Giorgio de Chirico – Filosofların izindən gedən rəssam

Post date:

Author:

Category:

O, kainatın sirrini öz lövhəsində boyadı, röyaların heykəlini yondu. Hətta şeirlər yazdı, romanlar qələmə aldı. Özünə bir çox həmkarından daha fərqli bir yol seçərək sürrelizmə və şüur xaricinə müraciət edən bir sənət dilini mənimsədi.

“Böyük metafizik” (“The Great Metaphysician”)

İtalyan sürrealist rəssam Corco de Kiriko (Giorgio de Chirico) Yunanıstanın Volos şəhərində dünyaya gəldi. Dəmiryolları tikintisində işləyən italyan bir mühəndisin oğlu idi. Afina Politexnik İnstitutunda rəsm və naxış sahəsində təhsil aldı. Atasının ölümündən sonra ailəsi 1906-cı ildə Münhenə köçdü. Kiriko burada Rəssamlıq Akademiyasında təhsil aldı. 1909-1911-ci illərdə İtaliyanın Milan və Turin şəhərlərində yaşadı. Daha sonra 1911-ci ildə Parisə getmiş, orada “Appollinaire” mühitinin avanqard şair və yazıçıları tərəfindən çox bəyənilmişdir.

Afinada və Münhendə rəssamlıq təhsili almış olan Kiriko Arnold Böklinin (Arnold Böcklin) əsərlərindən təsirlənmişdir. Ancaq 1911-1913-cü illərdəki əsərlərində Qustav Klimt (Gustav Klimt), Maks Klinqer (Max Klinger) və Alfred Kubinin (Alfred Kubin) təsirini görmək olur. Əlavə olaraq, Nitsşe (Nietzsche) və Şopenhauerin (Schopenhauer) fəlsəfəsinə maraq duymuşdur. Bu insanlar Kirikonun dünya və incəsənətlə bağlı düşüncələrinin formalaşmasında böyük rol oynamışdır.

 

“Eşq mahnısı” (“The Song of Love”), 1914

 

Plazada yüksələn Günəş

1915-ci ildə İtaliyaya qayıdıb orduya yazıldı. 1917-ci ildə isə Ferrarada Karlo Karra (Carlo Carrâ) ilə tanış olmuş və birlikdə Metafizik rəssamlığın (Pittura Metaphisica) əsasını qoymuşlar.

Qəribə memarlıq üslubunda olan şəkilllər (adam olmayan tənha şəhərlər, fabriklər, qədim Yunan və Roma qalıqları) ortasında xətkeş, pərgar, şar, taxta maniken kimi bir-birilə əlaqəsiz nəsnələri bir yerə toplayaraq incə bir ustalıqla saysız kompozisiyalar yaratmışdır. Bu xüsusiyyətlərinə görə Kiriko sürrealizmin öncüllərindən biri hesab edilir. Kirikonun 1915-ci il əsərlərində maniken fiqurundan və müxtəlif həndəsi əşyaların bir yerə toplanmasına əsaslanan metafizik məzmunlu qapalı məkan görüntülərinə yönəldi. Ağız, burun, göz kimi nəsnələri olmayan mexaniki canlıların olduğu bu melanxolik rəsmlərində nəsnənin insan duyğusu üzərində yaratdığı təsirin plastik qarşılığını tutmağa çalışır.

 

“Ayrılığın melanxoliyası” (“The Melancholy of Departure”), 1916

Kiriko 1920-lərdən sonra bir növ mistik neoklassisizmə (yeni klassisizm) yönəlmişdir. Bu dönəmdəki rəsmlərində antik fiqurlar böyük yer tutur. Metafizik rəsmlərindəki sirli ab-havanı artıq daha yumşaq və daha az kəskin olan sxematik bir tərz əvəz etmişdi.

“Vadidə mebellər” (“Furniture in the Valley”),1927

 

“Rəssamın ailəsi” (“The Painter’s Family”), 1926

 

Kirikonun əsərlərində sonsuzluğun ifadəsi vardır. Məkanda davamlılığı təlqin edən kəmərli, boş meydanlar bəzən tək insan fiquru ilə daha da mənalandırılır. Bu təsvirlər sonsuzluq, yalnızlıq, sərhədsizlik duyğularını oyadır. Əsərlərdə istifadə edilən soyuq, solğun bir işıq, boz və qəhvəyi rənglər atmosferə melanxolik bir görüntü verir. 1935-də İtaliyaya dönəndə əsərlərinin bu ilk dönəmini inkar etdi və zaman-zaman Rubenzi (Rubens) və Renoiri xatırladan yeni bir üslubdan istifadə etdi. Kiriko Modilyanidən (Amedeo Modigliani) sonra XX əsrin rəsm sənəti üzərində böyük təsir yaradan italyan rəssamlardan biri olmuşdur.

 

“Piazza d’Italia”, 1913

 

Kirikonun bəzi əsərləri:

Gümüş əşyalarla natürmort

 

“Böyük metafizik interyer” (“Great Metaphysical Interior”), 1917

 

“İki maska” (“The Two maska”), 1926

 

Fabrik mənzərəli həndəsi kompozisiya, 1917

 

“Peyğəmbər” 

 

“Ulysses’in dönüşü”, 1968

 

“Bir küçənin melanxoliyası və sirri”, 1914

 

Qırmızı qala ilə italyan plaza

 

Sirrli hamam

“Kahin”, 1916

 

Öz-portret

 

“Türk”

 

“Zevsin əkiz uşaqları – Kastor və Polluks” (orijinalda: “Dioscuri”)

 

“Bir anın sonsuzluğu”

 

“Gölün yanında iki at”, 1950

 

“Arxeoloqlar”

 

Mənbə:

Giorgio de Chirico hayatı ve eserleri (1888 – 1978)

 

 

http://sosyolojisi.com/giorgio-de-chirico-kimdir-hayati-eserleri-hakkinda-bilgi/33316.html

 

 

http://www.salom.com.tr/haber-98634-gIorgIo_de_chIrIco_filozoflarin__izindeki_ressam.html

 

Redaktə etdi:  Fatimə Əliyeva

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...