Frans Kafka -Kənd həkimi / Novella

Post date:

Author:

Category:

Kənd həkimi

Mən çox çıxılmaz vəziyyətdəydim ; təcili getmək lazım idi ; on mil aralıdakı kənddə məni ağır
xəstə gözləyirdi ; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi ; mənim arabam vardı , elə
bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba ; əlimdə yol çantası , özüm də
kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım ; di gəl, atım yox idi! Builki sərt
qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi ; qulluqçum kəndi axtarmağa
başladı ki , bəlkə biri mənə at verə , lakin gözlədiyim kimi ümidsiz cəhd . Və mən getdikcə
sıxlaşan qarın altında hərəkətsizlikdən keyiyərək boş – boşuna dayanıb durmuşdum . Bu da
qulluqçum , o təkdir ; hələ darvazanın yanından fanarla mənə işarə edir . Əlbəttə ki , belə bir
vaxtda , üstəlik də bu cür yol üçün heç kim atını mənə verməzdi ! Yenə də həyətdə var – gəl
etdim , lakin onsuz da ağlıma bir şey gəlmədi . Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz
pəyəsinin laxlayan qapısına ayağımla toxundum . Qapı açıldı və rəzələri cırıldadı . Pəyədən
hərarətlə birgə elə bil at iyi də gəlirdi . Tavandakı kəndirdə tutqun fənər yellənirdi . Alçaq
anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi mənə sarı çevrilib göy gözlərini üzmə zillədi .
– Əmrinizlə həyərləyimmi ? – deyə o iməkləyə -iməkləyə soruşdu .
Bilmədim ki , ona nə deyim . Fəqət əyildim ki , orada daha nə olduğunu görüm . Qulluqçu qız
onun yanında dayanmışdı .
– Varlının heç ağlına da gəlməz ki , onun təəssüratında nə var , nə yox , – qulluqçu qız belə
deyən kimi hər ikimiz güldük .
– E – hey , “ Qardaş “ , e – hey , “ Bacıcan !” – deyə mehtər qışqırdı və iki nataraz at ayaqlarını
qarınlarına yığıb gözəl başlarını dəvə kimi yellədərək , yumru ombalarını oynadaraq bir –birinin
ardınca qapı aralığından ağır – ağır çıxdı . Dərhal da hündür ayaqları üzərində qamətlərini
düzəltdilər . Onların parlaq tükləri arasından qatı buğ çıxırdı .
– Ona kömək elə , – dedim . Lütfkar qız da mehtərə yəhər – qayışı vermək üçün tələsdi .
– Ancaq qız təzəcə yaxınlaşmışdı ki , mehtər onu qucaqlayıb üzünü üzünə sıxdı . Qız qışqırıb
mənim üstümə atıldı ; onun yanağında iki sıra dişin qırmızı yerləri qalmışdı .
– Heyvanın biri heyvan , qamçı yemək istəyirsən ? – deyə qəzəblə qışqırdım .
– Tezcə də özümü ələ aldım , axı mən bu adamla heç tanış da deyiləm . Heç bilmirəm hardan
peyda oldu . Bir kimsə mənə kömək etmədiyi halda , o özü mənə yardım etmək istəyir . Mehtər
elə bil ki , fikirlərimi oxuyaraq hədəmi bir qulağından alıb , o birindən ötürdü . Və hələ də atlarla
əlləşərək bir anlığa mənə tərəf döndü :
– Əyləşin
Doğurdan da hər şey hazır idi . Bu cür əla qoşqu ilə hələ indiyəcən he yerə getməmişdim , ona
görə də həvəslə əyləşirəm .
– Özüm sürəcəyəm , sən yolu tanımırsan , – deyə mən bildirirəm .
– Bəs necə , mən heç sizinlə getməyəcəyəm də , Roza ilə qalacam .
– Yox ! – deyə Roza çığırdı . Və özünün labüd iştirakını qabaqcadan hiss edərək dəhşət içində
evə cumur ; mən onun qapını bağladığı zəncirin cingiltisini eşidirəm ; qıfılın necı şaqqıldadığını
dinləyirəm ; təqibdən gizlənərək , əvvəlcə dəhlizdə , sobra isə o biri otaqlarda ırağı
söndürdüyünü görürəm .
– Sən mənimlə gedəcəksən , yoxsa , mən də getmərəm . Bəlkə elə bilirsən ki , xidmətinin
