Frans Kafka -Hökm / Novella

Post date:

Author:

Category:

Hökm

 

Bir günəşli yaz günü idi. Gənc kommersant Qeorq Bendemann çay boyunca düzülmüş evlər
sırasında öz rəngi və hündürlüyü ilə fərqlənən, alçaq, sadə tikilmiş bir evin birinci
mərtəbəsindəki şəxsi otağında oturmuşdu. O elə indicə xaricdə olan bir gənclik dostuna yazdığı
məktubu tamamladı, onu yavaş-yavaş bağladı və dirsəyini yazı masasına dirəyərək pəncərədən
çaya, körpüyə və o biri sahildəki zəif-yaşıl rəngdə olan təpəliklərə tamaşa etdi.
O, ailəsində işlərinin gedişindən narazı olaraq neçə il öncə Rusiyaya qaçmış dostu haqqında
fikirləşdi. İndi o Peterburqda kommesriya işləri ilə məşğuldur. Onun işləri əvvəlcə çox yaxşı
gedirdi, amma sonralar elə bil ilişib qalmışdı, bu haqqda dostu ona gec-gec gəldiyi səfərləri
zamanı şikayətlənmişdir. Beləcə o qəribdə xeyirsiz işlərlə məşğul idi, əcnəbi stilə malik saqqal
onun uşaqlıqdan yaxşı tanış olan sifətini tam örtmürdü. Onun sarı rəngi inkişafda olan
xəstəlikdən xəbər verirdi. Dostunun söhbətlərindən məlum olurdu ki, onun oradakı
həmvətənlilərinin koloniyası ilə sıx əlaqəsi yoxdur; eyni zamanda onun yerli ailələrlə də
münasibəti alınmırdı və qəti olaraq həyatını sübaylığa həsr etmək qərarına gəlmişdi.
Açıq-aydın yolundan çıxmış belə bir insana nə yazmaq olardı, onun halına yalnız acımaq
gərəkdir, amma heç cürə kömək etmək yox. Bəlkə ona məsləhət vermək olardı ki, o evinə
qayıtsın, yaşayışını burada qursun, köhnə dostluq münasibətlərini yeniləndirsin, buna heç bir
maneə yox idi, və qalan şeylərdə dostlarının köməyinə arxalansın. Ancaq bu o demək idi ki, ona
nə qədər dostcasına olasa da, bir o qədər də kəskin şəkildə bildirəcəklər ki, onun indiyə qədər
etdiyi cəhdlər əbəs olub və sonda onlardan imtina edib evə qayıtmalı olub və həmişəlik qayıtmış
birisi kimi daima təəccüblü baxışlar altında əziləcək; guya yalnılz onun dostları həyatı anlayırlar
və o yaşlı uşaq kimi evdə qalıb uğur əldə edən dostlarının dediklərinə qulaq asmalıdır. Və kim
əmin ola bilər ki, ona çəkiləsi zəhmətlər bir nəticə verəcək? Yəqin ki, onu evə dönməyə yola
gətirmək mümkün olmayacaq — hətta onun özü deyirdi ki, onun vətəni ilə bağlı heç bir hissiyatı
yoxdur—və heç nəyə baxmayaraq, belə məsləhətlərdən boğaza gəlmiş və dostlarından daha
uzaqlaşmış halda xaricdə qalacaq. Əgər o deyilən məsləhətlərə qulaq asıb pis niyyətlə yox,
vəziyyətlə bağlı qayıtsa, onda o özünü dostlarının arasında görməyəcək, təklikdən sıxılacaq, öz
durumuna görə utanacaq və onda doğrudan da o dostlarsız və vətənsiz olacaq, belə olan bir halda
onun necə var eləcə də xaricdə qalması yaxşı deyilmi? Belə bir şəraitdə düşünmək
mümkündürmü ki, o öz işlərini burada qaydasına qoya biləcək?
