Ferdinand Tönnis – icma və cəmiyyət / Sosiologiya

Post date:

Author:

Category:

İndi sosioloji anlayışların antitetik cütləri adlandırılanları nəzərdən keçirək: (Onlara nümunə olaraq, “qapalı, statik cəmiyyət” və”açıq, dinamik cəmiyyət” kimi cüt anlayışlar göstərilə bilər). Bu cütlər və ya “ideya blokları” klassik sosiologiya tərəfindən qəbul olunan və klassik sosiologiyanın cəmiyyət haqqında mühakimə yürüdərkən
istinad etdiyi bazis nöqteyi-nəzərlər və ya özünəməxsus koordinat sistemləri kimi başa düşülə bilər. Ən vacib konseptual cüt görünür ki, alman sosioloqu Ferdinand Tönnis (Ferdinand Tonnies, 1855-1936) tərəfindən daxil edilmişdir.

O, onun əsas əsərinin adına çıxarılmışdır: “İcma və cəmiyyət” (Gemeinschqft und Gesellschaft, 1887). Bu əsərdə
o, icma və cəmiyyət anlayışlarına əsaslanmış hərtərəfli konseptual sistemi işləyib hazırlamağa çalışmışdır. Bu konseptual cütün mənasını Tönnisin nöqteyi-nəzərindən izah edən bir neçə nümunə gətirək:
Siyasi fəlsəfədə (Hobbsdan Kanta kimi) təbii vəziyyət, fərd və ictimai müqavilə ideyaları kimi, klassik sosiologiyada da icma ideyası son dərəcə mərkəzi yer tutur. Hobbsdan başlayan ənənə müqavilə ideyasından mövcud olan sosial münasibətlərin və siyasi şəraitin legitimasiyası və ya əsaslandırılması üçün istifadə etmişdir. Müqavilə
ictimai həyatda hüquqi və ədalətli olan hər bir şeyin modeli idi.
Müqavilə, yəni könüllü razılaşmalar nəticəsində yaranan bütün sosial münasibətlər legitim, qanuni idi.

XIX əsrdə meydana çıxan sosiologiyada “müqavilə” əsas kateqoriya olaraq, əhəmiyyətli dərəcədə “icma” ilə əvəzlənmişdi. Eyni zamanda, icma yaxşı cəmiyyətin modeli idi. Tönnisə görə, icma şəxsi yaxınlığın daha artıq dərəcəsi ilə, emosional dərinliklə, əxlaqi məsuliyyətlə, sosial həmrəyliklə və zaman sürəkliliyi ilə səciyyələnən
sosial münasibətlərin bütün formalarını əhatə edir. Belə bir icmanın tipik nümunəsi – ailədir. Ailənin üzvləri arasında mövcud olan əlaqələr və münasibətlər deyək ki, fahişə və müştəri arasındakı və ya müasir
sahibkar və işçi arasındakı münasibətlərdən prinsipial olaraq fərqlənir.

 

İcmaya əsaslanmış münasibətlərdə “cəmiyyət” üçün səciyyəvi olan etinasız və anonim münasibətlər deyil, sevincdə də, qəmdə də məhəbbəti saxlayan emosional əlaqələr hökmranlıq edir (universitet
müəllimləri və tələbələr arasındakı münasibətləri müqayisə edin).
Tönnisin sosiologiyasında cəmiyyətə (Gesellschaft) tipoloji tərif verilir, burada cəmiyyət insan münasibətlərin xüsusi tipi ilə, yəni individualizmin və şəxssiz formallığın daha böyük dərəcəsi ilə səciyyələnən münasibətlərlə əlaqələndirilir. Bu münasibətlər icmanın əsasını təşkil edən ənənələrin və emosional əlaqələrin əsasında deyil,
iradi qərarın və şəxsi mənafenin əsasında yaranır. Tönnis icmanı birgə həyatın davamlı və həqiqi forması kimi, cəmiyyəti isə – həyatın ötəri, keçici, təsadüfi və mexaniki forması olaraq nəzərdən keçirir.

Biz artıq demişdik ki, icmanın prototipi ailədir. Fərd ailədə doğulur. Qan qohumluğu və ailə bağları – icmanın əsas dayaqları bunlardır. Amma fərd həmçinin, öz lokal ətrafı ilə də müxtəlif dostluq münasibətləri ilə bağlıdır. İcmanın çoxsaylı ifadə formalarına gildiyalar, müxtəlif professional və intellektual ittifaqlar, dini birləşmələr, sektalar və i.a. aiddir. İcmanın tipik münasibətləri əvvəllər usta və şagird arasında və ya evin başçısı ilə ev təsərrüfatının üzvləri (qulluqçular da daxil olmaqla) arasında mövcud idi.

