Fridrix Nitşe : “Tanrı öldü” – Avropasayağı nihilizm

Post date:

Author:

Category:

Ötən əsrin sonuncudan əvvəlki onilliyi optimizm və tərəqqi zamanı idi. Və həmin bu zaman Nitşe öz dəhşətli vəhyini çap etdirdi:

 

“…yeni hadisələrin ən böyüyü o, oldu ki, “Tanrı öldü” və xristian tanrısına inam etibara layiq olmayan nəyə isə çevrildi və o, artıq Avropaya öz ilk kölgəsini salmağa başlayır”.

 

Nitşe güman etmişdir ki, hələ bir neçə yüzilliklər lazım gələcəkdir ki, bu həyəcanlı vəhy Avropa təcrübəsinin bir hissəsi olsun. Bu zamana kimi bütün ənənəvi dəyərlər özlərinin icbari qüvvəsini itirərdilər və Avropasayağı nihilizm baş tutmuş fakt olardı. Nitşe üçün nihilizm dəyərlərin və idealların müflis olmasının zəruri nəticəsidir. Dəyərlərin evalvasiyası, onların fiktiv təbiəti insanı elə bir boşluğa itələyir ki, burada o, hələ ki, heç bir zaman olmamışdır.

Tarixin dönüş anı gəlib çatdı. İnsanlar ya heyvani vəhşiliyə üz tuturlar ya da, nihilizmi dəf edirlər. Amma nihilizm yalnız o zaman dəf oluna bilər ki, bu zaman o, öz ifrat nöqtəsinə gəlib çatır və sonra öz əksliyinə çevrilir. Nitşenin güman etdiyi kimi, onun fikri yeri hələ ki, qeyri-məlum və uzaq keçmiş olan üçün təmizləyir. Elə buna görə də,
onun baxışlarını hansısa fəlsəfi istiqamətə aid etmək çətindir. O, Paskal, Kierkeqor, Marks və Dostoyevski (1821-1881) kimi mütəfəkkirlərlə eyni səviyyəyə məxsusdur. Onların hamısı bir-birindən radikal olaraq fərqlənirdilər, amma bir mütəfəkkir olaraq, insan təbiətinin şərtlərin ümumdünya-tarixi dəyişikliyi uğrunda çıxış edirdilər və öz dövrlərinin qurbanlıq quzusu idilər.

Nitşeyəqədərki filosoflar dünyanı və tarixi mənalı, rasional və ədalətli olaraq nəzərdən keçirirdilər. Mövcud olma məqsədə, mənaya malik idi. O, kor və təsadüfi deyildi. Dünyada Tanrı tərəfindən qoyulan nizam hökm edirdi. Dünya xaos deyildi, nizama salınmış kosmos idi, burada insan məna ilə dolu məkana sahib idi.

İnsanın və mövcudluğun məhz bu konsepsiyanı Nitşe darmadağın edir. Onun üçün o, reallığın həqiqi təsviri deyildir: dünyanın fəlsəfi və dini mənzərəsi – bunlar reallığın yalnız insan tələbatlarının mənasında və nizamında ifadəsidir. Onlar yalnız xaosdan qaçmaq üçün həddindən artıq insani səylərdir. İnsanlar dünyanın fasiləsiz “falsifikasiyası” olmadan yaşaya bilmirlər. Dünyanın beləcə xaos kimi anlaşılması Nitşean fəlsəfənin fundamental xüsusiyyətini göstərir. Dünya plana malik deyildir, o, taleyin əlində bir oyuncaqdır.

Başqa sözlə, bizim təfəkkür həmişə ciddi məntiqi formaları və strukturları tələb edir. O, Apollonsayağıdır. Amma reallıq formalara malik deyildir və deməli, Dionissayağıdır. Elə buna görə də, bizim gerçəklik anlamımız formaqurucu təfəkkürün və həyatın impulsiv qüvvələrinin Apollonsayağı və Dionissayağı başlanğıcların fasiləsiz
qarşılıqlı təsiri kimi çıxış edir . Biz özümüz mövcudluğa forma veririk. Xaos təhlükəsi bizi məna yaratmağa məcbur edir.