Bu səbəblərdən, əgər məktub əlaqəsini əsla saxlamaq istəyirsənsə, ona, hətta uzaq tanışına
düşünmədən verə biləcəyin xəbərlər haqqında da yazmaq olmazdı. Dostum artıq üç il idi ki,
evlərinə gəlmirdi və bunu məcburi olaraq Rusiyadakı siyasi durumun stabil olmaması ilə
əlaqələndirirdi, bu guya balaca kommersantın kiçik yoxluğuna imkan vermirdi, o vaxt ki, yüz
minlərlə ruslar rahatca dünyanı dolaşırdılar. Bu üç il ərzində Qeorq üçün çox şey dəyişmişdi.
Qeorqun iki il öncə anası rəhmətə getmişdi və o qoca atası ilə bir mənzildə yaşayırdı. Onun
anasının vəfatı haqqında dostu əlbəttə xəbər tutmuşdu və o quru halda ifadə etdiyi bir başsağlığı
məktubu göndərmişdi, bunun səbəbi onda ola bilərdi ki, qərbçilikdə ola-ola belə bir itkinin
ağrısını duymaq çətindir. Artıq Qeorq bütün qalan işləri kimi ticarət işləri ilə də daha da
qətiyyətlə məşğul omağa başaldı. Bəlkə də anasının sağlığında atası ticarət işlərində yalnız öz
şəxsi düşüncələrini üstün tutaraq Qeorqa işləməkdə maneəçilik yaratdırdı; bəlkə də atası ansının
vəfatından sonra ticarət işlərində olsa da özünü qapalı aparırdı; bəlkə də— hətta çox böyük
ehtimalla— uğurlu təsadüflər əsas rol oynamışdı; istənilən halda ticarət işləri bu keçən iki ildə
gözlənilməyən şəkildə genişlənmişdir, işçilərin sayını iki dəfə artmışdır, dövriyyə beş dəfə
artmışdır və ticraətin sonrakı artımı artıq şübhəsiz idi.
Dostumun isə bu yeniliklərdən xəbəri yox idi. Qabaqlar, sonuncu dəfə zənnimcə baş sağlığı
məktubunda o Qeorqu Rusiyaya köçməyə sövq etməyə cəhd etmişdi və Qeorqun iş fəlaiyyti
üçün Petrebirqda olan umkanlar haqqında ətraflı yazmışdır. Qeorqa öz işində əldə etdiyi
mənfəətin müqabilində göstərilən məbləğ çox aşağı idi. Qeorqun isə əldə etdiyi kommersiya
uğurları haqqında dostuna yazmağa heç həvəsi yox idi və əgər o bunu sonradan etsəydi də bu çox
təəccüblü görünərdi. Ona görə də, Qeorq, dostuna sakit bazar günü düşünərkən adamın ağlına
gələ biləcək əhəmiyyətsiz şeylər haqqında yazmaqla kifayətləndi. Onun istədyi yeganə şey o idi
ki, dostuna təsəlli verən, çoxdan onun yaddaşında vətəni haqqında həkk olunmuş yaxşı xatirələr
qorunub qalsın. Belə alındı ki, dostu Qeorqun ona müxtəlif zamanlarda yazdığı üç məktubda
təsvir etdiyi, heç bir əhəmiyyəti olmayan bir şəxsin özü kimi əhəmiyyətsiz bir qıza nişanlanması
xəbəri ilə maraqlanmağa başaldı. Bu heç də Qeorqun marağında deyildi. Qeorq özünün bir ay
öncə imkanlı ailəyə məxsus qız Frida Brandenfeldlə naişanlanmasından yana, ona belə şeylər
haqqında yazmağı daha üstün tuturdu. O öz nişanlısı ilə bu dostu haqqında tez-tez danışardı və
əsasən də aralarında olan məktub əlaqəsi haqqında.
-Onda o bizim toyumuza gəlməyəcək-xanım deyərdi,-amma mən sənin bütün dostlarını tanımaq
istərdim.
