Genlərin qarşılıqlı təsiri nədir?

Post date:

Author:

Category:

Genlərin qarşılıqlı təsiri aşağıdakı tiplərə bölünür:

  • Genlərin komplementar təsiri.
  • Genlərin epistatik təsiri.
  • Genlərin polimer təsiri.
  • Genlərin modifikasiyalaşdırıcı təsiri.
  • Genlərin pleyotrop təsiri.

Genlərin epistatik təsiri

Qeyri-allel genlərin qarşılıqlı təsirinin maraqlı formalarından biri də epistatik təsir adlanır. Epistatik təsirdə qeyri-allel dominant genlərin biri,digər qeyri-allel dominant genin fəaliyyətinin qarşısını alır, üzərini örtür(epistaz). Bu cür genlərə supressor və ya ingibitor genlər deyilir.

Genlərin komplementar təsiri

Komplementar genlər hər biri ayrılıqda müəyyən bir əlaməti inkişaf etdirdiyi halda, birlikdə müəyyən bir orqanizmə düşdükdə homo və heteroziqot halda (A-B) bir-birinə qarşılıqlı təsir göstərməklə müəyyən bir yeni əlaməti meydana gətirir.

Genlərin qarşılıqlı təsirinin formalarından biri də polimeriyadadır. Polimeriya (yunanca polymeria – çox ölçülük deməkdir) eyni əlamətin inkişafını təmin edən müxtəlif qeyri-allel genlərin qarşılıqlı təsirinə deyirlər.

Bu hadisə kəmiyyət əlamətlərinin – heyvanlarda böyümə sürəti (tempi), diri çəki, toyuqlarda yumurta məhsulu, qaramalda südün və s. kimi çəkilən, ölçülən əlamətlərin irsiliyində özünü göstərir. Burada rəng, forma və s. kimi keyfiyyət əlamətlərinin irsiliyində olduğu kimi alınan nəticələri fenotipik siniflər üzrə ayırmaq çətindir. Polimeriyada eyni kəmiyyət əlamətlərini qeyri-allel genlər idarə edir. Lakin əlamətin fenotipik üzə çıxma dərəcəsi həmin genlərin orqanizmin genotipində miqdarından asılıdır. Məs., qarğıdalının endospermində A vitamininin miqdarını öyrəndikdə məlum olmuşdur ki, bu dominant genlərin dozaları (UUU) artdıqca endospermin vitamin tutumu da artır və aksinə, dominant genlərin dozası genotipdə azaldıqca (Uuu, Uuu) vitaminin miqdarı da azalır.

Genlərin pleyotrop təsiri

Genlərin qarşılıqlı təsiri formalarından biri də pleyotropiyadır-(yunanca pleystos daha artıq deməkdir). Bir çox genlərin təsiri öyrənildikdə belə müəyyən edilmişdir ki, eyni gen bir əlamətin deyil, bir çox əlamətin inkişafını idarə edir. Buna genlərin pleyotropiyası (əlavə təsir) deyilir. İlk dəfə Mendel öz təcrübələrində purpur rəngli çiçəkləri olan noxud bitkisində bu halı görmüşdür. Belə bitkilərin yarpaqlarının qoltuğunda qırmızı ləkələr və toxumlarının qabığı isə rəngli olur. Mendel göstərmişdi ki, həmin əlavə əlamətlər purpur rəngin inkişafını təmin edən eyni faktorun təsiri sayəsində əmələ gəlir. N. İ. Vavilov və O. V. Yakuşkin ran buğdasına qara rəng verən dominant bir genin, eyni zamanda dənlərində pulcuqların olmasına təsir göstərdiyini müşahidə etmişlər.

