Fridrix Engels – “Marksın məzarı önündə”

Post date:

Author:

Category:

Fridrix Engels Karl Marksın dəfn mərasimində məzarı önündə nitqi:

 

“Martın 14-də, günorta üçə 15 dəqiqə qalmış, müasir mütəfəkkirlərdən ən böyüyü düşünməyi dayandırdı. İkicə dəqiqəlik tərk edilmişdi və biz qayıdanda onu kreslosunda sakit və rahat yuxuya getmiş tapdıq, amma əbədi olaraq.

Bu insanın ölümü həm Avropa və Amerikanın militant (döyüşkən) proletariatı və həm də tarix elmləri üçün ölçüyəgəlməz itkidir. Div ruhun uçuşuyla buraxılmış bu boşluq (bu əzəmətli simanın vəfatından sonra əmələ gələn boşluq) ən yaxın zamanda özünü hiss etdirəcək.

Darvin orqanik təbiətdəki təkamül qanununu kəşf etdiyi kimi, Marks da bəşər tarixinin təkamül qanununu- indiyədək ideologiyaların pərdəarxası qalmış sadə bir faktı aşkarladı. Siyasət, elm, incəsənət, din və s. ilə məşğul olmazdan əvvəl, insan ilk öncə yeməli və içməlidir, sığınacaq bir yeri olmalı, geyinməlidir. Bunun nəticəsi olaraq, birinci dərəcəli maddi yaşayış vasitələrinin istehsalı və beləliklə müəyyən bir xalqın və ya dövrün qazandığı iqtisadi inkişaf səviyyəsi dövlət orqanlarının, hüquqi konsepsiyaların, mədəniyyətin və hətta həmin insanların dini fikirlərinin inkişafının əsasını yaradır ki, onlar da bunun işığında, təmələ söykənərək izah edilməlidir, indiyə qədər edildiyi kimi əksinə (” vice versa”nın əvəzinə ) deyil.

Bununla bitmir. Karl Marks günümüzün burjua cəmiyyətinin yaratdığı və kapitalist istehsal tərzini tənzimləyən o xüsusi qanunları kəşf etdi. İzafi dəyərin açılışı ilə bu problemə aydınlıq gətirdi. Bu vaxtacan isə burjua iqtisadçıları, həm də sosialist tənqidçilərin bütün həll axtardığı araşdırmaları qaranlıqda azmışdı.

Bir ömürə iki bu cür kəşf bəs edər. Hətta bu kəşflərdən birini etmiş şəxs artıq xoşbəxtdi. Amma ki, Marks axtarış apardığı hər bir sahədə kəşflər edirdi və o bir çox sahələrdə müşahidə aparırdı, heç biri səthi deyildi- hər sahədə, hətta riyaziyyatda da müstəqil kəşflərini etmişdi.

Elm adamı olaraq belə idi. Ancaq onun fəaliyyətində əsl əhəmiyyətli olan, heç də bu deyildi. Elm Marks üçün dinamik, inqilabi bir qüvvə idi. Praktiki tətbiqinin öncədən görülməsi qeyri- mümkün olan nəzəri kəşfləri böyük sevinclə qarşılayan Marks, bu kəşflər sənayedə və ümumilikdə tarixi inkişafda inqilabi dəyişikliklərə səbəb olduqda yeni bir sevinc yaşayırdı. Məsələn, o elektrik sahəsində edilən kəşfləri və Marcel Deprez son dövrlərdəki elmi işlərini yaxından izləyirdi.

Çünki Karl Marks hər şeydən öncə bir inqilabçı idi. Həyatda əsas məqsədi bu və ya digər şəkildə iştirakıyla kapitalist cəmiyyətin və onun yaratmış olduğu dövlət institutlarının devrilməsinə kömək etmək, şüurunu özünə ilk dəfə vermiş olduğu müasir proletariatı azadlıq şərtlərilə hali etmək idi. Mübarizə onun düşüncə tərziydi və o çox az rəqibin davam gətirəcəyi bir əzm və ehtirasla uğurlu mübarizə aparırdı. Onun əvvəl “Rheinische Zeitung”(1842) , sonra “Vorwarts!”(1844), “Deutsche-Brusseler-Zeitung” (1847), “Neue Reinische Zeitung” (1848-1849), “New York Tribune “(1852-61) qəzetlərində yazıları, əlavə olaraq militant pamfletləri, Paris, Brüssel ve London təşkilatlardakı işləri və ən nəhayət bütün bunların tacı, böyük bir International Working Men’s Association (Beynelxalq Fəhlə Assosiasiyası) təsis etməsi – bu həqiqətən də öz yaradıcısını başqa fəaliyyət göstərməsə belə məğrur edəcək bir nailiyyətdir.

Məhz buna görə də Marks, zəmanəsinin ən çox nifrət edilən və böhtan atılan adamı idi. Mütləqiyyətçi kimi respublikaçı hökümətlər də onu öz ölkələrindən qovmuşdular. Burjaziya, istər mühafizəkar olsun, istər ultra-demokratik, ona böhtan yağdırmaqda bir-biriylə rəqabət aparırdılar. Bütün bunları o hörümçək toru kimi silib qırağa atır, məhəl qoymurdu və yalnız son dərəcə fövqəladə zərurət məcbur etdikdə cavab verirdi.

Və o sevilərək, özünə həyatda hörmət qazanaraq dünyasını dəyişdi. Sibir mədənlərindən Kaliforniyayadək, Avropa və Amerikanı əhatə edən böyük bir ərazidə yaşayan milyonlarla inqilabçı tərəfdarı  yas saxladı.Və mən cəsarətlə deyə bilərəm ki, onun çoxlu sayda oponentləri olmasına baxmayarq şəxsi ədavəti heç kimlə yox idi.

Onun adı, fikirləri əsrlər boyunca yaşayacaq.

 

 

Fridrix Engels

 

 

İngilis dilində Fridrix Engelsin bu  çıxışı ilk dəfə  ”Der Sozialdemokrat” qəzetində  22 .03.1883 tarixində   dərc olunub.

17.03.1883.   “Highgate” qəbirstanlığı

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.