-Mən onu narahat etmək istəmirəm-Qeorq dedi.-Məni düzgün başa düş, bəlkə də o gələcək, ən
azından mən belə düşünürəm, amma ö özünü buna məcbur edəcək və qəlbi sarsılacaq, bəlkə də
mənə həsəd aparacaq və bu narazıçılığı aradan qaldırmaqda açıq-aydın narazı və qabiliyyətysiz
bir halda geriyə qayıdacaq. Tənhalıq- bilirsən bu nə deməkdir?
– Bəs o bizim toyumuz barədə başqa yolla xəbər tuta bilməz?
-Mən bunun qarşısını ala bilmərəm, amma onun o həyat tərzində bu mümkün deyil.
– Səninki Qeorq belə dostların var, heç evlənməsən yaxşıdır.
– Burada bizim ikimiz də günahkarıq, amma mənim indi nəyisə dəyişməyə həvəsim yoxdur.
Və onun öpüşləri altında xanım tənginəfəs olsa da o deməyə macal tapdı:
– Əslində mən buna acıyıram,- o özlüyündə qərara aldı ki, bütün bunlar haqqında dostuna
yazmağın heç bir ziyanı olmaz.- Mən beləyəm və o məni belə də qəbul etməlidir.- O öz-özünə
dedi.- Məndən onun dostluğuna sadiq daha yaxşı insan düzəltmək mümkün deyil.
Və həqiqətən də o bazar günü, səhər-səhər yazdığı uzun məktubda dostuna baş vermiş nişanlama
haqqında bu şəkildə məlumat verirdi: “Ən gözəl yenilik mənə sonda nəsib oldu. Mən imkanlı
ailəyə mənsub olan Fröylayn Frida Brandenfeldlə nişanlanmışam. O sənin getməyindən çox-çox
sonralar bizm elə köçüb, ona görə də, sən onu tanıya bilməzsən. Mənim nişanlım haqqında sənə
ətraflı yazmağa yəqin ki, başqa imkanlar olacaq, bu gün isə yalnız demək istəyirəm ki, mən çox
xoşbəxtəm və bizim səninlə qarşılıqlı münasibətimizdə dəyişən odur ki, mənim timsalımda sən
adi diost yox, xoşbəxt bir dosta sahibsən. Bundan əlavə sənə öz salamlarını göndərən və sənə
tezliklə özü yazacağına söz verərən nişanlımın simasında bir yaxn dost tapacaqsan, hansı ki,
sübay adam üçün elə də əhəmiyyətsiz deyil. Mən bilirəm, sənin bizə baş çəkməyə gəlməyinə
mane olan çoxlu şeylər var, bəlkə bizim toyumuz sənin bütün menələri bir yana atıb biz tərəflərə
gəlməyinə əsas ola bilər? Necə olsa da sən mənə fikir vermədən özün bildiyin kimi hərəkət et.”
Qeorq bir müddət əlində də məktub, sifətini pəncərəyə tərəf çevirərək masa arxasında dondu.
Küçədən keçən tanışının verdiyi salamı üzündə heç bir təbəssüm göstərmədən aldı.
Nəhayət o məktubu cibinə qoyaraq otaqdan çıxdı və ensiz dəhlizlə, atasınımn, çoxdan ayaq
basmadığı otağına keçdi. Əslində buna heç ehtiyac da yox idi, çünki o atasıyla hər gün ofisdə
görüşürdü, naharı birlikdə eyni yeməkxanada edirdilər, axşamlar isə hərə öz zövqünə uyğun
məşğliyyət seçsə də, onlar adətən əllərində qəzet eyni otaqda oturardılar. Qeorq çox vaxt olduğu
kimi rəfiqələrinin yanında olanda və ya son vaxtlarda nişanlısına baş çəkməyə gedəndə bu qayda
pozulardı.
