Frida Kahloya aid bilinən tək səs yazısı tapılıb.

Post date:

Author:

Category:

Meksikada rəssam Frida Kahloya aid olduğu bilinən ilk və tək səs yazısı tapılıb. Audio Kitabxanadan tapılan səs yazısı Fridanın ölümündən bir il sonra yayımlanan “El Bachiller” radio proqramının pilot versiyasına aiddir. Rəssam bu səsyazmada incəsənət aləminin ən qalmaqallı münasibətlərindən sayılan, həyat yoldaşı Dieqo Rivieraya aid yazdığı “Dieqonun portreti” adlı yazısını səsləndirir.

 

Frida Kahlo Dieqo Riviera haqqında: Məsum siması və kədərli baxışlarıyla o böyük bir uşaqdır. Onun üstün, sərt, radikal zəkası dəyişməz və böyük gözləri isə nadirən qırpılardı. Gözləri şişmiş qurbağa gözləri kimi yuvasından çıxırdı. Baxışları çoxluğu çəkmək üçün idi sanki: Geniş bir sahəyə baxa bilirdi.

Səsyazmanın 1953 və ya 1954-cü ildə yazıldığı düşünülür.

Fridanın səsi” maraq dairəsində

Bir neçə gün öncə mediaya düşən bu yazı kifayət qədər diqqət toplaya bilib və bununla bağlı Meksikada gündəm dəyişib. Meksikanın Mədəniyyət Naziri Alejandra Frausto mətbuat konfransı keçirib və səsin Fridaya aid olub – olmadığını dəqiqləşdirməyə çalışdıqlarını bildirib.

Meksikanın “səs yaddaşı” olan Milli Səs Fondunun direktoru Pável Granados isə mətbuat konfransında ziyərətçilərin 1300 səs kolleksiyasının içində ən çox  Fridanın səsyazması ilə maraqlandığını bildirib.

Fridanın səsi hər zaman mistik və bitməyən bir axtarış kimi gündəmdədir.

 

Tərcümə: Ziya Mehti

Mənbə: Guardian

“Portrait of Diego” yazısı (ingiliscə)

Dieqo Rivera – “Kainatın hakimi olan adam”

Frida Kahlo
Frida Kahlo

 

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.