Tönnis vurğulayır ki, icmanın adi anlamında əxlaqi aspekt vacib yer tutur. İcma münasibətləri ilə səciyyələnən cəmiyyət çox vaxt bizi öz üzvlərinin “səmimiliyi”, “dostcanlılığı” və “qonaqpərvərliyi ilə” heyran edir. Bu patriarxal (premodern) cizgilər bizim cəmiyyətdə yayılan korrupsiya, qohumbazlıq, hüquqi və idarəetmə qüsurları fonunda xüsusən, aşkar bir şəkildə meydana çıxır. Cəmiyyət və icma arasındakı fərq sözdən adi istifadədə də öz ifadəsini tapır. Biz insan haqqında deyirik ki, “o, pis cəmiyyətə (Gesellschaft) düşüb”, amma “o, pis icmaya (Gemeinschqft) düşüb” ifadəsindən istifadə etmirik.
(Amma məgər elə kriminal qruplar mövcud deyilmidir ki, onların üzvləri arasındakı münasibətlər “yaxınlıqla” və “səmimiliklə” diqqəti cəlb edir?).
Tönnisə görə, həmçinin, cins problemləri də cəmiyyət və icma anlayışlarında əks olunur. Qadınlar kişilərə nisbətən ənənəvi olaraq, daha çox “xeyirxah dəyərlərə” oriyentirlidirlər. Qadının emansipasiyası (red. asılılıqdan azad olunma) ona gətirib çıxarır ki, qadınlar cəmiyyət üçün tipik olan münasibətlərə əsaslanmış “kişi dünyasına” gəlib düşürlər.
Emansipasiya prosesi sayəsində qadınlar da kişilər kimi «sərt”, “maariflənmiş”, “şüurlu” və “sər-hesablı” olurlar. Tönnisin fikrinə görə, industrial cəmiyyətin inkişafının ilkin mərhələsində qadınların və uşaqların asanlıqla istismar olunması onlarda mövcud olan məhz icma elementini izah edir. Əgər icma münasibətləri kişilərə nisbətən
qadınlara daha çox dərəcədə xasdırsa, onda bu, o faktın aparıcı səbəbi ola bilər ki, daha yüksək əmək haqqı uğrunda rasional və sər-hesablı mübarizədə lider olmaq adətən qadınlara müqayisə olunmaz dərəcədə
daha çətindir. Ola bilər, elə buna görədir ki, cinayətkarlar qadınlar kişilərə nisbətən müqayisə olunmaz dərəcədə daha azdır.

İcma və cəmiyyət konseptual cütlüyü Avropanın yeni tarixində baş verən iri sosial dəyişikliklərin Tönnis tərəfindən anlamında mərkəzi yer tutur. O, vurğulayır ki, Avropa sosiumu həyatın icmaya əsaslanmış formalarından cəmiyyətə əsaslanmış formalarına təkamül etmişdir. Həyatın cəmiyyətə əsaslanmış formaları arasında isə başlıca
yeri razılaşmalar və müqavilələr tutur. Bu proses insanlar arasında yeni əlaqələri doğurmuşdur. O cümlədən, hakimiyyətin dayağı ənənənin avtoriteti deyil, qüvvə oldu. Rəqabət və eqotizm (öz şəxsiyyəti barəsində şişirdilmiş fikir) üstünlük təşkil etməyə başladı.

Cəmiyyətin nüvəsi rasionallıq və iqtisadi sər-hesablıq oldu: “Cəmiyyət nəzəriyyəsi insani varlıqların süni olaraq yaradılmış aqreqatı ilə münasibətə malikdir, bu aqreqat zahirən icmanı onunla xatırladır ki, burada fərdlər birgə mövcuddur və bir-biri ilə sülh şəraitində yaşayırlar. Lakin icmada onlar hətta bütün ayırıcı amillərə baxmayaraq, prinsipial olaraq birləşmiş şəkildə qalırlar, cəmiyyətdə isə onlar bütün birləşdirici amillərə baxmayaraq ayrıdırlar. . .

Cəmiyyətdə hər bir kəs öz-özündə, izolyasiyada mövcuddur. Onun daxilində fərd və bütün digərləri arasındakı münasibətdəki gərginlik göz qaşısındadır. Cəmiyyətdə fərdlərin fəaliyyət və hakimiyyət sferaları kəskin bir şəkildə elə ayrılmışdır ki, hər bir kəs başqasına öz sferası ilə kontaktdan və onun buraya buraxılmasından imtina edir,
yəni buraya daxil olma düşməni akt kimi qiymətləndirilir. Başqasına münasibətdə belə bir mənfi yönüm normaya çevrilir və həmişə hakimiyyətə malik olan fərdlər arasındakı münasibətlərin əsasında yatır. O, cəmiyyəti sülh vəziyyətində səciyyələndirir. Onun daxilində heç kəs başqa bir fərdə nəyisə verməyi və başqa bir fərd üçün nəyisə
istehsal etməyi arzu etmir, heç bir kəs başqasına münasibətdə comərd olmağa meylli deyildir, əgər hədiyyələrin mübadiləsi və ya haqqı ən azı düzgün ödənilən əmək nəzərdən keçirilmirsə” (F. Tonnies. Community and Society. Translated and edited by C. Loomis).