Belə günəşli gündə atasının otağında qaranlıq olması Qeorqu təəccübləndirdi. Belə kölgənin
səbəbkarı enzih həyətin o biri tərəfində duran divar idi. Atası, anasını xatırlayan əşyalarla
bəzədilmiş bir küncdə, pəncərə qabağında oturmuşdur və o qəzet oxuyurdi, yazıya yandan
baxaraq bununla zəif gözlərini uyğunlaşdırmaq istəyirdi. Masanın üstündə qalan səhər yeməyinə
əldə dəyməmiş kimi görünürdü.
-Ah Qeorq!-dedi atası və ona qarşı gəldi. Onun ağır yataq ətəyi yeriyəndə açıldı, ucları
yellənməyə başladı-“mənim atam hələ də nəhəngdir”, – özlüyündə Qeorq düşündü .
– Bura dözülməz dərəcədə qaranlıqdır,- o sonra dedi.
-Hə qaranlıqdır,- atası cavab verdi.
-Pəncərləri də basdırmısan?
– Mənə belə yaxşıdır.
– Bayırda axı çox istidir,-Qeorq sanki ilkin düçüncələrini davamı kimi dedi və oturdu.
Atası səhər yeməkləri olan qab-qacağı yığışdırdı və onları sandığn üstünə qoydu.
-Mən əslində sənə demək istəyirdim ki,- Qeorq qocanın hərəkətlərini dağınıq şəkildə izləyərək
davam edti.- Mən elə indicə Peterburqa nişanlanmağım barədə xəbər verdim.
O cibindən məktubun ucunu çıxartdı və sonra geri itələdi.
– Niyə Peterburqa?- soruşdu atası.
– Necə yəni, dostuma?- Qeorq dedi və atasının gözlərini aradı.- “Ofisdə o tamam başqadır”
fikirləşdi o, ” burada olduğu kimi yox, oturacaqda yayılb və əllərini də döşündə çarpazlatyıb”.
-Hə sənin dostun- atası vurğuadı.
– Sən bilirsən ki, ata, əvvəcə mən bunu gizlətmək istəyirdim. Sadəcə olaraq onun kefini
pozmamaq üçün, başqa heçnə yox. Sənki bilirsən, o necə də çətin adamdır. Düşündüm ki, mənim
nişanlanmığımı başqalarından öyrənə bilər, baxmayaraq ki, bu onun tənha həyatı tərzində çox az
ehtimallıdır-mən buna qarşı heçnə edə bilmərəm.- amma mənim özümdən bu haqqda o heçnə
eşitməmələdir.
-Amma indi sən fikrini dəyişmisən?- atası soruşdu, pəncərə altına qəzeti və onun üstünə eynəyini
qoyaraq onu əli ilə örtdü.
-Hə, indi mən bu fikirdəyəm. Əgər o mənim yaxın dostumdursa, mən belə düşünürəm, onda
mənim xoşbəxt nişanlanmam da onun üçün sevincli olmalıdır. Və ona görə də, mən gözləmədən
ona yazdım. Məktubu göndərməzdən öncə bu haqqda sənə danışmaq istədim.
-Qeorq-,- atası dişsiz ağzını daha da geniş açaraq dedi,- mənə qulaq as! Sən mənim yanıma bu
işlə məsləhətləşmək üçün gəlmisən. Şübhəsiz bu sənin üçün fəxrdir. Amma bunun heç bir
mənası yoxdur, əgər sən mənə bütün həqiqəti deməsən bu dəhşətdir. Mən indi aidiyyatı olmayan
şeyləri buraya qatmaq istəmirəm. Bizim əziz anamızın vəfatından sonra çox xoşagəlməz şeylər
baş verib. Bəlkə də buna qayıtmağın vaxtı gələcək və bəlkə də gözlədiyimizdən də tez. İş zamanı
çox şey mənim nəzərimdən qaçır- mən indi demək istəmirəm ki, məndən bunu gizlədirlər- mən
artıq o qədər də gücə malik deyiləm, yaddaşım zəifləyir, və mən baş verən hər şeyi izləyə
bilmirəm. Birincisi, bu təbiidir və ikincisi bizim anamızın ölümü mənə daha çox pis təsir göstərdi
nəinki sənə. Amma biz ki, indi o məktub üzərində dayanmışıq, Qeorq mən səndən xahiş edirəm,
məni aldatma. Bu boş şeydir, hətta bir qara qəpyə də dəyməz, belə ki, məni aldatma. Sənin
Peterburqda həqiqətən dostun var?