əvəzində qızı sənə verəcəm ?
– Ehey , yelqanadlılar , ! – deyə o qışqırdı , əllərini şaqqıldatdı və güclü axın talaşanı aparan kimi
, qoşqu da yerindən götürüldü ; mən mehtərin zərbələrindən ev qapısının necə titrədiyini və
dağıldığını hələ də eşidirəm və kəsikin fit səsləri gözümü və qulaqlarımı dolduraraq mənim
bütün hissiyatımı korşaldır . Lakin bu , bircə an davam edir ; ətrafa baxmağa macal da tapmadım
, çünki artıq lazımi yerdəyəm – elə bil ki , malikanəmin darvazaları xəstənin həyətinə açılırmış ;
atlar farağat durublar ; boran sakitləşib ; ay işıq saçır ; xəstənin ata – anası məni qarşılamağa
çıxır ; arxalarınca onun bacısı qaçır , məni qoşqudan az qala əllərində çıxarıb aparırlar ; onların
pərakəndə izahatlarını başa düşmürəm ; xəstənin otağında bir udum hava da yoxdur , çatlaq –
çatlaq olmuş soba tüstüləyir ; pəncərəni açmağı qərarlaşdırıram , lakin əvvəlcə xəstəyə baxmaq
istəyirəm . Köynəksiz uzanmış arıq , çəlimsiz bir oğlandır ; hərarəti yaxşıdır , nə az deyil , nə də
çox . Gözləri isə donuqdur . Və o , pərqu döşəkdən dikləib boynumu qucaqlayır , astadan
pıçıldayır :
– Doktor , mənə ölməyə icazə ver .
Ətrafa baxıram ; heç kim bunu eşitmədi ; valideyinləri səssizcə dayanıb , intizar içində hökmünü
gözləyirlər ; bacısı çantamı qoymaq üün stul gətirir ; mən çantanı açıb alətlərlə qurdalanıram ;
oğlan çarpayıdan mənə tərəf dartınıb xahişini xatırladır ; maqaşı götürüb şam işığında yoxlayır
və yenə yerinə qoyuram . “ Hə , – təhqiramiz hiddətlə fikirləşirəm , – məhz belə hallarda köməyə
Allahlar gəlir , onlar əvvəlcə sənə lazım olan atı yollayırlar və sonra da heç bir ehtiyyac olmadan
mehtərin üstünə düşürlər … “ Yalnız indi Rozanı xatırlayıram ; ne etməli , onu necə xilas etməli
Ş bu mehtərin altından necə qurtulmalı – şeytanın özünün yuva saldığı evdən on mil aralı ,
atlarlar ? O atlarla ki , hansı yollasa yan qayışlarını boşaltmış , indi isə pəncərələri , məlum deyil
necə taybatay açmışdılar ; hər ikisi başlarını otağa soxub bütün ailədəki çaxnaşmaya baxmayaraq
, xəstəni süzürdülər . “ Lap elə indicə evə gedirəm , “ – atlar məni səsləyirmiş kimi qət edirəm ,
lakin boğanaqdan nəfəsimin kəsildiyini düşünən xəstənin bacısına imkan verirəm ki , kürkümü
çıxartsın . Qabağıma bir stəkan rom qoyurlar , qoca çiynimə toxunur – bu cür böyük qurban ona
sərbəst davranmaq hüququ verir . Mən başımı yırğalayıram ; bu çəlimsiz qoca ilə məni gözləyən
söhbət indidən ürəyimi bulandırır ; yalnız buna görə içməməyə üstünlük verirəm . Anası yatağın
yanındadır və işarə ilə məni çağırır ; mən itaətkarcasına başımı xəstənin sinəsinə qoyuram , – bu
zaman atlardan biri başını tavana sarı qaldırıb bərkdən kişnəyir , – oğlan da mənim nəm
saqqalımla təmasdan titrəyir . Hər şey mənim gözlədiyim kimidir : oölan sağlamdır , fəqət
yüngülvari qan azlığı var , qayğıkeş aba səylə na xeyli qəhvə içirdir ; ancaq o sağlamdır , onu
yataqdan yumruqla qovmaq lazımdır . Lakin heç kəsə tərbiyyə vermək fikrində deyiləm , qoy
başımdan açılsınlar ! Mən buraya rayon hökuməti tərəfindən təyin edilmişəm və lazım
olduğundan da artıq vicdanla çalışıram . Mənə qəpik – quruş vermələrinə baxmayaraq , heç
canıma da heyfim gəlmədən həvəslə yoxsulların qulluğundayam . Bu yandan da Rozanın qayğısı
; oğlan deyəsən haqlıdır , elə mənim də ölmək vaxtımdır . Sonu görünməyən qış uzunu burda
