Freyd və demokratiyanın yanlış prinsipi

Post date:

Author:

Category:

Tarix: 22 mart 1938. Avstriyanın nasistlərə təslim olmasından 10 gün sonra. Ziqmund Freyd (Sigmond Freud; Fğoyd oxunur) Vyanadakı evində indiyə qədər heç olmadığı qədər narahatdı bugün. Dünən Hitlerin Gestapo polisləri qızı Anna Freydi (Anna Freud) həbs etdilər, özünü isə tapsalar, öldürə bilərlər. Şəxsən tanıdığı bütün tanınmış diplomatlar, əhatəsi və ailəsi onun Vyanadan qaçmasını istəyirlər. Lakin o burada qalmaq məsələsində olduqca təkidli idi, baxmayaraq ki, Hitlerin Vyanaya yaxınlaşdığını bilirdi. Bu şəhər həm Freyd üçün, həm də Hitler üçün xüsusi yerə sahib idi…

Nasistlər Freydin kitablarını əvvəldən qadağan etməyə və yandırmağa başlamışdılar. Ona nifrət edirdilər və bu təhlükə artıq onun qapısına qədər gəlib çatmışdı. Üstəlik, Freyd qocalmışdı və  xəstə idi. Çənəsində yayılmış xərçəng xəstəliyinə görə çənəsi sökülmüş, keçirilmə çənə taxılmışdı, bütün bunlar bəs etmirmiş kimi, indi də öldürülmə təhlükəsi ilə üz-üzə idi. Bəs bu halda olduğu bir vaxtda gücünün zirvəsində olan Hitlerə qarşı niyə Vyanada qalmaq istəyirdi? Digər tərəfdən, Adolf Hitler necə bu qədər güclənmiş, necə milyonları ətrafına toplaya bilmiş, necə Avstriyanı 1 güllə belə atmamış işğal edə bilmişdi?

Hadisələrin necə bu nöqtəyə gəldiyini anlamaq üçün bu tarixdən 18 il əvvələ – 1920-ci ilə gedək…

Birinci dünya müharibəsinin əvvəlində Freyd hər insanın şüurunun dərinliklərində gizlənmiş olan ibtidai, qane edilməsi mümkünsüz olan cinsi və hücuma meyilli güclərin, hisslərin var olduğunu təkidlə müdafiə edirdi. Çox ciddiyə alınmasa da, başlayan müharibə və Avropada baş verən kütləvi qırğınlar və çöküş onun fəaliyyətinə diqqət toplamağı bacardı. Bundan əlavə, Freydin qardaşı oğlu Edvard Bernez (Edward Bernays) əmisinin fəaliyyəti ilə bağlı Amerikada inanılmaz işlər görürdü. Onun əsərlərini çap elətdirir, akademik əhatədə Freydin görüşlərinin qəbul edilməsini təmin edəcək fəaliyyətlərlə məşğul olurdu. Bununla böyük bir sərvətə sahib olmuşdu. Amerikada işlər yaxşı idi, amma Vyanada vəziyyət olduqca fərqli idi.

1920-ci ildə Freyd artıq populyar biriydi.

Birinci dünya müharibəsi bitmişdi. Hər şey yaxşı gedirmiş kimi görünsə də, onun ağlında bəzi narahatlıq doğuran məsələlər qalmaqda idi. Müharibə illərində şahid olduğu dəhşət ona çox təsir etmiş, insanlıq barəsindəki düşüncələrini daha da neqativləşdirmişdi. İnsanın amansız bir varlıq olduğunu düşünürdü: ən vəhşi heyvan. Öldürməkdən və işgəncə etməkdən zövq alırdı insanlıq. Buna görə də insanlığı Freyd sevmirdi.

Beynindəki bu neqativ düşüncələr onun ürəyini sıxmış olmalı  idi ki, 1920-ci il yazında o, Alplara çəkilir və orada 100 səhifəni keçməyən “Qrup psixologiyası və eqo analizi” adında bir kitab yazdı. Bu kitabda qrupların hərəkətlərini, təbiətini analiz edən Freyd insanların şüursuz vəhşi güclərinin insan kütləsinin yarandığı an çox daha asan üzə çıxarıla biləcəyini deyirdi. Daha əvvəlki araşdırmalarında bəhs etdiyi insanların işindəki gizli vəhşi güclərə lazımi qədər diqqət çəkmədiyini düşünürdü. Bu güclər ilk düşündüyü vaxtlardan çox daha təhlükəli idi.

