Genin quruluşu / Ensiklopedik bilgi

1
4

Genin incə quruluşu necədir? Klassik genetikanın tərifinə görə gen– irsiyyətin quruluş vahidi, bir əlaməti (hazırda – polipeptid zənciri) müəyyən edir, mutasiya və rekombinasiya etmək qabiliyyətinə malikdir. Amerikan tədqiqatçısı S.Benzer bağırsaq çöplərinin T4 bakteriofaqının sahələrini tədqiq etmişdir.

O, çoxlu oxşar mutasiyalar almışdır, bu mutasiyalar faqın tamamilə eyni cür dəyişilməsinə səbəb olur. Lakin bu və ya digər genin müxtəlif sahələrində yerləşir. Mutasiya və ya digər sahələrlə rekombinasiya gedə bilən sahənin ölçüsü, polipeptid zəncirin quruluşunu təyin edən sahənin ölçüsündən kiçikdir. Bu və ya başqa mürəkkəb işlərin nəticəsində vahid bir gen anlayışı əvəzinə S.Benzer üç yeni termin təklif etmişdir: sistron – polipeptid zəncirin quruluşunu təyin edən DNT sahəsi, yəni əlamətin təzahürü üçün məsul olan struktur gen, muton – minimal mutasiya vahidi, rekon – maksimal rekombinasiya vahidi.

Əgər sistronun ölçüsü 500-1000 nukleotid cütü təşkil edirsə, rekon həmçinin mutonun ölçüsü bir və ya iki nukleotid cütündən yuxarı qalxmır, hətta DNT molekulunda bir azot əsasının dəyişməsi nöqtəvi mutasiya
adlanan mutasiyaya səbəb olur.

Buradan belə nəticə çıxır ki, mutasiya vahidi (muton) və rekombinasiya vahidi (rekon) bir nukleotid cütünə bərabər minimal kəmiyyət olmaqla mənasını itirir və odur ki, bu terminlərdən istifadə olunmur. Sistron termini isə hazırda struktur gen termininin sinonimi kimi işlədilir.

 

 

Mənbə: NUKLEIN TURŞULARININ KIMYƏVI QURULUŞU

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here