Fransua Buşa – Rokoko cərəyanının lideri

Post date:

Author:

Category:

Fransız rəssam Fransua Buşanın adı (ing. François Boucher) Rokoko cərəyanı ilə bağlıdır və o, Rokoko stilinin lideri olmuşdur.

Bilinməyən sənətkarın oğlu olan Buşa bir müddət Leymonun (ing. Leymoyne) şagirdi olmuşdur. Ehtiyaclar ucbatından tez işləməyə məcbur olmuş və karyerasına Vattonun (ing. Watteau) 100-ə yaxın rəsminin qravürasını çıxararaq interator kim başlamışdır. Sonra o, 1723-cü ildə Evilmedoraçın  (ing. Evilmedorach) “İexoniyanın həbsdən azad olunması” rəsminə görə (itmiş rəsmdir) Prix de Rome mükafatını qazandı. Lakin ona Romaya səyahət etmək üçün təqaüd verilmədi və o, səyahətini özü maliyyələşdirməli oldu, 1728-ci ildə 1724-cü ilədək mükafatı qazanan gələcək rəqibi Karl Van Loo (ing. Carle Van Loo) ilə Romaya getdi.

1731-ci ildə Parisə qayıdanda o, Fransua Debrais adlı vəkildən özünün ilk böyük sifarişini aldı. Buşa fransız elitası tərəfindən tanınmaq və öz incəsənət manifestini qəbul etmək üçün ambisiyalı ansambl yaratmaq qərarına gəlir. Onun 5 çılpaq mifolojik obrazı karyerası müddətində tez-tez yaratığı çılpaq ilahələri əks etdirirdi, məsələn o, 6 ədəd Venera və Vukan çəkmişdir. Debraisin evində onun həm də kök və sözə baxmayan kupidon və puttilərə ithaf edilmiş ilk səhnə təsvirləri qoyulmuşdu. O, tez-tez dörd fəsil seriyaları, elementlər və ya liberal incəsənət nümunələri yaradırdı. Bu qrotesk personajlarla Buşa tərəfindən yaradılan saysız oranjereyaların (red. bitkilərdən bəzəkli süni ekosistem yaratmaq) və onun davamçılarının sayı azalırdı.

Debraisin evindəki işini bitirdikdən az sonra Buşa 1734-cü il 30 apreldə Rinaldo və Armida rəsmi sayəsində akademiyaya qəbul oldu. Onun karyerası tez bir şəkildə yüksəliş əldə etdi və Buşa ömrünün sonuna qədər sifarişlərlə məğul oldu. Öncəliklə, o, bilinməyən hamisi üçün (hersoq Rişelye olduğu təxmin edilir) 1735-ci ildə dörd böyük pastoral seriyası yaratdı, sonra krallıq palatası üçün qrissail dəsti və Versal üçün iki məşhurXaricdə ov (1736-1738) seriyası və Parisdəki Sobis sarayı üçün 7 açıq hava rəsmi çəkdi. 1739-1742-ci illər arasında İsveçrə səfiri və alim Tessin də onun yaradıcılığının böyük kolleksiyasını əldə etmişdi. O, indi Milli muzeydə saxlanılır.

Bu erkən uğurlar kralın rəsmi məşuqəsi olan Madam de Pampadurun gözünə də dəydi, onun incəsənətə marağı və saraydakı vəziyyəti onu Avropanın ən böyük incəsənət hamisinə çevirdi. Madam de Pampadur Buşaya 1749-cu ildə Bellvyu sarayında altar ilə başlayaraq sifarişlər verməyə başladı, bu altar Buşanın dini tematikada çəkdiyi nadir rəsmlərdən biridir, həmçinin o, Madam de Pampadurun bir düjnə yaxın portretini çəkmişdir: bu janr rəssamın az yaxınlaşdığı janr olmuşdur. Buşanın onun üçün etdiyi bir çox rəsmin içində məşhur tualet şəkilləri və Madam de Pampadurun 1750-ci  ildə kralın qabağında Versalda çıxış etdiyi rolun illustrasiyasi Veneranın çimməyi, 1753-cü ildə Günəşin doğulması və batması”, 1756-cı ildə onun Parisdəki sarayı üçün çəkilən itmiş 9 muza seriyası və 8 incəsənət və elm paneli (təxminən 1762-ci il) olmuşdur.

Eyni zamanda Buşa digər hamiləri üçün bir neçə prestijli sifarişlər etməyə davam edirdi, bunlara 1756-ci ildə çəkilmiş hersoq Pentyevrın oteli “Tuluza” üçün “Amintanın hekayəsi” və “Silviya” aiddir. O, həmçinin çılpaq kurtizanların portretləri ilə də məşğul olurdu: bunlara Kazanovanın modelin kralın məşuqəsi olan 14 yaşlı qız Mari Luiza O’Mörfi olduğunu iddia etdiyi “Əsmər Odelisq” və “Sarışın Odelisq” seriyaları da aiddir. Baxışların azaldığına görə Buşa son illərində kiçik pastorallar (yumşaq tonlu kəng yerində iki sevgilinin rəsmi) ilə məşğul olurdu, lakin o, son şedevrini – otel Bergeret de Frouville üçün 6 böyük mifolojik paneli 1769-cu ildə bitirdi.