mən nə edim ki ? Atım ölüb , kənddə də heç kəs özününkünü mənə borc verməz .Donuz
pəyəsində özüm üçün qoşqu əldə etməyə məcburam ; bu atlar olmasaydı , lap donuzların belində
də çapa – çapa gələrdim . Vəziyyətməhz belədir ! Mən başımı yırğalayıram . Onlar dərdimi
bilmirlər , danışsam da inanmazlar . Dərman nüsxəsi yazmaq çətin deyil , çətini adamlarla dil
tapmaqdır . Bəli , çıxıb getmək vaxtıdır , yenə də əni əbəs yerə narahat ediblər , gecə
zınqırovumun köməyi ilə bütün ətraf mənim qəsdimə durur , bu dəfə isə hətta Rozanı , bu
sevimli qızı da güzəştə gedəsi oldum ; neçə illərdir mənim evimdədir , mənsə heç ona nəzər də
yetirməmişəm – yox – yox , bu qurban həddən ziyadə böyükdür , mən də ən incə dəlilləri işə
salıram ki , özümü nə yolla olur olsun , inandırıb sakitləşim və istəsələr belə Rozanı mənə
qaytara bilməyəcək bu adamların üstünə atılmayım . Lakin yol çantamı bağlayıb başımla kürkü
mənə verməyi xahiş edərkən bütün ev əhli dayanıb gözləyir – ata stəkandakı rom qoxulayır , rom
hələ də onun əlindədir , dodaqlarını çeynəyən gözüyaşlı ana qəm dəryasına batıb – bu adamlar nə
istəyirlər axı ? – Bacısı isə bütünlüklə qana bulaşmış dəsmalı yelləyir . Şübhələnməyə başlayıram
: bəlkə o , doğurdan da xəstədir ? Yaxınlaşıram , oğlan üzümə gülümsəyir , guya mən ona bulyon
aparıram ; bu vaxtlar atlar kişnəyir , deyəsən , Allah onları yollayıb ki , xəstəyə baxmaqda mənə
öyüd – nəsihət versinlər . Bu zaman görürəm ki , oğlan həqiqətən xəstədir . Sağ budunun üstündə
ovuc içi boyda açıq yara var . Çəhrayı rəngin bütün çalarlarını əks edən , ortası tünd , kənarlara
tərəf get – gedə açıqlaşan , sızanaqlı və qan laxtaları olan bu yara uzaqdan filiz karxanası kimi
görünürdü . Yaxınlaşanda gördüm ki , xəstənin vəziyyəti çox ağırdır . Çeçələ barmaq boyda qana
bulşmış çəhrayı qurdlar yaranın içində qurdalanır , çoxsaylı ayaqları üzərində burula – burula ağ
başlarını yuxarı qaldırırlar . Yazıq oğlan , sənə yardım etmək olmaz ! Bu ölüm çiçəyi səni məhv
edəcək . Bekar dayanmadığımı görən bütün ailə sevinc içindədir . İşə girişdiyimi qız anasına ,
ana ataya , ata qonşulara xəbər verir , barmaqlarının uclarında onların asta – asta , sevinə –
sevinə açıq qapıya necə yaxınlaşdıqları ay işığında aydınca görsənir .
– Məni xilas edəcəksən ? – yarasındakı bu məxluqların dəhşətli görkəmindən sarsılan oğlan
hıçqırıq içində pıçıldayır . Bizim tərəfin camaatı belədir . Onlar həkimdən mümkün olmayan şeyi
tələb edirlər . İnamdan onlarda əsər – əlamət qalmayıb , keşiş dörd divarın arasında ibadət
paltarını didişdirə – didişdirə tək oturub ; möcüzəni həkimdən , carrahın zəif əllərindən
gözləyirlər . Nə etmək olar , siz istəyən kimi müqəddəs olmaq mənim heç ağlıma da gəlməyib .
Məni öz məsləkinizin qurbanlığına çevirmək istəyirsinizsə , buna da hazıram ; axı öz
qulluqçusundan belə məhrum edilmiş köhnə kənd həkimi nəyə ümid edə bilər ki ? Hamı toplaşıb
, ailə üzvləri və kənd ağsaqqalları ; onlar soyundururlar məni , müəllimləri başda olmaqla
məktəblilər xoru evin qarşısında düzülür və ən sadə melodiyanı oxuyurlar :
Soyundurun onu və o sağaldar ,
Əgər sağaltmasa onu öldürün !
Axı o həkimdir , yalnız həkimdir .
Budur , mən onların qarşısında çılpaq dayanmışam ; barmaqlarımı saqqalımın içinə soxub ,