Qeorq təəccüblü halda ayağa durdu.
– Allah mənim dostlarımın başını bilməsin. Minlərlə dost mənim atamı əvəz edə bilməzlər.
Bilirsən, mən nə düşünürəm? Sən özünə yaxşı baxmırsan. Amma qocalığın öz tələbləri var.
Dükanda sən mənim üçün əvəzolunmazsan, bunu ki, sən gözəl bilirsən, amma dükan sənin
sağlamlığına xələl gətirirsə mən elə günü sabah onu həmişəlik bağlayım. Yox olmaz. Biz sənin
həyat tərzini başqa cür qurmalıyıq. Kökündən. Sən burda qaranlıqda oturursan, baxmayaraq ki,
otaqda daha işıqlıdır. Sən səhər yaxşı yemək əvəzinə, yeməkdə dindələnirsən. Sən bağlı pəncərə
arxasında oturursan, amma təmiz havanın sənə xeyri dəyər. Yox ata! Mən həkim çağıracağam və
biz onun təkliflərinə riayət edəcəyik. Biz otağı dəyişməliyik, sən qabaq otağa köçəcəksən, mən
isə buraya. Bu sənin üçün böyük dəyişiklik deyil, hər şeyi otağa köçürəcəyik. Amma bunu
tədricən etmək lazımdır, indi isə sən bir az yatağa uzan, sənə dincəlmək lazımdır. Gəl, mən sənə
soyunmağa kömək edim, görəcəksən, mən bunu bacaracağam. Yoxsa elə indicə qabaq otağa
keçmək istəyrsən, onda hələlik mənim çarpayıma uzana bilərsən. Belə hər şeydən yaxşı olardı.
Qeorq düz atasının yanında durmudur, o dağınıq ağ saçlı başını sinəsinə sallayaraq oturmuşdur.
-Qeorq,-dedi atası sakitcə, hərəkətsiz.
Qeorq o saat atasına yanında çömbəldi, atasının yorğun sifətində bərəlmiş gözləri yandan ona
baxırdılar.
-Sənin Peterburqda dostun yoxdur. Sən həmişə kiminləsə zarafat etməyi xoşlardın və hətta
məndən də yan keçmədin. Birdən haradan orada sənin dostun meydana çıxdı? Heç cür inana
bilmirəm.
– Ata, sən bir yadna sal,- dedi Qeorq, atasını kreslodan qaldırdı və onu soyundurdu, o ayaq üstə
güclə dayanırdı.- Dostumun sonuncu dəfə bizə gəlməyindən arıq üç il keçir. Hələ mənim
yadımdadır ki, sənin ondan xoşun gəlmirdi. Azı iki dəfə o mənim otağımda ola-ola mən sənə
yalan danışmışam. Sənin ona qarşı olan nifrətini anlaya bilərdim, çünki mənim dostumun çox
qəribə xasiyyəti var. Amma bir dəfə nədənsə siz çox maraqlı söhbət edirdiniz. Mən o vaxt çox
qürur duyurdum ki, sən ona qulaq asırsan, başınla təsdiqləyirsən və sual verirsən. Yadına salsan,
onu mütləq xatırlarsan. O dəfə o Rusiyadakı qeyri adi inqilabdan danışırdı. Məsələn, o Kiyevə iş
dalınca getdiyi vaxt orada üsyan zamanı bir keşişin balkonda ovucunu xaç şəklində kəsərək onu
camaata qaldırıb qışqırdığını söyləyirdi. Bu hekayəni sənin özün danışmağı xoşlardın.
