndirdiyini görə bilərik. Primitiv insan üçün dini düşüncələri ortaya çıxaran səbəblər onun ən böyük qorxularıdır; məsələn, aclıq qorxusu, vəhşi heyvanlar, xəstəlik və ölüm kimi. Belə bir var olma mərhələsində təsadüflər arasındakı əlaqələri anlaya bilmək olduqca zəif bir səviyyədə inkişaf etmiş ola biləcəyindən insan zehni istəklərinin və hərəkətlərinin arxasında bu qorxuducu hadisələrin dayandığı, az-çox özünə bənzəyən xəyali varlıqlar yaradır. Beləliklə də insan bu varlıqların özlərinə qarşı lütf halında olmalarını təmin etmək üçün nəsildən-nəslə ötürülən ənənələrlə ona qurbanlar təqdim edər, onları sakitləşdirməyə çalışar və ya ölümlülərə qarşı yaxşı niyyətlər içində olması üçün çalışar. Bu danışdıqlarım qorxu dinini izah edir. Bu, xüsusi bir ruhani qrupu tərəfindən yaradılmamaqla bərabər, onların ortaya çıxışı ilə inkişafı önəmli dərəcədə dayandırılmış bir inanc formasıdır. Həmin ruhani sinfi özünü insanlar ilə insanların qorxduğu varlıqlar arasında bir vasitəçi olaraq təqdim edir və bu təməl üzərinə qurulu olan bir hegemoniya əmələ gətirirlər. Əksər hallarda bir lider və ya idarəçi ya da digər bu cür faktorlardan qaynaqlanan və bəlli bir mövqeyi olan adam ruhani funksiyaları dünyəvi nüfuzla birləşdirir və dünyəvi nüfuzunu daha da dünyəviləşdirir yaxud da siyasi idarəçilər və ruhani sinfi öz maraq dairəsinə görə ortaq bir hədəf yaradırlar. Sosyal qıcıqlandırıcılar da dinin cəmləşməsində digər bir qaynaq olmaqdadır. Ana-atalar və daha böyük birliklərin liderləri ölümlüdür və yanılmaları labüdddür. Rəhbərlik, sevgi və dəstək istəyi insanları sosial və ya etik bir tanrı anlayışı yaratmağa sövq edir. Bu, qoruyan, təqdir edən, mükafatlandıran və cəzalandıran, eyni zamanda, inanan insanın baxış bucağının sərhədlərinə görə insan irqini sevən və həyatını bağışlayan, hətta həyatın özü üçün belə bunları edən, iztirabı və sonu olmayan həsrəti bitirən, ölülərin ruhlarını qoruyan bir tanrıdır. “Əhdi-Ətiq” – qədim əhd (Tövrat) qorxu dinindən əxlaq dininə olan inkişafı insanı heyran buraxan bir formada təsvir edir və bu, “Yeni Əhd”-də (İncil) də davam etmişdir. Bütün sivilizasiyalaşmış xalqların dinləri təməldə əxlaq dinidir. Qorxu dinindən əxlaq dininə olan inkişaf xalqların həyatlarında böyük bir addımdır. Bəhs etdiyimiz primitiv dinlər tamamilə qorxu üzərində formalaşmış və tamamilə əxlaq üzərində yaranmış sivil xalqların dinləri əvvəlcədən diqqətli olmağımızı tələb edən hökmlərdir. Gerçək budur ki, bütün dinlər bunların hər ikisinin qarışığının versiyalarıdır, ancaq bu fərqlə: Sosial həyatın daha yüksək səviyyələrində əxlaq dini daha üstündür. Bütün bu din növlərində ortaq olan nüans tanrı anlayışının insan şəklində bir xarakter olmasıdır. Ümumilikdə, sadəcə qeyri-adi qabiliyyətlərə sahib olan fərdlər və zehni qeyri-adi bir aydınlıq səviyyəsində olan toplumlar bu anlayış səviyyəsinin üzərində gözə çarpan bir çıxış edirlər. Ancaq bir də dini təcrübələrin üçüncü bir mərhələsi var ki, bütün törəmələrin hamısına aiddir və bununla bərabər, nadir hallarda saf qala bilmişdir – mən buna kosmik dini hiss deyirəm. Özündə bunu daşımayan birinə bunu izah etmək olduqca çətindir. Buna səbəb isə xüsusən, məzmununda insan şəklində bir tanrı anlayışının qarşılığını əhatə etməməsidir. Bu duyğuya sahib biri istək və meyilliliklərinin faydasızlığından əlavə, özünü həm təbiətdə, həm də düşüncə dünyasında büruzə verən ucalığı və fövqəladə nizamı hiss edər. Fərdi var olma onda bir növ həbsxana təsiri göstərər və kainatı tək və mənalı bir bütünün parçası olaraq təcrübə etmək istəyər. Kosmik dini duyğunun ilk mərhələləri inkişafın erkən bir mərhələsində ortaya çıxır. Məsələn, Davudun məzmurlarının (İlahi və dua kitabıdır. Tərkibini ayinlərdə oxunan şeir və mahnılar təşkil edir) bir çoxunda və bəzi peyğəmbərlərdə olduğu kimi. Buddizm, xüsusilə də, Şopenhauerin (alm. Arthur Schopenhauer) mükəmməl yazılarından öyrəndiyimiz kimi, bunun çox daha güclü bir ünsürünü əhatə edir. Bütün dövrlərin din sahəsindəki dahiləri bu cür bir dini duyğu ilə