Genotip və Fenotip nədir? (ensiklopedik bilgi).

Post date:

Author:

Category:

Genotip termini ilk dəfə 1909-cu ildə danimarkalı alim V. İohansen tərəfindən elmə gətirilmişdir. Orqanizmin xromosomlarında (diploid sayda) cəmləşən bütün genlərin yığımına genotip deyilir. Genotip orqanizmin bütün həyat fəaliyyətinə, inkişafına, quruluşuna və fenotipinə nəzarət edir. Müasir genetika sübut etmişdir ki, orqanizmlərin bütün əlamətlərinin əsasını onların genotipi təşkil edir. Hər bir əlamətin təzahürü genotip və mühit arasında yaranan mürəkkəb qarşılıqlı əlaqələrin nəticəsidir.

Fenotip orqanizmin daxili və xarici struktur və funksiyalarını morfoloji, anatomik və fizioloji üsullarla öyrənən və təsvir edən əlamət və xüsusiyyətlərin cəmidir. Fenotip orqanizmin daimi xüsusiyyəti deyil, o, orqanizmin inkişaf prosesində fasiləsiz olaraq dəyişilir. Hər bir orqanizmin fenotipi konkret inkişaf şəraitində genotipin imkanları eyni cür təzahür etmir. Odur ki, eyni genotipə malik olan orqanizmlər ayrı-ayrı inkişaf şəraitində müxtəlif fenotipə malik ola bilər.

Mənbə:

S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva— Genetika (Dərs Vəsaiti).

Əlavə Oxu— Gen nədir?

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...