Pleyotrop genlərin təsirini iki yerə ayırırlar: birinci dərəcəli təsir və ikinci dərəcəli təsir. Məlum olmuşdur ki, genlərin pleyotrop təsiri zülal– fermentlərin biosintez reaksiyasına, ikinci təsiri ilə o da öz növbəsində orqanizmin başqa əlamətlərinə təsir göstərir. Başqa sözlə desək, genlərin pleyotrop təsiri biokimyəvi reaksiyaların qarşılıqlı təsiri ilə izah edilir. İnsanlarda da mutasiya yolu ilə meydana gələn dominant genin pleyotrop təsiri öyrənilmişdir. Marfan sindromunda bir dominant gen əsasən ayaqların, xüsusən, barmaqların anormal dərəcədə uzanmasına təsir göstərir. Bu cür barmaqlara hörümçək barmaqlılıq da deyilir. Bu dominant gen hörümçək barmaqlılıqdan əlavə həm də gözlərin büllur cismində də deffektivlik verir.

Genlərin pleyotropiyasında əlamətlərin tam korrelyasiyası müşahidə olunur. Bir gen eyni zamanda həm müsbət, həm də mənfi bir əlamətin yaranmasına səbəb ola bilər. Bu hal seleksiyaçılar üçün çətinlik törədir.

Seleksiyaçı faydalı əlamətə malik fərdləri seçdikdə eyni zamanda ona korelyativ olan zərərli əlaməti də seçmiş olur.Drozofil milçəyində ağ gözlülük geni W eyni zamanda da bədənin rənginə, daxili orqanların bəzilərinə, döllülüyə, yaşama qabiliyyətinə təsir göstərir.Bir sözlə, eyni genin çoxlu təsirinə pleyotropik təsir deyilir.

Genlərin modifikasiyalaşdırıcı təsiri

Bu və ya başqa genlərin təsirini gücləndirən və ya zəiflədən genlərə modifikator genlər deyilir. Biz yuxarıda allel genlərdən birinin dominant,digərinin resessiv təsiri ilə tanış olduq. Qırmızı çiçəkli noxud ilə ağ çiçəkli noxudu çarpazlaşdırdıqda F1-də qırmızı çiçəkli noxud əmələ gəlir.

Buynuzsuz qaramal ilə buynuzlu qaramalı çarpazlaşdırdıqda F1-də buynuzsuz nəsil alınır. Qara siçanlarla ağ siçanları çarpazlaşdırdıqda F1-də qara siçan əmələ gəlir.Lakin çox hallarda heyvanlarda tam dominantlıqdan əlavə aralıq formalar da məs., bozumtul, boz, sarı və i. a. rənglər müşahidə olunur.

Modifikator genlər özü təzahür etmir, onlar başqa allel genlərin effektini genlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Modifikator genlər arzu olunan əlamətin güclənməsinə və ya zəifləməsinə səbəb ola bilər. Hətta dominantlıq dərəcəsinə təsir göstərir. Məs., qara-alabəzək inəklərin başında, bədəninin müxtəlif sahələrində ağ ləkələrin əmələ gəlməsi ən azı iki cüt modifikator genin təsiri ilə əmələ gəlir. Lakin bu ağ ləkələr bəzi heyvanların belində, bəzilərinin qarnının altında, bəzilərində isə beldə ağ kəmər kimi görünür. Bəzilərində bütün bədən ağ rəngdə olur.

Cüt allellərdən biri dominant geni tük örtüyünün rəngli sahəsinin ölçüsünü azaldır, o biri cüt allelin resessiv geni əksinə rəngli sahənin yayılmasını artırır.

Kəmiyyət əlamətlərinin (məs., südlülük, çəki, yumurtalama qabiliyyəti və s.) irsən keçməsində xarici mühit şəraitinin (yemləmə, bəslənilmə və s.) müəyyən rolu varsa da, lakin bu əlamətlər modifikator genlərin paylanılmasından da xeyli asılıdır. Seleksiya işlərində hibridləşdirmə üsulu ilə orqanizmlərdə modifikator genlərin toplanması və zənginləşməsinə çalışırlar. Bu qayda üzrə dəyişkənliyin miqdarı artır və seçmə yüksək effekt verir.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....