başımı yana əyib sakitcə bu adamlara baxıram . Heç nə mənə təsir etmir , özümü onlardan
yüksəkdə hiss edir , üstünlüyümə də sevinirəm , mənim üçün asan olmasa da , onlar başımdan və
ayaqlarımda tutaraq çarpayıya aparırlar .Məni yara olan tərəfdən divara uzadırlar . Sonra isə
hamı otaqdan çıxır ; qapı örtülü ; nəğmə susur ; buludlar ayın qabağını kəsir ; mən isti yorğanın
altında uzanıram ; pəncərə oyuqlaırndan uzaqdakı atların başları görünür .
– Bilirsən , – xəstə mənim qulağıma pıçıldayır , – mən heç sənə inanmıram . Sən də mənim kimi
bəxtsizsən , elə özün ə ayaq üstə güclə dayanırsan . Köməyin bir yana , ölüm ayağında yerimi də
dar elədin . Az qalıram ki , basım gözlərini çıxardam .
– Haqlısan , bu əsl rüsvayçılıqdır ! Hələ üstəlik həkiməm də ! Nə etməli ? İnan ki , mənim üçün
də ağırdır .
– İstəyirsən ki , bu cür cavabla razılaşım ? Ancaq taleyim belədir – gərək hər şeylə razılaşam .
Valideyinlərim mənə yaxşıca yara bəxş ediblər ; və mənim bütün qazancım budur .
– Gənc dost ! Düz demirsən , ünyagörüşün zəngin deyil . Bu ətrafda müayinə eləmədiyim xəstə
qalmayıb ; inan mənə , sənin yaran boş şeydir : iti bucaq altında iki balta zərbəsi , vəssalam .
Çoxları həvəslə öz ombalarını təhlükə altına atarılar , sadəcə olaraq meşədəki balta zərbələrinin
dumanlı səsini eşidib yaxın gəlmirlər . – Doğrudan da belədir , yoxsa mən sayıqlayıram ? Sən
xəstəni aldatmırsan ki ?
– Qətiyyən . Bu əsil həqiqətdir ; bu həqiqətlə birgə kənd kənd həkiminin şərəfli sözlərni də götür
.
O da götürdü və sakitləşdi . Lakin artıq öz qurtuluşum haqda düşünmək vaxtıydı . Atlar əvvəlki
yerlərində sədaqətlə dayamışdılar . Paltar , kürk və yol çantamı qucağıma yığdım ,
yubanacağımdan qorxub geyinmədim ; əgər atlar məni buraya gətirdikləri sürətlə da buradan
aparsalar , elə bilərəm ki , bu çarpayıdan elə özümünkünə keçmişəm . Atlardan biri pəncərədən itaətlə uzaqlaşdı : mən öz düyünçəmi arabaya tulladım ; kürk aralı keçdi və yalnız qol hissəsi
hansısa qarmağa ilişdi . Eyb etməz , belə də yaxşıdır . Atın belinə atılırıam . Qoşqu yerdə sürünür, atlar bir –birinə güclə bağlanıblar , araba ləngər vurur , kürk qar üzərində son şırımları açır.
– Ehey , yelqanadlılar ! – qışqırıram , amma heç veclərinə də deyil : taqətsiz qocalar kimi qarlı çöllərlə ağır – ağır gedirik ; uşaqların yeni , fəqət artıq gecikmiş mahnıları bizi hələ xeyli müddət müşayiət edir :
Şənlənin ay xəstələr,
Doktor , sizinlə bir çarpayıda uzanıb !
Evə artıq bu cür qayıda bilməyəcəyəm , mənim zəngin təcrübəmin üstündən qələn çəkmək olar ;
varisim heç bir xeyri olmasa da , soyacaq məni , axı o , məni əvəz edə bilməz ;qəzəbli mehtər evimdə öz kefindədir ; Roza onun əlindədir ; bu haqda düşünmək belə mənim üçün dəhşətdir .
Uğursuz əsrimizin şaxta – sazağında bayıra çıxarılan mən – çılpaq , qoca adam , yer arabası və səmavi atlarla bütün aləmdə səfil – sərgərdanam . Kürküm arabadan sallanıb qalıb ; lakin onu götürə bilməyəcəyəm , bu çevik yaramazlardan , xəstələrimdən də heç kim onu qaldırmaq üçün barmağını belə tərpətməyəcək . Aldanmışam ! Aldanmışam ! Gecə zəngimin yalançı həyəcanına uymuşam və artıq heç nəyi düzəltmək mümkün deyil.

 

Tərcüməçilərin digər tərcümələri tam versiyada : https://ebooks.azlibnet.az/book/35070218.pdf

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...