Demokratiyanın yanlış prinsipi

Freydin kitabı qardaşı oğlu tərəfindən Amerikada çap edildiyi vaxtda dövrünün tanınmış jurnalistləri və intellektuallar arasında böyük bir təsir oyandırdı. Ən çox təsirləndikləri və qorxduqları şey isə modern toplum maskası altında gizlənmiş təhlükəli güclər idi. Bu güclər asanlıqla yıxıcı, coşğun kütlələr yarada, hökumətləri rahatlıqla devirə bilərdi.

Rusiyada çar hökümətinin yıxılması ərəfəsində gerçəkləşən dəhşətə bu gücün səbəb olduğu düşünülürdü. Çoxuna görə, bunun mənası demokratiyanın təməl prinsiplərindən birinin yanlış olması idi. İçlərində hər an ortaya çıxa biləcək bir vəhşilik daşıyan kütlələrin gerçək, rasional bir qərar alması necə düşünülə bilərdi ki?

Bundan əlavə, Amerikanın ən böyük siyasi mütəfəkkirlərindən biri olan Valter Lipman (Walter Lipmann) da bu mövzuda narahat idi.

Lipman “Əgər insanlar şüuraltındakı təhlükəli güclər tərəfindən yönləndirilirlərsə, onda demokratiyanın yenidən düşünülməsini gərəkdiyi” fikrini  müdafiə edirdi. Onun fikrincə, “çaşqın güruh” adı verdiyi kütlələri idarə edəcək yeni bir elit kəsimə ehtiyac var idi. Kütlələrin şüuraltının idarə edilməsi gərəkli idi və bu psixoloji üsullarla edilməli idi. Çünki bütün düzəni qısa vaxtda yıxa biləcək bir təhlükə gözardı edilə bilməzdi deyə düşünürdü. Edvard Bernez Freydin və Lipmanın dediklərindən çox təsirlənmişdi və onların düşüncələrindən istifadə edərək çox irəli gedə bilmişdi.

 

“Xoşbəxtlik maşınları”

Bernez mövzuyla əlaqədar kitab seriyası yazmağa başladı. Lipmanın bəhs etdiyi kütlələrin şüuraltısının idarə edilərək vəhşi instinktiv hisslərdən uzaqlaşdırılması gərəkdiyi fikrini gerçəkləşdirəcək üsul və vasitələr tapdığını iddia edirdi. Bernezə görə, insanların instinktiv hissləri ört-basdır edilməməlidir, əksinə daha da aktivləşdirilməlidir (təbii ki yonləndirilərək). Kütlələrin bu arzuları istehlak malları ilə “məmnun” edilərdisə, bu onlardakı irrasional gücləri asanlıqla yöndəndirilmənin yolunu açacaqdı. Bernez bu işləri ilə insanların ən dərin arzularına, ən dərin qorxularına enib onları iradə edən kəsimin məqsədləri çərçivəsində istifadə edilməsinin yolunu açmışdı. İnsanların arzuları istehlak mallarına yönləndirilərək daim hərəkətdə olan bir “xoşbəxtlik maşınlarına” çevrilməsini təmin etmişdi. Bu “maşınlar” iqtisadi böyümə içində əvəz edilməzdir. Üstəlik, heç bir problem də çıxarmırdılar.

Freydin fəaliyyəti ilə kütlələrin necə yönləndirilə biləcəyini öyrənən Bernez bunu Amerikanın siyasi avtoritarlarına “satmağa” başladı. İqtidar mövqedəki qruplar da bu üsulları istifadə etməyi özləri üçün avantaj kimi gördülər. Kalvin Kulid (Calvin Coolidge), Herbert Klark Huver (Herbetr Clark Hoover) kimi ABŞ prezidentləri Bernez üçün işləyən bir qrup reklam meneceri və PR mütəxəsislərinə sahibiydilər. Adı çəkilən prezidentlər dünya tarixində fərdi “İstehlakçı” olaraq qəbul edən ilk prezidentlər olmuşdular