Bundan əlavə Buşa dövrünün ən məşhur qobelen (divara asılan parça üzərində rəsm) dizayneri idi. Bove manufakturası ilk dəfə ona 1735-ci ildə sifariş verdi və Buşa onlar üçün 6 seriya – 1736-cı ildə “8 İtaliya bayramı“,  1737-ci ildə “Psixee hekayələri” üzrə 6 iş, 1742-ci ildə 12 “Çin seriyası“, “Tanrıların sevgisi” seriyası üçün bir iş, “Opera fraqmentləri” seriyası üçün 5 iş və 6 böyük əsilzadə pastoralı dizayn etmişdir. Bovenin istifadə etdiyi Buşanın uğuru, qobelinlər üzrə XIV Lüdovikin dövründən Fransada qobelen istehsal edən digər rəqiblərinin qısqanclıqlarına səbəb olurdu.

1755-ci ildə Oudreyin ölümündən sonra gobelin istehsalçıları Buşanın Oudreyin yerinə qobelin inspektoru olmağını istədilər və beləliklə də, onun Bovedən çıxmağına nail oldular, halbuki Buşa Bove üçün olduqca məhdud qobelin istehsal etmişdi. Onun möhtəşəm dizayner karyerası Serves manufakturasına da yayılmışdı, orada o, mebel və vazaların bəzədilməsi üçün rəsmlər dizayn edirdi.

Bundan əlavə 1764-cü ildə markiza Pampadurun ölümü Buşanın incəsənətdəki hegemoniyasının sonuna gətirib çıxardı. Didro kimi ilk incəsənət kritikləri onun mənasız stilinə gülürdülər, həmçinin Buşa 1767-ci ildə pamfletlərdə məsxərəyə salındıqdan sonra öz əsərlərini salonda nümayiş etdirməkdən imtina etmişdi. Bu üzçevirmə inqilab dövründə daha da artdı, çünki onun rəsmləri özündə David və onun tərəfdarları üçün aristokratik parçalanma ehtiva edirdi. Buşa 19-cu əsrdə aktiv şəkildə incəsənətsevər axtarmağa başladı, onlardan ən məşhuru içində çoxlu Buşa əsərləri olan, öz kolleksiyasından muzey yaradan ser Riçard Uoppes olmuşdur.

Buşanın gözqamaşdıran yaradıcılığı sayəsində, o, demək olar ki, hər muzeydə köhnə ustaların yaradıcılığını sevən insanların marağına səbəb olur. O dövrdə çox rastlanılmayan şəkildə Buşa yaxınlarına qəpik-quruşa satdığı kompozisiyalarından olan rəsmlər çıxardırdı. Bunun nəticəsində onun bilinən 5000-dən çox rəsmi vardır, rəssam özü isə bunun iki qatı rəsm çəkdiyini iddia edirdi.

Aydındır ki, Buşa Akademiyada ən yaxşı karyeraya sahib rəssam idi, 2 iyun 1735-ci ildə adyunk-professor, 2 iyul 1737-ci ildə professor, 29 iyul 1752-ci ildə adyunk-rektor, 1 avqust 1761-ci ildə rektor və nəhayət, 23 avqust 1765-ci ildə akademiyanın direktoru olmuşdur. Həm də o, 1765-ci ildə kralın birinci rəssamı seçilmək üçün rəqibi Karl van Lonun ölümünü gözləməli olmuşdur.

O, Fraqonardın (ing. Fragonard), Le Metteyin (ing. Le Mettay), Droy (ing. Drouais) və Şallenin (ing. Challe) müəllimi olmuşdur, həmçinin Bouden (ing. Baudouin) və Deşia de Kollevilin (ing. Deshays de Colleville) qayınatası olmuşdur.

Aşağıda Fransua Buşanın yaradıcılığı ilə tanış ola bilərsiniz:

“Bethuel İbrahimin xidmətçisini salamlayır”, 1725-ci il, Luvr muzeyi, Parisdə saxlanılır, (the-athenaeum.org)

“Sürpriz”, ilk versiya, 1727-ci il, Nyu Orlean incəsənət muzeyində saxlanılır, (the-athenaeum.org)

“Gideonun qurban verilməsi”, 1728-ci il, Luvr muzeyi, Parisdə saxlanılır, (the-athenaeum.org)

“Çoban”, 1730-cu il, Valters İncəsənət muzeyi, Baltimorda saxlanılır, (the-athenaeum.org)

“Fontanda paltar yuyan qadınlar”, 1730-cu il, Rocer Quilliot muzeyi, Fransada saxlanılır, (the-athenaeum.org)

“Herkules və Omfale”, 1728-1731-ci illər, Puşkin adına dövlət incəsənət muzeyi, Moskvada saxlanılır, (the-athenaeum.org)

Debraisin evindəki “Aurora və Kephaus”, 1733-cü il, Nanci incəsənət muzeyi, Fransada saxlanılır, (the-athenaeum.org)

“Leda və qu quşu”, 1740-cı il, şəxsi kolleksiyada saxlanılır, (the-athenaeum.org)

“Veneranın triumfu”, 1740-ci il, Milli muzey, Stokholmda saxlanılır, (the-athenaeum.org)

“Veneranın tualeti”, 1749-cu il, Luvr muzeyi, Parisdə saxlanılır, (the-athenaeum.org)

“madam de Pampadur”, 1754-cü il, Viktoriya milli galereyası, Melbrunda saxlanılır, (the-athenaeum.org)

• Mətn və nümünələr üçün mənbə: https://www.the-athenaeum.org/people/detail.php?ID=3642

• Redaktə etdi: Fatimə Əliyeva, Pəri Abbaslı

STAY CONNECTED

19,696FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Səmra Əlizadəhttp://rezonanss.com
I would rather be a rebel, than a slave.

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...