Genomdakı “tullantı DNT”-lərin rolu nədir?

Post date:

Author:

Category:

Genetik açarlar: Mühit və “tullantı və ya faydasız DNT” genomda açar rolunu necə oynayır?

Müəllif: Mark Henderson, “The Times” qəzetinin redaktoru və “50 genetic ideas you really know” (red. Həqiqətən bilməyiniz gərəkən 50 genetik fikir) adlı kitabın yazarı

İnsan genomunun sadəcə 1,2 %-i zülal hazırlamaq üçün lazım olan əmrləri daşıyan genlərdən ibarətdir. Geriyə qalanı bir zamanlar faydasızdır deyə ciddiyə alınmamış və “faydasız DNT” (ing. Scrap DNA) adlandırılmışdır, amma bu DNT-nin tullantı olmadığı zamanla bəlli oldu.

Saysız-hesab olan faydasız DNT bədənin müxtəlif yerlərindəki genlərin açılıb bağlanmasında həyati bir rol oynayır. Onlar biologiyamız baxımından nəzarət etdikləri genlər qədər mühüm olan genetik açarlar ehtiva edirlər.

Əslində yaxın zamanda aparılan araşdırmalar haradasa bütün genomumuzun (təxminən 90%-i) RNT-yə (ribonuklein turşusu) “çevrildiyini” ortaya çıxartdı. Bu RNT-nin ən az yarısının faydalı olduğu onsuz da sübut edilmişdi. Məsələn, “mikroRNT” (ing. microRNA) proteinlər (zülallar) haqqında məlumat daşıyan genlərin 60%-indən çoxuna bağlanaraq genlərin necə ifadə ediləcəyini tənzimləyir. MikroRNT və digər genetik kod sayılmayan RNT-lər fərqli hüceyrə növlərinin fərqli mərhələlərində istehsal edilir. Bir çox hüceyrə eyni genoma sahib olduğu halda çox fərqli görünür, bu vəziyyət kodlama aparmayan RNT-lərin genlərin idarəsində və dolayısı ilə hüceyrələrin təbiətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Yəni heç bir rolunun olmadığını düşündüyümüz RNT-lər fenomenlərə cavab tapa bilər.

Hər birimiz 20-25 min arası genə sahibik. Bu bizim üçün böyük rəqəmdir, ta ki 1 mm uzunluğundakı əyribaş qurdun 1000 hüceyrəsində eyni qədər genin olduğunu bilənə qədər… Eyni sayda genə sahib olsalar da, insanların daha mürəkkəb olmasına səbəb kodlama aparmayan RNT-lərdir.

Epigenetika

Fiziologiyamızı müəyyən edən tək elementin genlər olmadığını artıq bilirik. Bədənimiz və beynimiz genlərimiz ilə yaşadığımız mühit arasındakı mürəkkəb dialoqun nəticəsidir. Buna “epigenetika” deyilir.

Epigenetika onun sayəsində genlərin və xromosomların ətraf mühitə aid qıcıqlandırıcılar tərəfindən kimyəvi olaraq dəyişdirildiyi başqa bir genetik açarı ehtiva edir. Əslində epigenetika metilləşmə(red. Kimyəvi birləşmələrin metil qrupu (CH3) ilə birləşməsi) ilə DNT-yə metil qrupu kimi kimyəvi birləşmələr əlavə edib ardıcıllığını dəyişdirərək genoma başqa bir bilgi qatı əlavə edir. Bir başqa bənzətmə etsək, genomu bir kompüterin təchizatı, “epigenomu” isə kompüterə çalışma əmrini verən proqram olaraq düşünə bilərik.

Bu fakt inkişafın erkən mərhələlərində təsirlidir, hətta bir qadının hamilə olduğunu öyrənməsindən belə əvvəl. Aparılan araşdırmalar əcdadlarımızın həyat tərzinin epigenomumuza təsir etdiyini göstərmişdir. İsveçdə “Överkalix” şəhərinin sakinləri üzərində aparılan bir araşdırma köklükdən əziyyət çəkən babaların diabetdən ölən nəvələrə sahib olmaq ehtimalının dörd dəfə çox olduğu ortaya çıxmışdır.

Bizlər həyatı və sağlamlığımızı formalaşdıran təbiət ilə ətraf mühit arasındakı harmoniyanı epigenetikanın necə nizamladığını yavaş-yavaş anlamağa başlayırıq.

Əslində metilləşməni tərsinə çevirib xəstəliyə nəzarət etmək artıq mümkündür. Məsələn, BRCA1 geninin döş və yumurtalıq toxumasında şişin inkişafını dayandırdığı üçün “şişi əngəlləyən gen” olduğu məlumdur. Genin işləməsinə mane olan kimyəvi maddələr əlavə edəndə sözügedən genin şişi əngəlləyən zülalları sintez etməsinin qarşısı alınır. Buna görə də epigenetika xərçəng riskini öncədən təxmin etmək üçün istifadə oluna bilər, beləliklə bu insanlar xərçəng inkişaf etməzdən əvvəl xərçəngönü amilləri yaradan kimyəvi maddələri kodlaşdıran genləri inaktivasiya edən dərmanlarla müalicə edilə bilərlər.

Tərcüməçi: Fəridbəy Həsənli

Məqalə Rezonans Toplusu üçün tərcümə edilmişdir

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....