Demokratiyanı gözbağlama strategiyasının qurbanına çevirmək

Demokratiya, bəsit mənada, siyasi nəzarəti xalqın hürr vicdanıyla seçməsi, bərabər olmaq deməkdirsə, xalqın manipulyasiya edilib qərarların yönləndirilərək idarə edən təbəqənin mənafelərini qorumaq demokratiyaya nə dərəcədə uyğundur? Bernez və Lipmanın kütlələri idarəetmə qavramları demokratiya fikrini bir gözbağlama strategiyasına çevirirdi. Bu isə “xalqın dərmana ehtiyacı varsa təmin et, sığınma ehtiyacını ödə, təcili arzulara və təcili ağrılara müdaxilə et, onları təhlükəsiz və xoşbəxt hiss elətdir, lakin bütün bunlar müvəqqəti yardım xarakterli olsun” şəklində idi.

Bu strategiya toplumdakı faktiki dəyişikliklərin önündə güclü bir divar hörmək demək idi. Məsələn, əvvəl çox kasıb olan bir neçə varlı olan insan “fiquru” populyarlaşdırılaraq “baxın, bunu siz də bacara bilərsiniz” düşüncəsiylə insanlara ümid aşılanacaq. Lakin həmişə varlı və kasıb arasındakı o uçurum həmişə mühafizə edilərək elit kəsimlərin mənfəətləri qorunacaqdı. Demokratiya qavramını bu nöqtədən sonra iqtidar münasibətləri dəyişdirmək olaraq deyil, iqtidar münasibətlərini qorumaq olaraq dəyişdirmişdilər. Xalqın psixoloji həyatına təsir etmə bahasına olsa belə.

Bernez bu şəkildə Amerikada siyasətçilərin, sinema ulduzlarının və böyük şirkətlərin ətrafında qomarlaşdığı bir adam olaraq davamlı böyüməyə davam etdi. Lakin onu, Lipmanın və Freydin fəaliyyətini yaxından izləyən, xüsusilə də kütlələrin idarəsi və propoqandayla yaxından maraqlanan xüsusi bir adam vardı: Cozef Qobbels ( Joseph Goebbels) (bir müddət sonra Hitlerin ən yaxın dostu olacaqdı.).

Cozef Qobbels və Adolf Hitler

1920-ci ildə alman işçi partiyasına üzv olaraq qoşulan Hitler, 1 il içərisində partiyanın lider statusuna qalxmış və partiyanın adını Nasional-Sosialist Alman işçi partiyası olaraq dəyişdirmişdi. Bu, o dövrdəki Almaniya üçün böyüdələcək bir uğur deyildi. Çünki birinci dünya müharibəsi sonrasında alman siyasi avtoritarları pərən-pərən düşmüşdü və onlarla partiyanın mübarizəsi gedirdi. Hitlerin bütün bu partiyaların önünə keçməsi üçün fərqli bir yol tutması lazım olacaqdı.

8 noyabr 1923-cü ildə Hitler Benito Musolllinin Roma yürüşünü yamsılayaraq Münixdəki Bavariya hökumətini devirmək istəyir, lakin uğurlu olmur. Bütün etibarını itirdiyini düşünərək intihar etmək planları qurur, lakin bunu gerçəkləşdirə bilmədən tutulur və 5 il müddətinə həbs cəzasına məhkum edilir. Təhlükəli biri olmadığı düşünülərək 1924-cü ildə bəraət alır.

Sağdan sola - Hitler və Qobbels
Sağdan sola – Hitler və Qobbels

1924 tarixi eyni zamanda Cozef Qobbels idarəsi Adolf Hitlerə tapşırılan “Völkischer Beobachte” qəzetinin redaktor olduğu tarixdir. Sonralar onlar ikisi çox yaxın dost olurlar. Qobbels kütlə idarəsi sahəsində öyrəndiyi bütün taktikaları nasist partiyası üçün alman xalqı üzərində istifadə edəcəkdi. Bundan sonra nasistlərin yüksəlişi başlamışdır…

Mənbə : İndigodergisi

Tərcümə etdi: Etibar Gara

Redaktə etdi: Şəfiqə Babayeva

STAY CONNECTED

20,156FansLike
2,244FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...