Biz sağ qalmaq üçün “mənanı” və “məqsədi” əlavə edirik. Fəlsəfi sistemlər – bunlar yalnız bizim mövcudluğumuzu müdafiə etmək üçün xidmət edən fiksiyalardır. Özü də insan xüsusi unutmaq qabiliyyətinə malikdir:
bizim dünyaya əlavə etdiyimiz struktur bizə dünyanın öz strukturu kimi, Tanrı tərəfindən yaradılmış nizam kimi görünür. Sülh və təhlükəsizlik hissinin müqəddəm şərtləri belədir.

Nə qədər ki, Tanrı dəyərini və izahedici qüvvəsini itirmişdir, biz digər yolgöstərən ulduzları axtarırıq, onlar onu əvəz edə bilərdi: Kantın qəti imperativi, Hegelsayağı “zəka”, tarixin məqsədi və i.a. Nihilizm təfəkkür üsulu və psixoloji vəziyyət olaraq, belə bir şübhənin birbaşa nəticəsi kimi yaranmışdır ki, əslində, heç bir xarici və ya daxili əxlaqi avtoritet mövcud deyildir. Dəyərsizləşmə (valuelessness) hissi o andaca yaranır ki, biz mövcud olmanın “məqsəd”, “vəhdət”, “nəticə” və “həqiqət” kimi anlayışların köməyi ilə şərh edilə bilməyəcəyini düşünürük. Biz özümüz bu kateqoriyaları dünyaya gətirmişik və onları aradan götürdüyümüz zaman dünya dəyərsiz olacaqdır.

Görünür ki, Nitşenin mövqeyini Feyerbax və Marks mənasında “fəlsəfi özgələşmə” forması kimi şərh etmək olar. Metafizik sistemlər insanın fəlsəfi özgələşməsinin ifadəsidir. Belə bir tərzdə başa düşülən Nitşe insana onu qaytarmağa çalışır ki, o, onda “özgələşmişdir”: “Mən bizim real və xəyali şeylərə aid etdiyimiz bütün gözəlliyi və möhtəşəmliyi, mülkiyyət olaraq insanın yaratdıqlarını da bərpa edirəm”.

Dünyanın dəyərə malik olmaması mülahizəsi o demək deyildir ki, dünya “az dəyərə” malikdir və ya demək olar ki, “dəyərə” malik deyildir. “Dünya dəyərə malikdir” və “ədədlər rəngə və ya çəkiyə malikdirlər” müddəaları eyni dərəcədə mənasızdır. Nitşe  düşünür ki, dəyər relyasion təbiətə malikdir. O zaman ki, biz «x dəyərə malikdir» deyirik, onda bu, ya bizim öz məxsusi qiymətimizin ifadəsidir ya da aşağıdakı növdən olan təsviri mülahizədir: “Raqnar x-a dəyər verir”. Nitşe iksın özlüyündə dəyərə malik olmasını tələb etməyi mənasız hesab edir.

Beləliklə, nihilizm termini altında Nitşe dünya haqqında illüziyalardan tamamilə, məhrum olan təsəvvürü başa düşür. “Tanrının ölümü” ideyası Nitşedə yeni dünya anlamını oyatdı, ona uyğun olaraq, dünya başlanğıclara, məqsədlərə malik deyildir. Xristian ənənələrində əxlaq və həqiqət Tanrıya köklənmişdir. Beləliklə, əgər tanrı ölüdürsə, onda etikanın və həqiqətin əsası yox olur. Heç nə “həqiqi” deyildir və “hər bir şeyə icazə verilir!” Bizim görəcəyimiz kimi, nihilizm Nitşenin qəti sözü deyildir: başlıca, onun personajı və fikirlərinin ifadəçisi olan
Zərdüşt həm Tanrını, həm də ekzistensial boşluğu dəf edir. Bunun şərti bizim “faydalı” həyati yalandan imtina etmədir.

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

 

STAY CONNECTED

20,764FansLike
2,458FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...