Söhbət ərəfəsində Qeorqa atasını qaldırıb kresloda oturtmaq və onun əynindəki, tumanı və onun
üstündən keyindiyi şalvarını və corabları ehtiyatla çıxarmaq nəsib oldu. Atasının heç də təmiz
görünməyən alt paltarını gördükdə özünü atasına yaxşı baxmamaqda qınadı. Atasının alt
paltarının dəyişməsinə o baxmalı idi. Atasının gələcəyi haqqında hələ o nişanlısı ilə
danışmamışdı və onların bu haqqda susmaları ona dəlalət edirdi ki, ata köhnə evdə tək yaşa
biləcək. İndi isə o tam qətiyyətlə atanı öz gələck ailəsinə götürmək qərarına gəldi. Yaxından
baxdıqda adama elə gələ bilərdi ki, ataya qulluq artıq gecikmişdi.
Qeorq atasını qucağında çarpayıya aparırdı. Bir neçə addın atmışdı ki, onu vahimə bürüdü, atası
onun saatının zənciri ilə oynayırdı. Atası saatın zəncirindən bərk yapışdığndan o atasını o saat
yatağa qoya bilmədi.
Atası yatağa uzandı və hər şey öz qaydasını aldı. O yorğanla üstünü örtdü və yorğanı başına
qədər çəkdi. O Qeorqa yad olmayan baxışlarla baxırdı.
– Sən onu xatırlayırsan ata, elə deyilmi? – soruşdu Qeorq və başı ilə təsdiqlədi.
– Üstüm yaxşı örtülüb?-soruşdu ata, sanki özü baxa bilmirdi ki, ayaqları örtülüb ya yox.
– Sənə yataqda yaxşıdır,- dedi Qeorq və yorğanı düzəltdi.
– Üstüm yaxşı örtülüb?- ata yenə soruşdu və cavabı diqqətlə gözlədi.
– Naraht olma, üstün yaxşı örtülüb.
-Yox!- ata elə qışırdı ki, cavab sualla toqquşdu, yorğanı güclə arxaya atdı, bir anlığa o havada
uçduqdan sonra yataqda düz sərildi. O yalnız bir əli ilə yorğanın kənarından tutmuşdu.
– Sən mənim üstümü örtmək istədin, bunu mən də bilirəm mənim əzizim, amma üstüm hələ də
örtülməyib. Bu sonuncu güc səndə kiafyət ədər olsa da, mənim üçün çoxdur. Əlbəttə tanıyıram
mən sənin dostunu. O mənə oğulluğa yarayardı. Ona görə də, sən bütün bu illər boyu onu
aldatmısan. Yoxsa niyə? Elə bilirsən, mənim onun üçün ürəyim yanmayıb? Ona görə də, sən
otağında gizlənirsən, ki heç kim sənə mane olmasın və sən Rusiyaya yalançı məktub yazasan.
Amma ataya heç kim öz doğma oğlunu tanımağı öyrədə bilməz. Sən indi elə düşünürsən ki, onu
altında əzib heçə döndərmisən, onun üstündə otura bilərsən və tərənməz durub, və çünki oğlum
evlənmək xəyalına düşüb!
Qeorq atasının açdığı dəhşətli mənzərəni seyr edirdi. Atasının qəfildən belə yaxşı tanıdığı
Peterburqdakı dostu onda heç vaxt olmayan qeyri adi bir hiss yaratdı. O gözləri önündə onu uzaq
Rusiyada itkin düşmüş kimi canlandırdı. Onu talan edilmiş, boş dükanın qapısı önündə gördü.
Dağıldılmış rəflər, əzilmiş mallar, dağılan armaturalar arsında onu təsəvvür etdi. O nədən belə
uzaqlara getdi!