ayırd ediliblər. Hansı ki, bu duyğu nə doqma, nə də insan görüntüsündə bir tanrını tanıyır. Bu səbəbdən də, bunun əsas təlimlərinin üzərinə əsaslandığı bir kilsə ola bilməz. Elə bu səbəbdən də, bu cür çox yüksək səviyyədə bir dini duyğu ilə dolu insanlar qətiyyətlə bizə hər dövrün mirası olmuşlar və meydana gələn bir çox hadisədə öz müasirləri tərəfindən ateist, bəzən də müqəddəs olaraq adlandırılmışlar.Bu istiqamətdə baxıldıqda, Demokrit (yun. Δημόκριτος), Frensis (ing. Francis Bacon) və Spinoza (eng. Baruch Spinoza) bir-birilərinə çox bənzəyirlər. Bəs heç bir diqqətə çarpan tanrı düşüncəsinə və ya ilahiyyata sahib deyilkən kosmik dini duyğu insandan-insana necə köçürülə bilir? Məncə bu duyğunu oyandıran və alıcı olan insanlarda canlı tutulmasını təmin edən ünsürlər arasında ən vacibi incəsənət və elmin funksiyalarıdır. Beləcə, elmlə din arasındakı əlaqə anlayışına bilinəndən çox fərqli bir şəkildə gəlmiş olduq. İnsan mövzunu tarixi baxımdan görür, elm və dinə uzlaşmaz müxaliflər olaraq baxır və bunu da diqqətə çarpan bir səbəblə edir. Səbəb-nəticə prinsipinin universal əməliyyatları mövzusunda tamamilə razı olmuş bir insan hadisələrin meydana gəlmə müddətinə müdaxilə etdiyimiz düşüncəsinə istehza ilə yanaşmağı bir an belə ağlından keçirməz, ancaq bu əhəmiyyətli mövqe, əlbəttə, səbəb-nəticə prinsipinə həqiqətən ciddi yanaşdığı təqdirdə haqqında danışılan mövzu ola bilər. Belə bir insanın qorxu dini ilə əlaqəsi olmayacağı kimi, sosial və əxlaqi din də onun üçün eyni dərəcədə səthi qalmaqdadır. Mükafatlandıran və cəzalandıran bir tanrı onun üçün məntiqli deyil, çünki bir insanın hərəkətlərini müəyyənləşdirən şeylər daxili və zahiri zərurətlərdir. Bu səbəblə, insan tanrının gözündə yaşadıqları səbəbindən cansız bir obyektdən daha çox məsuliyyətli ola bilməz. Ona görə də elm etikanın  dəyərini azaltmaqda günahlandırılır, amma bu haqsız bir günahlandırmadır. Bir insanın etik davranışı təsirli olaraq simpatiya, təhsil, sosial əlaqələri və ehtiyacları üzərinə qurulmalıdır, bunun üçün heç bir dini əsasa ehtiyac yoxdur. İnsan ölümdən sonra cəzalandırılma və ya mükafatlandırılma qorxusu ilə məhdudlaşdırıldığı təqdirdə həqiqətən yoxsul bir yolda irəliləmiş olacaq. Beləliklə də kilsələrin niyə hər zaman elmlə mübarizə apardığını və elmin arxasınca gedənlərə təsir etdiyini başa düşmək çətin deyil. Digər yandan, kosmik dini duyğunun elmi araşdırmalar üçün ən güclü və ən ali duyğu olduğu düşüncəsindəyəm. Sadəcə çox böyük səyləri və hər şeydən öncə, nəzəri elmdə qabaqcıl səylərin gerçəkləşdirilə bilməyəcəyi özünü həsr etmə halının fərqində olanlar belə bir çalışma ilə haqqında danışdığımız duyğunu əldə edə bilərlər. Hərçənd ki, bu hal içində həyatın təcili reallıqlarından uzaq olunması bu nəticəni verəcəkdir. Kepler və Nyutonun səma mexanikasının prinsiplərini ortaya çıxarmaq adına illər boyu tək başlarına çalışmaları üçün kainatın rasionallığı üzərinə nə qədər dərin bir inanca sahib olmaları, öyrənməyə qarşı böyük bir sevgi duymaları lazım idi və dünyada bu zehin halı necə də zəif bir əks-səda tapmışdır. Elmi araşdırmanın necə olduğunu bilənlər ilk olaraq, etdikləri araşdırmanın praktik nəticələrinin ətrafları şübhəçi bir dünya ilə əhatəli insanların mentalitetlərində dərhal yanlış düşüncələr əmələ gətirmələrinə səbəb olmaları ilə ayırd edilirlər. Bunlar dünya üzərində əsrlər boyunca yayılan ruhlar üçün yol göstərici olmuşlar. Yalnızca həyatını bənzər sonlara həsr edənlər bu insanlara nəyin ilham verdiyinə və nəyin onlara saysız uğursuzluqlara baxmayaraq, məqsədlərinə sadiq qalma gücü verdiyinin fərqində ola bilərlər. Bir insana belə bir gücü verən elə bu kosmik dini duyğudur. Yaşadığımız dövrə aid bir insan bunu söyləyərkən haqsız sayılmazdı: “İçində yaşadığımız bu materialist dövrdə həqiqi böyük dindarlar sadəcə elmi araşdırmalar edənlərdir.”

 

Image result for aynştayn

 

Tərcümə etdi: Nübar Qafarova 

Mənbə:

http://www.yazarport.com/yazi/6908/din-ve-bilim

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....