Frans Kafka – Yuxu / Novella

Post date:

Author:

Category:

Bir gecə Yozef K. qəribə yuxu gördü:
Hava mülayim idi və K. gəzmək istəyirdi. Amma iki addım atar-atmaz artıq qəbristanlıqda idi.
Orada süni yolla salınmış girintili-çixintılı çox narahat cığırın olmağına baxmayaraq, o sanki
havada uçurdu və bu cür yolların birində coşğun selə düşmüş kimi möhkəm sürətlə sürüşdü. O,
uzaqdan gördüyü qəbir təpəciyinin yanında dayanmaq istədi. Bu qəbir K.-yə sanki ovsunlayıcı
təsir göstərmişdi və ona elə gəlirdi ki, lazımı cəldliklə ona çata bilməyəcək. K. təpəciyi güclə
görürdü, onun qabağını küləkdə dalğalanan, böyük qüvvə ilə bir-birinə çırpılan bayraq və qumaş
parça kəsirdi. Bayraqdar isə görsənmirdi, amma, elə bir hiss yaranırdı ki, sanki orada şənlik
hökm sürür.
O, öz baxışlarını uzağa yönəltdiyi halda, lap yanında eyni çür qəbir təpciyinin olduğunu gördü.
Bir az irəli getsəydi, qəbir ondan arxada qalacaqdı. K. cəld otluğa atıldı. Cığırın onun ayaqları
altından qaçmasına baxmayaraq, yoluna davam etdi, o, səndələyərək qəbir təpəciyinin qarşısına
dizləri üstə çökdü. İki kişi qəbirin o biri tərəfində dayanaraq aralarındakı qəbir daşını havada
saxlamışdılar; K. orada görünən kimi onlar baş daşını yerinə qoydular və qəbir daşı da necə
qoyulmuşdusa, eləcə dik qaldı. Bu zaman kolluqdan üçüncü bir adam çıxdı. K. onun rəssam
olduğunu güman etdi. Onun əynində ancaq şalvar və düymələri əyri bağlanmış köynək, başında
isə məxmər beret var idi; əlində isə qəbirdaşına yaxınlaşaraq havada nə isə fiqurlar çəkdiyi adi
qələm tutmuşdu.
O, bu qələmi başdaşının yuxarı hissəsinə tuşladı; başdaşı çox hündür idi, rəssamın əyilməyinə
heç ehtiyac yox idi. Amma, istər-istəməz, o qabağa əyilməli oldu, çünki, ayaq basmaq
istəmədiyi torpaq təpəcik onu başdaşından ayırırdı. O, barmaqlarının ucunda dayandı və sol əli
ilə daşından yapışdı. Hansısa məharətli bir fəndin sayəsində o, adi qələm ilə qızıl həriflər yazdı:
“Burada yatan…” Onun qələmindən hər bir hərif dəqiq, gözəl, dərindən oyulmuş və əsl qızılla
yazılmış kimi çıxırdı. Bu iki sözü yazandan sonra o, üzünü K.-ya tərəf çevirdi; yazının davamını
böyük səbirsizliklə gözləyən K. demək olar ki, rəssamı unudaraq yalnızca başdaşına baxırdı.
Rəssam yenə də yazmaq istədi, amma, yazısını davam edə bilmədi, nə isə onu narahat edirdi. O
əlini aşağı endirdi və yenə də K.-ya tərəf çevrildi. İndi isə K. da rəssama baxırdı və onun xəcalət
çəkdiyini gördü, amma, səbəbini bilmirdi. Rəssamın bayaqkı, çevikliyi itdi. Buna görə K. da
xəcalət çəkirdi; onlar bir-birilərinə köməksiz baxışlarla baxırdılar; açıq-aşkar görünürdü ki,
burada, heç birinin aydınlaşdıra bilmədiyi murdar bir anlaşılmazlıq var idi. Tamamilə yersiz
vaxtda kilsənin kiçik zəngi çalındı. Amma, rəssamın bir əl hərəkəti ilə zəng dayandı. Bir
müddətdən sonra zəng yenidən çalındı amma, bu dəfə çox astadan və xüsusi tələbi olmadan da
özü dayandı; sanki, sadəcə zəngin gücünü yoxlamaq istəyirdi. K. rəssamın vəziyyətindən
ümidsizliyə qapılmışdı, o ağlamağa başladı və əllərini açaraq hıçqırtı ilə hönkürdü. Rəssam K.-
nin sakitləşməyini gözlədi və sonra bir çıxış yolu tapmadığı üçün yazısına davam etməyi qərara
aldı. Atdığı ilk ştrix K. üçün qurtuluş idi. Amma, rəssam, görünür çox həvəssiz idi. Və yazdığı
bayaqkı kimi gözəl görünmürdü. İlk növbədə elə gəlirdi ki, yazıda qızılı rəng çatışmır, solğun idi
və hər ştrix tərəddüdlə uzanırdı. Yalnızca ölçüləri yaxşı idi. Yazılan”Y” hərifi idi. Yazı artıq
hazır idi ki, bu an rəssam ayağını qəbir təpəciyinə elə əsəblə çırpdı ki, torpaq ətrafa səpələndi.

Nəhayət ki, K onu başa düşdü; bu fikirdən imtina etməyi rəssamdan xahiş etməyə artıq vaxt yox
idi; o, var gücü ilə müqavimətsız torpağı əlləri ilə qazımağa başladı; sanki hər şey öncədən
hazırlanmışdı, yalnızca, görünüş üçün qəbirin üstü nazik torpaq qatı ilə örtülmüşdü; dərhal onun
arxasında sıldırımlı divarları olan böyük bir dəlik açıldı və K. zəif axınla kürəyi üstə fırlanaraq
bu dəliyə endi. Bu zaman sonsuz dərinlik onu, başı yuxarı vəziyyətdə aşağı çəkirdi, yuxarıda isə
böyük naxışlı həriflərlə başdaşı üzərində onun adı yazıldı.
K. bu mənzərəyə həsəd apararaq yuxudan oyandı.

 

Tərcümə etdi: Aysel Yaqubqızı

Tərcüməçilərin digər tərcümələri tam versiyada : https://ebooks.azlibnet.az/book/35070218.pdf

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...