-Amma, mənə bax!- çağırdı atası və Qeorq çaşqın halda çarpayıya tərəf getdi, deyilənləri
havadaca tutmaq istədi amma yarı yolda qaldı.
– O yubkasını elə qaldırdığına görə,-uzatdı atası,- çünki o yoluq cücə yubkasını elə galdırdı ki,-
və atası bunu göstərmək üçün əynindəki köynəyi yuxarı qaldırdı, onun budunda müharibədən
aldığı şram göründü,- o yubkasını bax belə və bax belə yuxarıya qaldırdı ki, sən onun üstünə atıla
bildin və öz ehtiraslarını söndürə bildin, bununla sən anamızın xatrəsini günaha batırdın, dostunu
satdın və atanı yatağa soxdun ki, o sənə toxunmasın. Amma o sənə toxunur, görüsən?
İndi o heç bir kömək olmadan durmuşdu və ayaqları ilə havanı təpikləyirdi. Hər şeydən xəbəri
olduğu üçün o şəfəq saçırdı.
Qeorq güncdə, atasından mümkün qədər uzaqda durmuşdu. Uzun müddətdən sonra o qərar aldı
ki, bütün baş verənləri dəqiq müşahidə etsin ki, onu arxadan və ya yuxarıdan heçnə qəflətən
yaxalamasın. Birdən o yendə də çoxdan unudulmuş qərarı xatırladı və onu iynə gözlüyündən
keçən qısa bir sap kimi unutdu.
– Amma dost satılmayıb!- qışqırdı atası, sözlərini baş barmağını havada yelləyərək bərkitdi. –
Burada onunun tərəfini mən saxlamışam!
-Komediyaçı!- Qeorq qışqırmadan özünü saxlaya bilməsə də, dilini dişləməyi gec hiss etdi,
gözləri bərəlmiş halda o ağrıdan əyildi.
-Hə, əlbəttə mən komediya oynayıram! Komediya! Yaxşı sözdür! Qoca, dul atana daha hansı söz
yaraşar! De- və bir anlığa mənim canlı oğlum ol- de ki, mənə arxa otaqda uzanmaqdan, etibarsız
işçilərlə müşaiyət olunan sümüyümə qədər qocalıqdan başqa nə qalıb? Mənim oğlum isə razı
halda dünyanı gəzərək, mənim hazırladığım sövdələşmələri bağladı, sevincindən əzilib-büzüldü
və atasının önündə lovğalandı. Sən elə bilirsən ki, mə səni sevmirəm- mən, səni dünaya gətirən?
– İndi o əyiləcək,- düşündü Qeorq.- “O indi yıxılb əzilsə!” bu sözlər onun beynindən keçdi. Atası
əyildi amma yıxılmadı. Qeorq atasının gözləntilərinin əksinə olaraq qabağa addım atmasa da, o
qamətini düzəltdi.
– Dur durduğun yerdə, sən mənə lazım deyilsən! Elə bilirsən sənin buraya gəlməyə gücün çatar
və yerində donmusan, çünki sənə elə əlverişlidir. Çaşırsan! Mən hələ güclüyəm! Mən tək
olsaydım, yəqin ki, mən təslim olardım, amma anan mənə öz gücünü verib və mən sənin
dostunla çox gözəl danışmışam, bütün sənin müştərilərin bax buradadır, mənim bu cibimdədir!
“ Onun gecə köynəyində cib haradandır”, öz-zöünə Qeorq düşündü və ona elə gəldi ki, bu
sözlərinə görə atasını yer üzündən silmək olardı. O bu haqqda bir an düşündükdən sonra onu
dərhal unutdu.
-Get nişanlına yapış və mənim gözümə görünmə! Mən onu cəhənnəmə vasil edərəm, heç ağlına
da gəlməz necə!