Mümkündür ki, bəziləri bu mülahizəni Tönnisə müasir olan cəmiyyətin tamamilə mənfi xarakteristiksı kimi şərh edəcəklər. O, cəmiyyətdə ümumiyyətlə, müsbət olan nəsə görürdümü? Tönnis heç bir halda irticaçı deyildi və həmişə vurğulayırdı ki, cəmiyyət olmadan müasir liberallığın və mədəniyyətin yaranmasını təsəvvür etmək
olmazdı. Şəhər və şəhər həyatı məhz cəmiyyətlə bağlıdır. Şəhərin ardınca elm, ticarət, sənaye və müasir qərb sivilizasiyası termini altında nəzərdə tutulan hər bir şey “gəlir”. Əgər biz hər halda, icmanın itirilməsi ilə əlaqədar olaraq, nostalgiya hiss ediriksə, onda bu, “ideya bloklarından” və ya klassik sosiologiyanın əsas anlayışlarından gəlib keçən nostalgiyadır. Bu nostalgiya müasir sosial həyat üçün hələ də səciyyəvi olan problemi ifadə edir. Tönnisə görə, yalnız formalarından biri cəmiyyət olan sosial həyat öz çiçəklənməsinə uzaq keçmişdə nail
olmuşdur. Biz müasirliyə doğru hərəkət etdikcə həyatın icma münasibətlərinə əsaslanmış formalarına daha çox tələbat yaranır.
Beləliklə, belə bir nəticə çıxarmaq olar ki, artıq XIX əsrin 80-cı illərində cəmiyyətə icma münasibətlərin və özünəməxsus “təhlükəsizlik mexanizmlərinin” (sosial siyasət, “ümumi firavanlıq dövləti” və i.a. ) daxil edilməsinə yönələn səylər göstərilmişdir. Bizim zamana xas olan şəxsi həyata, lokal sosial mühitə, “dözümlü” dəyərlərə və desentralizasiyaya oriyentasiya Tönnis tərəfindən qoyulmuş problemlərin aktuallığını və vacib olduğunu nümayiş
etdirir.

Biz üzə çıxarmağa səy etdik ki, icma və cəmiyyət konseptual cütlüyü sosial əlaqələrin müxtəlif tiplərini necə səciyyələndirir və bu tiplər Avropa tarixinin iki müxtəlif fazası ilə necə uzlaşdırıla bilər. Görünür ki, icmanı və cəmiyyəti empirik-sosial reallıqda xalis şəkildə heç bir zaman mövcud olmamış iki ifrat vəziyyət kimi nəzərdən
keçirmək daha düzgün olardı. Bütövlükdə isə, müasir sosium icmaya nisbətən cəmiyyət anlayışına daha yaxındır. Qeyd edək ki, bu anlayışlar ideal tiplərdir ki, onları da aşağıda Veberin baxışlarının xarakteristikası zamanı daha təfsilatı ilə təsvir edəcəyik:

Tönnis tərəfindən daxil edilən konseptual cütlük sosiologiyada vacib rol oynayır. Ona öz əsərlərində amerikan sosioloqu Çarlz Kuli (Charles H. Cooley, 1864-1929) də müraciət etmişdir. O, birinci dərəcəli və ikinci dərəcəli sosial qruplar arasındakı fərqi göstərmişdir.
Birinci dərəcəli qrupları birbaşa psixoloji kontakt və şəxsiyyətdən törəyən – “üz-üzə” – münasibətlər səciyyələndirir. Onlar o mənada birinci dərəcəlidir ki, fərdin sosial təbiətinin və ideallarının formalaşması məhz onlarda baş verir. Birinci dərəcəli qrupların ən mühümləri – ailə, qonşu icması və yeniyetmə qruplarıdır. Onlar müxtəlif üsullarla fərddə “biz-özünühissini”, yəni onun bu və ya digər qrupla identiklik hissini formalaşdırır. Təşkilatlar və siyasi partiyalar ikinci dərəcəli qrupların nümunələridir. Birinci dərəcəli qruplarda bilavasitə kontaktların tezliyi və sürəkliliyi böyük olduğu halda, əlaqələr emosional, şəxsiyyətdən törəyən xarakter daşıdıqları halda,
ikinci dərəcəli qruplarda kontaktlar təsadüfi, formal və şəxssizdirlər. Birinci dərəcəli qruplarda kommunikasiya vasitələri nitq, təqlid və jestlər olduğu halda, ikinci dərəcəli qruplarda kommunikasiya vasitələri daha çox məktub, sirkulyarlar və telefon danışıqlarıdır.

Nəzərdən keçiririlən konseptual cütlük “sıx bağlı olan” cəmiyyətlə “zəif bağlı olan” cəmiyyət arasında kriminalist Nils Kristi (Nils Christie) tərəfindən aparılan fərqləndirmə də vacib yer tutur

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

 

STAY CONNECTED

19,697FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...