Qeorq naümid qrimaslar etdi, guya buna inanmır. Deyilənlərə qüvvət vermək üçün atası başı ilə
küncdə duran Qeorqa tərəf əydi:
– Sən bu gün mənimlə necə danışdın, yanıma gəlib nişanlanmağın haqqında dostuna məktub
yazmağını soruşanda! O ki, hər şeyə bələddir, axmaq! Mən ona hər şey haqqında yazmışam,
yaxşı ki, sən məndən yazı ləvazimatını götürməyi unutmusan. Ona görə də, o neçə illərdi ki,
buralara gəlmir, o səndən də yüz dəfə hər şeyi yaxşı bilir, sənin məktubunu o oxumayaraq sol
əlində əzdiyi halda, sağ əlində o oxumaq üçün mənim məktubumu tutacaq.
O həvəslənərək əlini başının üstündə yellətdi.
– O hər şeyi səndən yüz dəfə yaxşı bilir!-qışqırdı ata.
-On min dəfə!- Qeorq gülümsəyərək dedi, amma söz ağzında ikən öldürücü ciddilik halını aldı.
– Artıq neçə ildir ki, sənin bu sualla mənim yanıma gəlməyini gözləyirdim! Düşünürsən ki, məni
digər şeylər maraqlandırır? Yoxsa mən qəzet oxuyuram? Al tut!- və o Qeorqa qəzet vərəqlərini
atdı, necəsə onlar da çarpaynın üstünə gəlib çıxmışdılar. Bunlar adları Qeorqa məlum olmayan
köhnə qəzetlər idilər.
– Sən ağıllalana qədər çox fikirləşdin! Anan bu gözəl günü görmədən rəhmətə getdi, dostun
Rusiyada məhv olur, hələ üç il bundan qabaq o saralıb getmşidi, mən isə heç, özün görürsən nə
gündəyəm. Bunu ki, sənin görməyə gözlərin var!
– Deməli sən məni izləmisən!- qışqırdı Qeorq.
Atası ürək yanğısı ilə dedi:
– Sən bunu mənə yəqin ki, qabaqlar da demək istəmisən. İndi isə artıq bunun yeri deyil.
Və hündürdən:
– Artıq bilirsən ki, səndən başqa şeylər də varmış, yoxsa indiyə qədər yalnız özün haqqında
bilirdin! Əslində sən günahsız uşaq idin, amma daxilin o qədər şeytanla doludur ki.- Ona görə də,
mən sənə suda boğulmaqla ölüm cəzası hökmünü verirəm!
Bu anda Qeorq onu nəyinsə otaqdan qovduğunui hiss etdi. Arxasında atasının çarpayıya gurultu
ilə yıxıldığnı eşitdi, səs hələ də onun qulaqlarında cingildəyrdi. Aşağıya qaçarkən pilləkəndə o,
yuxarıya otağı yığmağa gedən qulluqçunu vurub aşırdı. “Allah!” qışqıraraq o üzünü yaxalıqla
örtdü, Qeorq isə artıq yox olmuşdu.
Qeorq darvazadan çıxdı, çıxış onu suya apardı. O artıq sahildən bərk yapışıb, bir tikə çörəkdən
yapışan kimi. O digər tərəfə atıldı, bir gimnast kimi, gənclikdə valideynlərini sevindirdiyi kimi.
Zəifləyən əlləri ilə o hələ tuta bilir; sahildəki qəfəsin dirəkləri arasından, onun suya düşməsinin
səsini batıran, küçədən keçən avtobusu gördü, sakitcə qışqırdı” Əziz valideynlərim, mən axı
sizləri sevirdim”, və əllərini buraxdı.
Bu anda körpüdən sonsuz sayda maşın keçdi.

 

 

Tərcümə: Rezo Əliyev 

Tərcüməçilərin digər tərcümələri tam versiyada : https://ebooks.azlibnet.az/book/35070218.pdf

STAY CONNECTED

20,458FansLike
2,296FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.